Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 0,68 Mb.
səhifə3/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   2   3   4   5   6   7   8   9   ...   106
iqtisadiyyat nmf

İnzibati amirlik iqtisadiyyyatı;

Bazar iqtisadiyyatı;
_ Qarışıq iqtisadiyyat.
Ümumiyyətlə, iqtisadi sistem dedikdə təsərrüfat subyektlərinin təsərrüfat fəliyyətinin əlaqələndirilməsi xüsusiyyətləri və istehsal amilləri üzərində mülkiyyət formasından asılı olaraq cəmiyyətin təsərrüfatçılıq həyatının təşkili formaları nəzərdə tutulur.
İqtisadi sistemlər bizə məlum olan üç əsas: Nə? Necə? kimin üçün? suallarının cəmiyyət qarşısında qoyduğu problemlərin necə həll olunmasından asılı olaraq bir-birindən fərqlənirlər. Hal-hazırda çox da geniş yayılmayan ənənvi iqtisadi sistem xalqın milli adət və ənənənlərinə əsaslanır. Həmin ənənələr nəsildən-nəsilə ötürülür. Bu ənənələr məhsul və xidmətlər istehsalının və onların bölüşdürülməsinin xarakterini müəyyən edir. Ənənəvi iqtisadi sistem şəraitində istehsal amilləri (torpaq və kapital) icmanın ümumi mülkiyyətindədir. Maddi nemətlərin istehsalı və onların bölüşdürülməsi mövcud adət və ənənələrə uyğun aparılır. Aydındır ki, zaman keçdikcə ənənələr özü də dəyişə bilər. Bunun üçün bir qayda olaraq, uzun müddət tələb olunur. Bu icmanın və ya xalqın həyat şəraitində əsaslı dəyişikliklər olduqda baş verir. Ənənəvi iqtisadiyyata texniki tərəqqi bir qayda olaraq çətinliklə yol tapır.
İnzibati amirlik iqtisadıyyatı şəraitində bütün əsas iqtisadi məsələlərin həlli mərkəzləşdirilmiş qaydada dövlət tərəfindən həyata keçirilir. Bu zaman mövcud istehsal resursları, normativlər, limitlər və planlar vasitəsilə bölüşdürülüb, ayrı-ayrı müəssisələrin ixtiyarına verilsə də, istehsal amilləri üzərində dövlət mülkiyyəti saxlanılır. Hər bir təsərrüfatçılığın səmərəliliyinin əsas stimullaşdırıcı şərtlərindən biri xüsusi mülkiyyət və azad sahibkarlıq fəaliyyəti olduğunu nəzərə alsaq, qeyd etməliyik ki, inzibati amirlik iqtisadiyyatı iqtisadi inkişafın səmərəliliyini və istehsalla ictimai tələbatlar arasında lazımi tarazlığı təmin edə bilməz.
Bazar iqtisadiyyatı inzibati amirlik iqtisadiyyatından fərqli olaraq mərkəzləşdirilmiş qaydada yuxarıdan müdaxilə hesabına deyil, öz daxili hərəkətverici qüvvələri hesabına formalaşır. Nə istehal etməli?, necə istehsal etməli? və kimin üçün istehsal etməli? kimi əsas iqtisadi məsələlərin həlli bazar iqtisadiyyatı şəraitində bazar qanunları ilə həll edlir. İstehsalla istehlakçı arasında əlaqəni bazar yaradır. Bazar öz-özünə tənzimlənən sistem kimi çıxış edir. Bazar iqtisadiyyatı şəraitində istehsalçılar istehsal xərcləri daha az olan səmərəli texnologiyalarının tətbiqinə və eyni zamanda daha çox gəlir gətirə bilən, insan tələbatlarını daha dolğun ödəyə bilən məhsul və xidmət növləri istehsal etməyə çalışırlar.
Bazar iqtisadiyyatı sisteminin əsasını istehsal vasitələri üzərində xüsusi mülkiyyət, şəxsi təsərrüfatçılıq təşəbbüsü və maddi nemətlərin bazar qanunları ilə bölüşdürülməsi prinsipləri təşkil edir.
Müasir bazar iqtisadiyyatı qarışıq iqtisadiyyatdır. İnkişaf etmiş ölkələrin iqtisadiyyatını nəzərdən keçirsək görərik ki, elə bir milli iqtisadiyyat yoxdur ki, orada dövlət iqtisadiyyata müdaxilə etməmiş olsun. Bu müdaxilənin xarakteri isə milli xüsusiyyətlərdən asılı olaraq bir-birindən fərqlənir. Məsələn, ABŞ-ın iqtisadiyytaında dövlət əsas etibarı ilə təsərrüfatçılığı tənzimləmək yolu ilə iqtisadiyyata müdaxilə edir. Yaponiya iqtisadiyyatında dövlət özəl sektorla birgə fəaliyyət proqramlarının işlənib hazırlanmasında iştirak edir. İsveç sistemində isə dövlət əsas etibarı ilə iqtisadi sabitliyin təmin olunması və gəlirlərin yenidən bölüşdürülməsi ilə iqtisadiyyatı tənzimləyir. Odur ki, biz müasr bazar iqtisadiyyatı dedikdə qarışıq iqtisadiyyatı nəzərdə tutmalıyıq. Bu itisadiyyatın əsas üstünlükləri mövcud istehsal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalçıların iqtisadi azlığındadır.
Qarışıq iqtisadi sistem şəratində istehal amillərinin və istehsal olunmuş maddi nemətlərin bölüşdürülməsi bazar qanunları ilə həyata keçirilsə də dövlət strukturlarının fəal müdaxiləsi yolu ilə baş verir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə