Mövzu Mikroiqtisadiyyata giriş


Müəyyən əmtəənin istifadə imkanları nə qədər çox müxtəlif olarsa, ona tələbin elastikliyi bir o qədər yüksək olacaqdır



Yüklə 1,15 Mb.
səhifə20/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   16   17   18   19   20   21   22   23   ...   37
Mikroiqtisadiyyat- mühazirə

Müəyyən əmtəənin istifadə imkanları nə qədər çox müxtəlif olarsa, ona tələbin elastikliyi bir o qədər yüksək olacaqdır.

Məsələn, çörək bişirilən sobalara tələb qeyri-elastikdir. Çünki onun qiymətinin artmasına baxmayaraq, zavod yenidən qurulduqda həmin soba alınmalıdır, əks halda zavod dayanacaqdır. Onun əksinə olaraq universal avadanlıqlara tələb qiymətə görə elastikdir.



Əmtəə tərəfindən ödənilən tələbat nə qədər zəruri olarsa, həmin əmtəəyə tələbin elastikliyi bir o qədər kiçik olacaqdır. Məsələn, çörəyə tələb turist putyovkasına nisbətən daha az elastikliyə malikdir.

Əmtəənin əldə edilməsi nə qədər məhdud olarsa, həmin əmtəəyə tələbin elastikliyi bir o qədər kiçik olacaqdır. Belə vəziyyət defisit halı üçün xarakterikdir. Defisit istehlakçı üçün seçimin məhdudlaşdırılması deməkdir. O, "nə verirlər onu götür" prinsipi ilə xarakterizə olunur, burada artıq qiymət haqqında düşünülmür, əmtəənin əldə edilməsi başlıca amilə çevrilir. Mahiyyətcə "növbə effekti" də ona yaxındır.

Əmtəəyə tələb vaxt keçdikcə daha elastiki olur. Məsələn, elektrik enerjisinin qiymətinin kəskin artırılması həmin an istehlakçılar tərəfindən tələbin ona müvafiq ixtisarına səbəb olmur. Çünki onlara yeni enerji qənaətedici avadanlıqları almaq üçün vaxt lazımdır. Yalnız həmin halda onların elektrik enerjisinə tələbləri daha elastiki olacaqdır. Məlumdur ki, əmtəəyə tələbin həcminə nəinki yalnız onun özünün qiyməti, eləcədə digər əmtəələrin qiyməti və istehlakçıların gəlirləri təsir göstərir. Tələbin həcminin bu təsirlərə həssaslığı da elastikliyin köməyi ilə ölçülür. Əmtəəyə tələbin həcmi əvəzedici əmtəələrin qiymətlərinin yüksəlməsi ilə artır və tamamlayıcı əmtəələrin qiymətlərinin artması ilə aşağı düşür. Məsələn, balığa tələbin həcmi ətin qiymətinin yüksəlməsi ilə artır, eyni zamanda benzinin qiyməti artdıqda maşınlara tələbin həcmi azalır.

Tələbin qiymətə görə çarpaz elastikliyi digər əmtəənin qiymətinin 1% artdığı halda, hər hansı əmtəəyə tələbin həcminin faizlə dəyişməsidir.

Əmtəəyə (məsələn, balığa) tələbin (i) dolayı elastikliyi digər əmtəənin (j) qiymətinə (məsələn, ət) görə aşağıdakı kimi hesablanır:

“ i ” əmtəəsinə tələbin həcminin faizlə dəyişməsi



Çarpaz elastiklik = (3.2)

“ j ” əmtəəsinin qiymətinin faizlə dəyişməsi

Çarpaz elastiklik bir əmtəənin (j) qiymətinin və digər əmtəəyə (i) tələbin həcminin dəyişməsi arasında əlaqəni əks etdirir.

Qarşılıqlı tamamlanan və qarşılıqlı əvəz olunan əmtəələr çarpaz elastiklik terminində ifadə oluna bilər.

Əmtəələr arasında çarpaz elastiklik müsbət olduqda, onlar qarşılıqlı əvəz olunandır. Əmtəələr arasında çarpaz elastiklik mənfi olduqda, onlar qarşılıqlı tamamlanandır.

İstənilən əmtəə cütləri arasında qiymətə görə müsbət çarpaz elastiklik nə qədər yüksək olarsa, alıcılar daha çox asanlıqla bir əmtəəni digər ilə əvəz edirlər.

Əgər istənilən iki əmtəənin tələbinin çarpaz elastiklik əmsalı sıfıra bərabərdirsə, deməli, həmin əmtəələrin istehlakı bir-birindən asılı deyildir, yəni müstəqildir. Əgər tələbin çarpaz elastiklik əmsalı sıfırdan əhəmiyyətli fərqlənirsə əmtəələr istehlakı qarşılıqlı əlaqəlidir, çünki birinə tələbin həcmi digərinin qiymətinin dəyişməsinə reaksiya verir.

3.3. Tələbin elastikliyi və satıcıların gəlirlər
İqtisadi qərarların qəbul edilməsində ortaya çıxan mühüm problem satıcının gəlirinin həmin əmtəənin qiymətinin dəyişməsi ilə əlaqədar olaraq dəyişməsidir.

Aydındır ki, bu bazar bağlaşmaları iştirakçılarının həyatı maraqlarına bir başa təsir edir. Xüsusilə tələbin qiymət elastikliyindən asılı olaraq qabaqcadan mədaxilin artıb və azalmasının istiqamətin təyin etmək mühüm əhəmiyyət kəsb edir.

İstehlakçıların xərclərinin ümumi məbləği istehsalçıları əldə etdikləri gəlirə bərabər olur.

Xərclərin ümumi məbləği = Qiymət x tələbin həcmi (3.3)

Yuxarıda istifadə etdiyimiz şərti misala uyğun olaraq xərclərin ümumi məbləği hesablanılaraq 3.2 cədvəlində verilmişdir.

Cədvəl 3.2

Tələbin qiymətə görə elastikliyi və xərclərin ümumi məbləği


Qiymət, manat

Tələbin həcmi, min ədəd

Tələbin qiymətə görə elastikliyi /εD /

Xərclərin ümumi məbləği, min manat

22,50

10

9,00

225

20,00

20

4,00

400

15,00

40

1,50

600

12,50

50

1,00

625

10,00

60

0,67

600

5,00

80

0,25

400

2,50

90

0,17

225

1,00

96

0,04

96

0,00

100

0,00

0

Cədvəlin məlumatları göstərir ki, xərclərin ümumi məbləği əvvəl artır, sonradan isə qiymətin aşağı düşməsi ilə azalır. 3.3 düsturu qiymətin dəyişməsinin məcmu xərclərin ölçüsünə təsirinin iki nəticəsini əks etdirir. Qiymət aşağı düşdükcə, düsturun birinci həddi azalaraq, xərclərin ümumi məbləğini azaltmağa səy göstərir. Lakin qiymətin aşağı düşməsi ilə tələbin həcmi artaraq, məcmu xərcləri yüksəltməyə səy göstərir. Həqiqətdə xərclərin ümumi məbləğinin artması və ya azalması tələb həcminin artmasının daha kiçik qiymətin təsirinin kompensasiya etməsindən asılıdır.

3.2 cədvəlinin məlumatları aşağıdakı mühüm ümumi nəticəni nümayiş etdirir:


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə