Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Bazar münasibətlərinin fəaliyyət mexanizmi



Yüklə 0,68 Mb.
səhifə4/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   2   3   4   5   6   7   8   9   ...   106
iqtisadiyyat nmf

3. Bazar münasibətlərinin fəaliyyət mexanizmi.
İstehsal resurslarından istifadənin səmərəliliyini və istehsalçıların iqtisadi azadlığını təmin edən iqtisadi sistem bazar iqtisadiyyatıdır. Bazar əmtəənin qiyməti ilə onn satış həcminin müəyyən edilməsi üçün alıcı ilə satıcının qarşılaşdığı nizamlanmış bir strukturdur. Bazarda iki mülkiyyət sahibi: əmtəə sahibi və pul sahibi görüşürlər. Əmtəə sahibib çalışır ki, onun satışından maksimum gəlir götürsün. Alıcı isə öz növbəsində pul sahibi kimi öz maliyyə büdcəsini daha səmərəli xərcləməyə çalışır. Alıcı-satıcı qarşılaşmasında hər iki tərəf üçün faydalı ola bilən qiymət səviyyəsi müəyyən edilir. Qiymətin müəyyən edilməsi bazarın birinci funksiyasıdır.
Bazarda alınıb satıla bilən bütün son məhsul və xidmətlər çoxluğu, istehsal amilləri, pul və digər qiymətli kağızlar və s. bazarın obyektini təşkil edir. Bazar iştirakçıları olan fərdi istehlakçılar, müxtəlif istehsalçılar və dövlət strukturları ilə bazar subyektlərini təşkil edirlər. Fərdi istehlakçılkarı iqtisadi vəzifəsi istehsalçıların istehsal etdikləri son məhsul və xidmət növlərini istehlak etməkdir.
İstehsalçılar müxtəlif statuslu müəssisə və təşkilatlardır. Onların iqtisadi vəzifəsi insan tələbatlarını ödəyə bilən son məhsul və xidmət növlərinin istehsal edilməsi və istehsal olunmuş məhsulların istehlakçılara çatdırmasıdır.
Müxtəlif dövlət strukturları bir tətəfdən istehsal edilmiş məhsul və xidmətlərin istehlakçıları (bəzən istehsalçısı da ola bilər), digər tərəfdən isə iqtisadi münasibətləri tənzimləyən bazar subyektləridir.
Bazar iqtisadiyytaınını mühüm elementlərindən biri bazar infrastrkturlarıdır. Bazar infrastrkturları bazarın səmərəli fəaliyyətini təmin edir və alqı-satqı əməliyyatlarını asanlaşdırır. Bazar infrastrkturlarından müxtəlif birjaları, yarmarkaları, auksionları və s. göstərnək olar.
Bazarları müxtəlif əlamətlərə görə qruplaşdırmaq olar. Bazar obyektlərindən asılı olaraq inkişaf etmiş bazar iqtisadiyyatına malik olan ölkələrin bazarlarını aşağıdakı növlərə ayırmaq olar:


  1. Yüklə 0,68 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə