Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Təklif – satıcının müəyyən dövr ərzində əmtəəni müəyyən qiymətə müəyyən sayda satmaq imkanıdır



Yüklə 0,68 Mb.
səhifə6/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   2   3   4   5   6   7   8   9   ...   106
iqtisadiyyat nmf

Təklif – satıcının müəyyən dövr ərzində əmtəəni müəyyən qiymətə müəyyən sayda satmaq imkanıdır. Təklifin səviyyəsinə təsir göstərən əsas amil qiymətdir. əmtəənin qiyməti artdıqca həmin əmtəənin bazara axını artır, qiymət aşağı düşdükcə isə əkinə əmtəənin bazardakı təklif həcmi azalır. Qiymət yüksək olan yerdə məhsulun təklif həcminin çoxalması meyli saxlanılır.
Əmtəənin təklif həcminə təsir göstərən ikinci qrup amillər qeyri-qiymət amilləridir. Belə amillərdən aşağıdakıları göstərmək olar:

  • istehsal resurslarının keyfiyyəti;

  • istehal texnologiyasının səviyyəsi;

  • əvəzedici məhsullar və onları qiyməti;

  • vergi və subsidiyalar;

  • rəqabət və satış şəraiti və s.

Bazar mexanizmlərindən biri də tələb və təklif qanunlarının təsiri altında formalaşan rəqabət mexanizmidir. Rəqabət daha yüksək gəlir uğrunda istehsalçıların öz aralarındakı mübarizə və ya iqtisadi yarış formasıdır.
İqtisadiyyatdakı rəqabət formaları iki qrupa ayrılır: mütəşəkkil ( və ya təkmil) və qeyri-mütəşəkkil (və ya qeyri təkmil) rəqabət formaları. Mütəşəkkil rəqabət hər hansı bir məhsul növünün kütləvi istehsalçıları ilə kütləvi istehlakçılarının qarşılaşdığı şəraitdə fəaliyyət göstərən rəqabət formasıdır. Mütəşəkkil rəqabət müəssisələrin xırda və çoxsaylı olduğu XIX əsrin ortalarına qədərki dövr üçün daha xarakterik idi. Mütəşəkkil rəqabət aşağıdakı əlamətlərə malkdir:

  • kütləvi istehsalçı və istehlakçıların heç birinin əmtəənin bazar qiymətinə və onun satış həcminə təsir etmək imkanına malik olmaması;

  • müxtəlif istehsalçılar tərəfindən istehsal olunmuş eyni növ əmtəələrin bir-birindən fərqlənməməi;

  • istehsal olunmuş əmtəələrin bazara çıxarılmasında tam azadlığın mövcudluğu;

  • əmtəənin qiymətinin müəyyən edilməsində süni məhdudiyyətlərin olmaması;

  • hər bir istehsalçı və istehlakçı tərəfindən əmtəənin tələb və təklif həcmi haqqında dəqiq məlumatların əldə edilməsi imkanının olması.

XIX əsrin ortalarından başlayaraq maşınlı istehsalın inkişafı və istehsalın təmərküzləşməsi ilə əlaqədər ayrı-ayrı istehsal sahələrində hökmran mövqe tutan iri inhirasçı müəssisələr meydana gəlir. Bu iqtisadiyyatda qeyri-mütəşəkkil rəqabət formalarının yaranması demək idi.
Bazar iqtisadiyyatının sonuncu mexanizmi qiymətdir. Qiymət əmtəənin dəyərinin pulla ifadəsidir. Son məhsul və xidmətlərin qiyməti tələb və təklif qanunlarının təsiri altında istehsalçıların öz aralarındakı rəqabət formalarından asılı olaraq müəyyən edilir.
Rəqabət formasından asılı olaraq müəssələr tərəfindən son məhsul və xidmətlərin qiymətlərinə nəzarətin səviyyəsi çox müxtəlifdir.
Bazar iqtisadiyyatı yolu ulə inkişaf edən hər bir ölkə iqtisadiyyatı öz milli xüsusiyyətləri ilə fərqlənir. Bu o deməkdir ki, hər bir ölkə öz bazar iqtisadiyyatı modelinə malikdir. Milli xüsusiyyətlərə baxmayaxaq dünya ölkələri tərəfindən tətbiq edilən bütün bazar iqtisadiyyatı modellərini şərti olaraq üç qrupa: 1) bazar iqtisadiyyatının liberal modeli; 2) bazar iqtisadiyyatının sosial-demokrat modeli; 3) sosial yönlu bazar iqtisadiyyatı modeli. Bazar iqtisadiyyatının liberal modelinin tətbiq olunduğu etalon ölkə ABŞ sayılır. Odur ki, bu model ABŞ modeli kimi tanınmışdır. Bazar iqtisadiyyatınını sosial demokral modelinin tətbiq olunduğu ölkə Almaniya (Alman modeli), sosial yönümlü bazar modelinin tətbiq olunduğu etalon ölkə İsveçdir (İsveç modeli).
Qeyd etmək lazımdır ki, bir ölkə daxilində tətbiq olunan bazar modeli ölkədaxili ictimai-siyasi vəziyyətdən asılı olaraq dəyişə bilər. Məsələn, İngiltərədə leyboristlər partiyası istehsalın milliləşdirilməsinə, mühafizəkarlar partiyası isə istehsalı özəlləşdirilməsinə östünlük verdiklərinə görə, hakimiyyətə gələn partiya bazar iqtisadiyyatı modelində müvafiq dəyişikliklər aparır.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə