Mövzu k. Q. Yunqun analiTİk psixologiyasinda jiNSİn təYİNİ



Yüklə 70,51 Kb.
Pdf görüntüsü
tarix05.10.2017
ölçüsü70,51 Kb.
#3153


MÖVZU 3. K.Q.YUNQUN ANALİTİK PSİXOLOGİYASINDA JİNSİN TƏYİNİ 

 

Məşğələnin planı 



 

1. K.Q.Yunqun 

analitik 

psixologiyasında şəxsiyyətin strukturu 

2. Kollektiv 

qeyri-şüurluluq 

3. Anima 

kişinin qeyri-şüuri qadın tərəfi kimi 

4. Animus 

qadının qeyri-şüuri kişi tərəfi kimi 

5.  Özlük – kollektiv qeyri-şüurinin mərkəzi, Anima və Animusun birliyidir 

 

 

Özünü qapı kimi döy və öz içində 

düz yoldakı kimi yeri. Çünki yolla  

gedirsənsə, azmayajaqsan. 

Siluanın nəsihəti 

 

Freydin hərəkət etdiyi istiqamətdə irəliləyən və onun özünüdərkin çoxölçülük ideyası-nı yaradıjı 

şəkildə inkişaf etdirən K.Q.Yunq belə bir nətijəyə gəlmişdir ki, insanın «mən»i mürəkkəb kompleks olaraq 

Eqodan – özü barəsində  şüurlu təsəvvürlərdən,  şəxsi qeyri-şüur məzmun elementlərindən və ümumi 

xarakter daşıyan qeyri-şüur elementlərindən – kollektiv qeyri-şüur arxetiplərindən ibarətdir və bu, gender 

nəzəriyyəsi baxımından müəyyən maraq doğurur. Ruh (Yunq nəzəriyyəsində  şəxsiyyətlə analoci 

termindir) üç ayrı, lakin bir-biri ilə qarşılıqlı təsirdə olan strukturdan ibarətdir: 

Eqo, Yunqun göstərdiyi kimi, «mən»i dərk edənin tamlığını, onun dəyişməzliyini, özü ilə eyniliyini və 

beləliklə də onun mahiyyətini, nisbi ayrılığını təmin edən bir məzmunlu şüur mərkəzidir. Eqo – düşünjələr, 

duyğular, sosial qəbul edilmiş anadangəlmə meyillər, simpatiya və antipatiyalar, mədəni stereotiplər, 

xatirələr, hisslərdir ki, onların vasitəsi ilə biz öz tamlığımızı, dəyişməzliyimizi hiss edir və özümüzü insan 

olaraq qəbul edirik. Yunq ya-zırdı: «Eqo deyərkən mən  şüurumun sahə  mərkəzini təşkil edən ideyalar, 

təsəvvürlər kom-pleksini başa düşürəm və mənə elə gəlir ki, o yüksək dərəjədə aramsızlığı və öz-özü ilə 

ox-şarlığı (eyniliyi) ilə seçilir» (Önq K.Q. Otnoşeniə mejdu eqo i bessoznatelğnım, s.301).  Şəxsi qeyri-

şüuri özündə  nə vaxtsa dərk olunan, indi isə susdurulmuş, yaxud unudulmuş münaqi-şə  və xatirələri 

birləşdirir.  Şəxsi qeyri-şüuriyə  fərdin öz keçmişi,  şəxsi təjrübəsi yaxud nəsli-nin irsi təjrübəsindən 

götürdüyü emosionallıqla dolu fikirləri, hissləri və xatirələrinin kom-pleksi yaxud yığımı daxildir. Yunq iddia 

edirdi ki, şəxsi qeyri-şüuri hər birimizdə təkraro-lunmazdır. Bir sıra şəxsi meyil və niyyətlər ailədəki tərbiyə 

və həmin jəmiyyətə xas olan mədəni əxlaq normalarının təsiri nətijəsində qeyri-şüuriyə aid edilə bilər. Və 

nəhayət Yunq şəxsiyyətin strukturunda özünün kollektiv qeyri-şüuri adlandırdığı daha dərin qatın olması 

haqda fikir irəli sürürdü.  

Kollektiv qeyri-şüuri bütün insan övladları üçün ümumi və bizim emosional keçmişi-mizin nətijəsi 

olan yaddaş  və hisslərin latent izlərinin saxlanıldığı yerdir. Yunq kollektiv qeyri-şüurinin arxetip (hərfi 

mənası «ilkin modellər») adlandırılan güjlü psixi obrazlardan ibarət olması haqda hipotez irləi sürmüşdü. 



Arxetiplər – insanları hadisələri müəyyən bir tərzdə qəbul etməyə, duymağa və onlara reaksiya verməyə 

yönəldən anadangəlmə ideya ya-xud xatirələrdir. Həqiqətən bu özü-özlüyündəki xatirə yaxud obraz deyil, 

daha dəqiq desək bu – yönəldiji amillərdir ki, onların təsiri altında insan hansısa bir obyektə yaxul 

hadisəyə javab olaraq öz davranışında universal dərketmə modelini reallaşdırır. Burada anadangəl-mə 

olan – konkret vəziyyətdə məhz emosional, koqnitiv və davranış olaraq reaksiya vermək meylidir. Arxetip 

öz-özlüyündə  təsvir oluna bilməz, o – şüurda özünün nətijəsi olaraq, arxetipik obraz və ideya şəklində 

aşkarlanır. Analogiyaya əsasən, rentgen şüaları (arxetip-lər) obyektlə (kollektiv psixika) və fotolent (fərdi 

psixika) ilə  təmasda olaraq təsvir (arxeti-pik obraz) şəklində özünü biruzə verir; təsviri öyrənərək yalnız 

müəyyən qədər R-şüalarının təbiətini anlamaq mümkündür. 

Yunq hesab edirdi ki, hər bir arxetip müəyyən növ hiss və fikrin müvafiq obyekt yaxud vəziyyətlə 

əlaqədar ifadə olunma meyli ilə bağlıdır. Sonra Yunq arxetipik obraz və ideyaların çox zaman yuxularda 

əks olunduğundan, həmçinin onlara rəssamlıqda,  ədəbiy-yatda, dində istifadə olunan rəmz  şəklində 

mədəniyyətdə rast gəlinməsindən danışırdı. O jümlədən qeyd edirdi ki, ayrı-ayrı mədəniyyətlər üçün xas 

olan rəmzlər arasında çox vaxt inanılmayajaq bənzərlik olur, çünki onlar bütün bəşəriyyət üçün ümumi 

olan arxetiplərə köklənmişdir. 

Yunqun təsvir etdiyi çoxsaylı arxetiplərin sırasında Şəxsiyyət, Kölgə, Günəş Allahlığı, Allah, Ölüm, 

Ana Uşaq, Qəhrəman, Müdrik insan və s. vardır. Lakin gender aspekti baxımından maraq doğuran Anima 

və  Animus arxetipləridir. Bu arxetiplərdə insanın Yun-qun etiraf etdiyi anadangəlmə androgin təbiəti öz 

əksini tapır. «Mən»in dərin bütövlüyünü, müxtəlif mifoloci ənənələrdə kişi və qadın başlanğıjlarının bir 

şəxsdə mövjudluğunu yaxud jinsə görə və mənəvi istiqamətlərə görə ziddiyyətli olan başlanğıjların mənşə 

birliyi kimi qəbul edilən genişliyini, özlazımlığını  əsas götürən Yunq insan düşünjəsinin dərinliklərində 

onların mövjudluğunu aşkar etdi. Yunq kişilərdə Animunu, qadınlarda isə Animusu müəyyənləşdirdi. 



Anima  (latınja qəlb) – kişidə daxili qadın obrazı, onun qeyri-şüuri qadın tərəfi;  Animus  (latınja ruh) isə 

qadında daxili kişi obrazı, onun qeyri-şüuri kişi tərəfidir.  




Yunqun fikrinjə, kişinin təhtəlşüurunda zahiri həyatda sıxışdırılıb çıxarılmış, onu tamamlayan qadın 

elementi, qadının təhtəlşüurunda isə kişi elementi vardır. Özünün qeyri-şüuri tamamlayıjısını kişi qadın 

obrazı vasitəsi ilə, qadın isə – kişi obrazı vasitəsi ilə qəbul edir. Yunq yazırdı: «Kişinin şüurunda kollektiv 

qadın obrazı mövjuddur ki, onun köməyi ilə kişi qadın təbiətini dərk edir», «hər bir ana və hər bir sevgili 

insanın ən dərin reallığına müvafiq gələn bu əbədi və yaşı olmayan obrazın təjəssümünə çevrilir» (Önq 

K.Q. Sobr.soç., t.9, s. 24). Bu obrazlar insanın  şüuri və qeyri-şüuri təbiəti arasında araçı rolunda çıxış 

edir. Yunq burada müəyyən dərəjədə müəllimi Freydin ardınja gedir: insan üçün daha əlçatan olan (buna 

görə psixi terapiya da) qəlbin qeyri-şüuri ideyaları çox vaxt əks jinsin obrazı ilə bağlı olur. Psixologiya ilə 

heç bir tanışlığı olmayanlar adətən Anima obrazını tamamilə real qadına keçirir və onu sırf zahirən qəbul 

edirlər. Psixoloci baxımdan isə  Anima – yalnız kişiyə  təsir göstərən xariji amil yox, onun içində olan bir 



şeydir. Anima – mənəvi yüksəlişə aparan hansısa ideal şəklində  təsəvvür olunan daxili qadın obrazı 

yaxud qadın başlanğıjıdır. Bu – kişi şəxsiyyətinin qeyri-şüuri qadın tərəfidir. Bütövlükdə Anima anlayışına 

üç müxtəlif səviyyəli komponent daxildir: 

 

 kollektiv 



qadın obrazı; 

 insanın qadın keyfiyyətləri barədə fərdi təsəvvürləri; 

 kişinin daxilində gizlənmiş qadın prinsipi. 

 

Animanı bilavasitə  «əllə duymaq» mümkün deyil; o, yuxularında kişini yolundan azdı-randan ta 



mənəvi müşayiətçiyə (Müdriklik) kimi ayrı-ayrı qadın obrazları ilə  şəxsləndirilir. Anima Eros prinsipidir, 

çünki kişidə animanın inkişafı onun qadınlara olan münasibətində öz əksini tapır. Anima ilə eyniləşmə 

ovqatda dəyişmələr kimi, kişiliyin itirilməsi və dərin həssaslıq kimi aşkar olunur. Əgər patoloci deyil, bütün 

insanlar üçün eyni olan proses kimi nəzərdən keçirilsə, animanın insan üzərində hökmranlığı anaya qeyri-

şüuri bağlılıq və ilk vurğunluğa, sonra isə məhəbbətə uyğun gəlir. Anaya bağlılıq özünümüdafiə instintini 

aşkar edir. Lakin özünümüdafiə ilkin şəkildə özünüdərkdir və deməli, qeyri-şüuridən təfəkkürə ilk 

addımdır. Bu mənada Anima şüur və qeyri-şüuri arasında ilk körpüyə çevrilir. 

Qadın obrazı kollektiv qeyri-şüuri arxetipi olduğu üçün müxtəlif dövrlərdə  dəyişə bilir, amma 

zamandankənar olaraq öz dəyişməz xasiyyətnaməsini saxlayır: Adətən anima javan görsənir. O 

müdrikdir, amma çox da yox; belə demək olar ki, o – «gizli müdriklik sirri»nə malikdir. Anima çox zaman 

torpaqla və su ilə bağlıdır və özündə «xaotik həyat tələbi» gəzdirir; yüksək hakimiyyətə malik ola bilir. 

Onun iki aspekti vardır – açıq və tünd; o paklığı və xoşxasiyyəti ilə seçilə bilər, amma füsunkar və xain də 

ola bilər. «Bəzən Anima kişinin fikrini işdən və evdən yayındıran elf yaxud pəriyə bənzəyir; yaxud özünü 

ona  əbədi sevdirmək yaxud batırmaq üçün onu onu öz sularına çəkən sirena, su pərisi yaxud nimfanı 

xatırladır (Önq K.Q. Otnoşeniə mejdu gqo i bessoznatelğnım, s. 301). Anima - obrazına girmiş olduğu 

qadın kimi dönükdür və onu təsvir etmək üçün Yunq adətən «həyati qəlb prosesini abstrakt elmi 

formuldan daha dürüst izləyən» mifoloci yanaşmaya mürajiət edir. Kişidə qadın keyfiyyətlərini  əks 

etdirərək Anima həm də insanın əhvalını, onun qabaqjadan duyma bajarığını və emosional partlayışlarını 

ifadə edir. Bunun analogiyasını biz qədim çin mətnlərində tapa bilərik ki, onlarda insan əhvalının pis 

olduğu zaman onu qadın qəlbinin (in) idarə etməsindən danışılır.  İn onun diqqətini jəmləmək jəhdini 

pozur, qərarsızlıq və  hərəkətlərinin düzgünlüyünə inamsızlıq hissi aşılayır. Anima idarə etdiyi insanda 

nəzarətə tabe olmayan emosional enmə-düşmələr yaradır. 

Beləliklə, Animanın mahiyyətini izah edərək və Animusun mahiyyətini işıqlandıraraq, Yunq yazır: 

«Elə bir kişi yoxdur ki, özündə qadınlıqdan  əsər-əlamət tapmayajaq qədər  ər olsun. Əslində elə  ən  ər 

kişilərə (gizlinjə maskalanmış olsa da) olduqja injə hissiyyat aləmi (çox zaman düzgün olmayaraq «qadına 

xas» adlandırılan) xasdır. Qadınlıq  əlamətlərinin və meyillərinin sıxışdırılıb çıxarılması  əlbəttə ki, qeyri-

şüuridə bu iddiaların jəmlənməsinə aparır» (Önq K.Q. Otnoşeniə mejdu gqo i bessoznatelğnım, s. 301). 

Beləliklə, Anima – kişi «mən»inin strukturundakı «daxili qadınlıq», müvafiq olaraq da Animus – qadın 

«mən»inin strukturundakı «daxili kişilik»dir; və bu əlamətlər dərin qeyri-şüuri xarakter dayışır. 

Yuxarıda qeyd etdiyimiz kimi, Animus – qadın  şəxsiyyətinin qeyrişüuri, kişi tərəfidir. Yunqun 

fikrinjə, animusla eynilik qadını sərt, özünəinamlı və mübahisəsevər edir. Müsbət mənada animus qeyri-

şüuridə qadın Eqosu ilə onun şəxsi yaradıjılıq mənbələri arasında körpü kimi hərəkət edən daxili kişidir. 

Qadının Animusu onda hər şeydən əvvəl kişi xüsusiyyətləri aşkar edir. Bütövlükdə kişinin Animası kimi, 

bu anlayışa üç müxtəlif səviyyəli komponent daxildir: 

 

 kollektiv 



kişi obrazı; 

 insanın kişi keyfiyyətləri barədə fərdi təsəvvürləri; 

 qadının daxilində gizlənmiş kişi prinsipi. 

 

Kişi ağlının xariji tətbiq sahəsi – kommersiya, siyasət, elm və texnikaya qadın çox zaman kişinin öz 



hisslərinə yanaşdığı kimi yarım-şüurlu yanaşır. Beləliklə, qadının təfəkkürü və kişinin hissiyatı  şüuraltı 

sahəyə  məxsusdur.  Əgər Anima dərkedilməyən  əhval, həyəjanlar yaradırsa, Animus – qeyri-şüuri inam 

yaradır və onların həqiqətən dərki  əvəzinə  qəbul edilmiş etiqad və fikirlərə  təkid edir. Ana Anima 

obrazının ilk daşıyıjısı olduğu kimi, ata da bir çox kişi fiqurlarının foormalaşmasına təsir göstərir. Ağılın 




inkişafından asılı olaraq, ən primitivdən başlayaraq dərin mənəviyyatlıya qədər hər bir kişi fiquru Animusu 

təjəssüm etdirə bilər: yuxuda o, həm oğlan kimi və  həm də eləjə  səs kimi gözqarşısına gələ bilər. O 

həmçinin bir qrup kişi kimi də  şəxsləndirilir ki, bu – çox vaxt bir fiqurla təjəssüm olunan Anima üçün o 

qədər də səjiyyəvi deyil. «Animus şəksiz dərrakəli fikirlər söyləyən layiqli insanların yaxud ataların ijlasına 

bənzəyir». Animusun tənqidi fikri özünün nata-mam olması hissi yarada, yaxud təşəbbüsü boğa bilər. 

Digər tərəfdən, o, həddindən artıq tənqidə sövq edir. Animus hakimiyyət həvəsindədir, və adi həyatda 

qadın nə qədər zərif olsa belə Animus ona toxunarkən mühafizəkar və qəddar olur, əqlin səsini eşitmir. 

Səbəb də bundadır ki, Animusun fəaliyyəti qadın üçün beyninə yeridilənləri kənara qoyaraq fikir yü-

rütmək üçün real çətinlik yaradır. O, dayanmadan: «belə olmalıdır» deyən və reallığı oldu-ğu kimi 

görməyə imkan verməyən daxili səsindən çəkinməli olur. Buna baxmayaraq Ani-mus kritik vəziyyətdə 

dayaq yaradaraq və biliyə, həqiqətə meyilləri həvəsləndirərək həm də pozitiv rol oynayır. 

Yunqun fikrinə görə, özünün ibtidai keyfiyyətinə (ovçu və döyüşçü) görə kişi öldür-məyə 

öyrənjəklidir və Animus kişi təbiətinə malik olaraq onun bu meylini bölüşdürür. Qadının vəzifəsi, əksinə, 

həyata xidmətdir və beləliklə Anima kişini həyata jəlb edir. Öz neqativ şəklində Animus bu istiqamətlə 

ziddiyyət təşkil edir. O. qadını həyatdan uzaqlaşdı-rır (onun üçün həyatı «öldürür»). Animusun sayəsində 

bizdə  həyatdan ayrılıq duyğusu yaranır. Biz özümüzü yorğun və  həyatı davam etdirməyi qeyri-mümkün 

sayırıq (Animusun qadına pozuju təsiri də bundadır, çünki o, qadını həyatla bağlayan kanalları bağlayır). 

Animusun hədələyiji təsirini və qadının müdafiə reaksiyasını (onun təsirinə) ayırmaq çətindir, çünki onlar 

sıx şəkildə bir-biri ilə bağlıdır və bu – Animusun ikili fəaliyyət xarak-terini yadımıza salır. O, ya qadını öz 

hərəkətlərində iflij olmuş passiv bir məxluqa, ya da əksinə, mühafizəkar  şəxsiyyətə çevirir. Qadını 

kişiyəbənzər və özünəinamlı, yaxud da əksi-nə, fikridağınıq və somnanbul edir. Məsələ  də bndadır ki, 

belə qadınlar özünün aləmdən tam uzaqlıq dəqiqələrində Animus-məşuqu ilə gözəl səyahətlərə gedir

onun təsiri altında özü də  dərk etməyərək ayıqlıqda xülyaya dalır. Lakin bəzi qadınlar mühafizəkar və 

həddin-dən artıq tələbkar olmaq istəmir və nətijədə onlar Animusa özünü aşkarlamaq imkanı ver-mir. Bu 

– onları olduqja nəzakətli və davranışda hədsiz təmkinli edir. Onlar özlərinə qapa-nır və müəyyən mənada 

öz əsirinə çevrilirlər. Yunq hesab edir ki, Animus probleminin yalnız bir həll yolu var. Qadın üçün yeganə 

yol – buna sona qədər dözməkdir. Yunqun fik-rinjə, bu problemin əzabla (əzab isə, görünür, qadın 

həyatının ayrılmaz hissəsidir) müşaiyət olunmayan həll üsulu yoxdur. Çox vaxt qadın üçün ən müdrik 

məsləhət – heç bir yola əl atmamaqdır! Qeyri-şüuriyə  qəlib gəlməyə  jəhb göstərməkdənsə, sakit və 

passiv  şəkildə ondan «qaçmaq» daha düzgündür, beləliklə Onun səni udmaq təhlükəsindən azad ola 

bilərsən. 

Yunq iddia edirdi ki, əgər kişinin hissləri onu ümumi reallıqdan Animanın yaratdığı aləmə ararırsa, 

qadının sevgisi onu xariji həyat üçün açıq edir. Bu zaman qadın reallığa öz Animusunun mövqeyindən, 

yəni yarımşüuri variantda – onun sevdiyi kişinin subyektiv nəzəri ilə, sırf qeyri-şüuri olaraq isə – jəmiyyət 

tərəfindən onun beyninə yeridilmiş  ənənələr mövqeyindən baxır, çünki ijtimai əxlaq xalqa münasibətdə 

ata rolunda çıxış edir. Animu-sun yarımşüuri idarə etdiyi qadın dünyagörüşü kişinin tam aşkarlanmış idrak 

sahəsinə aid olan baxışından daha fanatikdir. 

Aydındır ki, kişilik və qadınlıq bölümü digər tərəfdən  şərtidir və qadın  şəxsiyyətinin kişi hissəsi 

müəyyən vaxtda onun qadın qəlbinin ehtiyajından daha yaxşı dərk oluna bilər. Yunqun müasir ardıjılları 

hesab edir ki, Anima və Animus bütün insanlara xasdır və insana öz şəxsiyyətinin müxtəlif gizlin 

xüsusiyyətlərinin dərk olunmasında köməklik göstərir. Bu arxetiplərin insan qəlbində aktivləşməsi, öz 

təkrarolunmaz və  uşaqlıqdan qeyri-şüuri olaraq mənimsəmiş olduğumuz rollar sırasının heç birinə 

bənzəməyən individuallığın yaranması yolunda atılmış ilk addımdır. Anima və Animus öz aralarında 

yalnız jins obrazı (Yunq onlara eyni ad verərkən belə  də düşünmüşdü) ilə  fərqlənərək vahidlik təşkil 

etməlidir. Ay-dındır ki, eyni adamda kişi və qadın başlanğıjlarının vahidliyi birdən-birə baş verməmişdir. 

Freydin baxışlarını davam etdirən Yunq valideyinlərin uşaq üzərindəki müxtəlif rollarına diqqəti jəmləyərək 

qeyd edir ki, övladın qız yaxud oğlan olmasından asılı olmayaraq, ata uşağın həyatında anadan fərqli bir 

rol oynayır. Yunqun fikrinjə, ata həmişə insanın xariji aləmdə ümumi meylini və nüfuzunu təjəssüm etdirir

ana isə ovlada daxili hiss və arzular aləminin inkişafı üçün sezilməz qabiliyyət verir. Ana uşağını xariji 

həyatdan müdafiə edir – buna müvafiq olaraq Anima varlığın reallığından uzaqlaşdırır. Ata isə nüfuz və 

mənəviyyat sahəsini təjəssüm etdirərək, uşaq qarşısında obyektiv xariji dünyanı açıb göstərir. Uşaq 

özünü ana ilə eyniləşdirir, lakin ata onun üçün yaddır. Bu mənada ana subyektiv şüuru, ata isə – obyektiv 

varlığı  təmsil etdirir. İnsanların hamısı üçün anima şəxsi qeyri-şüuri sahəyə  bələdçi rolunu oynayır, 

Animus isə öz sərhədləri hüdudundan kənarda kollektiv qeyri-şüuriliyə  bələdçilik edir. Bundan başqa 

Yunq maskalanmış valideyin ambivalentliyi barədə  də söhbət açır: bir tərəfdən onlar öz uşağını real 

həyatla qarşılaşmaqdan qoruyur, digər tərəfdən isə övladının ata evindən gedib müstəqil yaşaya 

bilmədiyindən narazılıq edirlər. 

Yunq üçün Anima və Animus hər  şeydən  əvvəl  şüur və qeyri-iradi arasında araçıdır. Anima və 

Animusun psixi funksiyalarının yarımşüurlu, «yardımçı» təbiəti bizi qəlbimizin dərinliyinə aparır və onların 

əsas dəyəri də elə bundadır. Yunq yazır: «Hər iki fiqur insan-dan əl çəkməyəndə öz qiymət və lətafətini 

itirir; amma yalnız dünyaya deyil, daxilə istiqa-mətlənəndə, qeyri-iradiyə körpü rolunu oynayanda bunları 

saxlayır. Dünyaya yönəlmiş Anima qeyri-səbatlı,  şıltaq, qaraqabaq, nəzarətə tabe olmayan və  sırf 

emosionaldır; bəzən  şeytan intuisiyasına malikdir, qəddardır, hiyləgər, xain, ikiüzlü və niyyətini gizli 



saxlayan-dır. Animus tərsdir, prinsip və formal qanunlara söykənir, etiraza yol vermir, dünyanı  də-

yişməyə, hər şeyi nəzəriyyələşdirməyə, mübahisə və hökmranlıq etməyə jəhd göstərir. Hər ikisi eybəjər 

zövqə malikdir: Anima özünü səviyyəsiz insanlarla əhatə edir, Animus isə ikinjidərəjəli ideyaların  əsiri 

olur» (Önq K.Q. O pererojdenii, s.223). 

Anima və Animusun ən parlaq xüsusiyyəti ondadır ki, onlar nisbətən avtonomdur, insanın 

Eqosundan asılı deyil və özünü ikinji «mən»in strukturunda müstəqil  şəxsiyyət kimi aşkar edir. Bu hal 

əsasən müasir Avropa şüuru üçün aktualdır: «mən»in daxili ziddiyyətli hissə ideyası onun üçün o qədər 

yaddır ki, tez və ya gej baş verən real toqquşmalar ya xüsusi «vergi» (adətən – yaradıjılıq ilhamı yaxud 

insanı bürüyən məhəbbət hissi kimi) kimi, ya da funksional psixi pozulma olaraq qəbul edilir. Yunqun 

fikrinjə, bunun səbəbi «daxil-dəkinin qaranlıq və seçilməz olduğu» yaxud da hər halda qəribə  və 

gözlənilməz olduğu Avropa şüurunun ekstravertliyidir (yəni «kənarda açıq olan»). Sonra Yunq yazır: 

«Buna görə  də onun edəjəyi  ən düzgün hərəkət Anima və Animus fiqurlarını avtonom şəxsiyyət olaraq 

nəzərdən keçirmək və onların qarşısında şəxsiyyətə aid olan suallar qoymaqdır». 

Anima və Animusun insanın «mən» strukturundakı xüsusi daxili məqam funksiyaları  rəngərəng, 

ziddiyyətli və bununla bərabər həm də sintetikdir. Bir tərəfdən, onun dərk olun-ması (adətən 

proyeksiyalanmış) insana müdriklik və istisna həyat güjü, varlığın dərin anla-mını bəxş edir, onu həyatın 

daha yüksək və daha mənəviyyatlı formasına qaldırır. Bu halda Anima/Animus yaradıjılıq impulsu 

yaradan yer, şəksiz həqiqət məqamı, insana bu və ya başqa vəziyyətdə düzgün yol seçməkdə kömək 

edən daxili səs mənbəyi rolunda çıxış edir. Uşaq bu Animanı – özünün bu hissəsini – anasında, yaxud da 

böyük adam özünün sevgi obyektində görür. Öz Animusunun səsini eşidən qadın xüsusi müdrikliyə  və 

mövjud eh-kamlardan imtina bildirən obyektivliyə nail olur; o, jəsur və təşəbbüskar olur, daxili güjü artır və 

buna müvafiq olaraq həyat fəallığı yüksəlir. Digər tərəfdən, Anima ilə  səthi və natamam yaxınlıq 

şəxsiyyətə təhlükə, daxili zəiflik hissi gətirir və zahirən bu – əsəbilikdə, özünə inamsızlıqda, sentimentallıq 

və küskünlükdə, həm də daxili müdafiə forması olaraq – ajıdillilikdə özünü biruzə verir. 

Animus və Animanın təsirini dərk etmək Yunqun qeydə aldığı  hər hansı başqa arxeti-pi 

anlamaqdan daha çətindir.  Şüur onları tamamilə  aşkar edə bilmir, onlar qismən kollektiv qeyri-şüurinin 

qaranlıq sahələrinə aiddir. Belə ki, kişi öz hiss və intuisiyasını inkişaf etdirə bilər, lakin onun ideal qadına 

proyeksiya etdiyi keyfiyyətlərə malik ola bilməz. Amma fan-taziyalarda və yuxularda gözünə görünərək 

onlar qeyri-şüurunin daxilində  nələrin gözlən-diyini anlamağa imkan verir; çünki Yunqun dediyinə görə, 

yuxu «təbiətin səsidir». Anima və Animus insana özü və ona təsir göstərən qüvvələr barəsində tam 

olmasa (çünki kollektiv qeyri-iradi tükənməz bir okeandır və ondan qaynayan obrazlar da saysız-

hesabsızdır) da bilik verir. 

Bütün deyilənlər Anima və Animusun insanın «mən» strukturundakı elə bir məqam olduğunu 

deməyə imkan verir ki, qeyri-şüuri olmaqla bərabər o, aktiv qərarlar qəbul olun-masını tələb edən (əsasən 

məhəbbətlə yaxud şəxslərarası münasibətlərlə bağlı) mürəkkəb vəziyyətlərdə inkişafa təkan verir. Amma 

eyni zamanda qərar da qəbul edir. Bununla Ani-ma və Animus daxili aləmdə «bələdçi» funksiyasını 

həyata keçirir, Eqo (özünüdərkin xariji səviyyəsi) ilə insan «mən»inin başqa, daha dərin səviyyələri 

arasında araçılığı təmin edir. 

Yunqün hesab etdiyi kimi, Anima və Animus arxetipləri uzun əsrlər boyu kollektiv qeyri-şüuridə əks 

jinslə qarşılıqlı  təsir təjrübəsinin nətijəsi olaraq təkamül etmişdir. Bir çox kişilər, (hər halda müəyyən 

dərəjəyə kimi) uzun illərin qadınlarla birgə yaşayışı  nətijəsində «feminləşmişdir», qadınlarda isə  əks 

proses getmişdir. Yunq Anima və Animusun digər ar-xetiplər kimi harmonik, şəxsiyyətin özünüreallaşma 

istiqamətindəki inkişafının dayanma-ması üçün ümumi balansı pozmadan ifadə olunmasını israr edirdi. 

Başqa sözlə desək, kişi maskulinliklə yanaşı, özünün femin keyfiyyətlərini də ifadə etməli, qadın isə 

maskulinliyini də feminliyi kimi biruzə verməlidir.  Əgər bu iki ayrılmaz atribut inkişaf etməmiş qalırsa, 

nətijədə şəxsiyyət birtərəfli inkişaf etmiş olur. 

Yunq inanırdı ki, Anima və Animus öz aralarında yalnız jinsə görə seçilərək bütöv bir tamlıq 

yaratmalıdır. Və burada biz Yunqa görə  şəxsiyyətin inkişafındakı  əsas aspektlərdən birinə yaxınlaşırıq. 

Qəlbin bütün aspektlərinin inteqrasiyasına nail olduqda şəxsiyyət özünü tam, harmonik və bütöv hiss edir, 

yəni Yunq nəzəriyyəsində  ən mühüm arxetip olan «öz-lük» formalaşır. Özlük (bütövlük) şəxsiyyətin 

əsasını təşkil edir ki, bütün digər elementlər onun ətrafında təşkil olunur və birləşir. Özlük Self şəxsiyyətin 

bütün psixi məzmununu özündə  jəmləşdirir, həmçinin nə  qədər paradoksal olsa da, o – kollektiv qeyri-

şüurinin tənzimləyiji mərkəzi rolunu oynayır. Hər hansı fərdin və hər bir millətin həmin bu psixi reallıqla öz 

dərketmə  və  əlaqə üsulları vardır. Özlük həmçinin  şəxsiyyətin tənzimləyiji mərkəzidir. Beləliklə, Yunqun 

anlamında özlüyün inkişafı insan həyatının  əsas məqsədidir. Yunqa görə, Özlük insan «mən»inin 

strukturunda  ən dərin, və  təbiətinə görə bir sıra müna-sibətlər jərgəsində paradoksal olan bir baza 

instansiyasıdır və buna görə də ən az dərəjədə müəyyənləşdirilə və şüurlu surətdə dərk oluna bilir. Özlük 

onunla səjiyyələnir ki, bütün mümkün ziddiyyətlər ona aiddir və beləliklə işıq və kölgə, xeyir və şər, gözəl 

və çirkin, «bə-li» və «xeyir» və sairəni – əksliklərin tam, ayrılmaz bir bütövlükdə birləşdiyi oyunu aşkar 

edir. Özlüyü «tezis, antitezis və bununla birlikdə həm də sintez» olan absolyut paradok-sallıq kimi götürən 

Yunq onun bu məziyyətini ayrıja qeyd edirdi. Özlük həmçinin poten-siallıq kimi və bununla birlikdə 

aktuallıq, varlıq kimi mövjuddur. Onun potensial xarakteri haqqında danışan Yunq nəzərə çatdırırdı ki, 

«özlük nətijə, nail olunmuş məqsəd kimi, yal-nız tədrijən həyata keçirilən və çox zəhmət çəkəndən sonra 



gözə görünən bir xarakterə malikdir». Anjan Özlük əvvəljədən müəyyən olunmuş bir şey, insanın artıq 

mövjud tə-yinatı kimi də  aşkar olunur. Bu təyinata  əməl edən insan barəsində yalan təsəvvürlərdən  əl 

çəkməyə özündə güj tapır, özünün həqiqi «mən»inini aça bilir və beləliklə Özlüyünü ta-mamilə  və tam 

mənasında reallaşdırır. Özlüyün tələbinə əks gedən insan öz təbiətinə dönük çıxır, həyatın mənasını itirir 

və Yunqun təbirinjə desək, «özünü əldən buraxır». Özlüyün paradoksallığı nəhayət bundadır ki, o – eyni 

zamanda həm də insan özünüdərkinin mənbəyi və onun ali məqsədidir. Özlüyün bu xüsusiyyətini qeyd 

edən Yunq yazırdı: « Bizim mənəvi həyatımızın başlanğıjı elə bil ki ağılasığmaz bir şəkildə  həmin bu 

nöqtədə yaranır və bütün ali və son məqsədlər də sanki burada birləşir. Bu paradoksu aradan götürmək 

mümkün de-yil – hər zaman əqlimizin imkanından kənar bir şeyi səjiyyələndirməyə  jəhd etdiyimiz vaxt-

larda olduğu kimi». Özlük məzmunludur – «Mən – şüur» mərkəzi kimi bir şeydir. 

Yunqun fikrinə görə, Özlüyün təsdiqinin əsası var və hətta bu vajibdir – hər şeydən əvvəl ona görə 

ki, real şəkildə özünü insanın psixi və  mədəni fəaliyyətinin simvolik formalarında aşkar edir. Məsələn, 

yuxularda, xalq rəvayətlərində, nağıl və miflərdə (qəhrəman, peyğəmbər, müdrik qoja, xilaskar – kişi 

nöqteyi-nəzərindən; kahinə, sehrbaz, Ana Torpaq, təbiət ilahəsi yaxud sevgi ilahəsi – qadın nöqteyi-

nəzərindən) qeyd olunan «qeyri-adi şəxsiyyət» personacları bu qəbildəndir. Bu personaclar ilk növbədə 

şəxsiyyətin Anima yaxud Animus tərəfindən bəsləndiyi ideal qadın və ya kişi obrazını özündə daşıyır. 

Özlüyün simvolu olaraq bəzi qrafik yaxud məkan strukturları – dairə, kvadrat, xaç, aypara, mandala, 

budda həvəngdəstəsi, ağaj, ev, ojaq və onların mümkün kombinasiyaları çıxış edə bilər. Görünür, burada 

Dao – bir-biri ilə mübarizə edənİn (qadın) və Yan (kişi) qüvvələrin birləşdiyi qədim Çin fəlsəfəsindəki 

fundamental varlığın başlanğıjı da araşdırıla bilər. Qarşılıqlı təsir edən əksliklərin vahidi olaraq həmçinin 

hansısa bir amilə görə birləşən (məsələn, jinsi və ya mənəvi  əksliyi və  həmin  əksliklərin vahidliyini 

təjəssüm etdirən mifik ekizlər) bu və ya digər androgin personaclar və  əksliklər də Özlük rəmzi kimi 

nəzərdən keçirilə bilər. 

Beləliklə, «daxili insan»ın detallı  təhlilini verən Yunq onun strukturunu müəyyənləşdi-rdi və 

həmçinin onun tərkib hissələrinin hər birinin funksiyasını aşkar etdi. Onun şübhəsiz və ən böyük xidməti 

bundadır. Lakin onun tədqiqatları əsasən insan »mən»inin strukturun-dakı dərin universal elementlərin – 

kollektiv qeyri-şüurinin arxetiplərinin axtarışına yönəl-mişdi. Onlar isə açıqjasına «mədəniyyətdənkənar» 

olan abstrakt insanın – ümumiyyətlə in-san özünüdərkinin baza əsasını təşkil edir. Beləliklə, özü barədə 

fikrin mədəni əsaslı daxili formalaşma üsulları, sosial-mədəni aspektlərin qadın və kişinin formalaşmasına 

təsiri Yunqun nəzər nöqtəsindən kənarda qaldı. 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI  

 

1.  Хьелл Л., Зиглер Д. Теории Личности. С-П., 1997 

2.  Юнг К.Г. Архетип и символ. М., 1991 

3.  Юнг К.Г. Отношения между эго и бессознательным. М., 1985 

4.  Юнг К.Г. Собрание сочинений, т. 9, М., 1968 

5.  Юнг К.Г. О перерождении. М., 1995 

6.  Brom V. Yund: Man ahd the myth. N-Y: Atheneum, 1978 

7.  Yung C.G. The structure of psuche. In the collected works of C.G. Yung. NY: Princeton University 

Press/? 1969 

8.  Yung C.G. Analytical psychology: its theory and practice. N-Y: Pantheon, 1968 

9.  Yung C.G. The afchetypes and the collective unconsciorus. The collected works of C.G. Yung. NY: 

Princeton University Press, 1969 

10.  Mattoon M.A. Yungian psychology in perspective. N-Y: Free Press, 1983 

 

 



Yüklə 70,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə