Mövzu Mikroiqtisadiyyata giriş


Elastiklik haqqında ümumi anlayış



Yüklə 1,15 Mb.
səhifə18/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   14   15   16   17   18   19   20   21   ...   37
Mikroiqtisadiyyat- mühazirə

3.1. Elastiklik haqqında ümumi anlayış.

3.2. Tələbin qiymətə görə elastikliyi, onun növləri.

3.3. Tələbin elastikliyi və satıcıların gəlirləri.

3.4. Tələbin gəlirə görə elastikliyi.

3.5. Təklifin qiymətə görə elastikliyi.

3.6. Qısamüddətli və uzunmüddətli dövrlərdə tələb və təklif.
3.1. Elastiklik haqqında ümumi anlayış.

Bir kəmiyyətin o birinin dəyişməsinə reaksiyasının ölçüsü elastiklik adlanır. Elastiklik - tələb və təklifin müxtəlif amillərə həssaslıq dərəcəsidir.

İqtisadi hesablamaların aparılması, xüsusilə istehsalçılar və istehlakçılar üçün mühüm olan müxtəlif proqnozlaşdırma proseslərində tez-tez nəinki tələb və təklif funksiyasının ümumi görünüşünü təyin etmək, eləcədə hər bir konkret halda onların ölçüsünə müvafiq amillərin dəyişməsinin necə reaksiya verməsi, başqa sözlə, onun cavab dəyişməsi nə qədər əhəmiyyətli olmasını bilmək vacibdir. Məlumdur ki, istənilən modelin qurulmasının məqsədi iqtisadi dəyişənlər arasında qarşılıqlı əlaqələrin təsviri, yəni hər hansı amilin dəyişməsinin digər iqtisadi dəyişənlərə təsirini aydınlaşdırmaq və onu əvvəlcədən görməkdir. Burada tədqiq olunan iqtisadi göstəricinin onu təyin edən amillərin dəyişməsinə nə qədər həssas olmasını müəyyən etmək mühüm əhəmiyyətə malikdir. Aydındır ki, bu məqsəd üçün həmişə mütləq dəyişmələri (artımları) müqayisə etmək kifayət deyildir. Qiymətin dəyişməsi ilə tələbin həcminin necə dəyişməsi sualına nə orta, nə də mütləq dəyişmə sürətləri cavab vermir. Qeyd edək ki, tələb olunan Q əmtəələrin miqdarının kəmiyyəti Q0-dan Q1 -dək dəyişdikdə Q = Q1 - Q0 mütləq dəyişmə (artım) adlanır.

Birincisi, mütləq dəyişmə tamamilə işin mahiyyətinə aid olmayan səbəblərdən, məsələn, əmtəənin həcmi və qiymətinin ölçü vahidinin seçilməsindən asılı ola bilər. İkincisi, artımlar müxtəlif əmtəələrə aid olduqda, ölçü vahidləri uyğun olmadığına görə belə nisbətləri müqayisə etmək olmaz. Üçüncüsü, daha əhəmiyyətlisi odur ki, müxtəlif əmtəələr və müxtəlif şəraitlərdə bu və digər mütləq dəyişmə tamamilə müxtəlif mahiyyətə malik ola bilər. Məsələn, qiymətin 100 manat artması kompüter və atom sualtı qayıqları üçün müxtəlif əhəmiyyətə malikdir. Həmin dəyişmənin nə qədər əhəmiyyətli olması əmtəənin miqdarı və ya qiymətin ilk kəmiyyətlərinin ölçüsündən asılıdır. Ona görə də kəmiyyətlərin müqayisəsində mütləq dəyişmələrdən nisbi dəyişmələrə, yəni Q-dən -yə keçmək zəruridir. Deməli, hər hansı kəmiyyətin artım sürəti (faizlə dəyişməsi) həmin kəmiyyətin faizlə artımının onun başlanğıc ölçüsünə nisbəti ilə ölçülür:



Nisbi göstəriciyə keçilməsində: ölçü vahidi və miqyas öz əhəmiyyətini itirir; müxtəlif əmtəələrin müqayisə edilməsi nisbi dəyişmələrin ölçü vahidinin olmaması ilə təmin edilir; belə dəyişmələrin əhəmiyyətlilik dərəcəsini alınmış nisbi kəmiyyətlərin nisbətlərindən asılı olaraq təyin etmək mümkündür.

Beləliklə, bir amilin o birinin davranışına görə həssaslığını nəinki yalnız mütləq, eləcədə onların hər ikisinin nisbi dəyişməsinə görə təyin etmək daha əlverişlidir.

3.2. Tələbin qiymətə görə elastikliyi, onun növləri

Firmalar istehsal həcmi və quruluşunu planlaşdırdıqda onun məhsuluna tələbin nədən asılı olduğunu bilməsi mühüm əhəmiyyətə malikdir. Bütün hallarda yalnız dəyişmənin istiqamətini bilmək kifayət deyildir. Əsasən bu dəyişmənin kəmiyyətini müəyyən etmək zəruridir. Elastiklik anlayışı bazara adaptasiya prosesində tələb və təklifi təyin edən əsas amillərin istifadəsinin daha dərindən öyrənilməsinə imkan verir. İlk növbədə tələbin elastikliyini nəzərdən keçirək. Məlumdur ki, tələbə təsir edən başlıca amil əmtəənin qiymətidir. Tələbin qiymətə görə elastikliyi tələbin həcminə təsir edən digər amillərin dəyişmədiyi halda, əmtəənin qiymətinin bir faiz dəyişməsi ilə ona tələbin ölçünün faizlə dəyişməsini əks etdirir.

Qiymətə görə tələbin elastikliyi nə qədər yüksək olarsa, tələbin həcmi o qədər qiymətin dəyişməsinə həssasdır və ya tələb o qədər elastikdir. Qiymət və ya miqdarın dəyişməsinin əhəmiyyətliliyinin ölçülməsində qiymət və ya miqdarın faizlə dəyişməsi istifadə edildikdə, tələbin qiymətə görə elastikliyi tələb həcminin qiymətin dəyişməsinə həssaslılığının nisbi göstəricisidir.

Tələbin qiymətə görə elastikliyi (və ya sadəcə olaraq tələbin qiymət elastikliyi):

Tələbin qiymətə = tələbin həcminin faizlə dəyişməsi


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə