Mövzu: İstehsal logiSTİkasi plan: logiSTİka – İstehsalin təŞKİLİNİN Əsas formalarindan biRİ KİMİ İstehsal logiSTİkasinin mahiYYƏTİ



Yüklə 393,58 Kb.
səhifə1/3
tarix16.11.2017
ölçüsü393,58 Kb.
#10601
  1   2   3

Mövzu: 7.İSTEHSAL LOGİSTİKASI
Plan:
1.LOGİSTİKA – İSTEHSALIN TƏŞKİLİNİN ƏSAS FORMALARINDAN BİRİ KİMİ

2.İSTEHSAL LOGİSTİKASININ MAHİYYƏTİ

3.İstehsal logistikasında material axınlarının idarə edilməsi

4.ÇEVİK İSTEHSAL-LOGİSTİK SİSİTEMLƏRİNİN NÖVLƏRİ

5.MATERİAL AXINLARININ TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİNƏ QOYULAN ƏSAS TƏLƏBLƏR

1.LOGİSTİKA – İSTEHSALIN TƏŞKİLİNİN ƏSAS FORMALARINDAN BİRİ KİMİ
Keçid dövrünü yaşayan Azərbaycan Respublikasının düşdüyü iqtisadi vəziyyəti ümumi formada aşağıdakı kimi xarakterizə etmək olar:

  • inzibati - amirlik sistemindən sənaye istehsalının çevik və səmərəli alətlərlə idarə edilməsini nəzərdə tutan iqtisadiyyatın bazar modelinə keçid və onun törətdiyi spesifik xüsusiyyətlər;

  • ayrı-ayrı sahələrdə ümumi böhran hallarının baş verməsinə baxma­yaraq milli iqtisadiyyatın güclü industrial bazasının mövcudluğu.

Lakin ənənəvi təsərrüfat əlaqələrinin qırılması, tədiyyə intizamının aşağı düşməsi, texniki-iqtisadi geriləmələr və digər bu kimi problemlər iqtisadiyyatın istehsal aparatına əsaslı surətdə mənfi təsir göstərdi. Bu isə müasir iqtisadi şəraitdə iqtisadiyyatın idarə edilməsinin səmərəli mexanizminin elmi baxımdan axtarılmasını aktuallaşdırır. Belə mexanizmlərdən biri də logistika hesab edilir.

Yaxın və uzaq xarici mənbələrin təhlili göstərir ki, istehsal logistikasına kifayət qədər fikir verilməmişdir və onun nəzəri platforması hələ işlənib hazırlanmamışdır.

. Logistikanın metodologiyası mürəkkəb istehsal sis­temlərini təkmilləşdiril-məsindən ibarətdir. O, müəssisənin menecerini istehsal sistemlərinin təşkili səviy-yəsinin yüksəldilməsi üçün metodlarla silahlandırır və bazarda rəqabət üstünlüyünə nail olunmasına şərait yaradır. Praktiki olaraq logistik konsepsiyaların istehsala tətbiq edilməsi mürəkkəb xarakterə malikdir. Bu hər şeydən əvvəl istehsalın texniki cəhətdən ixtisaslaşması dərəcəsindən və istehsal sahələrində yerinə yetirilən işlərin – daşınan yüklərin nəqliyyat aspek­tindən (istehsaldaxili komplekslərdə nəqliyyat işlərinin 50-60%-i istehsalçı müəssisənin ixtisaslaşdırılmış nəqliyyat bölməsi tərəfindən yerinə yetirilir) asılıdır. Aydındır ki, müasir iqtisadi şəraitdə istehsalın ixtisaslaşma səviyyəsi nə qədər yüksək olarsa bu müəssisə üçün bir o qədər yaxşıdır. Lakin əsas istehsal sferasında yerinə yetirilən əksər logistik əməliyyatlar istehsal əməliyyatlarının tərkib hissəsi olmasına

qədər də tələb olunan səviyyədə və dərəcədə nəzərə çarpmır. Bu isə bilavasitə istehsal proseslərinin təşkil edilməsi zamanı icra edilən müxtəlif səpkili, xarakterli logistik əməliyyatlara diqqət verilməməsi, ümumi logistik sistemdə onların yerinin dəqiq müəyyənləşdirilməsi və fəaliyyətlərinin qiymətlən­diril­məməsinin nəticəsi idi.

Ümumiyyətlə, bazar münasibətləri təbiət etibarı ilə o qədər potensial imkanlara malikdir ki, o hər dəfə istehsal yerləri üçün və ya bütövlükdə isə istehsal sferası üçün mürəkkəb problemlər yaradır. Ötən əsrin 70-80-ci illə­rində bu sahədə aparılan bazar tədqiqatları göstərdi ki, iqtisadi inkişafın müasir mərhələsində istehsalın təşkilinin ənənəvi metodlarla aparılması yeni bazar tələblərinə cavab vermir. İstehsal yerlərinin və ya sferasının gözlənilməz və eyni zamanda qaçılmaz vəziyyətlərdən sığortalanması üçün istehsal proses­lərinin təşkili məsələlərinə yeni kondeksdən yanaşma tələb olunurdu. Bu yeniləşmə təkcə istehsal sahələrini deyil, eyni zamanda nəqliyyatın, təchizat – satış strukturlarının, anbar və tara- qablaşdırma təsərrüfatlarının da paralel inkişafını nəzərdə tuturdu. Odur ki, müəssisələrdə istehsal – texnoloji proseslərin yeni tələblər nöqteyi – nəzərdən təşkili ilə bağlı problemlərin həlli və istehsala xidmət göstərən infrastruktur komplekslərinin normal fəaliyyəti məhz logis­tika hesabına təmin edilir.

Material axınları material resurslarının saxlanıldığı anbarlardan hazır məhsul anbarlarına qədər uzun bir yol keçməklə əsas istehsalın müvafiq mərhələlərində əməliyyatlara – istehsal istehlakına məruz qalır. Material və on­lara uyğun informa-siya axınlarının əsas istehsalın bu və ya digər mərhələsində idarə edilməsi bir sıra spesifik xüsusiyyətlərə malik olmaqla bərabər istehsal logistikası adlanır.

Deməli, istehsal logistikasnın məqsədi - istehsal prosesləri ilə müəssisənin qarşılıq-lı əlaqədə olan struktur bölmələri arasında yerinə yetirilən logistik əməliyyatların dəqiq sinxronluğuna nail olmaqdır. Daha doğrusu, istesal logistikasının tədqiqat obyektin-i sənaye istehsalı zamanı firmadaxili iqtisadi axın prosesləri təşkil edir.

İstehsal logistikasının əsas məqsədindən irəli gələn vəzifələr:

a) istehsal güclərinin tam yüklənməsinə nail olmaqla dövriyyə vəsait­lə­rinin dövr sürətini artırmaq və ya onların müəssisədən keçmə müddətini mini­mumlaşdırmaq;

b) istehsalın fasiləsizliyini təmin etmək məqsədilə zəruri səviyyədə material ehtiyatları yaratmaq və bu resursların emalı üçün sərbəst istehsal – logistik gücü idarə etmək;

c) istehlakçıların sifariş paketlərinə uyğun tələbatlarını dolğun ödəmək şərtilə məhsulların maya dəyərini aşağı salmaqdan ibarətdir.

Başqa sözlə, istehsal logistikasının əsas vəzifəsi təkcə logistik sistemlər daxilində deyil, eyni zamanda istehsal prosesləri çərçivəsində material və informasiya axınlarının idarə edilməsinin təşkili məsələlərini özündə əks etdirməkdir.

İnteqrativ formada isə istehsal logistikasının əsas funk­siyaları aşağı­dakı­lardan ibarətdir:


  • konkret hazır məhsullara istehlakçı sifarişləri və bazar tələbatının proqnozlaşdırılması əsasında istehsalın planlaşdırılması və təşkili;

  • müəssisənin istehsal sahələri və iş yerləri, habelə di­gər struktur bölmələri üçün istehsal tapşırıqları üzrə plan – qrafiklərin işlənib hazırlanması;

  • təchizat və satış xidməti şöbələri ilə razılaşdıqdan son­ra məhsul buraxılışı üzrə istehsal qrafiklərinin işlənib hazırlanması;

  • bitməmiş istehsal normativinin müəyyənləşdirilməsi və ona riayət edilməsinə nəzarətin həyata keçirilməsi;

  • istehsalın operativ idarə edilməsi və istehsal tapşırıqlarının yerinə yetirilməsinin təşkili;

  • kəmiyyət və keyfiyyət parametrləri üzrə hazır məhsullara nəzarət;

  • istehsal yeniliklərinin hazırlanması və praktiki həyata keçirilməsində iştirak etmək;

  • hazır məhsulların maya dəyərinə nəzarət edilməsi.

İstehsalın ərazi üzrə kompakt yerləşdirilməsi istehsal logistikasının tədqiqat obyektinin xarakterik və eləcə də fərqli xüsusiyyətini səciyyələndirir.

Son illərdə kütləvi və seriyalı istehsal sferasının əhatə dairəsinin getdikcə azalması halları müşahidə edilir. Universal avadanlıqlarının və çevik istehsal sistemlərinin tətbiq sahələri isə getdikcə artır. Məhz belə bir şəraitdə istehsalçı daha çox fərdi və kiçik partiyalı məhsullar üçün sifarişlər alır. Bütün bunlarla yanaşı hazır məhsul istehlakçıları kiçik zaman kəsiyində (saat, gün) tələbat­larının yüksək zəmanətlə ödənilməsi üçün məhsul istehsalçıları qarşısında tələblər irəli sürür.

İstehsal logistikasını aktuallaşdıran digər mühüm cəhət istehsal koopera­siyası çərçivəsində mürəkkəb məmulatların hazırlanması üçün istehsalın təşkil edilməsindən ibarətdir. Bu zaman istər sifariş verilmiş məhsulların hazırlanması üçün istifadə olunan xammal və materialların, eləcə də hazır məhsulların istehsal sahələrində və ya yerlərində hərəkəti üzrə əməliyyatların nəqliyyat baxımından təşkili də istehsal logistikasının obyekti hesab olunur. Eyni zamanda nəzərə almaq lazımdır ki, material resurslarının istehsal sahələrində optimal hərəkətinin təşkili üçün həm xüsusi nəqliyyat parkından, həm də ümumi istifadədə olan nəqliyyat vasitələrindən istifadə olunur.

İstehsal logistikasında material axınlarının idarə edilməsi zamanı «tələb­dən artıq məhsulun yaradılması» (zadel) anlayışı mühüm əhəmiyyət kəsb edir. «Tələbdən artıq məhsul» dedikdə müəssisənin bütün istehsal bölmələrinin fasiləsiz və normal işini təmin edən yarımfabrikat və ya hissələrin ehtiyatı başa düşülür. Təyinatına görə tələbdən artıq məhsullar:



  • texnoloji;

  • dövriyyə;

  • nəqliyyat;

  • sığorta kimi təsnif edilir.

Tələbdən artıq texnoloci ehtiyat dedikdə – bilavasitə emal və ya nəzarətdə yerləşən hissələr, qovşaqlar və ya yığım vahidləri başa düşülür. Bu növ ehtiyatların kəmiyyəti işçi yerlərinin sayı və onlar tərəfindən emal edilən hissələrin və ya yığım vahidlərinin nəzarət partiyalarının sayı ilə tə­yin edilir.

Dövriyyə ehtiyatı işin fasiləsizliyini təmin etmək məqsədilə işçi yerlərində yaradı-lan hissələr, qovşaqlar və ya yığım vahidləri üzrə ehtiyatları özündə birləşdirir.

Nəqliyyat ehtiyatı – bu hissələr, qovşaqlar və ya yığım vahidləri üzrə o növ ehtiyatdır ki, baxılan zaman kəsiyində (cari anda) bir işçi yerindən digərinə və ya bir istehsal sexindən digərinə keçmə - ötürülmə prosesində yerləşir.

Sığorta ehtiyatı istehsal logistikasında aşağıdakı hallarda yaradılır:

a) avadanlıqlar istismardan çıxdıqda;

b) istehsalda zay məhsul aşkar olunduqda.

Bir sistem kimi istehsal logistik sistemi formalaşdırmazdan əvvəl, konkret olaraq hər bir hal üçün müəssisənin xüsusiyyətləri, istehsalın tipi, istehsal tsiklinin xarakteri, əsas təchizat sistemi, istehsal sahələrinin və ya iş yerlərinin material resursları ilə təminatı sistemi (material resurslarının iş yerlərinə verilməsi sistemi), material resurslarının norma və normativ sistemi, resurslardan səmərəli istifadə parametrləri tam şəkildə maksimum təhlil olunmalıdır.



a) İstehsalın tipi

İstehsalın təşkilati – texniki və iqtisadi xüsusiyyətlərinin məcmusu istehsalın tipi adlanır. İstehsal tipi hazırlanan məhsulun nomenklaturası, miqyası, təkrarlanma dərəcəsi, əsas istehsalın qurulma prinsipləri, onlarda texnoloji maşın və avadanlıqların yerləşdirilməsi qaydası, iş yerlərinin ixtisaslaşdırılması səviyyəsi və s. bu kimi əlamətlərlə xarakterizə olunur.

Məhsul istehsalının (buraxılışının) kütləvilik dərəcəsinə görə istehsalın təşkilini:

a) kütləvi;

b) seriyalı;

b) fərdi tiplərini fərqləndirirlər.



Kütləvi istehsal tipində müəssisə məhdud və daima tək­rarlanan nomenklaturada məhsul istehsalını həyata keçirir. Bu zaman ixtisaslaşdırılmış maşın və avadanlıqlardan, texnoloji alət və tərtibatlardan geniş istifadə olunur, fəhlələrin ixtisaslaşma dərəcəsi yüksəlir, konkret iş yerinə konkret məmulat təhkim edilir, maşın və avadanlıqlar sex və istehsal sahələrində məhsulun hazırlanması texnologiyasına (texnoloji ardıcıllığa) uyğun yerləşdirilir və s.

Seriyalı istehsal şəraitində müəssisə nisbətən geniş nomenklaturada məhsul istehsal edir və həmin məmulatların hazırlanması prosesi müəyyən vaxtdan bir təkrarlanır. Bu baxımdan seriya dedikdə, müəyyən dövrlərdən bir təkrarlanan eyni konstruksiyalı və təyinatlı məmulatların hazırlanması nəzərdə tutulur. Seriyalı istehsal şəraitində eyni bir iş yerində müxtəlif əməliyyatlar yerinə yetirilir və onlar vaxtaşırı təkrarlanır. Odur ki, dəstədəki hissələrin optimal kəmiyyətini müəyyən-ləşdirməklə texnoloji avadanlıqların tez –tez yenidən sazlanmasına sərf olunan vaxt azalır, onlardan istifadə yaxşılaşır, əmək məhsuldarlığı yüksəlir, istehsal olunan hazır məhsulun maya dəyəri aşağı düşür və onun keyfiyyət parametri yaxşılaşır.

Ümumi formada seriyalıq əmsalı iri seriyalı istehsal üçün 1-10-a, orta seriyalı istehsal üçün 11-20-yə və kiçik seriyalı istehsal üçün isə 21-40-a bərabər qəbul edilmişdir.



Fərdi istehsal şəraitində geniş nomenklaturalı və çeşidli məhsullar istehsal edilir və onların hazırlanması əksər hallarda təkrarlanmır. İstehsalın təşkilinin bu tipində istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsi istehsalın təşkilinin digər tipləri ilə müqayisədə aşağıdır, texnoloji avadanlıqlar istehsal sahələrində və ya sexlərdə qrup şəklində yerləşdirilir.

b) İstehsal tsiklinin xarakteri

İstehsalın təşkili səviyyəsini xarakterizə edən ən mühüm göstəricilərdən biri istehsalın tsikli (istehsal dövrünün uzunluğu) hesab olunur. Başqa sözlə, istehsalın təşkilinin ayrı – ayrı tipləri istehsal tsiklinin xarakterik xüsusiyyətləri ilə səciyyələnir. İstehsal tsikli dedikdəmikrologistik sistem çərçivəsində konkret məhsul istehsalı zamanı xammal, material yarımfabrikatların istehsala jəlb edilməsi müddəti ilə hazır məhsulu alınmasına qədər olan müddət arasında vaxt intervalı nəzərdə tutulur. Daha doğrusu, istehsal tsikli konkret məhsul istehsalı prosesinin başlanğıc və son anları arasındakı müddətdən ibarətdir. Bu vaxt nə qədər qısa olarsa təbii ki, istehsal müəs­sisəsinin (sexin, istehsal sahəsinin, ayrı - ayrı iş yerlərinin) növbə, gün, ay və il ərzində məhsul istehsal etmək imkanı bir o qədər çox olacaqdır. İstehsal tsiklinin uzunluğu təqvim günlərinin sayı ilə (uzun olmayan istehsal prosesləri üçün isə saat, dəqiqə və saniyə ilə) ölçülür.

Təsərrüfat subyektləri üçün istehsalın tsiklinin uzunluğunun müəyyənləş­dirilməsi hər şeydən əvvəl:


  • müəssisənin və onun istehsal bölmələrinin əsas fəaliyyətləri üzrə sifarişlərin (tapşırıqların ) təyin edilməsinə;

  • məhsul və onun tərkibinə daxil olan hissələrin istehsalına başlanması və istehsalının qurtarması müddətinin uçotunun aparılmasına;

  • məhsulun istehsalı üçün əsas istehsal fondlarına (əsas və dövriyyə fondlarına) tələbatın hesablanmasına;

  • müəssisənin istehsal- təsərrüfat fəaliyyətini xarakterizə edən digər göstəricilərin işlənib hazırlanmasına şərait yaradır.

İstehsal tsiklinin qısaldılması, bütün başqa bərabər şərtlər daxilində müəssisənin məhsul buraxılışı imkanlarının artmasına, fondveriminin və əmək məhsuldarlığının yüksəldilməsinə, dövriyyə vəsaitlərinə tələbatın azaldılmasına və məhsulun maya dəyərinin aşağı salınmasına səbəb olur. Bunlarda nəticə etibarı ilə istehsalçı müəssisənin mənfəətinin artırılmasına və rentabellik səviyyəsinin yüksəldilməsinə gətirib çıxarır.

İstehsal tsiklini iki hissəyə - vaxtı fasilələr vaxtına ayırırlar. Öz növbəsində vaxtı – əsas texnoloji əməliyyatların icrasına, xammal, material və hazır məhsulların nəql


edilməsinə, nəzarət əməliyyatlarının yerinə yetirilməsinə və eləcə də hazır məhsulun komplektləş­dirilməsinə sərf olunan vaxtlarından təşkil olunur.

Fasilələr vaxtının tərkibinə isə – müəssisənin iş rejimi, maşın və avadan­lıqların qeyri – normal yüklənməsi, istehsalın və əməyin təşkili ilə əlaqədar fasilələr vaxtı daxildir.

İstehsal tsiklinin uzunluğu bilavasitə:

a) konkret istehsal şəraitində istehsalın və əməyin təşkili, mexanik­ləş­dirilməsi və avtomatlaşdırılması səviyyəsi,

b) istehsal olunancaq hazır məhsulların konstruksiyasının mürəkkəblik dərəcəsi və əmək tutumu,

c) müəssisənin iş rejimi,

ç) istehsala texniki xidmətin təşkili formaları,

d) məhsulların hazırlanmasında istifadə olunan texnoloji proseslərin mütərəqqilik dərəcəsi,

e) növbədaxili və ya növbələrarası fasilələr vaxtının maksimum olması və s. bu kimi amillərdən asılıdır.



Material axın­larının hərəkət istiqamətlərindən asılı olaraq istehsal prosesində yerinə yetirilən əməliyyatların əlaqələndirilməsinin aşağıdakı üç:

  • ardıcıl;

  • paralel;

  • ardıcıl - paralel (qarışıq) formalarını fərqləndirirlər.

Əməliyyatların əlaqələndirilməsinin ardıjıl forması onunla xarakterizə olunur ki, hazır məhsul istehsalı prosesində hər bir sonrakı əməliyyat texnoloji sistemdə yerinə yetirilən ixtiyari əvvəlki əməliyyatdan sonra icra olunur. Başqa sözlə, texnoloji rejimin tələblərinə uyğun olaraq əvvəlki mərhələdə emal prosesini keçmiş hissələr üzərində əməliyyatlar bitdikdən - qurtardıqdan sonra növbəti mərhələyə keçid reallaşır və bu mərhələdə əvvəlkindən fərqli olan texnoloji əməliyyatlar icra edilir. Əməliyyatların əlaqələndirilməsinin ardıcıl formasının əsas səciyyəvi cəhəti ondan ibarətdir ki, bir mərhələdə emal prosesinə məruz qalan hissələr bir iş yerindən digərinə dəst halında verildiyin­dən dəstədə birinci emaldan keçən hissə dəstədəki son hissə üzərində emal əməliyyatlarının başa çatmasını gözləməli olur. Daha doğrusu, belə formada hazırlanan hissələrin xarakterindən və emal xüsusiyyətlərindən asılı olaraq bir mərhələyə tam şəkilədə daxil olan material axınları digər mərhələyə də məhz bu şəkildə ötürülür.

Əməliyyatların ələaqələndirilməsinin paralel forması hazır məhsulun hazırlanması məqsədilə dəstədəki hissələrin emal edilməsi üçün texnoloji sistemdə yerinə yetirilən müxtəlif əməliyyatların eyni vaxtda – paralel surətdə həyata keçirilməsini nəzərdə tutur. Qeyd etmək lazımdır ki, bu zaman hər bir hissə sonrakı əməliyyata əvvəlki əməliyyat başa çatdıqdan sonra birbaşa, yəni dəstədəki bütün hissələrin emal prosesindən keçməsini gözləmədən ötürülür. Təbii ki, bu da hazır məhsulun komponenti hesab olunan hissələrin ayrı - ayrı iş yerlərində boş dayanması hallarını aradan qaldırır və onların yeni – tələb olunan istehsal sahələrinə tez ötürülməsini təmin edir. Lakin istehsalçı müəssisələr icra edilən texnoloji əməliyyatlar arasında boş dayanmalara yol verməmək üçün vaxt etibarı ilə bu əməliyyatların bərabər yerinə yetirilməsinə çalışmalıdır. Başqa sözlə, mikrolo­gistik səviyyədə material axınlarının belə - paralel hərəkət formasında ən mühüm məsələ əməliyyatların yerinə yetirilməsi vaxtını sinxronlaşdırmaqdan ibarətdir.

Əməliyyatların əlaqələndirilməsinin ardıjılparalel (qarışıq) forması mahiyyət etibarı ilə iş yerlərində və ya istehsal sahələrində yerləşən bütün hissələr üzərində texnoloji əməliyyatların fasiləsiz aparılmasını - sonrakı əməliyyatların dəstədəki bütün hissələr üzərində əvvəlki emal əməliyyatları qurtarmadan başlamasını nəzərdə tutur. Bir dəstədə olan hissələr bir əməliyyatdan digərinə ya «bir – bir», yaxud da dəstənin bir hissəsi kimi verilir. Bu da əlaqəli əməliyyatlarda material axınlarının hərəkət vaxtını qısaldır.

j) Əsas təjhizat sistemi

Bazar iqtisadiyyatı şəraitində istər istehsalçı firma və müəssisələrin hüdud-larından kənarda tədarükat əməliyyatlarının, istərsə də firmadaxili maddi-texniki təchizat işlərinin düzgün təşkili istehsal sahibkarlığının nəticələrini səciyyələndirən bütün texniki-iqtisadi və maliyyə göstəricilərini yaxşılaşdırır, istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə təminat verir.

Maddi-texniki təminat ictimai-iqtisadi proses kimi istehsalın səmərəliliyin yüksəldilməsində ciddi rol oynayan amillərdəndir. O, təkrar istehsalın iki mərhələsini – bölgü və tədavülü (mübadiləni) bütünlükdə, istehlakı isə qismən özün­də birləş-dirməklə istehsal mərhələsindən tam asılılıqda və qarşılıqlı təsirdə olur. Məhz buna görə də maddi-texniki təminat ictimai istehsalın həm də keyfiyyət parametrlərinin müsbət istiqamətdə dəyişməsi amili kimi çıxış edir

Düzgün elmi əsaslarla təşkil edilən maddi-texniki təminat məhsulun maya dəyərini aşağı salır, əmək məhsuldarlığı, keyfiyyət və rentabellik kimi gös­təriciləri yüksəldir, istehsalın bir qərarda işləməsinə şərait yaradır. Maddi – texniki təminatda ahəngdarlıq istehsalın ahəngdar aparılması üçün həlledici amil rolunu oynayır. Uyğun olaraq təchizat işində yol verilmiş hər hansı bir səhv müəssisə və ya firmanın təsərrüfat fəaliyyətinə mənfi təsir göstərir.

Sənaye müəssisələri xammal, material, dəstləşdirici məmulatlar və digər istehsal-texniki təyinatlı məhsullarla iki: anbar tranzit formada təchiz edi­lirlər. Təsərrüfat praktikasında birbaşa uzunmüddətli, topdansatış və təminatlı kompleks təchizat formalarından da istifadə edilir.

İlk növbədə anbar təchizat forması eşalonlaşdırılmış və çevik əlaqəli makro-logistik sistemlərin tətbiqinə əsaslanmaqla material resursları xətti qay­dada hərəkət edərək istehsalçı müəssisələrdən təchizat-satış funksiyasını həyata keçirən kommersiya müəssisələrinin anbarlarına daxil olur və müvafiq tədarükat müqavilələrinə uyğun sifarişlər əsasında istehlakçı müəssisəyə çatdırılır.



Tranzit formasında isə material axınları birbaşa əlaqəli makrologistik sistemin tətbiqinə əsaslanır və heç bir aralıq vasitəçilərin iştirakını nəzərə almadan istehsalçı müəssisələrdən bu resursların istehlakçılarına uzunmüddətli təsərrüfat müqavilələri üzrə çatdırılır.

Bu formalar arasında optimal nisbətin yaradılması və onların təkmilləş­dirilməsi material resurslarının manevretmə qabiliyyətini artırır, istehsal ehtiyatlarının səviyyəsini optimallaşdırmağa və istehsal vasitələrinin məhsul­göndərən təşkilatlardan istehlakçı müəssisələrə çatdırılması ilə əlaqədar xərc­lərin həcm və səviyyəsini müəyyən qədər aşağı salmağa imkan verir.

Təchizat formalarının seçilməsinə təsir edən amillərdən biri də tranzit normasıdır. Tranzit norması dedikdə, istehsalçı müəssisələrdən bir sifarişlə bir ünvana çatdırılajaq material resurslarının minimum miqdarı nəzərdə tutulur. İstehlakçı müəssisələr tranzit forma ilə məhsul almaq üçün özlərinin həqiqi tələbatından asılı olmayaraq, tranzit normanın həcmi qədər material sifariş verməlidirlər.

ç) İstehsal sahələrinin ya sexlərin material resursları ilə təminatı sistemi

Firma və müəssisələrin material resursları ilə maddi-texniki təminatı bir – birilə qarşılıqlı əlaqədə olan bir neçə ardıcıl mərhələni özündə birləşdirir. Bu, adətən istehsal proqramı və məsrəf normalarına görə material resurslarına tələbatın müəyyən edilməsi mərhələsindən tutmuş, potensial məhsulgön­dərənlərin siyahısının işlənib hazırlanması və firma və müəssisənin material resurslarına tələbatının təmin edilməsi mərhələsinə qədər bir-birilə dialektik vəhdətdə olan ardıcıl əməliyyatlar toplusun-dan ibarətdir.

Müəssisə və firmanın maddi-texniki təminatı bu təsərrüfat subyektlərinin təchizat xidməti şöbəsinin əməkdaşları tərəfindən icra edilir. Onlar istehsal üçün zəruri olan istehsal vasitələrinin optimal həcmini müəyyənləşdirir, müəssisənin vaxtlı-vaxtında və fasiləsiz təmin edilməsini həyata keçirirlər. Material resurslarının seçilmiş məqsəd bazarlarından tədarük edilməsi, daşın­ması və qorunub saxlanılması üzrə tədbirlərin az məsrəflər hesabına başa gəl­məsi, xammaldan, materialdan səmərəli istifadə edilməsi də məhz bu funksional şöbənin – orqanın işindən bilavasitə asılıdır.

Yuxarıda qeyd olunan funksiyaları yerinə yetirən müəssisənin təchizat xidməti istehsal bölmələrinin maddi-texniki təminatı zamanı üç mütərəqqi təchizat formasını fərqləndirir:



    • aktiv təchizat sistemi;

    • qeyri – mərkəzləşdirilmiş təchizat sistemi;

    • tranzit təchizat sistemi.

Aktiv təjhizat sisteminin mahiyyəti müəssisənin tədarükat logistikası xid­mə­tinin əməkdaşları tərəfindən istehsal sahələrinə və ya bölmələrinə material resurslarının verilməsi, ötürülməsi və çatdırılmasının həyata keçirilməsindən ibarətdir. Bu sistem:

    • material resurslarının istehsal sahələrinə çatdırılması limitlərinin və qrafiklərinin müəyyənləşdirilməsini;

    • yükləmə – boşaltma və nəqliyyat vasitələrinə tələbatın hesablanması, onların iş qrafiklərinin və rasional hərəkət marşrutlarının təyin edilməsini;

    • çatdırılacaq məhsul partiyası həcminin hesablanmasını;

    • əsas istehsalda material resurslarından istifadəyə nəzarətin həyata keçiril-məsini;

    • göndərilən material resurslarının keyfiyyət və kəmiyyət paramertləri üzrə saxlanılmasına cavabdehlik məsuliyyəti daşıyan maddi-məsul şəxslərin müəyyənləş-dirilməsini nəzərdə tutur.

Qeyrimərkəzləşdirilmiş təjhizat sistemində əsas istehsal üçün zəruri material resurslarının alınması, onların nəqliyyat vasitələrinə yüklənməsi və daşınması məhz istehsalçı müəssisənin istehsal sahələrinin və ya sexlərin əməkdaşları tərəfindən yerinə yetirilir.

Normalaşdırma – janlı və keçmiş əməyin ijtimai zəruri məsrəfinin elmi jəhətdən əsaslandırılmış plan ölçüsünün müəyyən edilməsidir.

Material resursları sərfinin düzgün normalaşdırılması istehsalın texniki səviyyəsinin yüksəldilməsi, istehsaldaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi, materiallardan istifadədə qənaət rejiminin gözlənilməsi kimi işlərin lazımi keyfiyyətdə icra olunmasına bilavasitə köməklik gös­tərir. Norma­laşdırmanın bir mühüm əhəmiyyəti də müəssisələrin konkret materiallara tələbatının müəyyənləşdirilməsində onun həlledici rol oynamasıdır.

Praktikada material məsrəfi normaları müxtəlif əlamətlərə görə təsnif edilir:


  • fəaliyyət müddətinə görə (illik və perspektiv);

  • maddi resursların təfsilləşdirilməsi dərəcəsinə görə;

  • tətbiq miqyasına görə.

Adından göründüyü kimi fəaliyyət müddəti il üçün nəzərdə tutulmuş məsrəf normaları xammal, material, yanacaq və digər maddi resursların məhsul vahidinə orta illik məsrəfini səciyyələndirməklə cari planlaşdırmada tətbiq olunur. İllik məsrəf normaları il üçün istehsalı planlaşdırılmış məhsulların plan maya dəyərinin kalkulyasiyasında (məhsul vahidinin maya dəyərinin müəyyən edilməsində) istifadə edilir.


Yüklə 393,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə