Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 0,68 Mb.
səhifə1/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
  1   2   3   4   5   6   7   8   9   ...   106
iqtisadiyyat nmf


Mövzu 1. İqtisadi sistemlər və onların xarakteristikası

  1. İqtisadiyyat elminin predmeti

  2. İqtisadi sistemlərin növləri

  3. Bazar münasibətlərinin fəaliyyət mexanizmi



1.İqtisadiyyat elminin predmeti
1801-ci ildə İngiltərənin Edinburq Universitetində Adam Smitin şagirdi Şotland filosofu Daqald Stüart ilk dəfə ali məktəblərdə yeni bir fənni tədris etməyə başlayır. Bu «İqtisadiyyat» fənni idi. Bu gün isə «İqtisadiyyat» dünyanın bütün ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının da ali məktəblərində tədris olunan əsas fənnlərdən biridir.
Qeyd etmək lazımdır ki, «İqtisadiyyat» fənni hal-hazırda bəzən siyasi iqtisad və ya ümumi iqtisadiyyat, bəzən ekonomiks və ya iqtisadi nəzəriyyə, bəzən isə sadəcə olaraq iqtisadiyyat və ya iqtisadi biliklərin əsasları fənni kimi tədris olunur. Necə adlandırılmasından asılı olmayaraq hər bir halda «İqtisadiyyat» elminin əsas tədqiqat obyekti cəmiyyətin iqtisadi inkişaf qanunauyğunluqlarının öyrənilməsi, məhdud olan istehsal imkanları ilə məhdudiyyət bilməyən insan tələbatlarının uzlaşdırılması olmuşdur.
«İqtisadiyyat» müstəqil elm kimi təxminən üç əsrlik bir tarixə malik olsa da cəmiyyətin iqtisadi həyatı barədə ilk düşüncələr qədim dövrlərdə meydana gəlmişdir. Belə ki, bəşər cəmiyyətinin formalaşdığı ilk dövrlərdən başlayaraq insanlar iqtisadiyyatla məşğul olmuş, ilk növbədə öz maddi tələbatlarını ödəmli olmuşlar.
Dilimizdə geniş istifadə olunan «iqtisadiyyat» sözü isə yunan mənşəli olub «oykonomiya» - «oykos» (ev təsərrüfatı) və «nomos» (qanun) sözlərinin birləşməsindən əmələ gəlib, lüğəti mənası ev təsərrüfatını idarə etmək deməkdir.
«Oykonomiya» sözünün yaradıcısı yunan filosofu Ksenefont olmuşdur.
Bugün Azərbaycan dilindəki «iqtisadiyyat» sözü üç müxtəlif mənada: birincisi – təsərrüfatçılıq, ikincisi – xalq təsərrüfatı və nəhayət üçüncüsü – elm mənasında işlədilir.
Təsərrüfatçılıq mənasında iqtisadiyyat maddi nemətlər və xidmətlər istehsalının və onun idarə edilməsinin xarakterini əks etdirir, məsələn, əmtəə və ya natural təsərrüfat, azad sahibkrlıq və ya inzibati-amirlik təsərrüfatçılığı. İkinci mənada iqtisadiyyat sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və s. kimi istehsal sahələrini birləşdirən ölkənin xalq təsərrüfatını ifadə edir. Üçüncü mənada iqtisadiyyat iqtisadi münasibətləri və onun ayrı-ayrı tərəflərini öyrənən müstəqil elm mənasında işlədilir.
Bütün iqtisad elmlərini tədqiqat obyektlərindən asılı olaraq iki qrupa ayırmaq olar: ümumi iqtisad elmləri və konkret iqtisad elmləri.
«İqtisadiyyat», «İqtisadi təlimlər tarixi», «İqtisadi tarix» ümumi iqtisad elmləri qrupuna, «Menecment», «Marketinq», «Mühasibat uçotu» və s. kimi fənlər iqtisad elmləri qrupuna daxildir.
«İqtisadiyyat» ümumi iqtisad elmlərindən olub bütün digər iqtisad elmlərinin nəzəri metodoloji əsasını təşkil edən ictimai elmdir. «İqtisadiyyat» elminin əsas məsələsi cəmiyyətin iqtisadi inkişaf qanunauyğunluqlarının öyrənilməsi, məhdud olan istehsal ehtiyatları ilə qeyri məhdud olan insan tələbatlarının uzlaşdırılmasıdır.
İqtisadiyyatın mahiyyəti və predmeti barədə hazırda çöx müxtəlif fikirlər mövcuddur. «İqtisadiyyat» elminin predmeti haqqında Amerika iqtisadçısı L.Samuelsona məxus olan fikir isə dünya iqtisadçılarının əksəriyyət tərəfindən ən mükəmməl fikir kimi qəbul edilmişdir. L.Samuelsona görə «İqtisadiyyat» müxtəlif cəmiyyətlər tərəfindən insan tələbatlarını ödəyə bilən, faydalı məhsullar istehsal etmək məqsədi ilə mövcud məhdud ehtiyatlardan necə istifadə olunması və istehsal olunmuş məhsulların ayrı-ayrı insan qrupları arasında necə bölüşdürülməsi haqqında elmdir. Odur ki, tarixi inkişafın müxtəlif mərhələlərində dövrün qabaqcıl adamları həmişə iqtisadi həyatın obyektiv inkişaf qanunauyğunluqları ilə maraqlanmışlar.
«İqtisadiyyat» elmi XVI-XVII əsrlərə qədər iqtisadi həyatın ayrı-ayrı sahələri barədə qabaqcıl adamların iqtisadi fikir və düşüncələri şəklində mövcud olmuşdur. İqtisadi fikirlər tarixinin zənginləşdirilməsində dünya xalqlarının hər birinin özünəməxsus yeri olmuşdur.
İqtisad elminin inkişafında birinci mərhələni quldarlıq dövrü təşkil edir. Digər elm sahələrində olduğu kimi ilk iqtisadi fikirlər Qədim Şərqdə - Misirdə, Hindistanda və Çində yaramışdır. Quldarlıq cəmiyyətinin iqtiadi həyatını ilk dəfə mükəmməl öyrənənlər isə yunan filosofları Aristotel, Platon və Ksenefont olmuşlar.
Cəmiyyətin iqtisadi həyatı barədə olan və bizim dövrlərimizə qədər gəlib çatmış ən qədim yazılı abidə e.ə XX əsrdə qədim Misirdə yazılmış «Heraklopol hökmdarının oğlu Merikala Nəsiətləri» əsəri olmuşdur.
Yunan filosoflarından Aristotelin (e.ə 384-322-ci illər) iqtisadiyyat sahəsində xidmətləri xüsusi ilə seçilir. O səkkizcildlik «Siyasət» əsərinin birinci cildini bütövlükdə iqtisadiyyata həsr etmişdir. İqtisadiyyat barədə tədqiqatlarını nəzərə alaraq Aristotel, iqtsadiyyat elmi tarixində ilk iqtisadçı kimi qəbul edilmişdir. Aşağıdakı mülahizələrdə Aristotelin əsas iqtisadi fikirləri əks olunmuşdur: «Həqiqətən, cəmiyyət iki həkimdən deyil, həkimdən və əkinçidən, ümumiyyətlə, eyni olmayan və bərabər olmayan adamlardan əmələ gəlir. Lakin hansısa adamları bərabərəşdirmək lazımdır. Buna görə də mübadilə olunan hər şey müəyyən dərəcədə müqayisə oluna bilməlidir... beləliklə, lazımdır ki, hər şey nə isə bir şeylə ölçülsün. Deməli, ödəmə o zaman mümkün olacaq ki, əkinçinin çəkməçiyə münasibəti nə şəkildədirsə, çəkməçinin məhsulununda əkinçinin məhsuluna o münasibətdə ola bilməsi üçün bərabərlik tapılmış olsun. Beleləliklə lazımdır ki, hər şey nə isə bir şeylə ölçülsün... Bu bir şeyisə əslində hər şey üçün əlaqələndirici əsas olan tələbatdır».
Aristoteldən sonrakı təxminən iki min illik dövr ərzində iqtisadiyyat elminin inkişafında demək olar heç bir irəliləyiş olmamışdır.
İqtisdiyyat elmi feodalizm cəmiyyətinin dağıldığı və kapitalist istehsal münasibətlərinin təşəkkül tapdığı dövrdə sürətlə inkişaf etmiş və müstəqil elmə çevrilmişdir
İqtisdiyyat elmi feodalizm cəmiyyətinin dağıldığı və kapitalist istehsal münasibətlərinin təşəkkül tapdığı dövrdə sürətlə inkişaf etmiş və müstəqil elmə çevrilmişdir.
Kapitalizm cəmiyyətinin formalaşdığı ilk dövrlərdə merkantalizm cərəyanı üstünlük təşkil edirdi. Merkantalizm ideyalarının inkişafında ingilis iqtisadçılarının (T.Man, V.Petti, U.Stafford) rolu böyükdür. Çünki, kapitalizm ilk əvvəl məhz İngiltərədə inkişaf etmişdir. Fransız merkantalist iqtisadçısı Antuan Monkretyen (1576-1621) 1615-ci ildə nəşr etdirdiyi «siyasi iqtisad» terminini gətirmişdir.
Merkantalizm ideyalarına görə cəmiyyətin iqtisadi inkişafının əsasını ticarət, xüsusi ilə xarici ticarət təşkil edir. Merkantalist iqtisadçılar istehsala ikinci dərəcəli amil kimi baxır, istehsalı ticarətin genişləndirilməsi üçün bir vasitə hesab edirlər.
İqtisadiyyat elminin inkişafında növbəti mərhələni fransız fiziokratları və onların iqtisadi ideyaları təşkil edir. Görkəmli fiziokrat iqtiadçılar olan Fransua Kene (1694-1774) və Jak Turqo (1724-1781) merkantalist iqtisadçılardan fərqli olaraq cəmiyyətin iqtisadi inkişafının əsasını istehsalın, lakin kənd təsərrüfatı istehsalının inkişafında görürd ülər.
İqtisadiyyat elminin inkişafında növbəti mərhələni klassik siyasi iqtisad təşkil edir. Klassik Siyasi iqtisadın ən görkəmli nümayəndələri ingilis iqtisadçıları Adam Smit (1723-1796) və David Rikardonun (1772-1821) fəaliyyəti nəticəsində iqtisadiyyat elmi özünün ən yüksək inkişaf zirvəsinə çatmışdır.
A.Smitin «Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat» (1776-cı ildə nəşr edilmişdir) və D.Rikardonun «Siyasi iqtisadın və vergi qoyulmasının əsasları» (1817) əsərlərinin nəşr edilməsi iqtisadiyyat elmi tarixində ən görkəmli hadisələrdən biri idi. A.Smitin iqtisadi nəzəriyəsinin əsasını dəyərin əmək nəzəriyyəsi təşkil edir. A.Smitə görə bütün əmtəələrin mübadilə dəyərinin əsasında əmək durur, hər cür sərvətin mənbəyi əməkdir. D.Rikardo Smitin iqtisadi təlimini inkişaf etdirmiş klassik siyasi iqtisad məkbətinin formalaşdırılmasını başa çatdırmışır.
Sonrakı dövrlərdə K.Marksın proletar siyasi iqtisadı, A.Marşalın marjinalizm, İ.Keynsin iqtisadiyyatın dövlət tənzimlənməsi və digər müxtəlif iqtisadi cərəyanalr meydana gəlmişdir.
İqtisadiyyat elminin inkişafında Azərbaycanın da görkəmli şəxsiyyətlərinin şair, yazıçı və alimlərinin özünəməxsus xidmətləri olmuşdur.
XIII əsrdə yaşayıb-yaratmış Nəsirəddin Tusinin (1201-1274) «Əxlaqi-Nasiri» əsəri öz dövrünün sosial-iqtisadi münasibətləri haqında sanballı elmi –tədqiqat əsəridir. Şair və yazıçılarımızın əsərlərində isə cəmiyyətin iqtisadi həyatının müxtəlif tərəfləri öz əksini tapmış, ədalətli cəmiyyət haqqında fikirlər söylənilmişdir.
Tarixi inkişaf mərhələlərindən asılı olmayaraq, həmişə olduğu kimi bu gün də «İqtisadiyyat» elmi üç əsas funksiyanı dərketmə, metodoloji və praktiki funksiyaları yerinə yetirir. Elmin dərketmə funksiyası iqtisadi hadisələrin, iqtisadi proseslərin daxili inkişaf qanunauyğunluqlarının öyrənilməsindən, metodoloji funksiya bütün iqtisad elmləri üçün zəruri olan metod, üsul və elmi vasitələrin işlənib hazırlanmasından, elmin praktiki funksiyası isə dövlətin iqtisadi syasətinin həyata keçirilməsi və müxtəlif səviyyələrdə istehsalın idarə olunma sistemlərinin tətbiqindən ibarətdir.
Müasir iqtisadiyyatla əlaqədər makroiqtisadiyyatı və mikroiqtisadiyyatı bir-birindən fərqləndirmək lazımdır. Mikroiqtisadiyyat iqtisadi həyatın ayrı-ayrı element və strukturlərının (müəssisə, firma, bank və s.) iqtisadi fəaliyyətini öyrənir. Makroiqtisadiyyat isə iqtisadiyyatı vahid bir element kimi nəzərdən keçirməklə, ölkə və xalq təsərrüfatı səviyyəsində ən ümumi qlobal iqtisadi prosesləri öyrənir. Məsələn, mikroiqtisadiyyat müəssisənin məhsul istehsalı həcmini və onların qiymətlərinin müəyyən edilməsini, makroiqtisadiyyat isə dövlətin büdcə siyasətini və milli bankın pul siyasətinin iqtisiadi artırma, inflyasiya və işsizliyin səviyyəsinə təsiri məsələlərini öyrənir.
Bir ictimai elm kimi «İqtisadiyyat» elmi iqtisadi hadisələrin tədqiqini həyata keçirərkən müvafiq metodologiyaya əsaslanır. Metodologiya dərketmənin prinsipləri, forma və üsulları haqqında elmdir. İqtisadi tədqiqatların əsasını fəlsəfədən bizə məlum olan dialektik metod təkil edir. Dialektik metod iqtisadi hadisələri əlaqəli şəkildə və inkişafda öyrənən tədqiqat metodudur.
Elmi dərketmənin metod və üsulları çoxdur və onların əksəriyyəti iqtisadi tədqiqatlarda istifadə olunur. Bu metodlar statitik müşahidə metodları, əldə edilən iqtisadi məlumatların sintez və təhlil, induksiya və deduksiya, elmi abstraksiya yolu ilə öyrənilməsi, iqtisadi hipoteza və ya fərziyyələrin işlənib hazırlanması, iqtisadi eksperimentlər və onların həyata keçirilməsi, məntiqi və riyazi formalarda olan iqtisadi modellərin tətbiqi və digər metodlardır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə