Mövzu: İstehsal logiSTİkasi plan: logiSTİka – İstehsalin təŞKİLİNİN Əsas formalarindan biRİ KİMİ İstehsal logiSTİkasinin mahiYYƏTİ


Material axınlarının təşkili və idarə edilməsinə qoyulan əsas tələblər



Yüklə 393,58 Kb.
səhifə3/3
tarix16.11.2017
ölçüsü393,58 Kb.
#10601
1   2   3

7.5. Material axınlarının təşkili və idarə edilməsinə qoyulan əsas tələblər
Material axınlarının müasir təşkili və idarə edilməsi axın proseslərinin bir istiqamətli, çevik, sinxron, optimal inteqrativlik kimi logistik prinsiplərindən istifadə edilməsini nəzərdə tutur. İstehsalçı müəssisənin operativ idarə edilməsində, məhsulların istehsal qrafiklərinə uyğun göndərilməsində, istehsal resurslarından rasional istifadə olunması baxımından istehsalın səmərəliliyinin təmin edilməsində material axınlarının təşkili və operativ idarə edilməsi mühüm əhəmiyyətə malikdir. Buna görə də istehsalın müasir təşkili və operativ idarə edilməsi bir sıra tələblərə cavab verməlidir:

1. Vahid qrafik üzrə eyni zamanda bərabər həjmi məhsul buraxılışını həyata keçirmək məqsədilə istehsalın bütün bölmələrinin ahəngdar razılaşdırılmış fəaliyyətini təmin etmək.

Ahəngdar iş dedikdə – hər şeydən əvvəl logistik prinsiplər və metodlar əsasında bütün istehsal proseslərinin (əsas, köməkçi, xidmətedici, idarəetmə və s.) harmoniyası və mövcud resurslardan səmərəli istifadə edilməsi nəzərdə tutulur. Müasir iqtisadi şəraitdə müəssisənin bütün istehsal bölmələrinin razılaşdırılmış işini, ahəngdarlıq tələbini reallaşdırmaq istehsalın təqvim – plan hesablamalarının statistik metodlar əsasında aparılması baxımından olduqca mürəkkəbdir.



2. İstehsal proseslərinin maksimum fasiləsizliyini təmin etmək.

İstehsalçı müəssisənin qeyri - ahəngdar işləməsi möv­cud istehsal gücündən, maddi ehtiyatlardan istifadə edilməsini pisləşdirir, məhsulun keyfiyyətinə mənfi təsir göstərir, yeni texnika və texnologiyanın, habelə qabaqcıl istehsal təc­rübəsinin geniş tətbiqinə iqtisadi cəhətdən maneələr yaradır. Bu baxımdan müəssisə kollektivinin ən ali məqsədi istehsalda fasilələrə yol verməmək və istehsalın ahəngdarlığını təmin etməkdən ibarətdir. Ayrı – ayrı müəssisələrdə məhsul istehsalının ahəngdarlığının təmin olunmaması bu istehsalçı müəsissələrlə iqtisadi tərəfdaşa çevrilmiş təsərrüfat subyektlərinin fəaliyyətlərinə neqativ təsir göstərməklə onların qeyri - mütəşəkkil işləmələrinə səbəb olur.

Müasir iqtisadi şəraitdə istehsal proseslərinin fasiləsizliyi anlayışı əsasən bir – birinə münasibətdə əks mövqeyə malik olan iki mühüm cəhəti: istehsal yerlərində əmək predmetlərinin fasiləsiz hərəkəti və iş yerlərinin fasiləsiz olaraq zəruri xammal, material və dəstləşdirici məmulatlarla təmin edilməsi - yüklənməsini nəzərdə tutur. Burada əsas problem məhsul istehsalı zamanı müəssisənin qeyd olunan bu şərtlərdən hansına daha çox üstünlük verməsindən ibarətdir. Müəssisənin və onun ayrı – ayrı struktur bölmələrinin fasiləsiz işləməsinin əsas təşkilati – texniki şərtləri aşağıdakılardan:


  • istehsalın və əməyin düzgün təşkili və onun təkmilləşdirilməsi;

  • məhsul buraxılışı üzrə tapşırıqların elmi cəhətdən əsaslandırılması;

  • məhsulun keyfiyyəti üzərində operativ nəzarətin səmərəli təşkili;

  • istehsalın texniki, texnoloji və konstruktiv hazırlığı ilə əlaqədar işlərin tələb olunan səviyyədə həyata keçirilməsi;

  • istehsal yerlərinin və ya sahələrinin vaxtlı – vaxtında zəruri xammal və material, habelə dəstləşdirici məmulatlarla təchiz edilməsi;

  • texnoloji avalanlıqların plan – xəbərdarlıq təmirinin lazımi səviyyədə aparılmasından ibarətdir.

İstehsalçı müəssisələrdə məhsul buraxılışı üzrə tapşırıqların işlənib hazırlanması zamanı gün və ya növbə ərzində yerinə yetiriləcək tapşırıqların dəqiq müəyyən-ləşdirilməsi, onların vaxtı – vaxtında icraçılara çatdırılması və texnoloji əməliyyatların qrafik üzrə yerinə yetirilməsinə nəzarət mühüm əhəmiyyət kəsb edir. Bu tapşırıqlar iş vaxtından və mövcud istehsal güclərindən tam istifadə edilməsinə və əmək məhsul-darlığının yüksəldilməsinə ehtiyat mənbələrinin aşkar edilməsi baxımından əlverişli iqtisadi şərait yaratmalıdır.

3. Plan hesablamalarının maksimum etibarlılığının və plan işlərinin minimum əmək tutumluluğunun təmin edilməsi.

Müasir iqtisadi şəraitdə maşınqayırma müəssisələrində bir qayda olaraq istehsalın planlaşdırılması və idarə edilməsinin statistik metodundan geniş istifadə olunur. Bu da bir sıra çətin həll oluna biləcək problemlər yaradır:

a) istehsal güjünün defisitliyi (istehsal gücü - aparıcı istehsal sahəsinin aparıcı avadanlıqlarının sayı və və onların mexaniki gücləri vasitəsilə müəyyən edilir).

Aydındır ki, istehsal gücünün həcminə istehlak edilən xammal və materialların keyfiyyəti, fəhlələrin mədəni – texniki səviyyələri və istehsal edilən məhsulun texniki səviyyəsi təsir etdiyindən müasir iqtisadi şəraitdə onların defisitliyi məsələsi istehsal logistikasının ən aktual problemidir. Bu defisitlik ən çox nədə ifadə olunur?

Əvvəla, nəzərə almaq lazımdır ki, müəssisənin istehsal gücü hesablanarkən metodiki baxımdan ilkin olaraq aparıcı avadanlıqların istehsal gücü, sonra bunun vasitəsi ilə aparıcı istehsal sahəsinin istehsal gücü və sonuncunun köməyilə isə aparıcı sexin istehsal gücü müəyyən edilir. Aparıcı sexin istehsal gücü müəssisənin istehsal gücü kimi qəbul edilir. Buna görə də avadanlıqların mexaniki gücünün istehsal gücünə çevrilməməsi və ya bu çevrilişin qəbul edilmiş vaxt fondunda (təqvim, rejim, plan və faktiki işlənmiş vaxt fondu çərçivəsində) həyata keçirilməməsi defisitliyi yaradan ilkin şərtlərdir.

Beləliklə, ümumi formada istehsal avadanlıqlarının texniki mükəmməllik səviyyəsinin, tətbiq edilən texnoloji istehsal üsulunun mütərəqqilik dərəcəsinin istehsalın ictimai təşkili formalarının (təmərküzləşmə, kombinələşmə, ixtisaslaşma, kooperativləşmə) nəzərə alınmaması nəticəsində istehsal tərtib və təsdiq olunmuş qrafikdən geri qalır.

b) istehsalın təqvim planının suboptimallığı. Konkret məhsul istehsalı üçün daxil olan sifarişlərin prioritet əsaslarının dəqiq və aydın olmaması, istehsal qrafiklərinin tərtib edilməsi zamanı istifadə olunan qaydaların qeyri – səmərəliliyi, sexlərdə yerinə yetirilən işlərin cari vəziyyətinin mütəmadi dəyişilməsi və s. hallar istehsal sahələrində işlərin düzgün aparılmamasına səbəb olur. Nəticədə texnoloji əməliyyatların aparılması üçün istehsal tsiklində fasilələr meydana çıxır. Bu da texnoloji avadanlıqların hər dəfə sazlanması hallarını artırır və istehsal qrafiklərinin yerinə yetirilməsində gecikmələrlə müşahidə olunur.

j) istehsal tsiklinin uzunluğu.İlk iki problemlə əlaqədar çətinliklərin aradan qaldırılması və ya onların kompensa­­siya edilməsi üçün planlaşdırılan işçi heyəti müəyyən cəhdlər göstərirlər. Adətən, qrafikdən geri qalan istehlakçı sifarişlərinin icra edilməsi məqsədilə əlavə vaxtın ayrılması belə cəhdlərdən hesab oluna bilər. Bu səbəbdən də istehsal əməliyyatlarının yerinə yetirilməsindən ötrü sexlər (sex daxilində texnoloji avadanlıqlar) artıq yüklənir və istehsal sahələri və ya yerləri üçün prioritet sifarişlər anlayışı aradan qaldırılır. Ümumi formada isə bunlar istehsal tsiklinin həddən zi­yadə uzadılmasına səbəb olur.

ç) ehtiyatların optimal idarə edilməməsi. Bazar üçün nəzərdə tutulan məhsulların hazırlanması zamanı istifadə olunan və ya onun substansiyasını təşkil edən əsas növ xammal, material və dəstləşdirici məmulatlar üzrə məcmu ehtiyatın yaradılmasına baxmayaraq əksər hallar da əməliyyatların texnoloji ardıcıllıqla aparılması zamanı bir sıra məhsul mövqeləri üzrə çatışmazlıqlar müşahidə olunur. Bir tərəfdən belə çatışmazlıqların əmələ gəlməsi məhsul istehsalı qrafikində geriləmələrin yaranmasına səbəb olursa, digər tərəfdən məcmu ehtiyatların yüksək səviyyəsi də dövriyyə vəsaitlərinin dövr sürətini azaltmaqla yanaşı müəssisədən onların saxlanılması üçün zəruri olan iri maliyyə vəsaitləri tələb edir.

d) istehsal texnologiyasından kənarlaşmalar.



4. Plandan müxtəlif kənarlaşmalar baş verdikdə məqsədə nail olunması üçün çeviklik manevrliyin təmin edilməsi.

Material axınlarının təşkili və idarə edilməsi üçün irəli sürülən birinci üç tələbin yerinə yetirilməsinin təhlili göstərir ki, istifadə edilən metodlar bir o qədər də təkmil deyil. Sex və ya istehsal sahələri səviyyəsində planlaşdırmanın qeyri - təkmil olduğu bir şəraitində müəssisənin istehsal planının yerinə yetirilməsini təmin etmək üçün bütün idarəetmə aparatı və dispetçer heyətinin əsas fəaliyyəti istehsalın gedişinin tənzimlənməsi və istehsal yerlərində iş vaxtı və istehsal itkilərini azaltmaq məqsədilə müxtəlif priroritetlər üzrə işlərin bölüşdürülməsini həyata keçirməkdən ibarətdir. Bu material axınlarının təşkili və idarə edilməsinə yeganə tələbdir ki, «ixtiyari qiymətə» reallaşdırılır və bunun hesabına isə istehsal planı və proqramı yerinə yetirilir.



5. İstehsala rəhbərliyin fasiləsizliyini təmin etmək. Hər bir istehsal bölməsi idarəetmə mərkəzindən və ya ali menecerdən müvafiq plan göstərişləri, tapşırıqları alır. Planlaşdırılan son nəticələrə nail olmaq məqsədilə bu struktur bölmələri müvafiq resurslarla təmin edilir. Lakin hesablama texnikasından intensiv istifadə edildiyi bir şəraitdə təqvim – plan hesablamalarının operativ və məqsədəuyğun aparılmaması plan şöbəsinə və sex ustalarına və ya briqadirlərə hər bir iş yerində konkret əməliyyatların etibarlı planlaşdırılmasına, onların yerinə yetirilməsi ardıcıllığının və müddətinin müəyyənləşdirilməsinə imkan vermir. Daha doğrusu, planlaşdırmanın sanki fasiləsizliyi iş yerlərinə qədər gedib çatmır. Buna görə də plan şöbəsi və ya onun əməkdaşı, sex ustası və ya briqadir gün ərzində yerinə yetirilməsi nəzərdə tutulan işləri ani prioritetdən istifadə etmək şərtilə növbədə olan fəhlələr arasında bölüşdürür.
YOXLAMA SUALLAR:

  1. İstehsal logistikasının mahiyyəti, vəzifəsi, funksiyası nədir?

  2. İstehsal sisitemlərinin təşkili növləri hansılardır?

  3. Çevik istehsal-logistik sistemlərin növlərini sadalayın?

  4. 80-20 qaydası nədir? İzahını Verin.

  5. Material axınlarının təşkili və idarə edilməsinə qoyulan tələbləri deyin.




Yüklə 393,58 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə