Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Sintez tədqiq olunan obyekt haqqında məlumatların əlaqəli və ümumiləşdirilmiş şəkildə, təhlil



Yüklə 0,68 Mb.
səhifə2/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   2   3   4   5   6   7   8   9   ...   106
iqtisadiyyat nmf

Sintez tədqiq olunan obyekt haqqında məlumatların əlaqəli və ümumiləşdirilmiş şəkildə, təhlil isə vahid olan obyektin tərkib hissələrinə ayrılmaqla öyrənilməsidir. İnduktiv metod faktlar əsasında ümumiləşdirilmiş iqtisadi fikrin, deduksiya isə induksiyanın əksi olaraq ümumiləşdirilmiş hipotetik iqtisadi fikirlərin söylənilməsidir. Deduksiya ümumiləşdirilmiş fərziyyələrdən konkret faktlara doğru hərəkətdir.
İqtisadi tədqiqatlarda istifadə olunan mühüm metodlardan biri elmi abstraksiya metodudur. Elmi abstraksiya metodu iqtisadi proseslərdə təsadüfi və ya ikinci dərəcəli hadisələrin nəzərə alınmaması metodudur. Bu əsas, sabit və tipik əlamətlərə, iqtisadi hadisələrin mahiyyətinə əsaslanaraq müəyyən iqtisad nəticələrə gəlmək metodudur.
Hər bir elmdə olduğu kimi «İqtisadiyyat» elmində də iqtisadi hadisələri və iqtisadi prosesləri xarakterizə edən iqtisadi anlayışlardan, yəni iqtisadi kateqoriyalardan istifadə olunur. Məsələn, əmtəə, bazar, pul , qiymət, rəqabət və s. İqtisadi kateqoriya müəyyən mənada iqtisadiyyat elminin əlifbasıdır.
Aparılan iqtisadi tədqiqatlar və müşahidələrdən məlum olur ki, iqtisadi hadisələrin baş verməsində və onların inkişafında müəyyən qanunauyğunluqlar mövcddur. İqtisadiyyatın əsas vəzifələrindən biri müəyyən mənada elə məhz iqtisadi qanunları öyrənən «İqtisadiyyat» elmi cəmiyyət üzvlərində iqtisadi dünyagörüşün və ya iqtisadi təfəkkürün fomalaşmasına xidmət edir.
İqtisadi dünyagörüş cəmiyyətn iqtiadi inkişaf qanunauyğunluqlarının, müxtəlif iqtisadi təlimlərin, müasir dünya təsərrüfatının inkişaf istiqamətlərinin öyrənilməsinə imkan verə bilən biliklər sistemidir. Elə bir biliklər sistemidir ki, o iqtisadi hadisələrin mahiyyəti və səbəblərinin açılmasında düzgün iqtisadi nəticələrə gəlməyə imkan verir.


2. İqtisadi sistemlərin növləri.
İqtisadi artımın tipindən və tətbiq olunan iqtisadi artım modelindən asılı olmayaraq hazırda dörd müxtəlif iqtisadi sistem mövcuddur:
Ənənəvi sistemlə səciyyələnən iqtisadiyyat;
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə