Mövzu İnsan hüquqlarinin qender təDQİqatlari



Yüklə 78,22 Kb.
Pdf görüntüsü
tarix16.11.2017
ölçüsü78,22 Kb.
#10445


 

 

Mövzu 6



. İNSAN HÜQUQLARININ QENDER TƏDQİQATLARI 

 

1.«İnsan hüquqları» anlayışının mahiyyəti. İnsan hüquqlarının tipologiyası 

2.Beynəlxalq təşkilatların sənədlərində insan hüquqlarının qender aspekti 

3.Dünyanın ayrı-ayrı ölkələrində qadın hüquqlarının həyata keçirilməsi 

4.Azərbaycanda insan hüquqlarının qender tədqiqatları 

 

1. «İnsan hüquqları» anlayışının mahiyyəti. İnsan hüquqlarının tipologiyası. 

Qadın bərabərliyi uğrunda mübarizə çoxdan aparılırdı  və aparılır. Bəzi nəticələr 

əldə olunmuşdur və  şübhəsiz ki, gələcəkdə qadınlar öz hüquqlarında kişilərlə tam 

bərabər olacaqlar. Çünki bəşər tarixinin inkişafı göstərir ki, bəşəriyyət yalnız qadının 

alçaldılmadığı  və kişilərlə  bərabər həyat quruluşunda xalqın idarə olunmasında 

yaxından iştirak etdiyi yerlərdə  və vaxtlarda parlaq dövrlər və yüksək sivilizasiyalar 

yaratmışdır. 

Bu, yaxud başqa şəkildə ifadə olunan insan hüquqları problemi bəşəriyyətin tarixi 

boyu davam etmişdir.  İnsan hüquqları insanın və onun yaşadığı birliyin qarşılıqlı 

münasibəti məsələsinin  şərhi və praktiki həlli üsullarından biridir. Bu fərdə insanlar və 

dövlət arasında öz bildiyi kimi hərəkət etmək (hüququn bu hissəsini adətən azadlıq 

adlandırırlar) yaxud müəyyən fayda götürmək (bu hüququn özüdür) imkanı verən 

qarşılıqlı  əlaqə prinsipləri, normalarıdır.  İnsan hüquqları bu əlaqələrdə  şəxsiyyətin 

azadlığını və ləyaqətini, onun ən yüksək dəyər statusunu təsdiq edir. 

İnsanın müasir hüquq konsepsiyasında üç əsas blok seçilir. Birinci blok hüquqlara 

fikir, vicdan, dini etiqad azadlığı hüququ, yaşayış  və  şəxsiyyətin təhlükəsizliyi hüququ, 

ədalət, bərabərlik və insan ləyaqətinə hörmət hüququ aiddir. Maarifçilik dövründə 

təşəkkül tapmış  ənənəyə görə bu hüquqları insanın təbii, ayrılmaz hüquqları 

adlandırırlar ki, insana dövlətin  şəxsi həyata qarışmamasına, mənəvi və maddi 

fəaliyyətinə zəmanət verir. 

İkinci blok hüquqlara əmək, müstəqil iş yeri seçimi, sosial təminat, təhsil, sağlamlıq 

hüququ və s. daxildir. Bu hüquqları insanın əsas hüquqları adlandırırlar. Onların həyata 

keçirilməsi «dövlət – cəmiyyət – vətəndaş» sistemində qarşılıqlı  təsirin xarakterini 

normativ şəkildə təyin etmək və fərdin müdafiəsi üzrə xüsusi proqram, təminat sistemləri 

və mexanizmləri yaratmaq üçün dövlət tərəfindən müəyyən müdaxiləni nəzərdə tutur. 

Üçüncü bloka kollektiv adlanan hüquqlar – sülh hüququ, milli müqəddəratı  təyin 

etmək hüququ, sağlam ətraf mühit, cinsi mənsubiyyətə, yaşa və milli əlamətə görə ayrı-

seçkilikdən azadlıq hüququ aiddir. Bu hüquqlar fərdən daha çox öz hüquqlarının 

müdafiə olunmasına  əlavə ehtiyac duyan müəyyən sosial qruplara ünvanlanmışdır. 

Hüquqşünasların əksəriyyəti qadın hüquqlarını da üçüncü qrupa aid edir. 

İnsan hüquqlarının müasir tipologiyası olduqca rəngarəngdir. Onların  ən ümumi 

təsnifatı bütün hüquqların neqativ (azadlıqlar) və pozitivlərə bölünməsidir.  Neqativ 

mənada azadlıq  şəxsiyyətə münasibətdə  məcburiyyətin, məhdudiyyətin olmaması, öz 

istədiyi kimi hərəkət etmək imkanının olması;  pozitiv  mənada isə – seçim azadlığı,  ən 

başlıcası isə insanın qoyulmuş məqsədə nail olmaq, bütövlükdə fərdi inkişaf qabiliyyətini 

aşkar etmək bacarığıdır. Neqativ hüquqlardan fərqli olaraq pozitiv hüquqlar dövlətin, 

şəxsin və  təşkilatın vətəndaşı müəyyən hərəkətlər həyata keçirmək üçün bu, yaxud 

başqa nemətlə  təmin etmək vəzifəsini qeydə alır. Bütün sosial hüquqlar pozitiv hüquq 

xarakteri daşıyır. 

 İnsan hüquqlarının ən geniş yayılmış təsnifatı onların mülki (şəxsi), siyasi, iqtisadi, 

sosial (sözün dar mənasında), mədəni və ekoloji hüquqlara bölünməsidir. 



Mülki (şəxsi)  hüquqlar – əsasən neqativ hüquq xarakteri daşıyan təbii,  əsas və 

ayrılmaz insan hüquqlarıdır. Mülki hüquqlara hər  şeydən  əvvəl yaşamaq hüququ

azadlıq və  şəxsi toxunulmazlıq, təmiz ad və qürurun müdafiəsi, yaşamaq üçün yer 

seçimi və hərəkət etmək hüquqlarıdır. 




 

 

Siyasi hüquqlar vətəndaşların dövlətin idarə olunmasında və ictimai həyatda fəal 

iştirakı imkanlarını müəyyən edir. Onlara əsasən insanın vətəndaşlıq hüququ, seçki 

hüququ, ittifaq və assosiasiya, nümayiş  və iclas azadlığı, söz, fikir azadlığı, eyni 

zamanda mətbuat və vicdan azadlığı aiddir. 

İqtisadi azadlıqlar bilavasitə mülki və siyasi hüquqlara yaxındır. Onlar fərdin 

istehlak predmetlərindən və  təsərrüfat fəaliyyətinin  əsas amillərindən özü istədiyi kimi 

istifadə etməyin təminatı ilə bağlıdır. 

Mülki, siyasi və iqtisadi hüquqları çox vaxt liberal hüquq yaxud birinci nəsil hüququ 

adlandırırlar. Onlar hamısı  əsasən  şəxsiyyətin və yalnız dövlətin müdafiəsinə ehtiyacı 

olan digər şəxslərin azadlığını məhdudlaşdıran neqativ hüquq xarakteri daşıyır. 

İkinci nəsil hüquqlara sosial, mədəni və ekoloji hüquqlar aiddir. Onlar birlikdə 

dövlətin hər bir insana layiqli yaşayış  şəraiti, minimum maddi nemətlər və xidmət, 

həmçinin sağlam ətraf mühit təmin etməsini müəyyən edir. 

Bütün adları  çəkilən hüquqlar cəmlənmiş  şəkildə BMT Baş Assambleyasının  10 

dekabr  1948-ci ildə  qəbul etdiyi Ümumi insan hüquqları Deklarasiyasında 

sadalanmışdır. Deklarasiyanı BMT-nin onu hüquqi qüvvəyə mindirən daha dörd sənədi 

tamamlayır:  İqtisadi, sosial və  mədəni hüquqlar haqqında Beynəlxalq pakt; Mülki və 

siyasi hüquqlar haqqında Beynəlxalq pakt; sonuncu ilə bağlı iki Fakultativ protokol. 

Bunlar birlikdə insan hüquqları haqda Beynəlxalq bill adı daşıyan sənədi təşkil edir. 

 

2. Beynəlxalq təşkilatların sənədlərində insan hüquqlarının qender aspekti 

Qadın hüquqlarının xüsusi bir kateqoriyada toplanması müxtəlif tarixi və sosial 

amillərin təsiri ilə baş vermişdir. Bir çox əsrlər boyu hüquqlar sosial cəhətdən 

məhdudlaşdırılmışdı. Hüquq tarixini həmin  şəxslər kateqoriyasının tədricən qanunun 

təsiri altına salınması kimi nəzərdən keçirmək olar. 

Qadın hərəkatının təzyiqi altında beynəlxalq birlik nəhayət boynuna aldı ki, 

qadınların hüququ insan hüquqlarının ayrılmaz tərkib hissəsidir. 

Əgər hansısa bir ölkədə qender bərabərliyi üzrə milli qanunvericilik zəif 

hazırlanmışsa, yaxud ümumiyyətlə hazırlanmamışsa, qadın təşkilatları, eləcə  də 

qadınların özü hüquqlarını qorumaq üçün dünya birliyinin qəbul etmiş olduğu və onların 

parlamenti tərəfindən ratifikasiya edilmiş sənədlərdən istifadə edə bilər.  

Ümumi hüquq Deklarasiyasında deyilir: «Bütün insanlar öz ləyaqəti və 

hüquqlarında azad və  bərabər doğulur» və bununla kişi və qadın bərabərliyini 

bəşəriyyətin inkişafı, tərəqqi və sabitliyin təminatı amillərindən biri kimi qəbul edir. 

Bundan sonra BMT qender bərabərliyinin təmin olunmasına yönəlmiş  100-dən artıq 

sənəd qəbul etmişdir. Onların sırasında İnsan alış-satışı ilə, üçüncü şəxslər tərəfindən 

fahişəliyin istismarı ilə mübarizə haqqında (1949), Qadınların siyasi hüquqları barədə 

(1952),  Ərli qadının vətəndaşlığı barədə  (1957), Təhsil sahəsində ayrı-seçkilik barədə 

(1960) Konvensiyalar; İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq paktlar 

(1966) və digər sənədlər vardır. 

Bu cərgədəki  ən vacib beynəlxalq sənədlərdən biri BMT tərəfindən  1979-cu ildə 

qəbul olunmuş Ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyadır ki, 

burada ilk dəfə olaraq qadın hüquqlarının insan hüquqlarının ayrılmaz hissəsi olduğu 

barədə məsələ qoyulmuşdu. 

Konvensiyanın mövcud qanunların, adətlərin və  təcrübənin dəyişməsi üzrə iki 

praktiki tövsiyyəsi xüsusi olaraq seçilir. Birinci tövsiyyədə  məşğulluq sahəsində, o 

cümlədən işə götürərkən, eyni dəyəri olan iş  əvəzində  bərabər məvacibin təmin 

olunmasından, həmçinin «hamiləliyə görə  işdən çıxarılma yaxud ailə  vəziyyətinə görə 

işdən çıxarılma ilə bağlı ayrı-seçkiliyin» qadağan olunmasının vacibliyindən danışılır. 

İkinci tövsiyyə qadınların siyasətdə daha fəal irəliləməsi üçün xüsusi kvotalara dair 

mübahisəyə aiddir. 




 

 

 Qadınlara münasibətdə Ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında 



Konvensiya indiyə qədər qender bərabərliyi sahəsindəki ən bitkin beynəlxalq akt olaraq 

qalır. 


Qender bərabərliyi sahəsindəki çox vacib beynəlxalq sənədlərin sırasına həm də 

1993-cü ildə insan hüquqlarına dair Ümumdünya konfransında qəbul edilmiş Vena 

Deklarasiyasını  və  tədbirlər Proqramını aid etmək lazımdır. Bu sənədlərdə  də qadın 

hüquqlarının insan hüquqlarının ayrılmaz tərkib hissəsi olduğu nəzərə çatdırılır. 

1995-ci ilin sentyabrında Pekində qadınların vəziyyətinə dair Dördüncü 

Ümumdünya konfransı keçirildi. Pekin görüşündən  əvvəl Avstriyada, İndoneziyada, 

İordaniyada və Seneqalda çağırılmış beş regional hazırlıq iclası keçirilmişdi. Burada 

paritet demokratiya konsepsiyasına xüsusi diqqət yetirilmişdi. O, Avropa Şurasının 

tərkibində fəaliyyət göstərən kişi və qadınlar arasında bərabərliyə dair Komitə və insan 

hüquqları Departamenti tərəfindən işlənib hazırlanmışdı. Konsepsiya o illərdə  Qərbi 

Avropa ölkələrinin qadın təşkilatları  tərəfindən geniş müzakirə edilən ideyaları özündə 

cəmləşdirmişdi. Bu təşkilatlar öz hökumətlərindən və Avropa Şurasının rəhbər 

orqanlarından hakimiyyət strukturlarında qadınların real bərabərliyini təmin etmək üçün 

konkret tədbirlər görülməsini tələb edirdi. O dövrün əsas  şüarı «paritet», kişi və 

qadınların hakim strukturlarda 50/50 formulu üzrə təmsil olunması idi. Onlar sübut edirdi 

ki, demokratiya «qadınların kişilərlə yanaşı cəmiyyətin fəaliyyətinin bütün sahələrində və 

səviyyələrində  bərabər iştirakını» nəzərdə tutur. Hər bir cinsin idarəetmə orqanında 

iştirakı yalnız paritet əsasla həyata keçirilməlidir». 

Pekin konfransı milli hökumətlərə qadınların kişilərlə bərabər partnyor kimi texniki, 

idarəetmə  və sahibkarlıq fəaliyyət sahələrindəki imkanlarını genişləndirə bilən xüsusi 

strategiya və proqramlar hazırlamağı tövsiyyə etdi. Əsas tövsiyyə isə qadının qərar 

qəbul olunması prosesində  iştirakı  məsələsi ilə bağlı idi. Qərarların qəbulu prosesinin 

bütün səviyyələrində qadınların iştirakı olmadan və qadının marağı  nəzərə alınmadan 

bərabərliyə, inkişafa və sülhə nail olmaq mümkün deyildir. 

Bir çox ölkələrin hökumətləri artıq Pekin Platformasının əsas müddəalarını xüsusi 

qanunvericilik aktları  və praktiki tədbirlərin köməkliyi ilə həyata keçirməyə çalışır ki, öz 

ölkələrində kişi və qadının sosial mövqeyində tarazlığa nail olsun. İstambulda keçirilən 

(1997) kişi və qadınlar arasında bərabərlik problemi üzrə IV Nazirlikliklərarası Avropa 

konfransının qəbul etdiyi sənədlər bu sahədə atılan böyük addım oldu. Konfransın 

Deklarasiyasında deyilir ki, «demokratik plüralizm, hüquqi dövlət və insan hüquqlarına 

hörmət prinsipləri Avropa Şurasının əsas prinsipləridir və əməkdaşlıq üçün zəmin rolunu 

oynayır». 

Qender bərabərliyi üzrə qanunların və dövlət proqramlarının hazırlanmasında 

1998-ci ildə kişi və qadınlar arasında bərabərlik problemi üzrə şöbə tərəfindən işlənən 

Avropa  Şurasının yeni sənədi olduqca vacibdir. O, «Kişi və qadınların bərabərliyi 

probleminə kompleks yanaşma» (ingilis variantı “Gender Mainstreaming”) adlanır. 

Burada qeyd olunur ki, müəyyən mənada meynstriminq qender bərabərliyinin yeni 

nailiyyət strategiyasıdır. Bu strategiya «kişi və qadın arasında bərabərliklə bağlı 

aspektlərin siyasi fəaliyyətin bütün səviyyələrinə daxil edilməsini» nəzərdə tutur. 

Kompleks yanaşmanın  əsas vəzifəsi sənəddə «insanların siaysətin formalaşma 

prosesinin ən mərkəzində yerləşdirilməsi» kimi müəyyən olunur. 

2000-ci ilin iyununda BMT Baş Assambleyasının «Qadınlar 2000-ci ildə: kişi və 

qadınlar arasında bərabərlik, inkişaf və sülh XXI əsrdə» adlı xüsusi sessiyası keçirildi. 

Bu iri beynəlxalq tədbir Pekin hərəkət Platformasının qəbul edilməsindən ötən beş il 

ərzində  tərəqqinin xülasəsi və qiymətinə, qadınların vəziyyətində baş vermiş 

dəyişikliklərin təhlilinə, həmçinin sonrakı  tədbirlər və  təşəbbüslərin nəzərdən 

keçirilməsinə  həsr olunmuşdu. Sessiyada qeyd olundu ki, hal-hazırda qadınlarla bağlı 

olan  12  ən vacib problemli sahələrdə – yoxsulluq, təhsil və ixtisas hazırlığı, səhiyyə, 

silahlı münaqişələr, iqtisadiyyat, direktiv orqanların işində  və  qərarın qəbul olunma 



 

 

prosesində  iştirak, institusional mexanizmlər, kütləvi informasiya vasitələri,  ətraf mühit 



və qızlar – tədbirlər həyata keçirməkdə davam etmək gərəkdir. 

 

3. Dünyanın ayrı-ayrı ölkələrində qadın hüquqlarının həyata keçirilməsi 

Yuxarıda adları çəkilən və digər beynəlxalq sənədlərdə möhkəmlənmiş prinsiplərin 

reallaşması qadın bərabərliyinin nəinki konstitusiya təminatı olan, hətta onun əlinə 

həmin təminata – konstitusiya qanunları bir qayda olaraq qanun aktları ilə möhkəmlənir 

– nəzarət etməyin tapşırıldığı Qərb ölkələrində daha sürətlə və müvəffəqiyyətlə həyata 

keçirilir. Bu ölkələrdə qadınlar hətta kişilərin sanki adına yazılmış iri biznes, maliyyə 

aləmi kimi sahələrin ən yüksək kürsüsünə malik ola bilirlər. 

Demək olar ki, sənaye cəhətdən inkişaf etmiş  Qərb ölkələrinin  əksəriyyətində 

qadınların siyasi hüquqları təkcə rəsmən elan olunmur; qadının onları həyata keçirmək 

imkanları da vardır; ancaq burada da real siyasi bərabərlik barədə danışmaq hələ tezdir. 

Az inkişaf etmiş ölkələrdə, Şərq ölkələrində (sosial-iqtisadi inkişafın yüksək səviyyəsi ilə 

seçilənlərdə belə) qadınların siyasi hüquq qazanması və ondan istifadə etməsi prosesi 

olduqca çətin və ləng gedir. 

Hazırda siyasi hüquqlar dünya birliyinin əksər ölkələrinin  əsas qanununda elan 

olunmuşdur, lakin indiyə kimi ölkələrin çoxunda real bərabərliyə çoxsayda sosial-

iqtisadi, mədəni, siyasi maneələr üzündən nail olmaq mümkün deyil. Bir çox kasıb 

ölkələrdə (xüsusən, Afrikada, Latın Amerikasında) bunsuz qadının öz hüquqlarını 

lazımınca reallaşdıra bilməyəcəyi təhsil problemi aktual olaraq qalır. Bir çox 

cəmiyyətlərdə qadınlar öz siyasi hüquqlarına lazımi diqqət yetirmir və ailədə 

zorakılıqdan müdafiə problemini, aclıqla, yoxsulluqla mübarizə problemini daha aktual 

sayaraq, bu problemlərin heç olmasa bir hissəsini öz siyasi hüquqlarının həyata 

keçirilməsi hesabına həll etmək imkanının olmasını nəzərə almır. 

Kommunikasiyanın müasir inkişaf mərhələsində qadınların (eləcə  də kişilərin) öz 

siyasi hüquqlarını dərk etməsi və reallaşdırmasında kütləvi informasiya vasitələri böyük 

rol oynayır. Əvvəlki əsrlərdə kommunikasiyanın, rabitə vasitələrinin zəif inkişaf səviyyəsi 

qadının sosial, siyasi və iqtisadi cəhətdən sıxışdırılmasının  əsaslarından biri idi, çünki 

yalnız son vaxtlarda ictimai fikir güclü əhəmiyyət kəsb etmişdir. Qadınlar ictimai fikrin 

yaranmasında getdikcə daha fəal rol oynayır və ictimai fikrin tərəqqisi, bərabərlik, insan 

hüquqları, humanizm ideyalarının yayılması onların cəmiyyətdə sosial mövqeyinin 

yaxşılaşmasına müsbət təsir göstərir. Bu cür tərəqqiyə isə yalnız kütləvi informasiya 

vasitələrinin inkişafı, onların demokratik təşkili və fikir plüralizminin inkişafı ilə nail olmaq 

mümkündür. 

 

4. Azərbaycanda insan hüquqlarının qender tədqiqatları 

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi bütün Azərbaycan 

vətəndaşlarının cinsindən, dinindən, milliyyətindən asılı olmayaraq bərabərliyini elan 

edir. Qanuna uyğun qaydada Azərbaycan qadınlarının öz siyasi hüquqlarının 

reallaşması üçün heç bir maneə mövcud deyil. Halbuki Azərbaycan qadınlarının 

deklarativ qanunları öz siyasi və digər hüquqlarını  həyata keçirə bilməsi üçün bir sıra 

problemlər mövcuddur. 

Azərbaycan qadınlarının öz siyasi hüquqlarının həyata keçirilməsinidə  əsas 

problem siyasi mədəniyyətin aşağı  səviyyədə olması, siyasi ictimailəşdirmənin aşağı 

səviyyəsi, siyasi fəaliyyətə laqeyd, neqativ münasibət – problemlərin hamısı haqqında 

bütün kurs ərzində  dəfələrlə qeyd edilmişdi. Hal-hazırda Azərbaycanda insan 

hüquqlarının qender tədqiqatları inkişafın elə bir mərhələsinə keçir ki, Qərbdə bu 

mərhələyə  hələ XX əsrin 70-ci illərində keçilmişdi. Azərbaycan qender tədqiqatların 

əsas mövzusu sosial siyasətin tənqidi, qadınların  əmək və  məşğuliyyət problemi, 

siyasət və hakimiyyət strukturlarında qadınlar və başqaları. 




 

 

Tarixi inkişafın müxtəlif mərhələlərində Azərbaycan qadınları ölkənin ictimai-



siyasi həyatının bütün sahələrində  fəal iştirak etmişlər. Hələ, «Dədə Qorqud» 

dastanında deyilir ki, qadınlar həlledici məqamlarda kişilərlə bərabər öz ağıl, mərdlik və 

məsuliyyət hissini nümayış etdirirdilər. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində 

və inkişafında öz hüquq və azadlıqları uğrunda mübarizədə mühüm rol oynayan məşur 

zəhmətkeş qadınların, dövlət xadimlərinin,  şairlərin, qadın sərkərdələrinin adları 

məlumdur (Məhsəti Gəncəvi, Xurşudbanu Natəvan, Həcər, Sara Xatun, Pərixan, Xənifə 

Abayeva-Melikova, Ayna Müsabəyova-Sultanova, Ceyran Bayramova, Şamama 

Həsənova, Gültəkin Əsgərova və b.) 

Öz hüquqları  uğrunda mübarizədə  və mürəkkəb yaşayış  şəraitində Azərbaycan 

qadınları öz bacarıqlarını sübut edə  və  cəmiyyətdə layiqli yer tuta bildilər. Qadın 

fəaliyyətinin inkişafının başlanğıcı seçki hüququ uğrunda mübarizə və bu hüququ onlar 

1919-cu ildə ADR-in hakimiyyəti dövründə  əldə etdilər. Bu vaxtdan etibarən ilk qadın 

qruplar, klublar, gimnaziyalar yaranmağa başladı, jurnallar nəşr edildi. İctimai-siyasi 

həyatın müxtəlif sahələrində qadınların təmsil olunması, işlə  əlaqədar qadın  şöbələri 

arasında xüsusi təşkilatların yaranmasına gətirib çıxartdı. Sovet dövründə qadınlar 

hakim təbəqəni təşkil etməsələr, buna baxmayaraq onlar müxtəlif strukturlarda yüksək 

vəzifələr tutur, öz hüquq və imkanlarını layiqincə həyata keçirirdilər. 

90-cı illərdə respublikada baş vermiş dəyişikliklər ictimai-siyasi problemlərin həlli 

üçün yeni keyfiyyətli yanaşmalar tələb etməyə başladı. Böyük iqtisadi potensiala və 

zəngin təbii resurslara malik olmasına baxmayaraq Azərbaycan sosial bərabərliyin və 

hüquq pozuntularının güclənməsinin  şahidi oldu, əhalinin  əksər hissəsi, xüsusilə 

qadınlar, işsizlik təhlükəsinin yaranması ilə qarşılaşdı. Elə bir dövr gəlib çatdı ki, onlar 

əlverişli  əmək fəaliyyətindən uzaqlaşdırılmağa başladılar, məşqulliyət, təhsil, səhiyyə, 

elmi və siyasi sahələrdə problemlər meydana çıxdı.  

IV Pekin konfransından sonra (1995-ci il) qadınlara münasibətdə dövlətin siyasəti 

güclənir və onlar kişilərlə  bərabər rəhbər vəzifələrə seçilirlər. Ölkədə qadınların 

maraqlarına etnik tərkiblərinə, peşələrinə və qadın hüquqları müdafiəsinə uyğun olaraq 

fəal sürətdə qadın qeyri-hökümət təşkilatları yaranmağa başlayır.  Əgər  1994-cü ildə 

yalnız beş qeyri-hökümət təşkilatı və qeyri-rəsmi assosiasiya qeydiyyatdan keçmişdirsə, 

2000-ci ildə onların sayı qırxa yaxın idi. 

Ölkədə qadınların siyasi və idarəçilik fəaliyyəti ilə bağlı aparılan xüsusi tədqiqatlar 

göstərir ki, inzibati idarəetmə sahəsində çalışan qadınlar 31%, rəhbər nazirliklər, 

komitələr və idarələr təqribən 7%, icraedici hakimiyyət rəhbərləri  10%-ə yaxın, 

məhkəmə sistemində isə təqribən 15% qadın çalışır. 

Respublika  Ədliyyə Nazirliyində qeydiyyatdan keçən 37 siyasi partiyadan yalnız 

birinin rəhbəri qadındır. Bu hər  şeydən  əvvəl kişidən fərqli olaraq qadın-liderə daha 

böyük tələbat olması ilə  əlaqədardır. Qadın problemləri çox vaxt siyasi platforma və 

proqramlarda öz əksini tapmır. 

Əvvəlki dövrdən fərqli olaraq parlamentdə deputat-qadınların sayı  1985-ci ildəki 

39%-dən 2000-ci ildə  10,4%-dək məhdudlaşıb.  1999-cu ildə ölkədə ilk dəfə olaraq 

bələdiyyə seçkiləri keçirildi ki, bu da yerli özünüidarəetmə səviyyəsində qadınların necə 

iştirak etdiyini göstərdi. 21 mindən daha çox deputatların arasında qadınlar 2 %-dan bir 

az artıq təşkil edir. Belə  vəziyyətin yaranmasının səbəbi, birincisi, qadın hüquqlarının 

pozulması, ikincisi isə, qadınların siyasi və  təsərrüfat – idarəetmə  işlərində  iştirak 

etməkdə özlərinin istəməməsi ilə əlaqədardır.  

Bu isə o deməkdir ki, qadınların vəziyyətini yaxşılaşdırmaq və təkmilləşdirmək işi, 

onların bütün ictimai – siyasi sferada və idarəetmə fəaliyyətində kişilərlə bir səviyyədə 

bərabərhüquqlu iştirakı davam edir.  



 


 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI 

 

1. Azərbaycan Respublikasının Konstitusiyası. – B., 2001 



2. Azərbaycanda qender tədqiqatları. – B., 2002  

3.  Əbdülvahabova S. Qadın hərəkatının zəruriliyi// Qenderşünaslıq, 2000, № 4 

4.  İnsan hüquqları haqqında beynəlxalq bill. – B., 1998 

5.  Всемирная  конференция  по  правам  человека.  Венская  Декларация  и 

программа действий. Июнь 1993г. – Нью-Йорк, 1995 

6.  Декларация о равенстве между женщинами и мужчинами как главный критерий 

демократии.  Стамбул,  13-14  ноября  1997  г. // Права  женщин  в  России. 

Законодательство и практика. 1998, № 8,  

7.  Доклад Регионального подготовительного совещания по вопросу о проведении 

в 2000 г. обзора осуществления Пекинской Платформы действий 19-21 января 

2000 г. Нью-Йорк, 2000 

8.  Гараджаев  Дж.  Обеспечение  международных  стандартов  в  сфере  прав 

человека  и  гражданина  в  правовой  системе  Азербайджана  и  Возрождение 

XXIв., 2000, № 4 

9.  Гомьен  Д.,  Харрис  Д.,  Зваак  Л.  Европейская  конвенция  о  правах  человека  и 

Европейская социальная хартия: право и практика. – М., 1998 

10. Женщина  в  гражданском  обществе.  Материалы  международной  конференции 

6-9 июня 2002г. – СПб., 2002 

11. Куватова  А.А.,  Хегай  М.Н.  Введение  в  гендерные  исследования. - Душанбе, 

2000 


12. Общая и прикладная политология. Под ред. Жукова В.И. и Краснова Б.И. - М., 

1997 


13. Права человека: постоянная задача Совета Европы. – М., 1996 

14. Пугачев В.П., Соловьев А.И. Введение в политологию. - М.,2002 

15. Jennifer Robinson Gender Apartheid in Afghanistan// Suite1001. August 21, 2000 

16. Women in the Civil Rights Movement. Trailblazers & Torchbearers (1941 – 1965). 

Edited by Vicki Crawford, Jacqueline Anne Rouse and Barbara Woods. Indiana 

University, 1993 

17. 

www.amnesty.org



 

18. http://demo.interpro.ru/content/win/ 

19. 

www.owl.ru/win/books/gender/index.htm



 

20. http://isar-az.org/directory/gender.htm 

21. 

http://www.gender.ru



 

 



 

 

QLOSSARİ 

 

1. Androkratiya 



(yun. ander, yiyəlik halı andros – kişi, krateia – hakimiyyət) 

kişinin tam hakimiyyəti 

2. Dimorfizm 

(di və yun. morphe - forma) biologiya termini – bir növün 

fərdlərində bir-birindən morfo-fizioloji əlamətlərinə görə iki 

fərqlənən formanın mövcudluğu 

3.  

Diskriminasiya 



(lat. diskriminatio – fərq) – vətəndaşlarının hər hansı bir 

qrupunun milliyyətindən, irqindən, dini mənsubiyyətindən

cinsindən asılı olaraq hüquqlarının məhdudlaşdırılması 

4. Dixotomiya 

(yunanca dichotomia – ikiyə bölünmə) – təsnifat üsulu: 

siniflər, çoxluqlar, anlayışlar və b. bir-birindən asılı 

elementlər cütü halında bölünməsi 

5. 


İdentifikasiya 

(lat. identifico - eyniləşdirmə) – bir şəxsiyyətin başqa şəxslə, 

qrup ilə, psixologiya və sosiologiyada nümunə kimi 

emosional və özünü eyniləşdirmə prosesi 

6. 

İmmanentlik 



(lat. immanens – hər hansı bir şeyə mənsub olan nədəsə 

olmaq) – hər hansı bir əşyayanın, hadisənin, prosesin 

daxilən mənsubiyyəti 

7. 


İnkorporasiya 

(lat. incorporatio – öz tərkibinə daxil etmə) – sistem 

çərçivəsində bir vahid kimi daxil olunma, birləşdirmə prosesi. 

Ümumi rifah dövləti inkorporasiya etmənin əsas aləti kimi 

baxılır  

8. Konvensionalizm  (lat. conventio – müqavilə, saziş) elmi anlayışlar və nəzəri 

qurumları əsasən alimlər arasında sazişin məhsulu kimi 

qəbul edən fəlsəfi konsepsiya.  

9. Konformizm 

(latınja conformis – uyğun, uzlaşan) – uyğunlaşma mövcud 

nizam-intizamı, hakim fikiri passivcəsinqə qəbul etmək, şəxsi 

mövqeyinin olmaması, daha çox təsir qüvvəsinə malik olan 

istənilən nümunəni prinsipsizcəsinə və qeyri-tənqidi təqlid 

etmək 


10. Marginalizasiya 

(ing. marginal – kənar, son həddə olan) ayrı-ayrı fərdlərin və 

ya qrupların əsas cəsmiyyətdən sıxışdırılıb çıxarılması və 

bəzən də qovulması ilə nəticələnən proses 

11. Meritokratiya 

(lat. və yun. – meritocracy – hakimiyyətə layiq) – xidməti 

vəzifə irsi faktorlardan deyil, xidmət və ləyaqətindən asılı 

olaraq mükafat şəklində ədalətlə bölüşdürülməsi 

12. Reprezentativlik 

(fran. representatif - nümunəvi) hər hansı bir qrupun tədqiqat 

nəticələrinin buna oxşar qruplarda tətbiq dərəcəsi (seçilmiş 

müşahidə) 

13. Refleksiya 

(lat. reflexio – geriyə müraciət) – öz hərəkətlərini və onların 

qanunauyğunluqlarının dərk olunması; düşüncə, 

özünümüşahidə, və özünüdərketmə. 

14. Sakral 

(ing. sacred - müqəddəs) – gündəlik həyat ilə bağlı olmayan, 

qadağa qoyulmuş və özəl (E.Dyurkqeym) 

15. Seqreqasiya 

(lat. segregatio – təcrid olunma) – əhalinin hər hansı bir 

qrupunun irqi və ya milli mənsubiyyətinə görə siyasi, sosial-

iqtisadi və vətəndaş hüquqlarından məhrum olunması və 

yaxud nəzərə çarpacaq dərəcədə məhdudlaşdırılma 

16. Seksizm 

 

(lat. sexus – cins) – qadın və kişilərə qarşı sırf cinsi 



mənsubiyyətinə görə tətbiq olunan diskriminasiyaedici 

hərəkət və qaydalar 




 

 

17. Sporadik 



 

(yun. sporadikos - nadir) – tək-tək hallarda baş verən, nadir 

18. Suffrajizm 

 

(ing. suffrage – seçki hüququ) – qadınlara seçki hüququ 



verilməsi uğrunda qadın hərəkatı 

19. Transsendensiya 

  (lat. transcendo – həddini aşma) – «allah qarşısında 

bərabər» olan insanların sosial bərabərliyi, mənəvi 

özünütəkmilləşdirmə, insanı «qaba-materialistik» 

maraqlarından uzaqlaşdıran təbiətə yaxınlıq 

20. Ekzistensializm 

 

(lat. exsistentia – mövcud olma) – insanın varlığının obyekt 



və subyekti parçalanmamış bütövlük şəklində izah edən 

irrasional fəlsəfi cərəyan 

21. Emansipasiya 

 

(lat. emansipatio – azad olma) – asılılıqdan, tabeçilikdən, 



istismardan, mövhumatdan azad olma prosesi 

 

Document Outline

  • QLOSSARI

Yüklə 78,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə