134
verilmir.
Əmək müqaviləsi yazılı formada bağlanır. O iki nüsxədə rəsmiləşdirilir və
tərəflərin hər ikisində saxlanılır. Zəruri hallarda işə qəbul işəgötürənin mülahizəsinə
əsasən, əmr ilə rəsmiləşdirilə bilər. Yazılı formada əmək müqaviləsi bağlanmadan
əmək münasibətləri işəgötürənin əmri ilə rəsmiləşdirilə bilməz.
Faktiki olaraq işəbaşlama, işə götürülən zaman rəsmiləşdirmənin lazımi qaydada
aparılıb - aparılmadığından asılı olmayaraq əmək müqaviləsinin bağlanması
deməkdir. İşçiyə müəssisə rəhbərliyinin razılığı əsasında iş yerini dəyişməsi zamanı
əmək müqaviləsinin bağlanmasına etiraz edilə bilməz.
Qüvvədə olan qanunvericilik, işə qəbul zamanı qanunda müəyyən olunmuş
sənədlərdən (əmək kitabçası, şəxsiyyəti təsdiq edən sənəd, diplom, bəzi hallarda
sağlamlıq haqqında arayış) başqa, əlavə sənəd tələb etməyə yol vermir. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi
qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə
(müddətli) bağlanıla bilər.
Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə,
həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı
olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən
xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək
müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsi bağlanan hallar
sadalanıb.
Yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq, bəzən
vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə
bilər.
Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən öz
mülahizəsinə görə müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır.
Əmək müqaviləsi, işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra
etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla
bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir.
Sınaq müddəti, işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından
ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək
haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.
Sınaq müddəti göstərilməyən əmək müqaviləsi, sınaq müəyyən edilmədən
bağlanmış hesab olunur.
Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin
əsaslandırılmış əmri ilə xitam verilə bilər.
İşə qəbul qaydası müəssisənin daxili əmək nizam qaydaları ilə müəyyən
edilmişdir. Bu qaydaların tələbinə görə işə qəbul olunan şəxsdən əmək kitabçası və
pasport tələb edilməlidir.
Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas
sənəddir.
Əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün
əsas iş yerində açılır.
Əmək kitabçasında işə qəbul,
başqa daimi işə keçirmək,
yaxud işdən azad etmək
haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən
gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün
135
edilir. Bütün qeydlər əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır.
Əmək kitabçasına daxil edilir:
a) işçi haqqında məlumatlar: soyadı, adı, atasının adı, doğulduğu gün, ay, il,
təhsil, peşəsi, ixtisası;
b) işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi
haqqında məlumatlar.
Mükafatlandırmalar, həvəsləndirmələr və əmək intizamının pozulmasına görə
işçiyə verilmiş tənbehlər əmək kitabçasına yazılmır.
İşdən azad olunmanın səbəbləri əmək kitabçasına qüvvədə olan qanunvericiliyin
tələblərinə tam uyğun, qısa və dürüst mövcud maddə və qanunun bəndlərinə əsasən
qeyd olunmalıdır.
Pensiya təyin edilən zaman rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri
tərəfindən əmək kitabçasının pensiya təyin edilməsi haqqında məlumat bölməsində
«pensiya təyin edilmişdir» ştampı vurulur.
Əmək kitabçasının müvafiq bölmələrinin bütün səhifələri dolduqda ona
əlavə içlik
verilir. Əmək kitabçası olmadan əlavə içlik etibarsızdır. İşdən çıxan işçilərə əmək
kitabçası fərdi əmək müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) verilir.
Əmək kitabçalarının tətbiqi qaydası haqqında Əsasnamənin 3.10. bəndinə
əsasən əmək kitabçası itdikdə işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və
ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu
müraciətə baxıb onu həll etməlidir. Yeni əmək kitabçasının işçi haqqında məlumat
səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə «Dublikat» sözü yazılır.
İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə
üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə,
həmçinin, yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
İşçi onun razılığı olmadan istehsalat zərurəti və boşdayanma hallarının qarşısını
almaq məqsədilə bir ay müddətinə müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda
işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa
işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta
əmək haqqından aşağı olmamaqla ödənilir.
Müəyyən səbəbdən on beş gündən çox müddətdə yerində olmayan işçinin əmək
funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir.
Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə
yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə
əmək funksiyasını yerinə yetirirsə, onda, ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək
haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə, əlavə əmək haqqı
ödənilməlidir.
Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə
yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı
ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək
funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanır, ya da boş
vəzifəyə yeni işçi götürülür.
Əmək müqaviləsinə xitam verilməsinin əsaslarmı ümumi və əlavə əsaslara
təsnifləşdirmək olar.
Əmək müqaviləsinə xitam verilməsinin ümumi əsasları Azərbaycan Respublikası
Əmək Məcəlləsinin 68-ci maddəsində öz əksini tapıb. Bu əsaslar aşağıdakılardır:
a) tərəflərdən birinin təşəbbüsü;
b) əmək müqaviləsinin müddətinin qurtarması;
c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;