Mövzu Mikroiqtisadiyyata giriş


Şəkil 2.7. Stabil müvazinətlik



Yüklə 1,15 Mb.
səhifə14/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   10   11   12   13   14   15   16   17   ...   37
Mikroiqtisadiyyat- mühazirə

Şəkil 2.7. Stabil müvazinətlik

Yeni müvazinətli vəziyyətə E1 nöqtəsində nail olunur. Əgər qiymət əvvəlki səviyyədə (P*) qalırsa, onda E1 müvazinətindən (ΔQs) artıq təklif şəkilində kənarlaşma alınır. Bu artıqlıq qiymətin aşağı düşməsi və təklifin həcminin azalmasına o vaxtadək təsir edəcək ki, E müvazinətliyinə nail olunsun. Belə müvazinətlik stabil adlanır.

Stabil müvazinətlik - elə müvazinətlik vəziyyətidir ki, ondan kənarlaşma onu yenidən həmin vəziyyətə qaytarır.

Müxtəlif amillərin təsir ilə müvazinətlik dayanaqsız olur.

Dayanaqsız müvazinətlik - elə müvazinətli vəziyyətidir ki, ondan kənarlaşma həmin vəziyyətə qaytarmır.

Dayanaqsız müvazinətlik uzunmüddətli dövrdə tələb və təklifin uyğun gəlməməsinin nəticəsidir. Beləliklə, müvazinətli qiymət tələb və təklifin azad dəyişməsi nəticəsində yaranır. Bu qiymət həm istehsalçıya, həmdə istehlakçıya informasiya verir. Müvazinətli qiymət bazar münasibətləri iştirakçılarının davranışının əlaqələndirilməsində zəruridir. Tələb və təklifin həcmlərinin dayanıqlı vəziyyətdən kənarlaşması, eləcədə qiymətlərin müvazinətli səviyyədən kənarlaşması mövcud ola bilər. Bu kənarlaşmaların xarakterindən asılı olaraq bazarların iki əsas tipi fərqləndirilir: istehlakçılar (alıcılar) bazarı və istehsalçılar (satıcılar) bazarı. İstehlakçılar bazarı təklifin tələbdən dayanıqlı yüksək olması ilə fərqlənir. Burada alıcı üstündə mübarizə gedir. İstehsalçı bazarı tələbin təklifdən dayanıqlı yüksək olması ilə xarakterizə olunur. Deməli, bir-birilə istehsalçılar deyil, istehlakçılar öz "bir parça əti" üstündə rəqabət aparırlar.

2.5. Bazarın tənzimlənməsi

Tələb və təklifin başlanğıc modeli çoxlu müxtəlif tətbiqə malikdir. Onlar içərisində bazar proseslərinin dövlət tənzimlənməsi problemi xüsusilə aktualdır. Bu və ya digər bazara dövlətin təsirinin əsas vasitələrinə vergi və subsidiyalar, qiymətlərin tənzimlənməsi (onların yuxarı və aşağı hədlərini təyini) və əmtəə bazarına müraciət edənlərin sayının tənzimlənməsi aid edilə bilər.

Bazar mexanizminin işinə dövlətin qarışmasının ən yumşaq və sivil vasitəsi vergi sayılır. Onlar bazar proseslərinin gedişi şəraitini dəyişmir və bazar subyektlərinin fəaliyyəti sərbəstliyini məhdudlaşdırmır.

Vergilər bazar müvazinətliyinə necə təsir edir? Qeyd etməliyik ki, bütün vergiləri iki böyük qrupa bölmək olar: birbaşa və doyayı. Birbaşa vergilər bilavasitə vergi ödəyicilərinin gəlirlərindən ödənilir. Dolayı vergilər bilavasitə əmtəənin qiymətinə daxil edilir və əmtəə alındıqda istehlakçı tərəfindən ödənilir.

Dolayı vergilər bazarda müvazinətliyə necə təsir edir? Tutaq ki, dövlət müəyyən əmtəəyə "T" məbləğində dolayı vergi qoymuşdur. İstehsalçılar bu vergini əmtəənin qiymətinə daxil etməlidirlər. Deməli, təklif əyrisi “T” kəmiyyətində sürüşəcəkdir. (şəkil 2.8)

ST S

D

P





PT E1 T

ST K E E

P* D

PT-T X B



S

QT Q* Q




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə