20
Mövzu: 3. Dünya mehmanxana sənаyеsində idarəetmə formaları
Plаn
1. Françayzinq yolu ilə idarəetmə
2. Müqavilə (kontrakt) yolu ilə mehmanxanaları idarəetmə
3. Icarə yolu ilə idarəetmə
1. Françayzinq* – Iri və kiçik müstəqil müəssisələrin müqavilə münasibətləri
sistemidir. Bu idarəetmədə bir xüsusiyyət vardı ki, kiçik mehmanxana iri məşhur
mehmanxana nişanı (markası) altında fəaliyyət göstərir.
Beynəlxalq Françayzinq Təşkilatları Assosiasiyası françayzinqin geniş
təyinatını verir. Françayzinq müəyyən münasibətləri təyin edir.
Françayzer** (franşizverən) françayziyə*** (franşizalan) qanuni qaydada
müdafiə olunmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verir, habelə
bu fəaliyyətin təşkilinə, təlim-təhsil almağa və s. kömək edir.
Françayzer müəssisənin tam konsepsiyasını və iş üsullarını yaradır,
franşizalan bu imtiyazlardan istifadə etmək hüququ qazanır.
Fransız mənşəli termin olmasına baxmayaraq, françayzinq müxtəlif spesfik
müqavilə formasında ABŞ-da yaranmışdır.
1907-ci ildə “Rits-Development Company” Nyu-York firmasından “Rits
Carlton” adını almaqla bu sistemin əsasını qoymuşdur.
1927-ci ildə Horvard Conson françayzinq müqaviləsi əsasında otellərini idarə
etməyə başlayır. Bu ona əvvəlcə ABŞ-ın şərq sahillərində, sonra orta qərbdə, 60-cı
illərdə Kaliforniyada öz biznesini genişləndirməyə imkan verir. Hal-hazırda
Horvard Consonun mehmanxana şəbəkəsinə 900 müəssisə daxildir.
60-cı illərdə françayzinq mehmanxana və motellərin yüksəliş və inkişaf
strategiyası olur. 90-cı illərdə də bu tendensiya qalmaqda idi.
Françayzinq mehmanxana sənayesində şirkətin öz fəaliyyətini daha dinamik
aparmağa imkan verən konsepsiyadır. Şirkətin kənardan maliyyə cəlb edib daha
sürətlə inkişaf etməsi bu konsepsiyanın əsas mahiyyətidir. Mehmanxana
sənayesində françayzinqlə məşğul olan ən iri şirkət “Hospitality Franchise System”
sayılır. Parsippani şəhərində (Nyu-Cersi ştatı) yerləşən bu şirkətin 5300 oteli var.
21
Onun ardınca “Choice Hotels International” şirkəti gəlir (3130 otel). Bu siyahıda
üçüncü yeri “Holiday Inn Worldwide” (2082 otel) tutur.
Cədvəl 1.
Korporativ mehmanxana şəbəkələri
N
Ş
irkətlər
Fransız tipli
otellərin sayı
Otellərin
ümumi sayı
1
HFS Inc
5300
5300
2
Choise Hotels International
3130
3197
3
Holiday Inn Worldwide
2082
2260
4
Promus Cos
683
809
5
Marriott International
604
1268
6
Carlson Hospitality Worldwide
416
437
7
Accor
343
2465
8
IDD Sheraton Corp
204
413
9
Hilton Hotels Corp
173
245
1
0
Best Western International
Məlumat yoxdur
3654
Hər bir françayzinq müqaviləsində françayzer françayziyə öz firma nişanı, iş
texnologiyası və metodları, bron (sifariş) sistemi, marketinq üsulu, güzəşt sistemi
və s.-dən istifadə etmək hüququ verir. Françayzer özünün bazar şəbəkəsinə yeni
mehmanxanalar cəlb etməkdə maraqlıdır. Bu məqsədlə adətən françayzer maraqlı
tərəflər üçün xüsusi sənədlər hazırlayır, bunlardan ən əsası şərtlər haqqında
məlumatdır. Şərtlər haqqında məlumatda françayzerin rəhbər heyətinin ixtisası,
ş
irkətin maliyyə durumu, müqavilə bağlanarsa, münasibətlərin mahiyyəti, hansı
konkret məsələlərdə françayzer françayziyə yardım edir, müəssisədə çatışmayan
hansı əlavə avadanlıq almağa və s. kömək göstərir.
Françayzer və françayzi arasında hüquqi münasibət müqavilənin
imzalanması ilə təsdiq olunur.
Mehmanxana sənayesi üçün françayzinq müqaviləsi mehmanxananın xarici
görünüşü, vestibülün interyeri, nömrələrin sayı, qonaqlara təqdim olunan
xidmətlər, onların ketfiyyəti və s. şərtləri müəyyən edir.
22
Müqavilənin əsas elementlərindən biri razılaşdırılmış pul ödəmələrinin
formalarıdır. Mərkəzi bronlaşdırma sistemindən istifadə edən mehmanxana pul
ödəməlidir. Bundan əlavə, mehmanxana ona verilən hüquq və imtiyazlara,
göstərilən xidmətə görə birdəfəlik müəyyən edilmiş məbləğ ödəməlidir.
Bir qayda olaraq bu ödəməyə layihə sənədlərinin paketi, müəssisəni idarə
etmək üçün tam təlimat toplusu, orta və yüksək rəhbər heyətin ixtisasını artırmaq,
müəssisənin açılışına qədər xidmət heyətinin təlim və təhsili daxildir. Daxilolma
haqqı françayzinq müqaviləsi bağlanan gündən verilir və ya iki bərabər hissəyə
bölünür, bunun 50%-i təlimdən əvvəl, qalanı isə təlim müddətində ödənilir.
Françayzerə ilk ödənilən məbləğin haqqı onun nişanının nüfuzundan asılıdır.
Bəzən françayzdan reklam üçün ümumi gəlirin 1-5%-ni təşkil edən məbləğ alınır.
Françayzinq müqaviləsinə xitam vermək üçün potensial səbəblər müxtəlif ola
bilər:
1. Françayzer tərəfindən təyin edilmiş standartlar səviyyəsini françayz yerinə
yetirməsə;
2. Mehmanxananın xidmət mexanizmi, çeşidi, keyfiyyəti, restoran menyusu
müəyyən edilmiş normalara uyğun olmasa;
3. Müqavilə üzrə pul ödəmələri olmasa;
Françayzinq sistemi hər iki tərəf üçün müsbət və mənfi cəhətlərə malikdir.
Françayzinq müqaviləsinin françayz üçün müsbət cəhətləri:
1. Fəaliyyətinin əvvəlində ona planlar paketi ilə yardım göstərilir;
2. Ölkə və dünya üzrə reklamı təmin olunur;
3. Mərkəzləşdirilmiş bron sisteminə qoşulur;
4. Qonaqlara xidmət göstərmək məqsədilə alınan avadanlıq güzəştlə verilir.
Françayzerə müqaviləsinin françayz üçün mənfi cəhətləri:
1. Françayzerə zəruri qəbul haqqı ödənişini vermək;
2. Françayzerin tələb etdiyi zəruri tələblərə əməl etmək;
3. Françayzerin yarıtmaz fəaliyyəti nəticəsində firmanın nişan imicinin
nüfuzdan düşməsi.
Françayzinq müqaviləsinin françayzer üçün müsbət cəhətləri:
Dostları ilə paylaş: |