Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Iqtisadi qavrama və iqtisadi təfəkkür



Yüklə 1,97 Mb.
səhifə3/30
tarix02.12.2017
ölçüsü1,97 Mb.
#13569
1   2   3   4   5   6   7   8   9   ...   30

3. Iqtisadi qavrama və iqtisadi təfəkkür.

Iqtisadi təfəkkür iqtisadi şüurun ünsürlərindən biri olmaqla, in­san­ların mənəvi fəaliyyətlərinin başlıca tərkib hissəsidir. O, insanların ət­raf aləmi, burada baş verən iqti­sadi hadisə və prosesləri dərk etmə­lə­ri­nin xüsusi formasıdır. Başqa sözlə, iqtisadi təfəkkür insanların istehsalın qanuna-uyğunluqlarını anlayışlar və onların arasındakı mən­tiqi əlaqə və asılılıqlar vasitəsilə özlərinin şüurlarında əks et­dir­mə­lə­ri deməkdir. Beləliklə, iqtisadi təfəkkür – insanların sosial-iqtisadi mü­na­sibətlərə və onların inkişaf qanuna-uyğun­luq­larına dair baxışları sis­temidir.



Iqtisadi təfəkkürün obyektini, onun subyektindən fərq­lən­dir­mək lazımdır. Iqtisadi təfəkkürün obyektini iqtisadi münasibətlər təşkil edir. Onun subyekti isə istehsalı təşkil və idarə edən insanlardır. Iq­ti­sa­di təfəkkürün xarak-teri və məzmunu bir sıra amillərdən-cəmiyyət hə­ya­tı­nın sosial şə­raitindən, sinfi mənsubiyyətdən, istehsalın və əmək təşki­li­n­in vəziyyətindən, kollektivdə formalaşan qarşılıqlı müna­sibətlərdən, məi­şət qayğıların­dan və s. asılıdır.

Insanlar yalnız gerçəkliyi dərk etməklə kifayətlənə bilməzlər. Çün­ki onların malik olduqları biliklər müvafiq əməli nəticələrin çı­xa­rıl­ma­sına xidmət etməlidir. Deməli, insanlar iqtisadi anlayışlardan, ka­te­qo­riyalardan istifadə etməklə, özlərinin əməli fəaliyyətlərində səhvə yol ver­mə­dən, cəmiyyətdə gedən hadisə və proseslərdən baş çıxara və on­la­rı idarə edə bilərlər. Iqtisadi anlayış və kateqoriya­lar­dan istifadə etməyi ba­carmadıqda təfəkkürdə sinkretizm1 əmələ gəlir, adamlar iqtisa­diy­yat­da baş verən hadisələrin içərisində itib-batır, onun başlıca əlamətini və ya əlamətlə­rini ayırd edə bilmirlər. Bu zaman hadisələr kəmiyyət və key­fiyyət, səbəb və nəticə, forma və mahiyyət əlamətlərinə görə deyil, tə­sadüfi təsəvvürlərə görə ayrılır, birləşdirilir və ya təsnifləşdirilir. Bu­nun­la birlikdə, iqtisadi təfəkkür təkcə zahiri əlamətlərə görə deyil, həm də daxili şəxsi mənbələrə görə müəyyən edilir. Buna insanların qa­baq­ca­dan mümkün ola bilən yanlış nəticə çıxarmaları əhəmiyyətli dərəcədə təsir gös­tə­rir. Bu, təfəkkürdə şablonçuluğa gətirib çıxarır, adamlar hadi­sənin ma­hiyyətinə varmadan, öz fəaliyyətlərini qabaqcadan malik olduqları yan­lış təsəvvürlər əsasında qurmaqda da­vam edirlər. Bununla əlaqədar ola­raq iqtisadi təfəkkür özünün əsas vəzifəsini yerinə yetirə bilmir.

Iqtisadi təfəkkürün mühüm xüsusiyyətlərindən biri də ondan iba­rətdir ki, o insanların mənafeləri, xüsusilə də mad­di mənafeləri ilə əla­qədardır. Məhz buna görə də iqti­sadi təfəkkürün istiqamətləri in­sanların mənafeləri ilə mü­əyyən olunur və bu, onları baş verən ha­di­sə­lər­dən müəyyən nəticələr çıxarmağa vadar edir. Ümumiyyətlə, iqtisadi mə­­na­felər insanların davranışının, hərəkətverici fəaliyyətinin başlıca amilidir.

Insanlarda iqtisadi təfəkkür müəyyən kateqoriyalar vasitəsilə for­malaşır və ardıcıl olaraq bir neçə mərhələ və pillədən keçir. Ilk əvvəl, is­tehsalla qarşılıqlı əlaqə prosesin­də insanlarda onun haqqında ən sadə tə­səvvür forma­la­şır. Bu təsəvvür əsas etibarilə hadisələrin zahiri tə­rəf­lə­ri­ni əks etdirir və iqtisadi təfəkkürün formalaşmasında empirik1 mər­hələdir. Bu mərhələnin əhəmiyyəti onunla müəy­yən edilir ki, o, iq­ti­sa­di hadisələr haqqında çox sadə təsəvvür-lərin əldə edilməsi, onların el­mi cəhətdən ümumi­ləş­dirilməsi üçün olduqca vacibdir. Çünki empirik bi­liklər əsasında adamlar daha geniş və dərin anlayışlara yiyə­lən­mək üçün imkan əldə edirlər.

Ümumiləşdirmənin gedişində nisbi mənada konkret olan bi­lik­lər getdikcə saflaşır. Lakin mücərrəd təfəkkür mər­hələsi nə qədər əhə­miy­yətli olsa da, hadisənin dərk olunması prosesi onunla başa çata bil­məz. Çünki mücərrəd anlayışlar, tam, bütöv haqqında yalnız sistemsiz, qar­ma-qarışıq təsəvvür verir.

Elmi mücərrəd anlayışların meydana gəlməsi ilə müna­sibətlərin müx­­təlif və mürəkkəb şəbəkəsini, həmçinin hadi­sələr, hadisələrlə on­la­rın mahiyyəti, müxtəlif səviyyələr və qaydalar arasındakı əlaqə və ası­lı­lıq­­ları müəyyən etmək imkanı yaranır. Bu andan təfəkkür özünün ta­mam­­lanma, nəzəri mərhələsinə daxil olur. Bu, mahiyyətcə təfəkkürün for­­malaşmasında real iqtisadi proseslər haqqında qabaqca­dan əldə edil­­miş biliklərin sintez mərhələsidir.

Təfəkkür həm də özünün həqiqətə doğru hərəkətində müəyyən pil­­lələrdən keçir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bir sıra an­la­­yışlar əsasında müəyyən hipotez, yəni öyrənilən iqtisadi proseslərin fəa­­liyyətdə olması və hərəkəti haqqında fərziyyə meydana çıxır. Idrakın son­­rakı pilləsi konsepsiyadır. Fərziyyəyə nisbətən konsepsiya hadi­sə və pro­­seslərə dair müəyyən nöqteyi–nəzərləri əsaslandı­ran geniş baxışlar sis­­temidir. Buna Azərbaycan Respubli­ka­sının iqtisadi inkişaf, yaxud da qiy­mətlərin əmələ gəlməsi konsepsi­yalarını misal göstər­mək olar. Həm də qarşıya qoyulan so­sial-iqtisadi vəzifələrin həll edilməsinin ən sə­mə­rə­li yollarını müəyyən etmək üçün bir neçə konsepsiya hazırlamaq məq­sə­dəuyğundur. Başqa sözlə, qarşıya qoyulan vəzifələrin yerinə yeti­ril­mə­sin­də çoxvariantlılıqdan istifadə olunmalıdır. Digər tərəfdən, müxtəlif kon­sepsiyalar elmi cəhətdən əsaslandırılmalı, obyektiv iqtisadi qa­nun­la­rın tələbləri nəzərə alınmalıdır. Müxtəlif konsepsiyaların diq-qətlə və də­rindən işlənməsi və onların hərtərəfli əsaslandırıl-ması nəticəsində el­mi biliklərin təcrübədə sınanmış və özünü doğrultmuş, tamamlanmış və mü­kəmməl sistemi olan iqtisadi nəzəriyyə formalaşır.

Bütövlükdə təfəkkürün tərkib hissəsi olan iqtisadi tə­fək­kür ya­ra­­dıcı xarakter daşıyır. Bu, məlum iqtisadi forma və metodlara tənqidi ya­naşmaq, onların məhdudluğunu, iqti­sa­di həyatın real faktları ilə on­la­rın barəsindəki tə­səv­vürlər arasında fərqləri görmək, özünütənqid şə­rai­tində həyatımızda dərin kök salmış və özünü doğrultmayan, vaxtı keç­miş stereotiplərdən yaxa qurtarmağı bacarmaq qabiliy­yətinə malik ol­maq deməkdir.



Insanlar anadangəlmə iqtisadi təfəkkürə malik olmur­lar, onu hə­yatda qazanırlar. Insanların cəmiyyətdə mövcud olan iqtisadi mü­na­si­bətlərlə əlaqədə olması iqtisadi təfək­kürün formalaşmasının başlan­ğı­cı­nı qoyur. Bu proses ailədə, məktəbdə və əmək kollektivlərində davam edir.

Iqtisadi təfəkkürə yiyələnmək üçün hər şeydən əvvəl sağlam dü­şün­cəyə malik olmaq lazımdır. Lakin iqtisadi ger­çəkliyi olduğu kimi qav­ramaq, sosial-iqtisadi həyatın dolaşıq məsələlərindən baş çıxarmaq, tə­sərrüfat təcrübəsinin çox mürəkkəb vəzifələrini həll etməyi bacarmaq üçün təkcə sağlam düşüncəyə malik olmaq kifayət deyildir. Həm də is­teh­­salın idarə olunmasının obyektiv iqtisadi qanunauyğun-luqları, prin­sip­ləri və metodları haqqında biliklərə yiyələn-mək lazım­dır. Cəmiyyəti­mi­zin yeniləşdiyi müasir dövrdə bu xüsusilə vacibdir. Ona görə də tə­sa­dü­fi deyildir ki, kütlələrin canlı yaradıcılıq imkanlarının aşkara çı­xa­rıl­ma­sı, adamların ümumi dövlət problemlərinin həll edilməsinə cəlb olun­ması, əmək adamlarının istehsalın və bütün ictimai həyatın əsl sa­hi­binə çevrilməsinin təmin olunmasına dair çevik mexaniz-min yara­dıl­ma­sı cəmiyyətin yeniləşdirilməsi və əsaslı iqtisadi islahatla­rın həyata ke­çirilməsinin məhək daşı hesab olunur. Belə bir şəraitdə prinsipcə çox bö­yük əhəmiyyətə malik olan bir vəzifə adamlarda müasir iqtisadi tə­fək­kürü formalaşdırmaqdan, sa­hib­karlığı və işgüzarlığı stimul­laş­dır­maq­dan ibarətdir. Qarşıya qoyulan vəzifələr isə yalnız bütün səviy­yə­lər­də işçilərin bilik və səriştəliliyini yüksəlt-mək, cəmmiyyət üzvlərinin iq­ti­sa­di təhlil metodları­na yiyə-lənmələrini, idarəetmədə onların fəal iş­ti­ra­kı­nı təmin etmək yolu ilə yerinə yetirilə bilər.

Beləliklə, insanların fəaliyyətlərinin başlıca sahəsi iqti­sa­diyyat ol­duğuna görə onlarda iqtisadi təfəkkürün forma­laş­dırılması xüsusi əhə­miy­yət kəsb edir.



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə