Mövzu Mikroiqtisadiyyata giriş


İqtisadiyyatda seçim və məhdudiyyət



Yüklə 1,15 Mb.
səhifə2/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   2   3   4   5   6   7   8   9   ...   37
Mikroiqtisadiyyat- mühazirə

1.2. İqtisadiyyatda seçim və məhdudiyyət.

Bir tərəfdən, iqtisadi subyektlərdə müəyyən iqtisadi fəaliyyətlər yerinə yetirmək imkanları olduqda, digər tərəfdən isə həmin fəaliyyətlərin müxtəlif variantları mövcud olduğu halda, iqtisadi qərarların qəbul edilməsi zəruriliyi yaranır. İqtisadi fəaliyyətlərin müxtəlif variantları hökmən bir-birini qarşılıqlı istisna edən və ya alternativ olmalıdırlar. Deməli, iqtisadi qərarların qəbulu problemi mahiyyətcə iqtisadi fəaliyyətlərin alternativ variantlarından birinin seçilməsi problemidir.

Bəs nə vaxt seçim zəruri olur?

Yuxarıda qeyd edildiyi kimi, iqtisadi fəaliyyətlər müvafiq tələbatın təyinindən başlanır. Aydındır ki, bizim tələbatımız qeyri-məhduddur. Tələbatın nisbi və vaxt daxilində ödənilməsi onların gələcəkdə bərpası, genişlənməsi, mürəkkəbləşməsi və dərinləşməsini nəzərdə tutur. Ona görə də belə vəziyyət həmişə daimi olur. Digər tərəfdən, tələbatın ödənilmə vəsaitləri (resurs və texnologiya) praktiki olaraq məhduddur. Bu məhdudiyyət müxtəlif ola bilər.

İlk növbədə, müxtəlif nemətlərin miqdarının nisbətlərinin təbii qeyri-bərabərliyi mövcuddur. Eyni zamanda insanların yaratdıqları nemətlərdə məhduddur.

Ona görə də nemətlərin ehtiyatlarını bərpa imkanlarından asılı olaraq təkrar istehsal olunan və olunmayan növlərə bölmək olar. Beləliklə, müxtəlif nemətlərin ehtiyatlarının həcmi və bərpa dərəcəsi onların bir birinə nisbətən məhdudluğunu xarakterizə edir. Vəsaitlərin məhdudluğu halında tələbatları çox cəhətliliyi onların hamısının tam ödənilməsinə səbəb olur. Deməli, istənilən iqtisadi fəaliyyət faktiki olaraq həmin anda mümkün olan ödəniləcək tələbatın seçilməsini əks etdirir.

Alternativ tələbatların ödənilməsində vəsaitlərin məhdudluğu istənilən iqtisadi fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar xərclər nəzərə alındıqda daha çox hiss olunur. İqtisadi fəaliyyət məsrəflərinə informasiyanın alınması, qərarların qəbulu, həmin fəaliyyətlərin təmin edilməsi şəraiti ilə bağlı xərclər daxildir. Müxtəlif institusional sistemlərdə iqtisadi fəaliyyətin məsrəfləri müxtəlif formalar ala bilər. Əlbəttə, əksər hallarda seçimin ikidən çox imkanları mövcuddur. Bu vəziyyətdə səmərəli fəaliyyət göstərən iqtisadi subyekt hər bir alternativ variant üzrə həmin resursların istifadəsindən alınan faydanı qiymətləndirərək, ən yüksək fayda alınan variantı seçir. Deməli, alternativ məsrəflər - realizə olunmamış imkanların ən yaxşısından alınan faydadır. Alternativ məsrəflərin adi istehsal məsrəflərindən fərqi aşağıdakı kimi təsvir oluna bilər:





Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə