Mövzu: İstehsal logiSTİkasi plan: logiSTİka – İstehsalin təŞKİLİNİN Əsas formalarindan biRİ KİMİ İstehsal logiSTİkasinin mahiYYƏTİ


İstehsalın təşkili və idarə edilməsinin ənənəvi və logistik konsepsiyası



Yüklə 393,58 Kb.
səhifə2/3
tarix16.11.2017
ölçüsü393,58 Kb.
#10601
1   2   3

7.2. İstehsalın təşkili və idarə edilməsinin ənənəvi və logistik konsepsiyası

Bazarın özünü tənzimləmə və iqtisadiyyatın inzibati – amirlik idarəetmə prinsipləri bir-birinə uyğunlaşa bilməzlər. Direktiv planlaşdırma sistemində istehsalın «resurs - bölgü» prinsipi ilə idarə edilməsi cəmiyyət miqyasında total məhsul bolluğu yaratsa da istehsal yerlərinin ayrı-ayrı materiallara, cəmiyyət üzvlərinin isə müxtəlif təyinatlı xalq istehlakı mallarına tələbatını dolğun ödə­mirdi. Daha doğrusu, cəmiyyətin iqtisadi cəhətdən inkişaf etdirilməsi üzrə plan­ların qarışılıqlı əlaqələndirilməsinə, problemlərin həllinə kompleks yanaşıl­masına, əmək, maliyyə və maddi resurslardan istifadənin balanslaşdırılmasına baxmayaraq istehsal sahələri istər texniki-texnoloji, istərsə də təşkilati- iqtisadi baxımdan bazar tələbinə uyğun fəaliyyət göstərmirdi. Mövcud planlaşdırma sisteminin qeyri-elastikliyi və istehsal sferasının direktiv orqanlar tərəfindən onun üçün müəyyənləşdirilmiş «özünün xüsusi» ahəngi ilə «plan– ixtiyari qiymətə» prinsipi əsasında məhsul istehsal etməsi iqtisadi münasibətlər üzərində planı fetişləşdirirdi və onu ayrıca fəaliyyət sahəsinə çevirirdi.

İstehsal edilmiş məhsulların reallaşdırılması isə istehsalçı müəsisələrlə istehlakçılar arasında direktiv orqanların müəyyənləşdirdiyi «işlək mexanizm» adlanan təhkimetmə planları əsasında həyata keçirilirdi. Bu bir tərəfdən istehsalçı müəssisələri tədavül xərclərinin azaldılması baxımından stimullaşdıra bilən xammal, material və dəstləşdirici məmulatları göndərənlərlə səmərəli təsərrüfat əlaqələrinin qurulmasından inzibati metodlarla, habelə iqtisadi təsiretmə vasitələri ilə çəkindirirdi.

Məhz bazar iqtisadiyyatının prinsipləri əsasında qurulan müasir istehsal kifayət qədər kəmiyyət və keyfiyyət çevikliyinə malik olmalıdır. Buna səbəb – istehsalçı firmanın məhsullarının texniki xarakteristikasına, təklifin keyfiyyət quruluşundakı dəyişikliklərə çevik reaksiya vermək, öz alıcısını itirməmək və dəyanətli - dayanıqlı bazar yaratmaq meylləridir. Bu da «satıcı» bazarından «alıcı» bazarına keçidi tələb edən bazar iqtisadiyyatının əsas şərtlərindən biridir. Belə bir şəraitdə ayrı - ayrı istehlakçılardan daxil olan müxtəlif səpkili istehsal sifarişlərinə operativ və adekvat reaksiya vermək lazımdır. Başqa sözlə, istehsal sferası buraxılan hazır məhsulların həcminin və çeşidinin geniş miqyasda tez dəyişilməsi qabiliyyətinə və çevikliyinə malik olmalıdır.

Buna görə də bazar iqtisadiyyatının ən mühüm üstünlüyü alıcı bazarında yeni məhsul çeşidinə tələb meydana çıxarsa, habelə bazar tərəfindən uzun müddət tanınan məhsullara tələb artarsa, mövcud istehsal güclərini baş verən dəyişikliklərə uyğunlaşdırmaqdan ibarətdir. Bu iki: keyfiyyət çevikliyi kəmiyyət çevikliyi istiqamətində həyata keçirilir.

Hazırlanan məhsulların çeşid dəyişkənliyi imkanları – keyfiyyət çevikliyi işçi heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, universal işçi heyətinin təşkili və çevik istehsal sistemlərinin yaradılması hesabına əldə edilir.

Bu əsasda hazır məhsul istehsalı həcminin artırılması imkanları – kəmiyyət çevikliyi isə əmək resursları və istehsal gücləri üzrə daxili ehtiyat­ların yaradılması yolu ilə təmin edilir.

Müasir istehsalın malik olduğu bu çevik xassələrin reallaşdırılması logistik idarəetməyə əsaslanır.

İstehsalın logistik təşkili və idarə edilməsi, bilavasitə marketinq və logistik strategiyaların uyğunlaşdırılmasından asılıdır. Nəticə etibarı ilə qeyd olunan strategiyaların istehsalla əlaqələndirilməsi və müvafiq müqayisələrin aparılması yolu ilə logistik idarəetmə tədbirləri hazırlanır və həyata keçirilir.

7.3. İstehsal logistikasında material

axınlarının idarə edilməsi
İstehsal logistikasında material axınlarının idarə edilməsi prinsip etibarı ilə müxtəlif metod və üsullarla həyata keçirilir. Bu metodlar mikrologistika çərçivəsində idarəetmənin «itələmə» «dartma» sistemlərinə əsaslanır.

Təsərrüfat praktikasında adətən çoxmərhələli istehsalın təşkili və mikroiqtisadi sferada məhsulların rasional hərəkətinin həyata keçirilməsi məqsədilə istehsalda fasilələrin baş verməməsi üçün, habelə istehsal yerlərini zəruri xammal və materiallarla təmin etmək üçün istehsal sahələri və yerləri arasında tələb olunan səviyyədə ehtiyatlar yaradılmalıdır. İstər istehsal prosesinə daxil olmasını gözləyən, istərsə də istehsal prosesinə cəlb edilmiş materialların - əmək cismlərinin logistik idarə edilməsi üçün istehsal prosesinin bütün mərhələlərini (hissələrin, aqreqatların və dəstləşdirici məmulatların hazırlanması) əhatə edə bilən müxtəlif istehsal qrafikləri tərtib edilir. Bu istehsal qrafikləri birmənalı «itələyici » sistemlərdən istifadəyə əsaslanır.

Məqsəd bazarı üçün ixtiyari məhsul istehsal edilən zaman ayrı-ayrı işçi yerləri və ya istehsal sahələrinə daxil olan material resursları mövcud subyektin əvvəlki texnoloji mərhələ və ya həlqəsi tərəfindən sifariş verilmir. Material resursları hazır məhsulların hazırlanması texnologiyasına müvafiq olaraq istehsalçı müəssisənin mərkəzi və ya lokal (sex, sahə) idarəetmə aparatı tərəfindən daxil olan ciddi komanda əsasında hər bir növbəti (şəkil 7.1 ) mərhələyə ötürülür.

istehsal sahələrinin maddi-texniki təminatı prosesində itələ­yici sistemlər bütün logistik dövrə üzrə ehtiyatların idarə edilməsi sisteminə əsas­lanır. Məhsul istehsalı zamanı texnoloji prosesin bütün mərhələlərində isti­fadə olunan material resurslarının anbar təchizat sisteminin köməyilə bərpa edilməsi üçün qərarlar idarəetmə mərkəzi tərəfindən mərkəzləşdirilmiş for­mada qəbul edilir və həyata keçirilir.



Təsirediji amillər nəzərə alınmadan istehsalın hər bir mərhələsində sabit ehtiyat həjmini saxlamaq, növbəti istehsal tapşırıqlarını yerinə yetirmək üçün istehsal prosesində sərf edilən material resursları üzrə sifarişlərin əvvəlki mərhələdən sonrakı mərhələyə hərəkəti - axını «itələyiji sistemin» başlıja prinsipini təşkil edir.

İtələyici sistemlər təkcə istehsal sferasında (istehsal logistikasında) deyil, eyni zamanda məhsulların tədarükatı (tədarükat logistikası) və hazır məh­sulların realizasiyası (bölüşdürmə - satış logistikası) mərhələlərindən ibarət mübadilə sferasında da geniş tətbiq olunur.

Tədarükat prosesində bu sistemlər hazır məhsulun hazırlanmasına sərf edilən material resursları üzrə ehtiyatların bərpa edilməsi üçün bu və ya digər idarəetmə qərarlarının qəbul edilməsi məqsədinə xidmət edir. İtələyici sistem­lərin tədarükat prosesində başlıca məqsədi istehsal olunacaq məhsul no­menk­la­turası və ya çeşidinə müvafiq olaraq material resurslarının tədarükat bazar­la­rından istehsal qrafikləri əsasında alınması və onların istehsal sahələrinə gə­tirilməsi - verilməsindən ibarətdir. Göründüyü kimi makrosəviyyədə vaxtında dəqiq və düzgün aparılmasından funksional asılıdır. Bu asıl­ılıqda tədarükat mərhələsindən xammal, material və dəstləşdirici məmulatların istehsala məhz itələyici sistemin prinsipləri əsasında verilməsini tələb edir.

Hazır məhsulun reallaşdırılması zamanı (bölüşdürmə logistikasında) itələ­yici sistem satış strategiyası və topdan və pərakəndəsatış ticarətini həyata ke­çirən kommersiya müəssisələrində əmtəəlik ehtiyatların yaradılması, habelə satışın həvəsləndirilməsi formasında təzahür edir. Başqa sözlə, istehsalçı müəssisə satış imkanlarının genişləndirilməsi üçün çoxlu bazar seqmentlərinə malik olmaqla bərabər satışın həvəsləndirilməsi strategiyasını hazırlayır və onu həyata keçirir. Bu strategiya əsasında satışın həvəsləndirilməsi elementləri hesab olunan istehlakçılar (qiymət güzəştləri, lotoreyaların verilməsi, məh­sul­ların kreditə verilməsi, istifadə olunmuş məhsulların əvəzinə yenisinin veril­məsi), satıcılar (mükafatlar, artıq məhsul satışına görə yüksək əmək haqqının verilməsi və s.) və vasitəçilər (məhsul partiyasının həcminə görə qiymət güzəştləri, təkrar güzəştlər, mükafatlandırma, xərclərin ödənilməsi və s.) müxtəlif həvəsləndirmə metodlarının köməyilə həvəsləndirilir və bu da son nəticədə məhsul istehsalının həcminin artırılmasına səbəb olur. Belə stimullaşdırma tədbirlərinin hazırlanması və praktikada tətbiq edilməsi istehsal sferasına və bu isə öz növbəsində tədarükat prosesinə təsir göstərir.

Müasir «itələmə» logistik sistemləri təşkil və idarəetmə funksiyalarından əlavə müxtəlif səpkili proqnozlaşdırma məsələlərinin müvəffəq həllinə də imkan verir. Bu və digər məqsədlər üçün əməliyyatların tədqiqi, o cümlədən imitasiya modelləşdirməsindən istifadə olunur.

İtələyici idarəetmə sistemlərinin praktikada sınaqdan çıxmış logistik modelinə nümunə kimi MRP – 1, MRP - 2 (material resurslarına tələbatın plan­laşdırılması) sistemlərini göstərmək olar. Bu sistemlər idarəetmə proseslərinin avtomatlaşdırılması səviyyəsi ilə xarakterizə edilməklə aşağıdakı əsas:



  • istehsal ehtiyatlarının cari tənzimlənməsi və onların səviyyəsinə nəzarət işinin təmin edilməsi;

  • real vaxt ərzində müəssisənin müxtəlif struktur bölmələrinin fəaliyyət dairəsinin müəyyənləşdirilməsi və onların əlaqələndirilməsi, habelə bu struktur bölmələrinin fəaliyyətinin operativ tənzimlənməsi kimi funksiyaları yerinə yetirir.

Müasir iqtisadi şəraitdə istehsal və məqsəd bazarına məhsulların irəlilədilməsi üzrə idarəetmə sistemlərinin əksəriyyəti itələmə sistemlərinə məxsusdur. Belə sistemlərin fəaliyyət miqyası və yerinə yetirdikləri funksiyalar nə qədər iri və çox olarsa, onlar üçün aşağıdakı problemlər də bir o qədər səciyyəvi xarakter alır:

1. Bazar tələbinin kəskin dəyişməsi və ya məhsulların hazırlanması prosesində geriləmələr müşahidə olunan zaman hər bir mərhələ üçün istehsalı əvvəlcədən planlaşdırmaq mümkün olmur. Ona görə də bütün bərabər şərtlər daxilində belə bir çətinlikdən sığortalanmaq məqsədilə ehtiyatların tələb olunan səviyyəsindən də artıq ehtiyatın yaradılması zəruriyyəti meydana çıxır.

2. Müəssisənin idarəetmə personalı üçün normaların tərtib edilməsi və material ehtiyatlarının parametrləri ilə əlaqədar olan bütün vəziyyətləri dəqiq araşdırmaq olduqca çətindir. Buna görə də istehsal planında izafi sığorta ehtiyatının yaradılmasını nəzərə alınmalıdır.

3. Buraxılan məhsul partiyasının həcmində satış bazarından asılı olaraq baş verən ixtiyari təcili dəyişiklik, habelə istehsal – logistik əməliyyatların yerinə yetirilməsi müddətinin zaman baxımından uzun olması da çox böyük mürəkkəblik yaradır.

Məhz «dartma» logistik sistemləri yaranan bu prob­lemlərin həll edilməsinə xidmət göstərir. Bunlara isə istehsal sahələrinin dəqiq və vaxtında istər material resursları və yarımfabrikatlarla, istərsə də hissə və qovşaqlarla sadə və etibarlı təmin etmək, habelə onların texnoloji prosesin tələbinə uyğun növbəti mərhələ və ya sahələrə ötürülməsi – daxil olması üçün şərait yaratmaqla aradan qaldırmaq mümkündür.

Mikrologistik səviyyədə material axınlarının digər «dartma» sistemi istehsalın təşkilinin elə bir sistemidir ki, burada hissələr və yarımfabrikatlar bir texnoloji əməliyyatdan keçməklə digərinə texnoloji zəruriyyət yarandıqca ötürülür.

Belə bir sistemin tətbiqi zamanı ciddi istehsal qrafiklərinə o qədər də ehtiyac duyulmur. Texnoloji prosesin son mərhələsi hesab olunan yığım sexində bir məhsul vahidinin və ya məmulatın hazırlanması üçün zəruri olan hissə, qovşaq və komplektləşdirici dəstlərin tələb edilən kəmiyyəti dəqiq müəyyənləşdirilir. Məhz məhsulların hazırlandığı bu xətdən – yığım sexindən əvvəlki sahələrə lazım olan nomenklaturada hissələri və ya qovşaqları əldə etmək üçün qablaşdırıcı tara göndərilir. Əvvəlki sahədən götürülən hissələrin yeri bərpa olunmaq üçün onlar yenidən istehsal edilir və bu əməliyyatlar texnoloji prosesin əvvəlinə qədər belə bir sxem üzrə davam etdirilir. Hər bir istehsal sahəsi və ya işçi yeri özünə lazım olan hissələri, qovşaqları və ya dəstləşdirici məmulatları özündən əvvəlki mərhələdən – istehsal sahəsindən «dartıb» alır. Buna görə də ay ərzində bütün texnoloji mərhələlər üçün eyni zamanda istehsal qrafiklərinin tərtib edilməsinə lüzum qalmır.

Çevik_istehsal_–_logistik_sistemlərinin_yaradılması'>7.4. Çevik istehsal – logistik sistemlərinin yaradılması
Çoxnomenklaturalı fərdi və kiçik seriyalı diskret istehsalın, yəni eyni zamanda çoxnomenklaturalı ədədi məmulatların hazırlanması üzrə iqtisadi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi problemi istehsalın təşkili və idarə edilməsi üzrə yeni metodların axtarılıb tapılması və onların praktiki tətbiqinə əsaslanır. Belə metodlar istehsalın kifayət qədər yüksək məhsuldarlığını və avtomatlaşdırılmasını (işçi qüvvəsinə yer qalmayan - istehsalın robotlaş­dırılmasını) təmin etməklə istehlakçı zövqünü tam oxşayan məmulatların hazırlanmasını nəzərdə tutur və bunun üçün isə uyğun istehsal avadanlıqlarının yaradılmasını tələb edir.

Bu baxımdan çoxnomenklaturalı diskret istehsalda istifadə olunan müasir texnoloji komplekslər aşağıdakı tələblərə cavab verməlidir:

a) texnoloji əməliyyatların intensivləşdirilməsi və avtomatlaş­dırılması;

b) texnoloji proseslərin avtomatlaşdırılması, istehsala hazırlıq mərhə­ləsi də daxil olmaqla onun bütün mərhələlərinin kompyüterləş­dirilməsi, istehsalın texniki təminatının yüksək səviyyəsi;

c) icra edilən texnoloji əməliyyatların nəqletmə, anbarlaşdırma və idarə­etmə ilə əlaqələndirilməsi.

Qeyd olunan tələblərin ödənilməsi texnoloji proseslərin təşkili və idarə ­edilməsi sahəsində yeni prinsiplərin - çevik istehsal sistemlərinin meydana gəlməsini şərtləndirdi. Belə sistemlər istehsalın təşkili və idarə edilməsi üzrə ənənəvi prinsip-lərdən (onlara riayət etməklə) yalnız avtomatlaşdırma səviyyə­sinə görə fərqlənir. Çevik avtomatlaşdırılmış istehsal rəqəmli – proqramla idarə edilən dəzgahları və emal mərkəzlərini minielektron hesablama maşınları, texnikası ilə birləşdirən avtomatik sistemlərdən ibarətdir. Belə istehsal bir məmulatın emalından tezliklə digərinə keçməyə, eyni vaxtda müxtəlif əməliyyatları yerinə – yetirməyə imkan verir və müxtəlif növ məmulatların hazırlanmasında tətbiq edilir.

Çevik istehsal sistemlərinin meydana gəlməsini mümkünləşdirən texniki şərtlər aşağıdakılardan:


  • unifikasiya edilmiş şəbəkə modulları (istehsala xidməti həyata keçirən manipulyatorlar, robotlar və digər növ qurğuların) bazasında köməkçi və quraşdırma əməliyyatlarının avtomatlaşdırılmasını təmin edən və rəqəmli– proq­ramla idarə olunan müasir avtomatlaşdırılmış avadanlıqların yaradılması;

  • kompyüter texnikasından istifadəyə əsaslanmaqla yük vahidlərinin sax­lan­ması, istehsal sahələrinin tələbatı üzrə anbarlarda axtarılması və iş yerlərinə çatdırılması, habelə onların iş yerlərində müvafiq formada quraşdırılması üzrə icra edilən əməliyyatların avtomatlaş­dırılmasını təmin edə bilən qurğuların yaradılması;

  • ayrı-ayrı texnoloji əməliyyatlar (vahidləri) və texnoloji komplekslər üçün əlaqəli informasiya – idarəetmə strukturunun qurulmasına imkan verən kifayət qədər etibarlı və nisbi mənada ucuz kompyüter texnikasının aşkar edilməsindən ibarətdir.

Bu baxımdan müasir istehsal kompleksləri üçün texnoloji, parametrik və struktur çeviklik dərəcəsinin yüksək olması və tipik texnoloji, habelə idarəetmə qərarlarının geniş tətbiq edilməsi xarakterikdir.

Beləliklə, müasir iqtisadi şəraitdə elmi – texniki tərəqqinin inkişafı, alıcı bazarının formalaşması, alıcı motivasi­yasının dəyişməsi, habelə bütün formada rəqabət mübarizəsinin kəskinləşməsi prosesləri bazar mühitinin dinamik inkişafını şərtləndirən ən mühüm amillərdir. Belə bir şəraitdə fərdiləşdirmə ənənələrinə tabe olmaqla kütləvi istehsal imkanlarının saxlanılmasına çalışan sahibkarlar çevik istehsal – logistik sistemlər (ÇİLS) əsasında istehsalın təşkil edilməsi məsələsinə daha çox üstünlük verirlər.



Çevik istehsallogistik sistemlər proqramla idarə edilən müxtəlif avadanlıqları, robotlaşdırılmış texnoloji kompleksləri, çevik istehsal modullarını, əlahiddə götürülmüş texnoloji avadanlıqları, müəyyən zaman intervalında avtomatik rejimdə çevik sistemlərin fəaliyyətini təmin edən sistemlərin məcmusundan ibarətdir.

Çevik istehsal – logistik sistemləri ixtiyari nomenklaturalı məhsul istehsalı və ya istehsal xarakterli xidmətlərin göstərilməsi üzrə proseslərin avtomatlaşdırılması səviyyəsi ilə xarakterizə olunur. Bu səciyyəvi xüsusiyyət onlara əsas keyfiyyət xassəsi verir. Belə sistemlər yükləmə – boşaltma və nəqliyyat – anbar əməliyyatlarının yerinə yetirilməsi zamanı əl əməyini tamamilə aradan qaldırır və canlı əmək sərfini minimumlaşdıran texnologiyaya keçidi təmin edir.

Çevik istehsal sistemlərinə əsaslanan müasir istehsalın təşkili praktiki olaraq material və informasiya axınlarının idarə edilməsi sahəsində logistik yanaşmaların tətbiqinə əsaslanır. Bu növ istehsal sistemlərinin yaradılması ənənəsi getdikcə intensivləşir. Buna görə də istehsal sferasında logis­tik konsepsiyanın geniş yayılması perspektiv xarakter kəsb edir. Deməli, bir sistem kimi istehsal fəaliyyəti ilə logistik sistemlərin fəaliyyətinin modul prinsipi istehsal – təsərrüfat fəaliyyətinin təşkilinin iki forması arasında daha güclü in­teq­­rasiya əlaqələrinin yaradılmasını nəzərdə tutur.

Çevik istehsal - logistik sistemlərin maddi əsasını çevik istehsal modulları (ÇİM) təşkil edir.



İstehsalda çevik istehsal modulları (ÇİM) – çevik istehsal sistemlərinin bir qismini əhatə edir. Bu modullar ixtiyari nomenklaturalı məhsulların hazırlanması üçün proqramla idarə olunan texnoloji avadanlıqların müəyyən hissəsini özündə birləşdirir. Çevik istehsal modulları müstəqil fəaliyyət göstərir və məhsul hazırlanması ilə əlaqədar bütün əməliyyatları və funksiyaları avtomatik həyata keçirir. Belə avadanlıqlara adlı avadanlıqlar da deyilir. Adlı avadanlıq – xüsusi texniki şərtlərlə hazırlanan və ya qurulan konkret obyekt üçün nəzərdə tutulmuş uzun hazırlanma tsiklinə malik avadanlıq növüdür. Bu növ avadanlıqlar üçün aşağıdakı xüsusiyyətlər:

  • istehsalın fərdiliyi;

  • istehsalın ciddi formada müəyyən edilmiş məqsədi;

  • xüsusi hazırlanma texnologiyasının zəruriliyi;

  • quraşdırma işlərinin mürəkkəbliyi;

  • hazırlıq əməliyyatlarının yüksək dəyərliliyi səciyyəvidir.

Logistikada çevik istehsal modulları - avtomatlaşdırılmış sistemin tərkib hissəsi olmaqla əlahiddə fəaliyyət göstərir. Bu istehsal prosesinin davamı kimi nəqliyyat – anbar əməliyyatlarının yerinə yetirilməsi üçün nəzərdə tutulan texnoloji avadanlıqlar parkının (rəqəmlə idarə olunan dəzgahlar) və emal olunmuş hissələrin iş yerlərinə gətirilməsi və ya iş yerlərindən aparılması üzrə «nəqliyyat – anbar yük emalı» çevik sisteminin müəyyən bir qismini özündə birləşdirir və lo­gistik sistemin elementi hesab olunur.

Müasir şəraitdə çevik istehsal – logistik sistemlərin layihələşdirilməsi zamanı praktikada üç mühüm metodolo­giyadan geniş istifadə olunur. Ümumi formada onları aşağıdakı kimi təsnif etmək olar:



  • yeni avadanlıq - yeni texnologiya - istehsalın yeni təşkili;

  • yeni texnologiya – yeni avadanlıq – istehsalın yeni təşkili;

  • istehsalın yeni təşkili – yeni texnologiya – yeni avadanlıq.

Konseptual baxımdan üçüncü metodologiya daha pers­pektivli hesab edilir.

Çevik istehsal – logistik sistemləri kiçik seriyalı istehsalın çevikliyi ilə iri seriyalı istehsalın məhsuldarlığı arasında ahəngdarlığı nəzərə alan istehsal sistemlərinin yaradılması vasitəsi kimi çıxış edir. Belə sistemlərin yaradıl­masına tələb əsas və köməkçi avadanlıqların proqramlar əsasında idarə edil­məsi, informasiya təminatının və qərarların qəbul edilməsi texnologiyasının tək­milləşdirilməsi, habelə icra edilən nəqliyyat – anbar əməliyyatlarının rolunun artması üçün mövcud potensial imkanların aşkar edilməsi ilə əlaqədar meydana gəlmişdir.

İstehsal – logistik sistemlərə kənarlaşdırıcı təsir göstərə biləcək xarici amillərə bir qayda olaraq:


  • bazar tələbinə müvafiq olaraq məhsul çeşidinin yeniləşdirilməsi;

  • istehsalın yenidən sazlanması və ya yenidən hazırlanması zəruriyyəti yaradan məhsulların konstruktiv modifikasiyası;

  • məhsul buraxılışı həcminin, habelə sifariş partiyasının kəmiyyətini xarakterizə edən material axınlarının ölçüsünün dəyişilməsi;

  • istehsal yerlərinin maddi – texniki təminatında ahəng­darlığın pozulması, o cümlədən məhsulgöndərmə müddətlərində kənarlaşmaların meydana gəlməsi;

  • istehsalın bu və ya digər sahələrində yaranan kənarlaşmaları kompen­sasiya etmək üçün ayrı - ayrı hissələrin (dəst hissələrin) təcili hazırlanması haqqında müəssisənin idarəetmə strukturlarının və ya dispetçer bölməsinin tələbləri aid edilir.

Lokal və ya subsistemlərdə istehsal proseslərinin pozulmasına kənarlaşdırıcı təsir göstərə biləcək daxili amillərə isə:

  • istehsal sahələrində fasilələrin yaranması, əsas və köməkçi avadanlıqların istehsaldan çıxarılması;

  • kəsici alətlərin sınması və nəticədə zəruri materialların istehsal istehlakına hazırlanması əməliyyatlarının vaxtında icra edilməməsi;

  • zay məhsul istehsalı;

  • iş icraçılarının müxtəlif səbəblərdən işə çıxmaması;

  • işçi heyətinin peşəkarlıq səviyyəsinin kifayət qədər aşağı olması və ya çatışmaması;

  • texnoloji və istehsal intizamlarına riayət olunmamasından ibarətdir.

Hər bir konkret istehsal üçün proqnozlaşdırılmayan - nəzərdə tutulmayan kənarlaşmaların intensivliyi fərdi xüsusiyyətə malikdir. O, emal edilən hissələrin nomenklaturasının çox olması, seriyalı istehsalın azalması, məhsul çeşidinin yeniləş-məsi əmsalının artmasına uyğun formada artır. Daha doğrusu, onlardan bilavasitə asılıdır.

Beləliklə, çeviklik minimum məsrəflərlə və itkisiz (bəzi hallarda isə məhsul-darlığın minimum azaldılması ilə) fəaliyyət göstərən istehsal – logistik sistemlərin dəyişən şəraitə operativ uyğunlaşması qabiliyyətini əks etdirir. Çeviklik istehsal proseslərinin stabil və dayanıqlı fəaliyyətini təmin edən mühüm vasitədir.

İstehsalın təşkili və istehsal-logistik sistemlərin formalaşması prosesində stabilliyin - dayanıqlılığın təmin edilməsi üçün çevikliyi səciyyələndirən mühüm xüsusiyyətləri aydınlaşdırmaq lazım gəlir.

İstehsal sahələrində müəyyən bir dövrdə eyni istehlak təyinatına malik hissələr bir neçə partiyada hazırlanırsa,


müxtəlif variantlara malik nəqliyyat – texnoloji prosesləri tətbiq etmədən istehsal proqramının balanslaşdırılması məsələsinin həlli əhəmiyyətli dərəcədə çətinləşir.

İstehsal – logistik sistemlərin elementlərinin avtonomluq səviyyəsinin operativliyi aşağıdakı göstəricilərlə xarakterizə edilir:



  • xidmətedici heyət müdaxilə etmədən avtomatlaşdırılmış rejim çərçivəsində işlərin orta davamiyyət müddəti;

  • avadanlıqlara texniki xidmətin orta davamiyyət müddəti;

  • istehsal sahələrinə yeni material axınları daxil olan ana qədər yerinə yetiriləcək işlərin maksimal davamiyyət müddəti.

Birinci və ikinci göstəricilər normalaşdırma zamanı istifadə olunan kütləvi xidmət nəzəriyyəsinin metodlarının köməyi, habelə imitasiya modelləşdirməsi yolu ilə işçilərin məşğuluq əmsalının (məşğulluq müddətinin avadanlıqların effektiv iş vaxtı fonduna nisbəti ilə hesablanır) tapılmasına imkan verir.

Üçüncü metod hissə, qovşaq və ya yarımfabrikatların hazırlanması prosesinin çətinliyi ilə müəyyənləşdirilir.

İstehsal – logistik sistemlərin fəaliyyəti zamanı diqqət çəkən məqamlardan biri material axınları üzrə çıxış parametrlərinin yaxşılaşdırılması üçün müəssisədaxili struktur bölmələrinin idarə edilməsindən ibarətdir. Buna görə idarəetmə mərkəzi ixtiyari daxili və xarici faktorların təsiri altında baş verə biləcək təsadüfi kənarlaş-maları nəzərə almaqla istehsal və logistik proseslərin dayanıqlılığının təmin edilmə-sinə səy göstərməlidir.

İstehsal logistik proseslərin dayanıqlılığını təmin edən ən geniş yayılmış təşkilati - texnoloji metodlardan biri idarəetmə təsirlərinin operativliyinin yüksəldilməsindən ibarətdir. Bir sıra çevik istehsal – logistik sistemlərdə istehsal prosesinin təşkili «anbar – dəzgah – anbar» sxemi üzrə hə­yata keçirilir. Bu sxem xüsusilə kiçik seriyalı məhsul istehsalı üçün daha məqsədəuyğundur. O, müxtəlif adda olan hissələrin (yarımfab-rikatların) sinxron emal edilməsinə imkan verir, onların operativ çatdırılmasına, eləcə də ixtiyari iş yerlərinin texnoloji ləvazimatlarla vaxtı – vaxtında təchiz olunmasına təminat yaradır. Bu isə öz növbəsində istehsalın, həmçinin fəaliyyətdə olan istehsal – logistik sistem daxilində material və informasiya axınlarının fasiləsiz idarə edilməsinin təşkilini həyata keçirməyə imkan verir.



Yüklə 393,58 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə