Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 0,68 Mb.
səhifə5/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   2   3   4   5   6   7   8   9   ...   106
iqtisadiyyat nmf

Son məhsul və xidmətləri bazarı;

  • İstehsal amilləri bazarı;

  • Maliyyə bazarları.

    Son məhsul və xidmətlər bazarlarında satıcı kimi müxtəlif statuslu müəssisə və təşkilatlar, alıcı kimi isə istehlakçılar və müxtəlif dövlət strukturları çıxış edirlər. Bu zaman qeyd etmək lazımdır ki, istehsalçılarla dövlət strukturları arasında qarşılıqlı münasibət eyni xarkterli deyil. Əgər birinci halda istehsalçıların istehlakçılara təqdim etdikləri son məhsul və xidmətlərin qiyməti məhsul istehsal olunduqdan sonra bilavasitə bazarda alıcı satıcı qarşıdurması zamanı müəyyən edilərsə, ikinci halda son məhsul və xidmətlərin əldə edilməsi üçün dövlət sifarişləri formasında kontraktlar (müqavilələr) bağlanır. Bu kontraktlarda istehsal olunacaq məhsulların miqdarı, qiyməti və təchizat şərtləri göstərilir.
    İstehsal amilləri bazarlarında istehsal prosesinin həyata keçirilməsi üçün tələb olunan istehsal amilləri – torpaq, xammal və materiallar, əmək alətləri, işçi qüvvəsi və s. alınıb-satılır. Maliyyə bazarlarında pul və digər qiymətli kağızların satışı təşkil olunur.
    Bazar iqtiadiyyatı sistemi tələb, təklif, rəqabət və qiymət mexanizmlərinin təsiri altında formalaşır. Bazar mexanizmləri bəzən bazar qanunları və bazarın daxili hərəkətverici qüvvələri də adlanır.
    Bazar mexanizmlərini göstərilən ardıcıllıqla nəzərdən keçirək.
    Tələb-kütləvi alıcının müəyyən dövr ərzində könüllü surətdə aldığı əmtəənin qiyməti arasında olan asılılıqdır. Tələb qanuna əsasən alınan son məhsul və xidmətlərin miqdarı həmin məhsulların qiyməti ilə tərs mütənasib asılılıqdadır. Qiymət atdıqca kütləvi istehlakçılar tərəfndən alınan əmtəənin sayı azalır və əksinə qiymət aşağı düçdükcə əmtəənin satış həcmi artmış olur.
    Tələb yalnız qiymət amilinin təsiri altında dəyişmir. Tələbə təsir göstərə digər amillər də mövcuddur. Bu amillər qeyri-qiymət amilləri adlanır. Tələbə təsir göstərən qeyri-qiymət amillərindən aşağıdakıları göstərmək olar:

    • əhalinin gəlir səviyyəsi;

    • əvəzedici məhsulların qiymət səviyyəsi;

    • alıcının zövqü;

    • bazarda alıcının sayı;

    • qiymətlərin perspektivdə dəyişməsi haqqında məlumatların olması və s.


    Yüklə 0,68 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   106




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə