36
1969-cu ildə Honkonqda «Hyatt Regency» otelinin açılışı ilə «Hyatt»
beynəlxalq şirkət kimi fəaliyyətə başlayır. «Hyatt International» xaricdə yerləşən
otelləri idarə etmək üçün yaradılan bir şirkətdir.
Idarəetmədə tətbiq edilən üsullardan biri də menecerin menecer qonaqların
istək və arzularını yaxından öyrənməsi, ehtiyaclarını maksimum ödəmək məqsədilə
onlara fərdi xidmətlər təklif etməlidir. Bu isə müştərilərin istəyinin təmin
olunmasının əsas şərtdir. Bu amil «Hyatt» otelinin hər bir menecerinin iş
üslubudur. Orijinal və müxtəlif xidmətlərin qonaqlara təklif edilməsi «Hyatt»
otellərinin imicini, nüfuzunu artırır. Məsələn, «Hyatt» oteii işgüzar qonaqlara
«Hyatt Business Plan» təklif etmişdir. Bu plana əsasən nömrələrə faks,
surətçıxarma aparatı, printerlər qoyulur ki, bunlardan da istifadə edirlər. Bundan
başqa, ailəvi qonaqlar üçün «Camp Hyatt» proqramı təklif olunur. Bu proqrama
görə, uşaqlarla məşğələlər təklif olunur. «Hyatt» şirkətində insan amilinə diqqətlə
yanaşma onun müvəffəqiyyətinin səbəblərindən biridir. Şirkətin əməkdaşlarının
öz işini sevməsi, peşəkarlığı qonaqlara göstərilən xidmətin keyfiyyətinə müsbət
təsir göstərir. «Hyatt»ın rəhbərliyi işçilərin seçilməsinə və peşəkar hazırlanmasına
böyük diqqət yetirir. Ən əhəmiyyətlisi isə şirkətin rəhbərliyi ilə sıravi əməkdaşların
qarşılıqlı əlaqəsidir.
1989-cu ildə şirkətin prezidenti Darrell Xartli Leonard «Əsaslarla ünsiyyət və
yanaşma günü» ideyasını irəli sürür. Bu təşəbbüsə görə, şirkət özünün mənzil-
qərargahındakı ofislərini bağlı elan edir, baş menecerlər ABŞ, Kanada və başqa
yerlərdə fəaliyyət göstərən «Hyatt» otellərinə gedir və bır gün oteldə sıravi
ə
məkdaş kimi çalışırlar. Bu cür strategiya çox səmərəlidir. «Hyatt» otelinin sıravi
ə
məkdaşları kimi çalışan yüksək səviyyəli menecerlər, öz işçilərinin gündəlik
problemləri ilə üzləşir, ilk məlumatları əldə edirlər ki, bu da gələcəkdə
problemlərin həllində öz müsbət nəticəsini göstərir. Bu konsepsiya sıravi işçilər
tərəfindən yüksək qarşılanır.
Darrel Xartli Leonardın bu üsulu uğurlu olmuşdur. O, «Hyatt»da 1964-cü
ildən «Los-Anceles Hyatt» otelində qeydiyyat aparan kleri kimi fəaliyyətə
başlamışdır. Müxtəlif idarəçilik vəzifələrində çalışan Darrel 1974-cü ildə Atlantada
37
yerləşən «Hyatt Regency» otelinin baş meneceri, iki ildən sonra isə region üzrə
vitse-prezident təyin olunur. 1978-ci ildə o, korporasiyanın vitse-prezidenti olur.
1986-cı ildə artıq Qorrel Xartli Leonard «Hyatt» korporasiyasının prezidenti, 1994-
cü ildə idarə heyətinin sədri idi. Hazırda «Hyatt Hotel Corporation» idarə heyətinin
sədri Cey Pristkerdir.
7.
Siyavuş Teymur oğlu Yeqanlı - Azərbaycan turizm və mehmanxana
sahəsinin inkişаfındа rоlu
Turizm müasir dövrün mühüm və daim inkişaf edən sosial-iqtisadi hadisə
olmaqla bütün dünyaya öz geniş imkanlarını açır və ölkələrin müxtəlif sahəli
iqtisadiyyatının inkişafının əsasını təşkil edir.
Bütün bu hadisələr müxtəlif xalqların iqtisadiyyatının, elm və mədəniyyətinin
inkişafına böyük təkan vermişdir.
Turizm planetimizin xalqlarını bir-birinə yaxınlaşdırmış, onların bir-birinin
tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış olmasına şərait yaradaraq son
nəticədə xalqlar arasında qarşılıqlı
anlaşmaya
və
dünyada
sülhün
möhkəmlənməsinə kömək etmişdir.
Siyavuş Teymur oğlu Yeqanlı - Azərbaycan turizm və mehmanxana sahəsində
özünəməxsus yer tutur. Onu turizmin patriarxı da adlandırırlar. Bu mənsəbə və
yüksəlişə Siyavuş Yeqanlı birdən gəlməyib. Böyük ailədə anadan olan, çətin həyat
yolu keçən Siyavuş Yeqanlı zəhmətsevərliyi və inadkarlığı ilə öz yaşıdları arasında
fərqlənirdi. Əmək fəaliyyətinə Qaradağ sement zavodunda fəhləlikdən başlayan
Siyavuş Yeqanlı Pedaqoji Dillər Institutunun ingilis dili fakültəsinə daxil olur və
oranı müvəffəqiyyətlə bitirir. 1963-cü ildə «Inturist» sistemində tərcüməçi-bələdçi
kimi işləyən Siyavuş Yeqanlı tezliklə Qana və Misir Ərəb Respublikasına
tərcüməçi kimi ezamiyyətə göndərilir. Burada işlədiyi müddətdə o, yüksək
peşəkarlıq nümayiş etdirir. Turizm işini gözəl bilən və onu dərindən sevən Siyavuş
Yeqanlı 1969-cu ildə yenidən «Inturist» sistemində artıq turistlərə xidmət göstərən
ş
öbənin müdiri kimi fəaliyyətə başlayır. Bu fəaliyyəti zamanı o, turizm və
mehmanxana işinin incəliklərinə daha dərindən yiyələnir. Yüksək peşəkarlığa və
38
liderlik xüsusiyyətlərinə malik olan S.Yeqanlı tez bir zamanda 1973-cü ildə
respublikanın ən böyük mehmanxana kompleksinə - «Azərbaycan»a («Inturist»
sistemi) müdir müavini təyin olunur. Bu vəzifədə işlədiyi zaman kollektivə
rəhbərlik etmək və yüksək idarəçilik bacarığına malik olduğunu göstərir. Siyavuş
Yeqanlının təşəbbüskarlığı və səmərəli təklifləri turistlərə göstərilən xidmətin
səviyyəsini və keyfiyyətini daha da artırır.
S.Yeqanlı turistlərin qəbul və xidmət şöbəsində yeni iş jurnalı tətbiq edir. Bu
jurnalla mehmanxanaya gəlib-gedən turistlərin və həmçinin nömrələrin sayı dəqiq
və düzgün aparılır.
Moskvada nəşr olunan «Prоblеmı inоstrаnnого turizmа
B
CCCP» məcmuəsi
bu barədə yazırdı: «Azərbaycan» mehmanxanasında yeni iş jurnalı tətbiq olunub.
Bu jurnalda turistlərin qəbulu və nömrələrin hesabatı dəqiq aparılır. Jurnalda
nömrələrin bronu (sifarişi), mərtəbələr üzrə nömrələrin sayı, lüks və yarımlüks
nömrələr, qrup və fərdi turistlərin gəlib-getmə vaxtı, fərdi qonaqların soyadı və ya
təşkilatın adı və s. öz əksini tapır. Bizim fikrimizcə, mehmanxananın bu təcrübəsi
diqqəti cəlb edir.
Qeyd etmək lazımdır ki, o vaxt üçün bu sistem çox mühüm bir amil idi. Ona
görə ki, elektron qurğusu və kompüter sistemi yox idi.
1978-ci ildə S.Yeqanlı yeni istifadəyə verilən və respublikada ən yüksək
komforta malik olan «Moskva» («Inturist») mehmanxanasına müdir təyin olunur.
Siyavuş Yeqanlı o zaman SSRI-də «Inturist» sistemində ən gənc mehmanxana
müdiri idi. «Moskva» mehman-xanasında işlədiyi müddətdə o, «Inturist» sistemi
üçün milli kadrların hazırlanmasında, onların təhsil və təlimində böyük rol
oynamışdır. Işçilərin bir qismi Moskva şəhərində «Inturist»in ixtisasartırma
kurslarına, digərləri SSRI-nin müxtəlif şəhərlərinə və xarici ölkələrə təcrübə
mübadiləsinə göndərilir.
«Inturist»in peşəkar işçiləri müxtəlif Ümumittifaq və beynəlxalq
müsabiqələrdə iştirak edərək layiqli yerlər tuturdu.
Dostları ilə paylaş: |