Mövzu Mikroiqtisadiyyata giriş



Yüklə 1,15 Mb.
səhifə19/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   15   16   17   18   19   20   21   22   ...   37
Mikroiqtisadiyyat- mühazirə

görə elastikliyi qiymətin faizlə dəyişməsi

və ya (3.1)

burada - tələbin həcminin faizlə dəyişməsi; - qiymətin faizlə dəyişməsi.

(3.1) düsturundan aydın olur ki, elastiklik göstəricisi yalnız qiymət və həcminin artımlarının nisbətlərindən deyil, eləcədə onların faktiki qiymətlərindən asılıdır. Elastiklik təyin edildikdə dəyişmə faizini ölçmək üçün nəzərdən keçirilən kəmiyyətlərin əvvəlki, sonrakı və ya orta qiymətlərindən istifadə edilə bilər.

Tutaq ki, futbol biletinin qiyməti P0=22,50 manatdan P1=20,00 manatadək azalmış və tələbin həcmi isə Q0=10 min yerdən Q1=20 min yerədək artmışdır. Onda:

Tələb həcminin faizlə dəyişməsi =

Qiymətin faizlə dəyişməsi =

Deməli, futbol biletinin qiyməti 22,50 manat olduqda:

Tələbin qiymətə görə elastikliyi

Şərti misalda tələbin elastikliyi hesablanaraq cədvəl 3.1-də verilmişdir.

Cədvəl 3.1

Tələb cədvəli və tələbin elastikliyi



Qiymət, manat

Tələbin həcmi, min ədəd

Tələbin qiymətə görə elastikliyi (ED)

22,50

10

9,00

20,00

20

4,00

15,00

40

1,50

12,50

50

1,00

10,00

60

0,67

5,00

80

0,25

2,50

90

0,17

1,00

96

0,04

Tələb əyrisi azalan xarakterli olduğuna görə (3.1) düsturunda kəsrin sürəti və məxrəci bir-birinə əks işarəyə malikdirlər, yəni qiymət yuxarıya qalxdıqda tələbin həcmi azalır. Deməli, həqiqətdə tələbin həcmi və qiymətin faizlə dəyişməsi mənfidir. Ona görə də təhlil məqsədləri üçün elastiklik əmsalının mütləq qiymətindən və ya sadəcə olaraq onun modulundan /e/ istifadə olunur. Cədvəl 3.1- dən görünür ki, tələbin elastikliyi yuxarı qiymətlərdə yüksək, kiçik qiymətlərdə isə aşağı olur.

Tələbin qiymətə görə elastikliyinin müxtəlif halları mövcud ola bilər.


P
Q

Şəkil 3.1. Qiymətə görə elastikliyi müxtəlif olan tələblər


3.1. qrafikində elastikliyin 5 halı mövcuddur:


~
1. /ε/ = 0. Tələb əyrisi şaqulidir. Bu o deməkdir ki, tələb qiymətə tamamilə qeyri-həssasdır. Satıcı qiyməti necə dəyişməsindən asılı olmadan tələbin həcmi sabit qalacaqdır. Belə tələb mütləq qeyri-elastiki adlanır.

2. /ε/~ ∞. Tələb əyrisi üfüqi yerləşmişdir. Bu halda qiymətin istənilən az artırılması tələbin sıfıradək azalmasına səbəb olur, qiymətin bir az aşağı salınması isə tələbi sonsuzluğa qədər artıra bilər. Deməli, tələb qiymətin dəyişməsinə tamamilə həssasdır, ona görə də o, mütləq elastiklik adlanır.

3. /ε/ = 1. Əmtəənin qiymətinin 1% artması (azalması) ilə tələb 1% azalır (artır). Belə tələb fərdi elastiki adlanır.

4. E > 1. Tələb elastikidir: əmtəənin qiymətinin bir faiz artması (azalması) tələbin həcminin bir faizdən çox azalmasına (artmasına) səbəb olur. Deməli, bu halda satıcılara qiyməti azaltmaq, alıcılara isə onu artırmaq əlverişlidir.

5. E<1. Tələb qeyri-elastikdir: əmtəənin qiyməti bir faiz artdıqda (azaldıqda) tələbin həcmi bir faizdən az azalır (artır). Deməli, tələb qeyri-elastiki olduqda satıcılara qiyməti artırmaq, alıcılara isə qiyməti aşağı salmaq əlverişlidir.

Bəs tələbin elastikliyi hansı amillərdən asılıdır? Qeyd edək ki, tələbin elastikliyinə təsir edən amillərdən biri əmtəənin əvəzedicilərinin olmasıdır. Əmtəənin əvəzediciləri nə qədər çox olarsa və onların faydalı xassələri nə qədər yaxın olarsa, bu əmtəəyə tələbin elastikliyi bir o qədər yüksək olacaqdır. Məsələn, duz qeyri-elastik əmtəədir, çünki onun heç bir əvəzedicisi yoxdur. Şampun isə elastik əmtəədir. Onun bir markasının qiyməti yüksəldikcə, alıcılar öz tələblərini digər markalara yönəldirlər .




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə