Mövzu. İBTİDAİ CƏMİYYƏTİN İNCƏSƏNƏTİNDƏ Cİns-rol münasiBƏTLƏRİ. QƏDİM ŞƏRQİN İNCƏSƏNƏTİNDƏ



Yüklə 139,98 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü139,98 Kb.
#7715


 

 

MÖVZU. İBTİDAİ CƏMİYYƏTİN İNCƏSƏNƏTİNDƏ CİNS-ROL  



   MÜNASİBƏTLƏRİ. QƏDİM ŞƏRQİN İNCƏSƏNƏTİNDƏ  

   QENDER 

 



 

İbtidai cəmiyyətdə cinslə bağlı vəzifə bölgüsü. İbtidai incəsənətin səciyyəvi cəhətləri.  

 



Azərbaycan ərazisində ibtidai cəmiyyətin incəsənətində qadın obrazlarının təsviri  

 



Qədim Babilistan, Finikiya, Misir, Hindistan ərazilərində incəsənətdə qender münasibətləri. Zərduşdiliyin 

qadına münasibəti 

 

İnsan cəmiyyəti öz sosial-mədəni inkişaf yolunda bir sıra, bir-birini əvəz edən tarixi dövrləri keçib; 

belə dövrün hər birində özünəməxsus mədəniyyət tipi formalaşmışdı. Bu inkişaf nəticəsində ibtidai 

cəmiyyətin daxilində yaranmış ümumbəşəri ideallar, maddi və  mənəvi nemətlər, sənət nümunələri 

daima yeniləşir, intellektual, etik və estetik baxımından təkmilləşir.  

İnsan mədəniyyətinin formalaşması tarixi, meydana «Homo Sapiens» tipli insanın gəlməsi ilə 

başlanır; orta və yuxarı paleolit dövrlərində antropogenezdən sosiogenezə keçid məhz bu hadisə ilə 

səciyyələnir. O, uzaq tarixi dövrün mənəvi mədəniyyətin inkişaf səviyyəsini,  şüur, dil, incəsənət, 

mifologiya, din, poliqamiyadan ekzoqamiyaya və monoqamiyaya keçid, nigahın ictimai yolla 

tənzimlənməsi müəyyən edirdi.  

Tarixin səhifələrində ibtidai cəmiyyətdə qadınlar və kişilər arasında münasibətlər, cinsi həyatın 

normalar və qaydalar haqqında məlumatı tapmaq olmur. Arxeoloji qazıntılar  əsasında maddi 

mədəniyyət, yazıdan qabaqkı dövrdə formalaşan maddi mədəniyyət və incəsənət haqqında müəyyən 

nəticələr çıxarmaq olar, lakin bu məlumat cinslərarası münasibətləri heç cürə aydınlaşdıra bilməz. 

Müəyyən dərəcədə bu problemin həllinə müqayisəli etnoqrafiya köməklik göstərə bilər (elmin bu sahəsi 

müxtəlif xalqların məişəti və adət-ənənələrini öyrənir, istər müasir, istər keçmiş dövrlərdə) – Avstraliya, 

Afrika, Asiya ölkələrində yaşayan bir sıra tayfalarda hələ də ibtidai cəmiyyətə xas olan maddi və mənəvi 

mədəniyyətin elementlərini müşahidə etmək olar. Təxmini olsa da, bu mədəniyyət ibtidai xalqların həyat 

tərzinə, qayda və adətlərə uyğun olduğuna görə, qədim dövrdə  əxlaqi dəyərlər, cinslərin qarşılıqlı 

münasibətləri, qadına münasibəti, incəsənətdə qender münasibətləri haqqında bizdə müəyyən bir 

təsəvvür yarada bilər. Tarix, arxeologiya, etnoqrafiya, sənətşünaslıq, paleopsixologiya (qədim 

psixologiya) və digər fənnlərin məlumatlarını  təhlil edərək, tədqiqatçılar hissə-hissə uzaq keçmişinin 

mənzərəsini təsvir etmiş, hərçənd alınmış bu lövhəni tam hesab etmək olmaz.  

İnsanın formalaşması prosesi uzunmüddətli olaraq, ilk dövrlərdə  sırf heyvani instinklərlə sosial 

durumları mübarizəsi kimi qiymətləndirilməlidir. Bu iki təzahür dialektikası insan tarixinin ilkin 

mərhələsinin mahiyyətini təşkil edir. Görünür ki, insanda bioloji və sosial başlanğıcları nisbəti  əvvəllər 

birincinin xeyrinə olub. Bundan əlavə, insanda bioloji və sosial tərəfləri uzun dövr antaqonizm 

(ziddiyyət) vəziyyətdə idilər. Qədim insanabənzər, heyvani qidaya üstünlük verir, onun yaşaması yalnız 

güclü rəqabət  şəraitində ölməmək məqsədi daşıyırdı, davranışı ilk növbədə instinklərlə müəyyən 

olunurdu. Ola bilsin ki, ibtidai insanlarda bioloji instinktlər ilk dövrlərdə həyat fəaliyyəti üçün bir stimul 

olub, lakin sonralar qədim icmalarda sosial münasibətlərin formalaşması üçün bu, müəyyən bir təhlükə 

yaradıb. Yalnız kollektiv səylər nəticəsində yaşamaq uğrunda mübarizədə qalib gəlmək olardı. Digər 

amil – nəslin sürətli artımı idi. Sürü halında yaşaması  şəraitində cinsi instinktlərin ödənilməsi icma 

daxilində, qohumluq əlaqələrin nəzərə alınmaması şəraitində keçirdi.  

Bu halı  tədqiqatçılar promiskuitet adlandırırdı; onun barəsində çoxlu diskusiyalar aparılır. 

M.Morqan, E.Spenser, T.Lebbok, K.Blok və digər tədqiqatçılar müxtəlif dərəcədə promiskuiteti qəbul 

etsələr də, bir faktla razılaşırlar ki, bu hal, icma üzvləri arasında qadın uğrunda qəddarcasına gedən 

gərgin mübarizədən irəli gəlir. Bu fikrə qarşı bəzi tədqiqatçılar çıxış edərək (U.Rivers, U.Bromley), qeyd 

edirlər ki, ibtidai insanların cinsi münasibətlərinin ilk forması – məhz nigah olmuşdur. Çox uzaq keçmişə 

aid olan ibtidai dövrdə promiskuitetin olub-olmaması haqqında məlumatı əldə etmək çətin ki, mümkün 

olacaq. Lakin incəsənətdə, mifologiyada bunun dolayı yolla təsdiqi haqqında materialları tapmaq olar. 

Nigahın olmayan bir vaxtda yaranmış  əfsanə  və  lətifələr dünyanın bütün xalqlarında var. Məs.: 

«Mahabxarata» adlı hind eposunda deyilir ki, vaxt var idi ki, «qadınlar azad, tam müstəqil olaraq istədiyi 

yeri gəzib». Çin ədəbi mənbələrində deyilir ki, insanlar lap əvvəllər öz həyat tərzində heç də 




 

 

heyvanlardan fərqlənmirdilər, nəticədə  uşaqlar atalarını yox, yalnız analarını tanıyındılar. Tarixçilər 



Herodot, Strabon, Plutarx qədim tayfalarda cinsi münasibətlərin nizamsız olduğunu qeyd edirdilər.  

Tədricən belə nizamsız cinsi münasibətlərinin yerini qrup nigahı tutdu (poliqamiya), sonradan isə 

monoqam ailəsi formalaşmağa başladı. Məlumdur ki, ibtidai cəmiyyətin müəyyən mərhələsində 

matriarxat (madərşahlıq) mövcud idi. Matriarxat – ibtidai cəmiyyətin xüsusi təşkili forması idi. İctimai 

istehsalda, qəbilə icmasının sosial həyatının təşkilində qadın aparıcı rol oynayırdı. Qadının nüfuzu o 

dərəcədə artmışdı ki, qan qohumluğu üzərində qurulan münasibətlərində qadın xətti, yəni madərşahlıq 

meyli çox güclü idi. Madərşahlıq dövründə qadınlar,  ərə gedəndən sonra öz evinə  ərini gətirib 

yaşayırdılar; poliandriya da (çoxkişililik) geniş yayılmışdı.  

Qadının totem (rəmz) adı bütün qəbilə icması üçün əsasına çevrilirdi. Qadın ayrı bir yerdə, 

müstəqil və təkbaşına qala bilərdi, kişilər üçün isə xüsusi yaşayış yerləri tikilirdi. Qadınların hökmranlığı 

hədsiz idi, onlar icma üzvlərinin yaşayışına böyük təsir göstərirdilər. Tarixin bu dövrünü öyrənən 

tədqiqatçılar qeyd edirdilər ki, madərşah dövründə dini sistemin özü belə  təbiətin səcdəsi  əsnasında 

qurulurdu; burada təbiətin ayrı-ayrı qüvvələri və elementləri qadın cildində çıxış edir, ruhlar isə qadın 

adları daşıyır (8). Özü də madərşahlıq ideologiyası və mifologiyasının elementləri, bir qədər dəyişikliklər 

edilməsi şərtilə patriarxat (padərşahlıq) dövründə də, sinifli cəmiyyətdə də yaşayıb.  

Estetik yaradıcılıq və qavrama subyekti olan insan psixobioloji təkamül prosesi zamanı,  əmək 

fəaliyyəti prosesi nəticəsində formalaşmışdır. İbtidai insanlar, daş alətlər və silahla yanaşı bir çox sənət 

nümunələrində özünün qadına münasibətini bildirmişlər.  

XIX  əsrin axırlarında, Fransanın cənubunda yerləşən Brassempui, Lonceri-Bass və Menton 

kahalarında mamontun sümüyü və maralın buynuzlarından düzəldilmiş qadın heykəlcikləri tapılmışdır. 

«Brassempualı Venera» adlanan heykəl 8 sm hündürlüyündə olan sümük qırıntısı şəklində tapılıb. Digər 

tapıntı da müəyyən maraq kəsb edir: xəncərin qulpunda böyük döşü, qarın və budları olan qadın bədəni 

çəkilib. Həmin dövrə aid digər tapıntıları  da  qeyd  etmək olar: məs.: Avstriyada yerləşən Vahay 

torpağında, merqel çökmələrindən tapılan «Vilendorflu Venera»nı qeyd etmək olar. Çexiyanın Prşov 

şəhərinin yaxınlığında Predmostye adlı qədim məskun yerlərində «Həndəsə ölçülərində Venera» tapılıb: 

qadın bədəni mamontun xilləsi üzərində həndəsi fiqurlardan istifadə edilərək çəkilmişdir. Bədii üslubun 

vahidliyi digər tapıntılarda da təsdiqlənir – neolit dövründə  Şərqi Avropa, İtaliya, Misirdə (məs.: 

Moraviyanın kəndi olan Dolni Vestonitsada (11, 5x4, 5 sm), Ukraynada Qaqarino kəndində  (10x4 sm), 

İtaliyada yerləşən Parabito kəndində (11x3 sm) tapılan Veneralar). Bu heykəlçiklər haqqında demək olar 

ki, bunlar – incəsənətdəə qadının səcdəsinin ilkin forması, onun tarixi müqəddəratının özünəməxsus 

estetik formada təsviri idi.  

İbtidai cəmiyyətin incəsənətində Fransada, Kromanyon mağarasının yaxınlığında tapılmış 

«Kromanyon Veneraları» tutur. Sümükdən hazırlanmış bu kiçik heykəllərdə qadın bədənindəki 

hissələrinin nisbəti qəsdən təhrif olunub. Bu nə deməkdir? Bəlkə, ibtidai rəssam bacarıqsız olub? Xeyr. 

Burada biz paleolit dövrünün insanına xas olan qadın vəzifələrini estetik baxımından qiymətləndirilməsi 

halı ilə rastlaşırıq. Proporsiyaların təhrifi müəyyən istiqamət üzrə aparılıb: böyük qadın, iri budlar, çox 

böyük döş. Bütün bunlar qadınların madərşahlıq dövründə  əsas sayılan analıq vəzifəsini, ideal, həyati 

vəzifəsini xarakterizə edir. Yüz min illər qabaq yaşayan adamlar üçün gözəlliyin belə tərzi qadının əsas 

vəzifəsi olan analıq vəzifəsi ilə əlaqələndirilirdi. Bizə gəlib çatan ibtidai sənətin müxtəlif nümunələrinin 

qender təhlili göstərir ki, belə heykəllər vasitəsilə  qədim insanlar insan nəslinin yaradıcısına olan 

hörmətini ifadə edirdilər.  

Azərbaycan  ərazisində olan ibtidai cəmiyyətlərində  də madərşahlıq mövcud idi. Azərbaycan 

haqqında belə bir təsəvvür yaranıb ki, buranın ərazisi başdan ayağacan özünəməxsus bir muzeydir. Belə 

təsəvvürün  əsası var. Elə bir region tapılmaz ki, burada Azərbaycan xalqının maddi və  mənəvi 

mədəniyyətinin ən qədim abidələri qorunub saxlanılmasın.  

Bakının yaxınlığında, Qobustan ərazisində (burada yarısəhra torpaqlar və yarğanlar məskənidir; 

XIX  əsrin bəzi xəritələrində buraya qəbiristan da deyilirdi – yəni ölülər diyarı) indiyə  qədər  ən qədim 

dövrə aid olan abidələr kompleksi mövcuddur. Nəhəng daş qayalar – Böyükdaş, Kiçikdaş, Cingirdağ 

üzərində minlərlə qayaüstü lövhələr qədim insanların həyatı, məişəti və  əməyi təsvir edilir. Bu 

lövhələrdə rəngarəng sücetlər göstərilir: ov, əmək fəaliyyəti, yallı rəqsi zamanı oynayan insanlar, qadın 

və kişi obrazları. Qobustanda cəmisi 6 min qayaüstü lövhələr və daş əsrdən qalma ibtidai insanın sakin 

olduğu 10 yer aşkar edilib.  




 

 

Azərbaycanın qədim tarixi və sənətinin qiymətli mənbəyi olan Qobustan, öz qayaüstü rəsmlərinin 



zənginliyi vasitəsilə yeri və rolunu aşkar etməyə imkan yaradır. Qender mövzusu baxımından böyük 

miqdarda tapılan qadın qrafik rəsmləri (fas, profil, oturaq və ayaqüstü vəziyyətlərdə) müəyyən maraq 

doğurur. Bəzi qadınlarda çiynindən çəpinə ox və kaman asılıb. Demək olar ki, bütün rəsmlərdə 

qadınların böyük döşü, nazik beli, enli budları və qalın ayaqları var. Bu rəsmlər erkən paleolit (e.ə. VIII 

minillik) dövrünə aiddir; o zaman qəbilə başçısı ana olub. Azərbaycanda madərhaşlığın təsdiqini biz, 

arxeoloqlar tərəfindən Qobustanda, Qarğalar təpəsində  və digər  ərazilərdə mezolit, neolit və eneolit 

məskun yerlərində tapılan çoxsaylı qadın heykəlçiklərində görürük. Bu tapıntılar Yaxın Şərq ölkələrində 

aşkar edilmiş «paleolit Veneraları» ilə birbaşa paralel təşkli edir.  

Kur-Araz mədəniyyətinin təhlili, Azərbaycan  ərazisində  qədim tayfaların mədəni-tarixi inkişaf 

yolunu, heyvan qüvvəsinə  əsaslanan  əkinçiliyin, suvarma sisteminin, metal emaledilmə, dulusçu 

sənətinin, toxuculuq və digər sahələrin inkişafı,  əlavə  məhsulun  əldə edilməsi, ictimai təbəqələşmənin 

əmələ  gəlməsi, cəmiyyətin fəaliyyət sahələrində kişinin rolunun artması kimi proseslərini öyrənməyə 

imkan verir. Sonuncu halın (yəni kişi statusunun möhkəmləndirilməsi) təsdiqini biz, kişi heykəlciklərinin 

yaranmasında görürük. Bu yolla patriarxal münasibətlər, patriarxat meydana gəldi.  

Qobustan kompleksində tapılan qadın rəsmlərinin sırasında bir necəsi daha təsirli və mənalıdır. Bu 

rəsmlər – «Ana-zağa» mağarasının qabağındakı qadın təsviri, bir də ki, «Yeddi gözəl» mağarasında olan 

qadın  şəkilləridir. Qeyd edilən kompozisiyalar Böyükdaş dağının artırmasında həkk olunub. 29 №-li 

daşın üzərində, mağaranın girəcəyində, sol tərəfində 77 şəkil oyulub. Onlardan 24 çılpaq qadın şəkilidir. 

Ümumiyyətlə, qadın rəsmlərinin çox olması mağaranın adına da səbəb olub: «Ana zağı». Bir çox 

fiqurların əlində kaman olması qadınların silahdan istifadə etmək, ovda iştirak etmək bacarığından xəbər 

verir (11).  

«Ana-zağa» mağarasının qərbində yerləşən nəhəng daşın üzərində 9 rəsm tapılmışdır, onlardan 8-i 

qadın təsviridir. Dörd qadın təsviri öküzün önündə yerləşir (onun konturları ilə kəsişir). Qadınlar ayaq 

üstə, qabaqdan görünüşü  şəklində (anfas) təsvir edilir, şəkillərin ölçüsü 62-90 sm qədərdir. Bir çox 

fiqurların belində üfüqi xəttlər şəklində bəzəmələr var, ola bilsin ki, bu, bədənlərində döyülmüş şəkildir. 

Beli nazik, budları böyük həcmli, dizlərə yaxın daralır, hər iki ayağın baldırları bir-birinə  sıxılıb, ayaq 

pəncələri göstərilmir. Bütün qədim lövhələrdə olduğu kimi, Qobustandakı qadın fiqurlarında da əllərin 

şəkli yoxdur. Ümumi şəkildə yeddi lövhənin bütün fiqurlarında bəzən  əşyalar var. Bu məskən yeri 

«Yeddi gözəl» adlandırılıb.  

Qeyd etmək lazımdır ki, «Qobustan mövzusu» öz parlaq bədii ifadəsini müasir Azərbaycan 

bəstəkarı F.Qarayevin «Qobustan kölgələri» adlı baletində tapmışdır. Burada o, özünəməxsus, oricinal 

şəkildə ibtidai insanların həyatını təsvir edib, insan nəslinin o uzaq tarixi dövründə qadınlar və kişilərin 

qarşılıqlı münasibətlərini göstərib.  

Qayaüstü lövhələr çoxlu miqdarda həm də  Şıxqaya və  Şonqardağ  ərazilərində, Abşeron 

yarımadasında Mərdəkan,  Şüvələn, Zirə  qəsəbələrində, Qala qəsəbəsinin yaxınlığında, Xəzər dənizi 

sahilində (Dübendi qəsəbəsi), Pirallahi adası ilə Abşeron yarımadasını birləşdirən torpaq bəndinin 

başlanğıcında tapılıb. Burada tapılan qayaüstü şəkilllər daş əsr dövrünə aiddir.  

Qarğalartəpəsi məskən yerində Qobustan fiqurlarına bənzər hildən düzəldilmiş oturan qadının 

incə fiquru tapılmışdır. Belə fiqurlar və  təsvirlər qadın-ana  şəklində  bərin-bərəkətin simvoludur. 

Şübhəsiz, belə firurlar ayrı-ayrı ailələrin səcdəetmə  rəmzi olub. Bu tapıntılar göstərir ki, oturan «Ana-

ilahə»sinin, ana-torpağının ikonaya bənzər formasının yaranmasında yerli köklər var idi, onlar sabit və 

davamlı olaraq, həmin yerin sənət nümunəsi olduğu hesab edilə bilər.  

Qadınların, gec paleolit dövründə sümükdən və daşların yumşaq növlərindən hazırlanmış 

heykəllər ictimai strukturun qəbilə ilə bağlı olduğunu göstərir. Tapıntıların sayı, onların böyük səliqə ilə 

hazırlanması  və  bəzənilməsi (o cümlədən buraya bədəni bildirən qırıntılar, ayrıca düzəldilmiş başları, 

ayrı-ayrı detallar) bunu təsdiqləyir.  Əsasən burada çılpaq qadınlar göstərilir, ana-qadının analıq rəmzi 

olan cinsi orqanları daha qabarıq şəkildə təsvir edilir.  

Alimlər dəfələrlə bu qadın fiqurlarının mənalarını yozmağa çalışıblar. Tədqiqatçıların bəziləri 

bunları ana-qadın, ilk ana, madərşahlıq dövrünün ideologiya və dünyagörüşünü təcəssüm edən bir obraz 

olduğunu qeyd edir. Digərləri isə bu fiqurları ev ocağının sahibəsi, ev xanımı olan qadının təcəssümü 

adlandırırlar. Hər halda başa düşmək olar ki, o dövrün cəmiyyətində qadın başlanğıcının rolu çox böyük 

olub, bu da həmin dövrdə yaşayan insanların təsəvvürlərində öz ifadəsini tapıb. Belə heykəlciklər o faktı 




 

 

təsdiqləyir ki, qadın-ana obrazı ictimai şüurun diqqət-mərkəzində olub; bu obrazın ideya məzmununu o 



dövrün ictimai həyatının mühüm hadisəsi olan madərşahlıqla bağlı olmuşdur.  

Abşeronda, Türkan kəndinin yaxınlığında bir sıra təpələrdə kobud şəkildə düzəldilmiş daş 

heykəllər (bürünc dövrünün əvvəli) tapılmışdır. Xüsusi olaraq, qəbirdə tapılmış, yerli əhəng daşından 

hazırlarmış və öz quruluşuna görə Abşeronda əvvəlki tapıntılardan fərqlənən heykəl diqqəti cəlb edir. Bu 

heykəldə başı, sinəsində çarpazlaşmış qollar və bel qayışı bilinir. Onun dini, səcdəetmə ilə bağlılığını 

təxmini olsa da, müəyyən etmək olar.  

Əhəng daşından hazırlanmış, mezolit dövrünə aid olan iki heykəlcik Böyükdaş dağın döşündə, 

Qobustanda, «Kəniz» adlı oturaq yerinin qabağında da tapılmışdır.  

E.ə. I minillik və I əsrinə aid səhəng basdırmalarına aid qadın fiqurları böyük maraq doğurur. 

Onların Qobustanın qayaüstü şəkilləri ilə  bəzi oxşarlığı  var.  Bu  heykəlciklər qırmızı hildən hazırlanıb, 

yaxşı bişirilib, bəzilərində muncuq və qolbağı da bilinir. Tədqiqatçılar hesab edir ki, Azərbaycanın 

müxtəlif regionlarında, istər qrafik üslubda, istərsə də heykəl şəklində tapılan bəzi qadın təsvirləri eyni 

bir rəmzi – məhsuldarlıq, bərəkət ilahəsi Anahiti bildirir; o dövrdə onun səcdəsi Yaxın Şərq, Orta Asiya, 

Cənubi Qafqaz və İranda geniş yayılmışdır.  

Azərbaycanın bir sıra rayonlarında başı  və  əli-ayağı olmayan kişi və qadın heykəlcikləri 

tapılmışdır. İsmayıllı rayonu Molla-İsaklı kəndinin yaxınlığında qadın heykəlcikləri tapılmşıdır, onların 

birində  əlləri və döşü yox idi. Uzun, yuxarıya doğru daralan boğazı, başında da uzun, çiyinlərinə 

tökülmüş saçları var idi. Boynunda beş  cərgə muncuq yapılmışdır.  Şirvanda, Ağsu rayonunun dağlıq 

hissəsində, Nuran kəndində hildən düzəldilmiş qadın heykəlciyi tapılmışdır. Başında saçları  qıvrım, 

sinəsi açıq idi, boynunda iri medalyonla bəzədilmiş muncuq, ayaqların üstündə örtük var idi (e.ə. I 

minilliyin II yarısı).  

Bu heykəlciklər haqqında müxtəlif fikirlər irəli sürülür. Bəziləri burada estetik və erotik motivlərin 

işarəsini görür, bəziləri onları dinlə əlaqələndirərək, hesab edirlər ki, bu heykəlciklər – kahin-qadınları, 

müxtəlif ibadətlərin ifaçılarını bildirir. Bir çox alimlər onları birinci ana hesab edirlər, çünki tapıntılar 

məhz ev ocağının yaxınlığınla olmuşdur. Həqiqətə yaxın o fikirdir ki, bu heykəlciklər od sahibəsini 

bildirir, yəni burada biz qadın səcdəsinin ilk, ən qədim formasının təsdiqini görürük.  

Qadının səcdə olunması, beləliklə, odla da bağlı olub. Məhz qadın evin ocağını qoruyub, onun 

sönməsinə imkan verməyib, öz qəbilə yoldaşlarına burada xörək bişirib, odun ətrafında cadu xarakterli 

mahnılar və ovsunlarla rəqs edib. Qadınlar həm də ovda iştirak edib, dəriləri aşlayıb, onlardan paltar 

tikib,  əti hisə veriblər. Bitki qidasının toplanılması  işi də qadın vəzifəsi olub. Bütün bu faktlar qadının 

haqqında müəyyən təsəvvür, onun ətrafında səcdə  və hörmət ab-havasını yaradırdı, qadının analıq 

vəzifəsi, uşaqların tərbiyə etməsi funksiyası bu hörmət və ehtiramı  daha  da  artırırdı. Uşaqların tərbiyə 

olunmasında qadının aparıcı rolu onun, insanları əhatə edən aləmin dərk olunması prosesində yaradılan 

ənənə  və rituallar, əfsanələr və miflərin qoruyucusu olmaq vəzifəsindən irəli gələrək, bir qədər də 

güclənirdi.  

İbtidai cəmiyyətin incəsənəti, həmin dövrün inanclar, adət-ənənələr, ibadət və  səcdə  mərasimləri 

haqqında rəngarəng materiallar verir. Qadın başlanğıcı incəsənətdə, dində, ümumiyyətlə, ibtidai 

cəmiyyətin ideologiyasında üstünlük təşkil etsə də, kişi başlanğıcının da əhəmiyyəti çox böyük idi. Kişi 

və qadınlar arasında o dövrdə sosial bərabərlik hökm sürüb; onlar rəqabət və qeyribərabərlikdən çox, ruh 

birliyindən irəli gələrək  əməkdaşlıq edirdilər. Bu insanların psixoloji inkişaf səviyyəsi kifayət qədər 

yüksək, mənəvi münasibətlər zəngin olub. Demək olar ki, qadınlar, nə  də ki, kişilər üstünlük təşkil 

etməyib, kişi və qadın başlanğıcı ahəngdar şəkildə yan-yana olub, sosiogenez və ictimai münasibətlərin 

formalaşması prosesi dövründə onlar bir-birini qarşılıqlı  şəkildə tamamlayıblar. Cinslər arasında  əlaqə 

bölgüsü, vəzifə  və  işlərin paylanılması mövcud idi, hökmranlıq yox idi. Uzun əsrlər boyu insan nəsli 

qender baxımından diskriminasiya (hüquqların pozulması) nədir – bilmirdi; qadın-kişi münasibətlərinin 

alqoritmi bir cinsin digər cins tərəfindən əsarət altına alınmasını, özünə tabe etdirilməsini istisna edirdi. 

Qadınlar və kişilər arasında bərabərçilik, bərabərhüquqlu münasibətlər adi bir normaya çevrilmişdi.  

Dünya mədəniyyəti və incəsənəti tarixində,  ən qədim sivilizasiyalar möhtəşəm yer turur, çünki 

məhz onların formalaşması  və inkişafı, yazının yaranması prosesi zamanı, insan nəslinin maddi və 

mənəvi mədəniyyətin sonrakı inkişafı üçün əsası təşkil edən həyat fəaliyyətinin nümunələri və etalonları 

formalaşmışdır.  İlk sivilizasiyalar dövrü dünya mədəniyyəti tarixində vacib bir mərhələ olmuşdur – 



 

 

ibtidai cəmiyyəti quldarlıq quruluşu  əvəz etmişdir. Həmin dövrdə  qədim dünyanın bir sıra 



sivilizasiyaları – Misir, Çin, Babilistan, Hind, İran və s. öz yetkin və çiçəkli mərhələsini yaşayırdılar.  

İncəsənət  əsərlərində  və  fəlsəfi-dini traktatlarda etik və sosia-ictimai normaları  əks etdirmək 

tələbatı  qədim dövrlərdə yaranmışdır. Xalq müdrikliyi nümunələri  şifahi xalq yaradıcılığı, o cümlədən 

«Qilqameş haqqında epos»da, «Maharabharat»da, Qədim Tövrat kitablarında, zərduştilərin 

«Avesta»sında və s. öz əksini tapmışdı. Assiriya, Şumer, Babilistan, Kiçik Asiya və Mesopotimiyanın 

digər dövlətlərinin mədəniyyət və incəsənətində kişi və qadınların qarşılıqlı münasibətləri, cinslərlə bağlı 

əxlaqi normalar haqqında yazılar məlumdur. Bizə  gəlib çatmış mixi yazılar, incəsənət və  ədəbiyyatının 

müxtəlif əsərlərində ailə həyatına dair konkret göstərişlər və məsləhətlər, cinslərin cinsi davranışına aid 

tövsiyələr, qadına münasibət haqqında maraqlı  məlumatlar var. Məlumdur ki, o uzaq zamanlarda, 

patriarxata xas olan müxtəlif məhdudiyyətlərinə, dini qadağalara baxmayaraq, qadınlar çox vaxt 

cəmiyyətdə özünü təsdiq etməyə bacarırdılar. Bir çox qadınlar iqtisadi cəhətdən müstəqil olublar, onların 

öz mülkiyyəti var idi. Orta təbəqələrə mənsub qadınlar kişilərlə bərabər işləyirdilər.  

Erkən quldarlıq dövlətlərindən biri olan Misirdə incəsənət yüksək səviyyədə inkişaf etmişdi. E.ə. 

IV minillikdə, sülalələrdən  əvvəlki dövrdə burada artıq tikinti işi, tətbiqi sənətlər, heykəltəraşlıq, 

memarlıq, portret heykəlləri, relyeflər və boyamalar, bədii sənətlər, söz sənətinin müxtəlif növləri inkişaf 

etmişdi. Qədim Misirin təsviri sənət abidələrinin, müxtəlif  ədəbi  əsərlərin dilçilik baxımından tədqiqatı 

göstərir ki, Misir rəssamların yaradıcılığında cinslərin qarşılıqlı münasibətləri, qadın və kişi obrazları 

mühüm yer tutur.  

Dörd min il əvvəl misirlilər, məhəbbət və gözəllik ilahəsi Xatora sitayiş edirdilər. Ona, həm də 

ulduzların hakimi, gözəl deyib, onun şərəfinə himnlər qoşurdular. Xatorun çoxsaylı heykəl təsvirləri 

yaradılmışdı. Qeyd edilən dövrdə Misirdə  həm də yüksək və incə  məhəbbət lirikası formalaşmışdı; 

burada qadına olan məhəbbət, mənəvi hisslər təsvir olunurdu; demək olar ki, bu hisslər, «əbədi» olaraq, 

heç də indikilərdən fərlənmirdi (12). «Satnı-Hemuas haqqında söz» əsərində (2300 il əvvəl yazılıb) də 

məhəbbət tarixçəsindən söhbət gedir. Firon qızı Axura, öz sevgilisini o dərəcədə istəyir ki, hətta ölüm 

qarşısında belə ondan üzünü döndərmək və başqasına ərə getmək istəmir.  

Misir incəsənətinin digər sahələrində  də  məhəbbət problemi tədqiqat obyekti olmuşdur. 3500 il 

əvvəl misirlilər məşhur heykəl portretini yaratdılar – Nefertitinin portreti; o, ruh yüksəkliyi, yüksək 

estetik zövqünü nümayiş etdirir. O dövrdə Nefertiti qadın gözəlliyinin idealı sayılırdı. Ehnaton 

fironunun Nefertitiyə  məhəbbəti, tarixə  məlum olan ilk yüksək və ali məhəbbət nümunələrindən biri 

olub. Heykəllərdə  və  qəbir daşlarında, digər yazılarda firon Nefertityə öz sevgisini ifadə  və nümayiş 

etdirib. Bu məhəbbət haqqındakı rəvayətlər dildən-dilə gəzib bizim günlərdə də yaşayır.  

Misir sivilizasiyasında qadın statusu çox yüksək idi. Misir kişiləri qadınların geyimləri və 

bəzəklərindən bir çox şeyləri özünə götürüblər. Qədim Misirin freskalarında (divar naxışları) qadını 

kişiyə bərabər təsvir edirlər. Hətta əfsanəvi qadın fironu məlumdur – Hatşensut, o kişi paltarları geyirmiş 

və rəsmi tədbirlərdə üzünə saqqal taxırdı.  

Misirdə bütpərəstlik qədim tarixi olan İzida və Osiris ibadətlərində öz təşəkkülünü tapıb. 

Memfisdə Osirisin rəmzi Anis adında öküz, İzidanınki isə torpağın məhsuldarlığının rəmzi olan inək 

olub. Misirlilər, xüsusi olaraq İzida ilahəsinə  səcdə edirdilər; ölkənin hər yerində onun heykəl  şəklində 

təsvirləri mövcud idi. Tarixçi Herodot yazırdı ki, İzidanın  şərəfinə keçirilən bayramlarında 700 minə 

qədər ziyarətçilər yığılırdı.  

Qender problematikasının tədqiqi baxımından b. e. I əsrdə Ban Qu tərəfindən tərtib edilmiş «Böyük 

pələng zalında  əhatəli disskusiyalar»adlı  ədəbi traktat müəyyən maraq kəsb edir. Ban Qu məhşur Çin 

alimi-ədəbiyyatşünasıdır; bu traktat e.ə. III əsr-b.e. III əsri d. vründə imperatorlu Çinin ideologiyası 

haqqında olan məlumatların ensiklopedik toplusudur. Məlumatlar xüsusi bölmələrə bölünüb, hər biri 

Xan ideologiyasının vacib sahəsinə həsr olunub. IX fəsil (ütz-yu-an) ailə-nigah, kişi və qadının qarşılıqlı 

münasibətlərinə həsr olunub. Yazı birinci növbədə imperatora həsr olunsa da (burada əsasən imperator 

həyatı  təsvir olunur) müəllif konfutsiçiliyin ümumi prinsipləri üzərində durur, bu prinsiplər tədricən 

ümumçin prinsipləri kimi bərqərar olur. Buna görə  də bu fəsildə nigah, toy mərasimləri və qadına 

münaibət haqqındakı məlumatların təsvirləri, XV əsrin əvvəllərinə qədər istər imperator, istərsə də sadə 

çinli insan üçün eyni dərəcədə  əhəmiyyətli olub. Bu fəsildə izah edilən qaydalar bütövlükdə çin 

poliqamiyası üçün səciyyəvidir. Qeyd edilən mətndə göstərilir ki, yalnız imperatorun arvadı ola bilər; 



 

 

burada təsvir olunan qaydalar ümumiyyətlə, Çin poliqamiyası üçün xasdır. Traktat klassik ədəbi çin 



dilində (ven yan; bəzən buna qədim çin dili deyirlər) yazılıb, çoxlu şerlərdən haşiyələr var.  

Çində, XX əsrin 70-ci illərində, e.ə. II əsrə aid qəbirdə tapılmış müəllifi məlum olmayan «İn və 

yanın əlaqələndirilməsi» adlı ədəbi etik traktatı məlumdur.  

Traktat  şerlə yazılıb və kişi və qadın arasındakı seksual münasibətlərinə  həsr olunub. Çinlilər 

baxımından seksologiya kallistenikanın (ömrünü uzatmaq və sağlamlığı qorumaq haqqında elm) bir 

bölməsidir. Bu yazıda həm də cinslərin ictimai münasibətlərindən məlumatlar verilir; qadın mövqeyi – 

asılı; kişi mövqeyi isə – hakimdir.  

Qeyd etmək lazımdır ki, «in» və «yan»ın qarşılıqlı münasibətləri kişi və qadın başlanğıclarının 

uyğunlaşması şəklində öz ifadəsini Çinin həm ədəbi və etik-əxlaqi əsərlərində, həm də musiqi sənətində 

tapmışdır. Qədim Çin musiqi estetikası musiqinin özünəməxsus fəlsəfi duyumunda əsaslanır. Bir 

tərəfdən, belə  fəlsəfi ehkamlar Çin cəmiyyətində dini ənənələrinin rolunu artırır, digər tərəfdən isə – 

çinlilərin təfəkkür tərzini xarakterizə edir (2). Konfutsinin düşüncə dühası – musiqi haqqında traktat 

«Lüyşiqundzü» («Yaz və payız salnaməsi») adlanır. «Dayue» («Böyük musiqi») fəslində qeyd olunur ki, 

musiqi efirdə (havada), kinnatda yaranıb. Öz başlanğıcını musiqi Vahiddə götürür, bu da öz növbəsində 

iki hissəyə – səmaya və yerə bölünür. Göylərdə, Vahidin hərəkətindən irəli gələn harmoniya hökm sürür, 

o, yeri də hərəkətə gətirir. Hərəkət musiqini yaradır. Böyük Vahidin iki elementi – səma və yer – «in» və 

«yan»ı təşkil edir (zülmət və işıq, kişilik və qadınlıq, mənfi və müsbət). Kişi və qadın başlanğıcları olan 

«in» və «yan»ın dəyşilməsi və çevrilməsi prosesi zamanı yeni formalar yaranır və uyğunlaşır. Buna 

təbiətin və  səmanın sabitliyi deyirlər. Sonra traktatda deyilir ki, səma sahəsinin dövr etməsi bütün 

məxluqları, kişilik və qadınlıq arasında daxili əlaqələri yaradır, yəni əvvəl daima, əbədi qayıdış və əbədi 

ayrılma yaranır – emsə və ucalma prosesi. Bu səma ruhunun davranış zamanı böyük razılaşma meydana 

gəlir; o, bütün cisimlərin forma və  hərəkətini,  əşyaları  və onların ifadə olunmalarını, ilin fəsillərinin 

dəyişilməsini müəyyən edir. Bütün bunlar insan zəkasında, qəlbində, ruhunda öz dərin ifadəsini tapır. 

Beləliklə, traktatda deyilənə görə, «in» və «yan»ın, kişilik və qadınlığın fasiləsiz əlaqəsi və qarşılıqlı təsiri 

var; onların bir-biri ilə mübarizəsi və vəhdəti bütün kainatı, insan həyatının bütün sahələrini, o cümlədən 

incəsənəti əhatə edir.  

Qədim Çinin ictimai və  mədəni həyatı, qadının cəmiyyətdə rolunu qiymətləndirərkən, qadının 

«ayaqlarının sarıqlanması» əməliyyatın üzərində də dayanmaq lazımdır. Bu adətin başlanğıcı lap qədim 

dövrdədir; o zaman Çində, qeyd edilən adətdə də öz əksini tapan qadınların fiziki, mənəvi və intellektual 

cəhətdən alçalması başlandı.  Əsrlər boyu bu adət düzgün və  zəruri kimi qiymətləndirilirdi; o, qadının, 

sosial və psixoloji mənada, kişi ilə nisbətdə, daha alçaq vəziyyətdə olduğunu özündə  əks etdirir, çünki 

«ayaqları sarıqlanmış» qadınlar yalnız seksual obyekt və uşaqların anası olduğu hesab olunurdu.  

Belə bir fikir var ki, «ayaqların sarıqlanması» adəti, Çin sənətinə aid olaraq, imperatorluq dövründə 

rəqqasə qızlar sırasında yayılmış adət olub. Belə bir əfsanə var: «Li Yu imperatorun sevimli, «Gözəl qız» 

adında məşüqəsi var idi. Zərif gözəlliyi ilə seçilən bu qız həm də çox qabiliyyətli rəqqasə idi. İmperator 

onun üçün mirvari ilə  bəzədilmiş  qızıldan  şanagüllə gülü düzəltdirdi. Rəqqasəyə tapşırmışdılar ki, 

ayaqlarının barmaqlarını elə bağlasın ki, pəncəsi ayparaya bənzəsin. Qızıl gülün mərkəzində rəqs edən 

«Gözəl qız» üfüqdən yeni doğan kiçik buluda bənzəyirdi. Bu real hadisənin nəticəsində sarıqlanmış 

ayaqlara «Qızıl şanagüllə» adını verməyə başladılar; aydındır ki, ayaqlar elə sarınmalıdır ki, qızlar rəqs 

edə bilsinlər.  

Sarıqlı ayaqlar şikəst olur, qadın gəzəndə ya axsayar, ya da qulluqçuların köməyi ilə yeriyirdilər. 

Nigah bağlamaqdan qabaq, oğlanın valideynləri  əvvəl gəlinin ayağının ölçüsünü, sonra isə xarici 

görünüşü ilə maraqlanırdılar. Başlıca göstərici – qadın pəncəsi idi. «Ayağı sarıqlı» qadının təfəkkürü, 

intellekti ayağı kimi gödək idi. Qızlar yalnız «qadın» vəzifələrini öyrənirdilər: xörəyi bişirmək, ev 

təsərrüfatında işləmək,  əl işləri və s. Təxminən min il ərzində hökm sürən bu adət  1911-ci ildə dövlət 

tərəfindən qadağan edildi.  

Hind  ədəbiyyatında kişi və qadın arasında sevgi münasibətləri  ən geniş yayılmış mövzularından 

biridir. Bu ədəbiyyatın  ən qədim nümunələrində, məs.: «Riqvedalar» mətnlərində «kama» (məhəbbət) 

tərənnüm edilir (e.ə. II minillik). Tədricən sevgi haqqında elmi traktatlar da meydana gəlir. Onlardan 

bizə  gəlib çatan insan nəsli tarixində  ən qədim və  ən məşhur kitab «Kama-sutra»dır. Son tədqiqatlara 

görə, bu kitab III əsrin ikinci yarısında hind yazıçısı Mallanaga Vatsayana tərəfindən yazılmışdır.  



 

 

Öz əsərində müəllif, həyatın üç məqsədinə nail olmaq zərurətindən bəhs edərək, insana həzz verə 



biləcək 64 sənəti qeyd edir, şəhər əhlinin, qadın və kişilərin həyatını təsvir edir. Sonra kişilərin (dovşan, 

ökuz, at) və qadınların (ceyran, at, fil) fiziki quruluşu növlərinin təsnifatını verir, adaxlını seçmək 

məsələsini müzakirə edir, qadına pərəstişkarlıq etmək, nişanlamaq yollarını düşünür.  

Kitabda ailə qurulandan sonra qadın həyat təsvir olunur, öz əri və  hərəmin digər qadınları ilə 

münasibətlərin tərzi müzakirə olunur. Özgə arvad və  ərlərini başdan çıxarmaq yolları müzakirə edilir, 

başqasının hərəminə  xəlvət yolun tapılması haqqında məsləhətlər verilir. Axırda geteraların (sərbəst 

qadınlar) xasiyyətləri təsvir olunur, bir də  hər kəs, öz cazibədarlığını artırmaq üçün nə etməli yolları 

göstərilir, tibbi məsələhətlər verilir.  

Qədim Hindistanda «kama»nın (sevgi sənətinin) öyrənilməsi dövlətli şəhərlilər tərəfindən dünyəvi 

təhsil və zadəganlar mədəniyyətinin zəruri tərəfləri kimi qəbul edilirdi. Bu əsər – Qədim Hindistan 

cəmiyyətinin tibbi, etnoqrafik və sosioloji tərəfləri haqqında qiymətli məlumatlar mənbəyidir. Onun təsiri 

atında klassik ədəbiyyatın bir sıra inciləri yaradılmışdır: «Kadambari» (Bonna), «20 şahzadənin hekayəti» 

(Dandin) «Hekayətlər dəryası» (Somadevi), hind dramaturq Kalidasın əsərləri və s.  

«Kama-sutra» Hindistanda sevgi mövzusu ədəbiyyatın zəngin  ənənəsinə  əsas qoydu. Məs.: XII 

əsrdə Kokkoki tərəfindən hindu dilində  nəfis  şerlə yaradılmış «Ratira-Hasya» («Məhəbbətin sirri») 

əsərini göstərmək olar. Kokkoki insan xüsusiyyətlərinin yeni psixofizioloji təsnifatını  təklif etdi: məs. 

qadınları o, cazibədarlığa və xasiyyətlərinə görə dörd qrupa böldü: padnini (şanagüllə), çitrini 

(sənətkarlar), şankini (balıqqulağı) və xastini (fillər). Misal olaraq, müəllif Hindistan Afroditası (şanagüllə 

qadını) aşağıdakı şəkildə təsvir edir: onun üzü aya bənzəyir, bədəni ləyaqətlə ətə-qana dolub, xardal gülü 

tək yumşaqdır; dərisi zərif, həssas və gözəldir; gözləri gənc ceyran gözü tək, parlaq və heyrətamizdir, səsi 

yer ququ quşundakı kimi bəm və məlahətlidir.  

Qadının hər bir növünün öz üstünlükləri var, «fillər» adına qaldıqda isə, Hindistanda bu adı 

rişxəndlə çəkmirlər; fil burada – ağıllı, gözəl və incədir.  

Vatsyayananın  əsəri dəfələrlə  şərh edilirdi. Onun ən qədim  şərhi – Yaşadxarinin yazdığı 

«Cayamanqala»dır (X-XIII əsrlər arasında). Müəllif, öz sevgilisi ilə ayrııq əzabı çəkirdi; bunu o, hər fəslin 

axırında dönə-dönə qeyd edirdi. «Kama-Sutra»nın hər bir nəşrində onun şərhləri verilir. Onlar sanskrit 

dilində yazılıb; müəllif çox böyük səliqə ilə ən çətin yerləri izah edir, bəzən, Vatsyayananın təsvir etdiyi 

reallıqları da şərh edir.  

Qədim Hind mədəniyyətində qadın və kişilərin münasibətləri haqqında məhəbbət lirikası 

nümunələri yaradılıb. Buraya xalq mahnıları məcmusu «Pançatra»nı aid etmək olar. Beş kitabdan ibarət 

olan bu topluda hind qadınlarının obrazları  təsvir edilir; onlar ağıllı, diribaş  və gözəldirlər. V əsrdə 

yaşayıb yaratmış hind dramaturqu Kalidasın «Şakuntala» adlı  məşhur poemasını  da  qeyd  etmək 

lazımdır. Zahid (tərkdünya) bir qadına çar vurulur. Bu yüksək duyğusuna görə o, hər şeydən – həm taxt-

tacından, həm özünün ictimai vəziyyətindən keçməyə hazır idi. İki min beş yüz yaşı olan məşhur 

«Ramayana» əsərində Rama və Sitanın sevgisi özünəməxsus və idealdır.  

Maraqlıdır ki, məhəbbət o zaman meydana gəlir ki, qadın kişinin əsarəti altına düşür. Belə çıxır ki, 

məhəbbət tarixdə qadın «qul» olduğunu  əvəzləyir: qadını özünə tabe edən kişi, özü onun əsirliyinə 

düşdü. Şübhəsiz, belə düşünmək – birtərəfli yanaşmaq deməkdir. Məhəbbətin yaranması, digər mənəvi 

hisslərin olduğu kimi, bir yox, bir neçə səbəblə bağlı olub və insan şəxsiyyətinin formalaşması prosesinin 

yalnız bir məhələsi olmuşdur Məhəbbətin yaranması üçün digər səbəblər də olub, birinci növbədə 

insanın mənəviyyatı, cinslər arasında münasibətlər zənginləşib, yeni ideallar formalaşıb, etik və estetik 

inkişafında yeni zirvələr fəth olunub.  

Qədim  Şərqdə kişilərin zövqünü mahnılar, rəqslər və musiqi ilə peşəkar sənətçi-qadınlar 

oxşayırdılar. Misirdə  onlara  almeya  (ərəb sözü alimah-alim sözündən) deyirdilər. Məşhur hind 

bayaderaları (rəqqasələr) bu sənətə lap gənc ikən yiyələnirdilər. Onlar məbədlərdə yaşayır, brəhmənlərə 

qulluq edir, ibadətlərin icrasında iştirak edir, musiqi alətlərində çalıb oxuyur və rəqs edirdilər. Onlar həm 

də toylarda iştirak edir, cavanları alqışlayır,  şerlər və mahnıları qoşurdular. Bayaderlərin rəqsləri və 

musiqiləri – məhəbbətin əsil pantomiması idi.  

Hindistanda musiqi sənəti  əzəldən ilahi vergisi, sevgi sənəti sayılırdı.  İfaçılıq sənətiində  ağıl və 

ruhun  ən ali arzuları ifadə olunur, insan səsi isə qadın və kişilərin daxili aləminin  ən yüksək 

keyfiyyətlərini ifadə edir. Səs və mahnının ifası dünyanın bədii şəkildə qavranılmasının ən ali formasıdır. 

Səs və nəğmədən insan həzz alır, mahnı onun ruhunda ilahi vəhyi əmələ gətirir. Səs ən qədim dövrlərdə 




 

 

musiqi dini mərasimlərdə istifadə edilirdi; şerlə yazılmış müqəddəs mətnlər uzadıla-uzadıla oxunurdu; 



sevgi haqqında  şerlər və  nəğmələr çox populyar idi. Teatr tamaşalarında musiqi və  rəqslərdən mütləq 

istifadə edilirdi. Saray əsilzadələrini, çarın özünü peşəkar musiqiçilər  əyləndirirdi (9). Qədim Hind 

tədqiqatçıların fikrinə görə, musiqi – həqiqətin dərkinin birbaşa yoludur. Musiqini qavramaq üçün xüsusi 

hala düşmək lazımdır, bu zaman insan öz daxilində öz əslini, həqiqətini tapır. Bu yolla insan dünyanı 

musiqi obrazları vasitəsilə qavrayır. Göstərici haldır ki, Hindistanda musiqi sənətinin ilahəsi – qadındır. 

Qədim yazılarından birində («Markandeya-purana») deyilir ki, əfsanəvi yeraltı  səltənətinin naqların 

(ilanların) çarı musiqi ilahəsi Sarsvatidən xahiş edir ki, musiqi sənətini özünə öyrətsin, bütün svaralardan 

ona xəbər versin (svaralar-musiqinin əsaslarıdır). Sarasvati çara musiqi sənətini öyrədir və çar, onun 

inanılmaz gözəlliyinə, qabiliyyətinə heyran olaraq, ona vurulur və özünə alır.  

Kişi və qadın başlanğıcları qarşılıqlı münasibətləri baxımından qədim hind sənətində öz əksini 

tapmış  qədim hind dini təlimi-tantrizm, müəyyən maraq kəsb edir. Qədim dövrün bir çox təlimlər və 

dinlərdə kişi başlanğıcı  fəal, enerjili, dəyanətlidirsə, qadın başlanğıcı – passiv, yumşaq, mülayimdir. 

Tantrizmdə fəal tərəf – qadın, passiv tərəf isə – kişi başlanğıcıdır. Kişi başlanğıcı seçilməz mütləqdir, onu 

yalnız qadından gələn enerji oyadıb canlandıra bilər. Tantrizmdə seksə böyük yer ayrılır, şərti olaraq bu 

proses dünyanın yaranması, onun mənşəyini xarakterizə edir. Buraya yoqa, meditasiya (fikri bir yerə 

cəmləndirib düşünmək) və qurban vermə mərasimi daxildir.  

Sevgidə  fərd sanki dünyanın yaranma mənbəyinə qayıdır, onun enerji potensialına yaxınlaşır. 

Qadın və kişinin bir-birinə qovuşması – Allahın müəyyən təsvirinə yaxınlaşmaq imkanını verən kosmik 

prosesinin inikasıdır. Kişi özünü yalnız qadın vasitəsilə realizə edə bilər. Tantrizmdə başlıca yer zaman 

ilahəsi – Kaliyə ayrılır; Kali bütün mövcud dünyanı yaradaraq, özünü ilahi enerjisinin daşıyıcısı olan hər 

bir qadında ifadə edir. Kalinin heykəlləri və  rəsmlərinə Hindistanda addımbaşı rast gəlmək olar, hind 

sənətində  də onun böyük rolu var. Lakin dünyanın yaradılmasının mənfi tərəfləri də var – Kali ilahəsi 

kişini və dünyanı zaman baxımından yaradarkən həm də onlardan uzaqlaşır. Buna görə  də Kali, eyni 

zamanda həm də dağıdıcı qüvvə, məhvedən xəstəlikləri yayan ilahə sayılı. Buna baxmayaraq, hindlilər 

tərəfindən Kali çox sevilir.  

Tantrizm – kişi və qadın başlanğıclarının qarşılıqlı munasibətlərinə  əsaslanan cuşa gəlmə, 

emanasiya (ilahi qüvvəsinin yaradıcı enerjisinin şüalanması) proseslərinin səcdə edilməsidir. Bu təlimdə 

kosmosun özü də insan bədənindən aldığı enerji ilə qidalanan kosmik qayda-qanunu, enerji axınıdır.(14) 

Tantrizmdə deyilir ki, kosmik ağıl və insanın ağlı, eynilə kosmik cisimi və insan bədəni eyniyyəti təşkil 

edir. insan meditasiya, yoqa ilə  məşğul olmalıdır ki, öz bədəninin imkanlarını genişləndirərək, kosmik 

cisimin nümunəsi səviyyəsinə özünü ucaltmalıdır.  İnsan kosmik məhəbbətlə rastlaşmalı, bu məhəbbət 

eyni zamanda həm bütöv, həm parçalanmış, həm sosial, həm də  fərdidir. Beləlilkə, qadın və kişilər 

arasındakı münasibətlərin  əfsanəvi təsvirlərdən biri olan tantrizmdə  məhəbbət – dərin və incə intim 

münasibət və  təəssüratlanma kimi verilmir. Belə  məhəbbət,  şəxsiyyətin öz «Mən»in aşkarlanması ilə 

yanaşı, insanın inkişafının müəyyən tarixi mərhələsində yaranır.  

Şumer-Babilistan mədəniyyətində xüsusi olaraq İştar-İnin ilahəsinə sitayiş olunurdu. İştar-İnin 

sevgi və hərc-mərcliyin, ehtiras və müharibənin himayədarı idi. Düşmənçilik və dostluq, ədavət və sülh 

kimi ziddiyyətli qütblər burada birləşir. Ola bilsin ki, bu ilahənin səcdəsi o zaman yaranıb ki, məhəbbət 

xüsusi bir həyati qüvvə olaraq, ayrıca bir meyl, hiss kimi qavranılmırdı. İştar ilahəsinin obrazı «Qilqameş 

dastanı»nda yaradılmışdı (e.ə. XXII-XXIII əsrlər, akkad dilində). Lakin İştar öz sevgisində möhkəm deyil, 

o böyük asanlıqla öz Tammüz adlı  ərindən ayrılır, onu cəhənnəmə vasil edir, eynilə sevdiyi çobanı 

canavara, onun məhəbbətindən imtina edən bağbanı isə hörümçəyə döndərir.  

O zamanlar ki, uşağın dünayaya gəlişi müqəddəs bir hal sayılırdı, şumerlər müəyyən dərəcələ dərk 

edirdilər ki, həmin hadisədən nəinki ailənin firavanlığı və artımı, həm də müəyyən bir şəkildə – dövlətin 

də firavanlığı asılıdır; məhz buna görə icmanı Allah qarşısında təmsil edən hakim – qəbilə başçısı nəinki 

öz dövləti, şücaəti ilə, həm də kişi qüvvəsi ilə də qürrələnirdi. Qədim məbədlərdə o zamanlar məhəbbət 

kahinələri yaşayırdı; onlara sitayiş, səcdə edirdilər; onların məhəbbətini ilahilişdirib müəyyən gizli qüvvə 

kimi qiymətləndirirdilər. Qilqameş elə bir kahinəni tapır ki, o Enkidü adlı  vəhşi insana əxlaqı,  ədəb-

ərkanı öyrətsin, məhəbbətin qüvvəsi ilə insan cəmiyyətinin mədəniyyətinə alışdırsın. Enkidu, qabaqlar 

meşədə, vəhşi heyvanların  əhatəsində yaşasa da, Şamhat adında kahinəyə vurularaq, tamam başqa bir 

adama çevrilir. Rəvayətdə onun məhəbəti, onu insaniləşdirmiş qadına olan münasibəti təsvir edilir. 

Qilqameş dastanında deyilir ki, «o daha ağıllı, dərrakəli və dərin olub».  




 

 

Bizə gəlib çatmış qədim əlyazmalarda, müasir arxeoloji qazıntıları zamanı əldə edilən tapıntılarda 



Babilistan qadınları haqqında müəyyən qədər geniş  məlumat verilir. Babilistan sülaləsinin məşhur 

nümayəndəsi Hamurappi (e.ə. 2067-2025-ci illər) 282 bənddən ibarət olan məlum qanunlar məcəlləsini 

yaratmışdır.  

Həmin qanunların mətni akkad dilində mixi yazısı ilə qranit lövhəsinin üzərində həkk olunub; bu 

lövhədə  həm də  Şamaş çarın və Allahın təsviri də verilib. Gözəl sənət nümunəsi olan bu lövhə hal-

hazırda Luvrda saxlanılır. «Qanunların» paraqraflarından birində (59), «Qadın güzgüsü» adı ilə məlum 

olan bölmədə toy mərasimləri, cehizin ödənilməsi, boşanma, xəyanət etməsi halları haqqında məlumatlar 

verilir. O uzaq keçmişlərdə ərə getmək məcbur idi. Kişi ailənin Allahı, uşaqlar və arvadın sahibkarı idi. 

Dövlətli babilistanlı adamın bir əsas arvadı və bir neçə məşuqəsi var idi. Baş arvadın nüfuzu (uşaqların 

anası və evin xanımının) digərlərindən qat-qat yüksək idi. Boşanma məsələsini yalnız kişi qaldıra bilərdi. 

Ailə  xəyanəti qəddarcasına basılırdı – hər iki məşuq öldurulurdu. Erkən sülalələr dövrünə aid Urada 

aparılan arxeoloji qazıntılar (e.ə. 3-cü minillik) zamanı, qəbirdə, monarxla bərabər basdırılmış ailə üzvləri 

də tapılmışdır. Arvadlar öldürülüb, ev, zinət  əşyaları  və musiqi alətləri ilə  bərabər basdırılırdı. Eyni 

zamanda ailədən kənar  şəraitində qadınların müəyyən azadlıqları var idi. Bir çox sənədlərdə onların 

mədəniyyətdə oynadığı polu, ictimai, dini həyatda iştirakı haqqında məlumatlar verilir. Belə bir məlumat 

da verilir ki, qadınlar sənət nümunələrini yaradır, şer yazır, musiqi ifaçılıqla məşqul olurdular. Qanun, 

mülkiyyət hüququnu qadınlara da verirdi, lakin bunu əri və yaxud atasının razılığı ilə edirdi. Qadınlar 

sırasında çoxlu falabaxan və kahinələr var idi; onlar qanunların tərtibində  iştirak edirdilər. Qadınlar 

bərbərxanalar, toxuculuq sexləri, qəlyanaltıxanaları  işlədir, kənd təsərrüfatı  işlərində  iştirak edirdilər. 

Qadınlar mirzə və mamalıq peşələrinə yiyələnir, kimya və əczaçılıq kimi sahələrdə ixtisaslaşırdılar.  

Qədim  əfsanələrdə  qədim Minoy sivilizasiyanın yarandığı Krit adasında qadınların aparıcı 

mövqeləri birmənalı qeyd edilir. Plutarxın təsdiq etdiyi kimi, buranın sakinləri öz ölkəsinə ata yurdu yox, 

ana torpaq deyirdilər. Məbəd mərasimlərinə rəhbərlik edən kahin-qadınlar olub dini rituallara əməl edən 

kişilər isə qadın paltarlarını geyməli idilər. Hesab edilir ki, İsida ilahəsinin kahinləri tək, onlar da 

axtalanmış idilər. Əlamətdar haldır ki, Kritdə qadın bütləri kişi bütlərindən daha çoxdur. Arxeoloqların 

tapdığı Minoy mədəniyyətinin divar naxışlarında (freskalarda) çoxsaylı qadın təsvirləri var, bu da o 

dövrdə qadınların hökmran, aparıcı vəziyyətini bir daha təsdiqləyir.  

Bütün yuxarıda qeyd edilənləri ümumiləşdirərək, göstərmək lazımdır ki, yazılı  mənbələr, qədim 

dövrün sənət nümunələri qadının istər cəmiyyətdə, istərsə  də ailədə  əsarətdə olan qulun olmaması 

faktını  tədiqləyir. Qadın ilahələrin qüvvələrinə  və qüdrətlərinə canfəşanlıqla səcdə edilməsi, sənət 

əsərlərində çoxsaylı qadın təsvirləri qadına olan münasibətini özündə  əks etdirir, ona olan hörmət və 

ehtiramını bildirir. Bununla belə qadın, madərşahlıq dövründə özündə olan hüquqlarını artıq itirmişdir. 

İndi o, birinci növbədə ana, uşaqların tərbiyəçisi, evin ocağının qoruyucusu idi. Qadınlar mənəvi 

həyatda, ictimai münasibətlərin bir çox formalarında, demək olar ki, iştirak etmirdilər; təbii ki, kişilərlə 

bərabərhüquqlu da deyildirlər.  

Azərbaycanda qadınların ictimai həyatda rolunu, cinslərin qarşılıqlı münasibətlərini, Qədim 

Azərbaycan və  İran  ərazilərində e.ə. VII-VI əsrlərdə yaranmış  zərdüştilik dini təlimin  əsasında 

qiymətləndirmək olar. Bu dinin banisi Zərdüşt peyğəmbər (qədim yunanlarda – Zoroastr; iran-Zərdüşt) 

olub. Tarixçilər arasında hələ  də onun həqiqi bir insan, ya da ki, əfsanə, uydurma olduğu barədə 

mübahisələr aparılır. Bəziləri onun mövcud olmasına inanmır, bəziləri isə  əksinə, onun tərcümeyi-

halından faktları qeyd edirlər: o, Spitama qəbiləsindən olan Puruşasnanın üçüncü oğlu olub, üç dəfə 

evlənib. Zərdüştün üçüncü arvadı onun yaxın qohumu Fradşaostranın Xvovi adında qızı olub. İki 

əvvəlki arvaddan onun üç oğlu və üç qızı olub. Zərdüştün təliminə görkəmli yunan filosofları olan 

Platon, Aristotel və s. yüksək qiymət veriblər. Bu, o deməkdir ki, burada real tarixi şəxsiyyət mövcuddur. 

Zərdüşt – «Avesta» kitabının ən qədim hissəsinin müəllifidir.  

Qadınlara olan məhəbbət, hörmət və ehtiram haqqında, «Avesta»nın bəzi bölmələrində müəyyən 

məlumat var; burada «sevimli qadınlara» qayğı ilə yanaşmaq çağırışı səslənir. Zərdüştilikdə Daena, Aşi, 

Arşat ilahələrinə sitayiş olunurdu. Öz təlimində Zərdüşt insanları qadın və kişilərə ayırmır. Hər iki tərəf, 

öz əməlləri və düşüncələrini, var qüvvəsilə ölümdən sonra cənnətə düşmək arzusuna həsr etməlidirlər. 

Cənnətə layiq ruhu cavan bir qız (daena-inam deməkdir) müşayiət edir, o, möminin ruhuna cənnət 

yolunda köməklik göstərir.  Onu  da  qeyd  etmək lazımdır ki, yunan mifologiyasının Nika və Demetra 

ilahələrə zərdüştlikdə Anş və Spenta – Armanti uyğun gəlirdi.  




 

 

Pəhləvi yazılarına görə, zərdüştilik  əfsanələrində qeyd edilir ki, Zərdüşt uzun illər həqiqət 



axtarışında olub. O çalışırdı ki, ali Allahın  əxlaqi qanunu – ahur – həm güclülər, həm də  zəiflərə, həm 

kişilər, həm də qadınlara bərabər şəkildə yanaşsın, ümumi qayda-qanun və əmin-amanlıq zəfər çalsın və 

hamı, qadınlar da, kişilər də – sakit və dinc ömür sürə bilsinlər.  

Zərdüştlilərdə hvaetvodat adəti var idi – ən yaxın qohumlar arasında nigaha icazə verilirdi (məs.: 

ata və  qız, bacı  və qardaş, ana və  oğul arasında). Dindarların və kahinlərin ailələri arasında da sıx 

əlaqələr var idi; burada da kəbin kəsilmək imkanı var idi.  

Yenhe-hatim sözü ilə başlanan ibadətdə Qatanın şerinin işlənməsi verilir: «Kimin sitayişini Ahura 

Mazda həqiqət baxımından mənim üçün ən yaxşısı saydı? Olanlara və olub gedənlər mən adbaad ibadət 

edib onlara əhsən deyəcəyəm». Bu şer sonradan ibadətdə belə  səsləndi: «Ahura Mazdanın həqiqət 

baxımından  ən yaxşı kişi və qadınlar saydıqlara – biz ibadət edirik» – görünür ki, onlar bu yolla, 

cinsindən asılı olmayaraq, həm qadın, həm də kişi cinsindən olan ilahi qüvvələrə ibadət etmək fikrində 

olublar. Zərdüştün özü, Ahura-Mazdaya müraciət edərkən, deyir: «Müqəddəs Armantini, müqəddəsi, 

mən özümə seçirəm. Qoy o mənimki olsun».  

Müqəddəslik dərəcəsinə görə ikinci yerdə olan ibadət – Aşəm-Vohudur. Zərdüştilikdə ibadət 

mərasimlərinin çoxu qeyd edilən ibadətlə bitir. Bu, çox qısa kəlamdır, ibadət edənin fikrinin «Aşa» 

həqiqətində cəm etməkdir, Aşa-qadın ilahəsidir, o, xüsusi sitayiş mənbəyi olub. «Aşa-xeyirxahlıqdır, o, – 

ən yaxısıdır. O bizim üçün arzu olunandır. Aşa-Vahşita da Aşaya mənsubdur».  

Sonrakı dövrlərdə zərdüştilikdə Allahlar məğbərəsinə aid bir sıra yeniliklər tətbiq edildi. Onlardan 

biri – yad ilahəsidir, ola bilsin ki, bu məşhur assur Babilistan ilahəsi, Zəhra ulduzunun sahibəsi İştar olub; 

bu ilahə eyni zamanda həm də sevgi və müharibə ilahəsi kimi də tanınıb. Herodotun fikrincə, farslar 

artıq çoxdan idi ki, bu «səma ilahəsinə» pərəstiş edirdilər; yunan müəllifləri sonradan ona «Afrodita-

Anaitida», ya da sadəcə «Anaitida» deməyə başladılar. Qeyd edilən faktlar belə bir qənaətə  gəlməyə 

imkan verir ki, İştar, qərbi iranlılar tərəfindən Anahitiş («ləkəsiz», «pak») adı ilə tanındı (bu adını onlar 

Zəhra ulduzuna vermişdilər), sonradan «Harakvati-Aredvi-Sura» ilahəsini təyin edən bir söz kimi 

istifadə edilməyə başlanır. Bu vaxtdan etibarilə ibadət zamanı «Aredvi-Sura-Anahita» adı ilə çağırılmağa 

başlandı. «Harahvati» adı isə  tədricən unuduldu. Bu sözü Anaitida (çayların ilahəsi olaraq, o, həm də 

bərəkətin rəmzi idi) adı ilə eyniləşdirdilər. Belə assimilyasiya (uyğunlaşma) iki qüdrətli mədəniyyət 

nümunələrinin vahid ilahiyə – Aredvi-Sura-Anahita ilahəsinə birləşməsinə imkan yaratdı. Onun adına 

bir çox məbəd və heykəllər qurulmuşdu.  

Bütün Yaxın Şərq  ərazisində allahlar və ilahələrə ehtiram rəmzi olan heykəllər qurulurdu. E.ə. III 

əsrdə yaşamış Babilistan kahini Berose xəbər verirdi ki, Artakserks birinci fars olub ki, onun əlifba ilə 

Afrodita-Anaitida ilahəsinə imperiyanın  ən  əhəmiyyətli  şəhərlərində heykəllər qurulmalı idi ki, xalq 

onlara sitayiş etsin. Görünür ki, zərdüştilər bu heykəlləri Aredvi-Sura-Anahitanın təsviri sayıb onlara 

sitayiş etməsi haqqında göstəriş almışdılar. Bu ilahəyə həsr olunmuş Avesta himnində onun bütlərindən 

ilhamlanmış  şairin yazdığı  sətirlər var. Burada ilahə, cəng arabasında, külək, buludlar və yağış 

timsalında atları qoşub sürətlə  hərəkət edən coşğun çay təsvir olunur. Himnin axırında o, möhtəşəm 

hərəkətsiz, əynində zəngin, daş-qaş içində mantiya (uzun qolsuz üst paltar), ayaqlarında qızıl çəkmələr, 

qulaqlarında qızıl sırğa, başında tac, boynunda boyunbağı olan bir fiqur kimi təsvir olunur.  

Təbii ki, belə formada bəzədilmiş heykəlləri yalnız binalarda quraşdırıblar;  şübhəsiz, onların 

təsvirlərinə ibadətin yaranması, məbədlərin də tikilməsinə  səbəb oldu. Sonuncu onilliklər  ərzində 

aparılan qazıntılar göstərir ki, Persepol terrasın  şimalında binalar toplusu var və onlara «Fratadara» 

məbədi deyirlər. Bu binalar II Artarkserks dövrünə aiddir; görünür ki, bu tikililər Anahitin şərəfinə çar 

tərəfindən ucaldılmışdır (5).  

Əhmənnilər dövrünün sonuna yaxın məbəd odların iki cürəsi var idi. Zərdüştilikdə onlar «qələbə 

atəşi» deyilirdi; onlar, şərə qarşı  əbədi gedən mübarizədə müvəffəqiyyətin rəmzi idilər. Sonrakı 

dövrlərdə onlara Atəhşi-Varahram və Atəş-Bəhram deyirdilər. Bu atəşlərin zabitəliliyini müəyyən 

rəmzlərlə təsdiqləyirdilər: məbədlərdə divardan qılınc və gürzlər asılılırdı. Bu adət ilk əvvəl İştara səcdə 

edilməsindən, sonralar isə Anahidin müharibə ilahəsi kimi tanınmasından (onların da məbədləri silahla 

bəzədilirdi) irəli gəlmişdir.  

Zərdüştilərdə qadınlara yazıb-oxumağı öyrətmirdilər, lakin dövlətli,  əsilli-nəsilli xanımlar nəinki 

şairlərin yazılarını, həmçinin nəsihət xarakterli əsərləri, o cümlədən «Avesta»nı, evin kahinləri tərəfindən 

ucadan oxunan zaman dinləyirdilər.  




 

 

Sasani çapiça və  məşuqələr sırasında çoxlu əcnəbi qadınlar – yəhudi, xristian, türk mənşəli 



bütpərəstlər olub. Onlar hamılıqla yerli adət-ənənələri və dini ritualları qəbul etməli idilər. Bu qadınlar 

müəyyən müddət təmizlənmə (saflaşma) ritualı keçməli idilər. Zərdüştiliyə görə, istənilən səbəbdən olan 

qanaxma, natəmiz, günahkar sayılırdı. Bu zaman xəstələri ayrıca saxlayır, onları müqəddəs oda baxmağa 

belə qoymurdular. Təmizlənmə ritualı birinci mərhələdə inək sidiyi, sonra qum, yalnız sonra isə – su ilə 

aparılırdı (su da müqəddəs sayılırdı, onu çirkləndirmək olmazdı).  

Qeyd edilən uzaq tarixi dövrdə qadınların rolu və  vəziyyətini təhlil edərkən, qeyd etməliyik ki, 

onlar nə alçaldılırdılar, nə  də ki, hüquqlarından məhrum edilirdi. Peyğəmbərin Qatalarda təriflənən 

qadınlara münasibəti, şübhəsiz, ailədə  və cəmiyyətdə qadınların vəziyyəti və rolunda öz əksini tapırdı. 

Gərək unutmayaq ki, o dövrdə qadınların hüquqları yalnız ana, arvad, evin ocağının qoruyucusu 

hüquqları kimi başa düşülürdü. Mənəvi sahədə qadınlar özünü ifadə etmirdi; qadın kahin, idadətləri 

keçirən ola bilməzdi, o, yazıb-oxuya bilmirdi; bu mənada o kişilərlə hüquqlarda bərabər deyildi.  

Qadınlara hörmət və ehtiram nümunəsi – peyğəmbərin Anahit ilahəsinə olan məhəbbər olub. 

Qadın ilahələri bir çox məbəd və heykəllərdə  tərənnüm edilib, onların gözəlliyi və  zənginliyi hamını 

heyrətə  gətirirdi.  Şübhəsiz, bütün bunlar qadına, cəmiyyət və ailə  tərəfindən olan münasibətinə  təsir 

göstərirdi.  

 

 



 

 

 



 

 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR 

 

1. Niyə qadın təsvirləri ibtidai sənət nümunələrində daha tez-tez müşahidə edilir?  



2. Qədim Şərq sənətində qender münasibətləri nə kimi rol oynayıb? 

3. Zərdüştilikdə qadınlara münasibət necə olub? 

 

İş üsulları – diskussiya, «Qobustan qoruğu» slaydların nümayişi, ibtidai və qədim incəsənət üzrə nümayiş 

olunmalı materialların paylanılması.  

 

 

ƏDƏBİYYAT 



 

1.  Асланов К. Археологические исследования на Апшероне в 1976г. – Б., 1976 

2.  Абдулла-заде Г.А. Философская сущность музыкального искусства. – Б., 1985 

3.  Анисимов А. Этапы развития первобытной религии. – М. -Л., 1976 

4.  Бретаницкий Л., Веймарн Б. Искусство Азербайджана. – М., 1976 

5.  Бойс М. Зороастрийцы. Верования и обычаи. – М., 1988 

6.  Вардиман Э. Женщина в древнем мире. – М., 1990 

7.  Гусейнов М. Древний палеолит Азербайджана. – Б., 1985 

8.  Косвен М. Очерки развития первобытной культуры. – М., 1957 

9.  Культура Древней Индии. – М., 1975 

10.  Мамедов Ф. Культурология. – Б., 2002 

11.  Мовсумова Л. Проблема женщины в духовной культуре Азербайджана. – Б., 1996 

12.  Лирика Древнего Египта. – М., 1965 

13.  Тайлор Ч. Первобытная культура. – М., 1989 

14.  Философия любви. / Под ред. Горского Д. В 2-х томах. – М., 1990 

15.  Эпос о Гильгамеше. – М. -Л., – 1961  



 

Yüklə 139,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə