Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


«Nəzarət-ölçü və nizamlama cihazları və laboratoriya avadanlıqları» yarımqrupuna



Yüklə 0,68 Mb.
səhifə24/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   20   21   22   23   24   25   26   27   ...   106
iqtisadiyyat nmf

3. «Nəzarət-ölçü və nizamlama cihazları və laboratoriya avadanlıqları» yarımqrupuna avtomatik idarəetmə mexanizmləri, vaxtı, təzyiqi, temperaturu, sürəti və s. ölçən və nizamlayan cihazlar, avtomatik idarəetmə pultları, dispetçer nəzarət vasitələri, müəssisə və elmi-tədqiqat laboratoriyalarının cihaz və aparatları və s. aiddir. Bunlar istehsal proseslərini əl ilə və avtomatik olaraq, texnoloji proseslərin rejim parametrlərinin ölçülməsi və onlara nəzarət etmək, laboratoriya-sınaq və tədqiqatları aparmaq üçündür.
4. «Hesablama texnikası» yarımqrupuna elektron hesablama maşınları, idarəçi və analoq maşınları (kompüterlər, printerlər, skanerlər, telefon aparatları və s.), rəqəmli hesablayıcı maşınlar və qurğular, informasiyanın yığılması və ötürülməsi üçün avadanlıqlar və s. aiddir.
5. «Avtomat nıaşın və avadanlıqlar» yarımqrupuna proqramla idarə olunan dəzgahlar, avtomatik xətlər, kimyəvi-termiki emal üçün qızdırıcı soba və s. kimi maşın və avadanlıqlar aiddir. Bunlar istehsal prosesinin bütün əməliyyatlarının müəyyən texnoloji ardıcıllıqla, verilmiş ritmlə, insanın bilavasitə iştirakı olmadan yerinə yetirildiyi avadanlıqlardır. Fəhlə yalnız avadanlığı sazlayır, texnoloji prosesin gedişinə nəzarət edir, ilk yükləmə və son boşaltma əməliyyatlarını yerinə yetirir.
6. «Sair maşın və avadanlıqlar» yarımqrupuna avtomat telefon stansiyalarının avadanlığı, yanğınsöndürən maşınlar, soyuducular, televizorlar və s. aiddir. Bu yarımqrupa yuxarıda göstərilmiş yarımqruplara daxil olmayan və müəyyən texniki funksiyaları yerinə yetirən maşın və mexanizmlər daxildir.
«Nəqliyyat vasitələri». Bu qrupa elektrik, istilik və buxarla işləyən dartıcılar, vaqonlar, avtomobillər, elektrik arabaları, magistral neft-qaz kəmərləri və s. aiddir.
«Alətlər». Alətlər qrupuna əmək predmetlərini emal edən müxtəlif növ elektrik drelləri, konduktorlar (yönəldicilər), kəsici-tutucular və s. aiddir. Ümumiyyətlə, bu qrupa xidmət müddəti azı bir il olan alətlər daxil edilir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə