Mövzu Mikroiqtisadiyyata giriş


Cədvəl 2.2 Təklif cədvəli



Yüklə 1,15 Mb.
səhifə12/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   8   9   10   11   12   13   14   15   ...   37
Mikroiqtisadiyyat- mühazirə

Cədvəl 2.2

Təklif cədvəli

“A” məhsulunun qiyməti (PA), manat

Ay ərzində təklifin həcmi (QS), ədəd

0

0

1

0

2

3

3

6

4

9

5

12

6

15


Deməli, təklif cədvəli hər bir qiymətlər çoxluğunda satıcıların nə qədər əmtəə satmaq istədiyini əks etdirir. Satıcıların davranışını təklif əyrisi formasında da göstərmək daha geniş yayılmışdır.

P

6 s

5

4

3

2

1 S
0 Q

3 6 9 12 15


Şəkil 2.3. Təklif əyrisi

Təklif əyrisi (SS) qiymətin hər bir səviyyəsində təklif olunan əmtəələrin miqdarmı əks etdirir. Bu halda təklifin həcminə təsir edən digər amillər dəyişməz qəbul edilir. Təklif əyrisi yüksələn xarakterlidir. Təklif əyrisi - təklifin qiymətini əks etdirir. Təklifin qiyməti satıcıların bazara müəyyən miqdarda əmtəənin təklif etməyə razı olduqları minimal qiymətdir. Təklif əyrisinin yüksələn olması təklif qanunu əks etdirir. Əmtəələrə təklifin həcmi qiymət artdıqda yüksəlir və o, aşağı düşdükdə isə azalır. Təklifin əyrisinin vəziyyəti və meyl bucağı başlıca olaraq əmtəələrin istehsalı məsrəfləri ilə təyin olunur. Firmalar əmtəələri qiymətlər onların istehsalı məsrəflərini ödəyənədək tədarük edirlər. Təklif əyrisi yüksələndir, çünki təklifin həcmini artırmaq üçün sahəyə daha çox resurs yönəldilməlidir, bu isə bütövlükdə məsrəfləri artırır.

Qeyd edək ki, təklif əyrisi satıcıların məsrəflərini təyin edən əsas amillərin dəyişməzliyi şəraitində qurulmuşdur. Təklif əyrisinin arxasında nəyin durduğunu aydınlaşdırmaq məqsədi ilə məsrəflərə təsir edən üç amilin rolunu nəzərdən keçirək. Bu amillərə istehsal əsas vəsaitləri, mövcud texnologiya və dəyişən istehsal resurslarının qiymətlərini aid etmək olar. İstənilən amildə dəyişmələr bütün qiymətlərdə təklifin həcminin dəyişməsinə və deməli, təklif əyrisinin sürüşməsinə səbəb olur. Əksər hallarda təklif əyrisi əmtəə satıcılarının mülkiyyətində olan əsas istehsal vasitələri və ya fiziki kapitalın verilmiş həcmində qurulur. Bu onunla əlaqədardır ki, belə istehsal resurslarını dəyişən şəraitə uyğunlaşdırmaq üçün müəyyən vaxt lazım gəlir. Həmin resurslar qısamüddətli dövrdə sabit, uzunmüddətli dövrdə isə dəyişə bilərlər. Bunun nəticəsində təklif həcminin dəyişməsi də qısamüddətli və uzunmüddətli dövrlərdə müxtəlif xarakterə malik ola bilər.

Texnologiya dedikdə konkret əmtəə və ya xidmət növünün məlum olan istehsal üsulları və ya metodları yığımı nəzərdə tutulur. Verilmiş həcmdə əmtəələrin istehsalı və satışının ucuzlaşmasına imkan yaradan texnologiyanın istənilən təkmilləşdirilməsi həmin əmtəəyə təklifi artıracaqdır. Başqa sözlə, texnologiyada irəliləmələr ümumi halda təklif əyrisini sağa sürüşdürür. Yeni yüksək məhsuldarlıqlı dəzgahların istifadəyə verilməsi məhsul buraxılışını artıracaqdır.

Bütövlükdə istehsal resurslarına qiymətlərin dəyişməsi istehsal məsrəflərinə təsir edir və nəticə etibarı ilə firmanın hər bir qiymətdə tədarük etmək istədiyi məhsul buraxılışı həcmini dəyişdirir. İstənilən istehsal resursunun (o cümlədən əməyin) dəyərinin dəyişməsi təklif əyrisini sürüşdürür. Əgər istənilən dəyişən istehsal amilinin qiyməti aşağı düşürsə, firmalar qiymətin bütün səviyyələrində daha çox həcmdə məhsul buraxılışı təklif etməyə səy göstərəcəklər.

Beləliklə, istənilən bazarda fiziki kapital, texnologiya və dəyişən resursların məsrəfləri təklif əyrisinin vəziyyətini təyin edən başlıca amillərdir. Bunlarla bərabər digər amillərdə əhəmiyyətli ola bilərlər. Məsələn, bəzi sahələrdə iqlim şəraiti mühüm əhəmiyyət kəsb edir. Eləcədə hökumət firmaların fəaliyyətini tənzimləməklə məsrəflərə təsir edə bilər. Belə ki, kimyəvi tullantıların çaylara atılması üzrə hökumət məhdudiyyətlər qoyduqda, firmaların məsrəfləri artır və müvafiq təklif əyrisi sola sürüşür. Beləliklə, təklif əyrisinin qurulmasında sabit qəbul olunmuş istənilən amilin dəyişməsi qiymətin bütün səviyyələrində təklifin həcmini dəyişdirir. Təklif əyrisini sola sürüşdürən bütün amillər qiymətlərin artması və həcmin azalmasını, sağa yerini dəyişən bütün amillər isə qiymətin azalması və həcmin artmasını şərtləndirir.

2.4. Tələb və təklifin qarşılıqlı əlaqəsi. Bazar müvazinətliyi.

Təhlil olunmuş tələb və təklif funksiyaları əmtəə bazarının ayrı-ayrı tərəflərini xarakterizə edir. Lakin bütövlükdə bazarın necə fəaliyyət göstərdiyini və onun nəticəsində bazar qiymətinin və alınan əmtəənin miqdarının necə təyin olunduğunu aydınlaşdırmaq məqsədilə tələb və təklifin qarşılıqlı əlaqəsini nəzərdən keçirək. Bunun necə baş verməsini göstərmək üçün tələb və təklif cədvəllərini (cədvəl 2.1, 2.2) birləşdirək.

Cədvəl 2.3




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə