Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 0,68 Mb.
səhifə8/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   4   5   6   7   8   9   10   11   ...   106
iqtisadiyyat nmf

Təşkilati vəhdətlik idarəetmənin, perspektiv, cari və operativ planların, uçot və hesabatın vahid sisteminin, vahid Nizamnamənin mövcudluğu ilə müəyyən olunur və bütün müəssisələr özlərinin nizamnamələri əsasında fəaliyyət göstərirlər. Müəssisənin nizamnaməsi təsisçi bir fiziki və ya bir hüquqi şəxs olduqda onların özləri tərəfindən, təsisçiləri iki və ya daha çox fiziki və hüquqi şəxs olduqda isə onların (təsisçilərin) ümumi yığıncağı tərəfindən təsdiq edilır.
İqtisadi vəhdətlik isə öz əksini müəssisənin qarşısında duran iqtisadi və sosial vəzifələr, onların həlli üçün cəlb olunmuş istehsal resursları, həmçinin istehsal-təsərrüfat fəaliyyətinin nəticələrinin ümumiliyində tapır. İqtisadi vəhdətlik material-enerji resurslarının və maliyyə vəsaitlərinin bütün növlərinin vahid dövriyyədə birləşdirilməsi ilə əldə olunur. Maliyyə vəsaitləri öz növbəsində, ümumi balansda (maliyyə planında) təsbit edilir.
Müəssisənin hüquqi şəxs səlahiyyətlərinə malik olması o deməkdir ki, o, müstəqil balansa malik olmaqla, bankda hesab aça və hesablaşma əməliyyatları apara bilər, digər müəssisə, təşkilat və idarələr, həmçinin ayrı-ayrı fiziki şəxslərlə müqavilə münasibətlərinə girə bilər.
Müəssisə hüquqi şəxs kimi iştirakçılarının tərkibindən asılı olmayaraq, prinsipcə, müddətsiz mövcud olur, ayrı-ayrı iştirakçıların iradələri ilə üst-üstə düşməyən, müstəqil iradəyə və iştirakçılarının mülkiyyətindən fərqli olan, xüsusiləşmiş mülkiyyətə malik olur, öz əmlakı ilə öz öhdəliklərinə görə müstəqil məsuliyyət daşıyır, öz adından əqdlər bağlayır.
Müəssisə onun təsisçilərinin mülkiyyətindən fərqli olan xüsusiləşmiş əmlaka malikdir və bunun əmələ gəlməsi mənbələri aşağıdakılardır:
- təsisçilərin pul və maddi payları;
- məhsul satışından, görülən işlərdən, göstərilən xidmətlərdən və habelə təsərrüfat fəaliyyətinin digər növlərindən alınan gəlirlər;
- qiymətli kağızların satışından əldə edilən gəlirlər;
- bank kreditləri və digər kreditlər;
- kapital qoyuluşu və büdcədən dotasiyalar;
- hüquqi və fiziki şəxslərin əvəzsiz verdikləri vəsaitlər;
- digər mənbələrdən daxil olan vəsaitlər.
Müəssisədə istehsal-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məhdud miqdarda istehsal resurslarından istifadəyə dair qərarların qəbul edilməsi ilə əlaqədardır. Qərarların qəbulu səmərəlilik prinsipinə cavab verməli, müəssisənin fəaliyyətinə təsir göstərən bütün amilləri nəzərə almalı və qarşıya qoyulmuş məqsədlərə uyğun olmalıdır.
Müəssisədə istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar qərarların qəbul edilməsində üç amilin nəzərə alınması zəruridir:
a) məqsədlər (məqsədlər sistemi);
b) alternativlər (seçim imkanları);
c) xarici mühitin şərtləri.
Müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin qarşısında duran məqsədlər, qərarların qəbul edilməsi ilə əldə olunması arzu edılən son nəticələri özündə əks etdirir.
Qeyd etmək lazımdır ki, ümumiyyətlə - fikrin məhdud mənasında - müəssisənin yaradılmasının əsas məqsədi onun təsisçilərinin maddi maraqlarıdır, onların rifah halının yaxşılaşdırılmasıdır. Bu isə mənfəətin maksimumlaşdırılması ilə bağlı olduğundan, müəssisənin istehsal-təsərrüfat fəaliyyəti, bütün hallarda, həmin məqsədin reallaşdırılmasına yönəldilir. Elə buna görə də mənfəətin maksimumlaşdırılması xüsusi sahibkarlığın əsas hərəkətverici motividir, onun «lokomotividir».
Əsas məqsədlə əlaqədar müəssisələrin qarşısında konkret vəzifələr qoyulur və bunlara aşağıdakılar aiddirlər:
- ən az xərclə daha yüksək iqtisadi nəticələr əldə etmək;
- buraxılacaq məhsulların keyfıyyətini mütəmadi olaraq yaxşılaşdırmaq və onun rəqabət qabiliyyətini artırmaq, yeni növ məhsulların hazırlanmasını və mənimsənilməsini təmin etmək;
- əmək məhsulldarlığının yüksəldilməsinə və fondveriminin artırılmasına nail olmaq;
- elmi cəhətdən əsaslandırılmış normativ və normaları işləyib hazırlamaq və ümumiyyətlə, normalaşdırma işlərini təkmilləşdirmək;
- istehlakçıların sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə yerinə yetirilməsini təmin etmək üçün zəruri təşkilati-texniki, iqtisadi və digər tədbirləri işləyib hazırlamaq və onları həyata keçirmək;
- müəssisənin rentabelli işləməsinə, material-enerji, əmək və maliyyə resurslarından səmərəli istifadə etməklə məhsulun (işin, xidmətin) maya dəyərinin aşağı salınmasına nail olmaq;
- əmək kollektivinin iş şəraitini yaxşılaşdırmaq və sosial qəbildən olan məsələlərin həlli üçün tədbirlər işləyib hazırlamaq və bunları realizə etmək və s.
Alternativlər - qərar qəbul edən şəxsin qarşıya qoyulmuş məqsədləri reallaşdırmaq üçün sərbəst şəkildə seçə bildiyi, bir-birindən asılı olmayan tədbirlər variantlarını (problemin həlli variantlarını) əks etdırir. Müəssisənin seçim imkanlarını, əsasən, onun daxili mühiti müəyyən edir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə