Mövzu Mikroiqtisadiyyata giriş


Fərdi və bazar tələb əyriləri



Yüklə 1,15 Mb.
səhifə23/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   19   20   21   22   23   24   25   26   ...   37
Mikroiqtisadiyyat- mühazirə

4.1. Fərdi və bazar tələb əyriləri

4.2. Azalan son faydalılıq və tələb əyriləri

4.3. Büdcə xətti və təfavütsüzlük əyriləri

4.4. Gəlir və əvəzetmə səmərələri. İstehlakçı artıqlığı
4.1. Fərdi və bazar tələb əyriləri

Fərdi istehlakçılar və ev təsərrüfatları xərclər haqqında qərar qəbul edərək, istənilən əmtəə və ya xidmət növlərinə tələbin həcmini müəyyən edir. Lakin qiymət və uyğun olaraq alış - satışın həcmini fərdi tələb əyrisi deyil, bazar tələb əyrisi (təklif əyrisi ilə birlikdə) təyin edir.

Bazar tələb cədvəli bütün fərdi alıcıların tələb cədvəlləri ilə əlaqədardır. Müvafiq sorğu aparmaqla hər bir alıcının fərdi tələb əyrisini qurmaq olar.

Bazar tələb cədvəli qiymətin hər bir kəmiyyətində və tələbə təsir edən digər amillərin dəyişməzliyi şəraitində məcmu tələbin həcmini əks etdirir və qiymətin hər bir kəmiyyətində bütün alıcıların tələbinin həcminin toplanması yolu ilə müəyyən olunur. Başqa sözlə, bazar tələb cədvəli fərdi alıcıların fərdi tələb cədvəllərinin toplanması yolu ilə müəyyən olunur.

Bazar tələb əyrisi bütün alıcıların fərdi tələb əyrilərini üfüqi toplamaqla əldə edilir. Şəkil 4.1-də bazar tələb əyrisinin qurulması prosesi verilmişdir.



1-ci istehlakçı 2-ci istehlaka


Şəkil 4.1. Fərdi və bazar tələb əyriləri.

Məsələn, qiymət 5 manat olduqda, 1- ci istehlakçının tələbi 11 vahid, 2-cinin tələbi isə 13 vahid təşkil edir. Fərdi tələb əyrilərini üfüqi toplasaq, bazar tələbi 24 vahidə bərabər olacaqdır. Qeyd edək ki, fərdi tələbə müvafiq olaraq bazar tələbinin amillərinə istehlakçının üstünlükləri, onların gəlirləri, həmin əmtəənin qiy- məti, əvəz edici əmtəələr və tamamlayıcı nemətlərin qiymətləri, həmin əmtəənin istehlakçılarının sayı daxildir. Həmin amillərə öz növbəsində əhalinin ümumi sayı, onların yaş tərkibi, demoqrafik və digər qruplar arasında gəlirlərin bölüşdürülməsi, istehlakın xarici şərtləri, reklam və i.a. təsir edir.


4.2. Azalan son faydalılıq və tələb əyriləri
Qərb iqtisadçıları hesab edirlər ki, fərdi istehlakçıların davranışı onların tələbatlarının necə ödənilməsindən, bu və ya digər əmtəənin hansı faydalılıq gətirməsindən asılıdır.

Faydalılıq əmtəə və ya xidmətlərin istehlakından tələbatın ödənilməsinə deyilir. Ümumi və son faydalılıq fərqləndirilir.

Müəyyən əmtəə və ya xidmətlərin toplusunun istehlakından alınmış ödənilmə ümumi faydalılıq adlanır. İstənilən nemətlərin əlavə vahidinin istehlakı nəticəsində əldə edilən ümumi faydalılığın artımına son faydalılıq deyilir.

Fərz edək ki, qiyməti P1=1 və P2=2 manat olan "A" və "B" nemətləri mövcuddur. Onların ümumi və son faydalılıqlarını hesablayaraq 4.1. cədvəlində verək.



Cədvəl 4.1

Ümumi və son faydalılıq

«A» məhsulunun faydalılığı

«B» məhsulunun faydalılığı

Miqdarı,

QA

Ümumi faydalılığı

Son faydalılığı, (MUA)

1 manata, MUA

Miqdarı, Qb

Ümumi faydalılığı

Son faydalılığı (MUB)

1 manata, MUB

0

0




14

12

10

8

7

6

5

4


14

12

10

8

7

6

5

4

0

0




30

20

18

16

14

13

12

11


15

10

9

8

7

6,5

6

5,5

1

14

1

30

2

26

2

50

3

36

3

68

4

44

4

84

5

51

5

98

6

57

6

111

7

62

7

123

8

66

8

134

Deməli, istehlakçı nə qədər çox "A" məhsulu istehlak edərsə, onun ümumi faydalılığının ölçüsü bir o qədər böyük olacaqdır. Ona görə də ümumi faydalılıq əyrisi artan xarakterlidir (şəkil 4.2. a). Hər bir sonrakı "A" məhsulunun son faydalılığı isə əvvəlkindən kiçikdir. Ona görə də son faydalılıq əyrisi azalan xarakterlidir (şəkil 4.2. b).





1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8

a) ümumi faydalılıq b) son faydalılıq

Şəkil 4.2. Ümumi və son faydalılıq


Əgər hər bir sonrakı nemət vahidi ümumi faydalılığa əvvəlkinə nisbətən daha az fayda əlavə edirsə, istehlakçı azalan faydalılıq əldə edir. Bu bütün əmtəələrə aiddir və azalan faydalılıq qanunu adlanır.

Qeyd edək ki, hər bir istehlakçı bütün əmtəə və xidmətlərə tələbin həcmini elə seçir ki, onun sərəncamında olan gəlirlə şərtlənən məhdudiyyət daxilində öz faydalılığını maksimallaşdıra bilsin. Qeyd etmək lazımdır ki, iki mövcud nemət arasında gəlirlərin optimal bölüşdürülməsi şərti:



MUx / Px = MUy / Py (4.1)

Burada, MUx MUy - uyğun olaraq x və y nemətlərinin son faydalılığı;



Px Py - uyğun olaraq x və y nemətlərin qiymətləri.

Bütün nemətlər üçün son faydalılığın qiymətə nisbəti eyni olduğu halda, istehlakçı büdcə məhdudiyyətini təmin edən istehlak toplusu seçmək yolu ilə faydalılığı maksimallaşdırır.

Təklif olunan istehlak davranışı modeli istehlakçının gəlirləri, onun üstünlükləri və qiymətlər haqqında informasiya əsasında fərdi tələb əyrisini almağa imkan verir. Qeyd etməliyik ki, gəlirin məhdudluğu halında faydalılıqdan daha tam ödənilmə əldə etməkdə ümumi deyil, son faydalılıq mühüm əhəmiyyətə malikdir.

Deməli, xərclərin son faydalılıqla təyin edilməsi haqqında nəticə, bizi inandırır ki, nə üçün həyatı lazım olan nemət (məsələn, su), əksər hallarda yalnız baxmaq üçün olan nemətə (məsələn, almaz) nisbətən ucuz olur. 4.1 düsturuna müvafiq olan şəraitdə alternativ fəaliyyətlərdən əldə olunan son faydaların müqayisəsi nəticəsində insanlar daha yaxşı seçim edirlər, yəni mənfəətin maksimallaşdırılması, məsrəflərin minimallaşdırılması və ya indiki halda, faydalılığın maksimallaşdırılmasına nail olurlar.

Deməli, 4.1 düsturunu aşağıdakı kimi yazmaq olar:

MUx/MUy = Px / Py (4.2)

Bu tənlik fərdi istehlakçının tələbinin müvazinətliyi tənliyidir. 4.2 tənliyi universal xarakterli olub, ev təsərrüfatlarının gəlirlərindən asılı deyildir. Təbii ki, əmtəənin hər bir müvazinətli qiymətində varlılar onu çox, aztəminatlılar isə az ala bilərlər. İstənilən halda, əgər "x" əmtəəsinin qiyməti "y" əmtəəsinin qiymətindən 2 dəfə yüksəkdirsə, onda həm kasıblar, həmdə varlılar üçün MUx / MUy 2-yə bərabər olmalıdır (sadəcə olaraq bu bərabərlik kasıblara nisbətən varlılar üçün çox miqdarda "x" və "y" əmtəələrinin istehlakı nəticəsində baş verir).

Büdcə məhdudiyyətini ödəyən ümumi faydalılığı maksimallaşdırmaq üçün istənilən nemətlər cütlüyün son faydalılıqlarının nisbətləri onların qiymətlərinin nisbətlərinə bərabər olmalıdır.

Deməli, nemətlər cütlüyünün qiymətlərinin nisbətləri dəyişmədiyi haladək, büdcə məhdudiyyətində sürüşmə baş vermir və seçim olduğu kimi qalır. Buradan aşağıdakı ümumi prinsip meydana çıxır.

Bütün qiymətlər və gəlirlərin eyni nisbətdə dəyişməsi bütün nemətlərə istehlak tələblərini dəyişməz saxlayır. İqtisadçılar bu problemin mahiyyətini ifadə edərək, yalnız nisbi qiymətlər və real gəlirlər istehlak davranışlarının qəbul edilməsində mühüm əhəmiyyət kəsb etdiyini təsdiq edirlər. Əgər bizə gəlirlərin qiymətlərə nisbətləri məlumdursa, hər bir nemət üzrə tələbin ölçüsünü kəmiyyətcə hesablaya bilərik.

4.3. Büdcə xətti və təfavütsüzlük əyriləri.


Tutaq ki, gənc istehlakçının həftədə 12 manat gəliri mövcuddur. O, həmin gəliri "A" və "B" əmtəələri arasında bölüşdürə bilər, hər ikisi onun üçün faydalıdır. "A" və "B" əmtəələrindən nə qədər almağa qərar verdikdə, o, gəlirinin 12 manat olduğunu nəzərə almalıdır. Gəlir və almaq istədiyi əmtəələr və xidmətlər onun büdcə məhdudiyyətini formalaşdırır. Büdcə məhdudiyyəti istehlakçının öz gəlirinə almaq istədiyi nemətlər kombinasiyasının seçilməsini şərtləndirir.

Cədvəl 4.2

Alternativ mümkün olan istehlak cütləri.

"A" məhsulu

"B" məhsulu

Ümumi xərclərin

Miqdarı,

QA

Xərclər, QA x

1 manat


Miqdarı,

QB

Xərclər, QB x

2 manat


məbləği, manat

0

0

6

12

12

4

4

4

8

12

8

8

2

4

12

12

12

0

0

12



K· Büdcə

məhdudiyyəti



X

14

12



10

8

6



4

2

0





A

B

C



D





1 2 3 4 5 6 7 8 9 10 11 X1


Şəkil 4.3. İstehlakçının büdcə məhdudiyyəti.

Ən sadə halda büdcə məhdudiyyəti düz xətdir.

Onda P1 X1 + P2 X2 = 1 (4.3)

Büdcə məhdudiyyəti xətti üzərindəki nöqtələrdə nemətlər toplusuna ayrılmış gəlir (I) tam xərclənir. Büdcə xətti koordinat oxlarını X1 və X2 nemətlərinin maksimal miqdarlarında kəsir:

X1 = 1/P1 və X2 = 1/P2 Büdcə xəttinin meyli P1/P2 qiymətlərinin nisbətlərinə bərabərdir. Büdcə xətti daxilində bütün nöqtələr nail oluna bilən, xaricində isə nail oluna bilməyəndirlər.

Ev təsərrüfatlarının gəlirlərinin azalmasında, əmtəələrə qiymətlər dəyişməz qaldığı halda büdcə xətti aşağıya paralel sürüşür. Müvafiq olaraq ev təsərrüfatlarının gəlirləri artırsa, büdcə xətti yuxarıya paralel sürüşür.

Əmtəənin qiymətinin artması büdcə xəttini daxilə, qiymətin azalması isə onu kənara çevirir. Hər iki halda qiyməti dəyişməyən nemətin maksimal miqdarı sabit qalır.

İstehlak olunan nemətlərdən birinin qiymətinin dəyişməsi (məsələn, P1) büdcə məhdudiyyəti xəttinin qarşı tərəfdə koordinat oxunun kəsişdiyi nöqtə ətrafında çevrilməsinə səbəb olur.

Qiymətin dəyişməsi nəticəsində optimal toplunu əks etdirən yeni istehlakçı müvazinətliyi nöqtələri yaranır.
X2


I/p2


X1

I/Pı3 I/Pı2 I/Pı1


Şəkil 4.4. “Qiymət – istehlak” xətti.

İstehlakçı müvazinətliyinin bütün nöqtələrini birləşdirən əyriyə “qiymət – istehlak” əyrisi deyilir.

Qeyd edək ki, əksər hallarda tələb funksiyasını bir amildən (qiymət, gəlir və i.a.) asılı, digər amilləri isə ftksə edilmiş hesab edirlər. Əgər tələb funksiyasını alınan nemətlərin həcmini yalnız onun qiymətindən asılı nəzərdən keçirilirsə, onda bütün qalan amillərin dəyişməsi müvazinətlik nöqtəsinin tələb əyrisi boyunca hərəkətinə deyil, yalnız tələb əyrisinin özünün müvafiq sürüşməsinə səbəb olur. Məsələn, gəlirin dəyişməsi büdcə xəttinin paralel sürüşməsinə səbəb olur, çünki bu halda qiymətlərin nisbəti P1/P2 dəyişmir.

x2



Şəkil 4.5. “Gəlir – istehlak” əyrisi vasitəsilə Engel əyrisinin qurulması

Gəlirin dəyişməsi nəticəsində optimal toplunu əks etdirən yeni müvazinətlik nöqtələri almır. Deməli, (X1 X2) müstəvisindəki bütün müvazinətlik nöqtələrindən keçən, gəlirin müxtəlif ölçülərinə uyğun olan əyri "gəlir-istehlak" xətti adlanır. "Gəlir-istehlak" xətti Engel əyrisinin qurulmasında istifadə edilə bilər. Engel əyrisi istehlakçının aldığı nemətlərin miqdarının onun gəlirinin ölçüsü ilə əlaqəsini əks etdirir.

Büdcə xətti ev təsərrüfatlarının malik olduqları gəlir və əmtəələrin qərarlaşmış qiymətlərində nəyi ala biləcəklərini əks etdirir. Lakin biz ev təsərrüfatlarının tələbini öyrəndikcə nəinki onların nəyi ala bilmələrini, eləcədə onların nəyi almaq istədiklərini müəyyən etməliyik.

Bu və ya digər miqdar əmtəənin əldə edilməsi istəyi alıcının ona üstünlük verməsini əks etdirir. Bu prosesin təhlili bazar iqtisadiyyatında təfavütsüzlük əyriləri vasitəsi ilə aparılır.



Təfavütsüzlük əyriləri çoxlu istehlak cütlərini əks etdirir, onlar arasında seçim istehlakçı üçün təfavüt etmir. Başqa sözlə, təfavütsüzlük əyrisindəki bütün istehlak cütləri eyni faydalılıq səviyyəsini təmin edirlər.

X2


0 X1

Şəkil 4.6. Təfavütsüzlük əyriləri

U1 əyrisi təfavütsüzlük əyrisi olub, onun üzərindəki B, C nemətlər cütləri arasında seçim istehlakçı üçün təfavüt etmir. Çünki onlar A nöqtəsində ki, kombinasiyada mövcud olan səviyyədə faydalılığı təmin edir. Digər U2 - təfavütsüzlük əyrisi daha yüksək səviyyədə faydalılığa müvafiqdir.

Təfavütsüzlük əyrilərinin qurulmasına istehlak zövqləri və ya üstünlüklərinin dörd formalaşdırma prinsipləri uyğundur. Birincisi, təfavütsüzlük əyrilərinin hər biri konkret faydalılıq səviyyəsinə müvafiq olduğuna görə onlar kəsişə bilməz. İkincisi, yüksəkdə yerləşən təfavütsüzlük əyriləri daha yüksək faydalılıq səviyyəsini əks etdirir. Üçüncüsü, təfavütsüzlük əyriləri mənfi meyllidir. Dördüncüsü, soldan sağa hərəkət etdikcə təfavütsüzlük əyrisi düzlənməyə tərəf yönəlir. Bu düzəlmə bir nemətin o biri ilə əvəz olunmasının son azalan normasını əks etdirir.


4.4. Gəlir və əvəzetmə effektləri. İstehlakçı artıqlığı
Qiymətlərin dəyişməsinin tələbin həcminə necə və nə üçün təsir etdiyini müəyyən etmək üçün onun dəyişməsi ilə alınan səmərəni də iki komponentə ayırmaq lazımdır. Əmtəənin qiymətinin dəyişməsi ilə istehlakçının büdcə məhdudiyyətində baş verən iki halı nəzərdən keçirək. Tutaq ki, A əmtəəsinin qiyməti dəyişir, B əmtəəsinin isə qiyməti dəyişməz qalır. Bu halda büdcə xəttinin A əmtəəsinin koordinat oxu ilə kəsişmə nöqtəsi sola sürüşür, B əmtəəsinin kəsişmə nöqtəsi isə dəyişməz qalır.

B nemətinin

miqdarı



E1

U2

U1

E1







A2 Aı A nemətinin miqdarı


Şəkil 4.7. Büdcə xətinin sürüşməsi.

Qiymətin dəyişməsi nəticəsində birincisi, büdcə xətti daha sərt olur. İstehlakçı indi daha çox A nemətindən imtina etməlidir ki, əlavə B neməti vahidini əldə etsin. Deməli, yalnız bir qiymətin dəyişməsi onun iştirakı ilə qiymətlərin nisbətini, yəni nisbi qiymətləri dəyişdirir. İkincisi, əvvəl mümkün olan A və B nemətlər toplusu indi əldə edilə bilmir. Mövcud pul məbləğinin alıcılıq qabiliyyəti dəyişir. Mahiyyətcə A məhsuluna qiymətin artması real gəliri azaltmış olur. Nominal gəlir dəyişməz olduğu halda, indi alına bilən A və B nemətlərinin miqdarı əvvəlki haldan az olacaqdır.

Buna müvafiq olaraq istehlakçıların qiymətin dəyişməsinə reaksiya da iki ana bölünə bilər. Nisbi qiymətlərin dəyişməsinə cavab olaraq istehlakçı nisbətən bahalaşmış neməti nisbətən ucuzu ilə əvəz edir. Qiymətlər artdıqda alınan nemətlər toplusunda A nemətinin miqdarı azalır, B nemətinin miqdarı isə artır.

Real gəlirin dəyişməsinə cavab olaraq istehlakçı nemətlərin normal, neytral və ya aşağı keyfiyyətliliyindən asılı olaraq onların istehlak həcmlərini ixtisar edir və ya artırır. Nəticə etibarı ilə optimal nemətlər toplusu Ej nöqtəsindən digər təfavütsüzlük əyrisi üzərində yerləşən E2 nöqtəsinə öz yerini dəyişir.

Beləliklə, istehlakçının nisbi qiymətlər və real gəlir dəyişməsinə reaksiyası uyğun olaraq əvəzetmə və gəlir effektinə səbəb olur.

Qiymətlərin artması real gəliri azaldır, qiymətlərin aşağı düşməsi isə real gəliri yüksəldir. Qiymətin dəyişməsindən gəlir effekti tələb həcminin real gəlirin yekun dəyişməsinə adaptasiyasıdır.

İstehlakçı gəlirin alıcılıq qabiliyyətinin azalmasına cavab olaraq müəyyən əmtəələrin istehlakını ixtisar edir, bəzən ondan imtina edir. Həmin əmtəənin əvəzedicilərini alır.

İkinci effekt, yəni əvəzetmə effekti bütün əmtəələrin nisbi qiymətlərinin dəyişməsinin nəticəsidir.

Əvəzetmə effekti qiymətin dəyişməsi ilə tələb həcminin nisbi qiymətlərin dəyişməsinə adaptasiyasıdır.

Deməli, istənilən əmtəənin qiyməti artdıqda, istehlakçı onu digər əmtəə ilə əvəzetməyə səy göstərir. Ona görə də qiymətin artması halında əvəzetmə effekti həmişə tələbin həcmini azaldır.

Gəlir və əvəzetmə effektlərindən istifadə edərək, tələb əyrilərinin hökmən azalan xarakterli olmasını sübut etmək olar. Əgər qiymətlərin dəyişməsi nəticəsi yalnız əvəzetmə effekti olarsa, onda bütün tələb əyriləri azalan xarakterli olurlar. Hər hansı konkret əmtəə digər əmtəələrə nisbətən çox baha olursa, ona istehlak tələbi azalır. Başqa sözlə, əvəzetmə effektinin qiymətin artmasının tələb həcminə təsiri həmişə mənfi olur. Lakin qiymətlərin artması nəticəsində həm də gəlir effekti alınır. İstənilən əmtəənin qiymətinin artması istehlakçının real gəlirini azaldır. Əgər o, normal əmtəədirsə, gəlirin azalması ona tələbin həcminin azalmasına səbəb olur, onda eləcədə gəlir effekti mənfi olacaqdır.

Beləliklə, normal əmtəələrə tələb əyrisi azalan olmalıdır, çünki qiymətlərin artması ilə şərtlənən gəlir effekti və əvəzetmə effekti mənfi kəmiyyətlərlə ifadə olunurlar. Daha yüksək qiymət tələbin həcmini gəlir və əvəzetmə effektləri vasitəsi ilə azaldır.



Tələb qanunu normal əmtəələr üçün həmişə yerinə yetirilməlidir. Normal əmtəələrə qiymətlərin artması ilə şərtlənən gəlir və əvəzetmə effektlərinin hər ikisi mənfi xarakterli olduğuna görə, qiymətlərin yüksəlməsi, istənilən istehlakçı tərəfindən normal əmtəələrə tələbin həcmini azaltmalıdır.

Lakin bütün əmtəələr normal deyil, bəziləri aşağı keyfiyyətli nemətlərdir. Real gəlirlərin azalması aşağı keyfiyyətli nemətlərə tələbi artırır və gəlir effektinin tələbin həcminə təsiri müsbət olacaqdır. Lakin gəlir effektinin mütləq kəmiyyəti əvəzetmə effektinin ölçüsündən az olduğu üçün, qiymətin artmasının ümumi nəticəsi yenə də mənfi olacaqdır.

Deməli, bu halda da tələb qanunu fəaliyyət göstərir, lakin onun fəaliyyətləri aşağı keyfiyyətli nemətlər üçün real gəlirin azalması ilə eyni qüvvəli fəaliyyətlə neytrallaşdırılır.

Aşağı keyfiyyətli nemətlər üçün də həqiqətdə tələb qanunu yerinə yetirilir. Baxmayaraq ki, istehlak davranışı onu tələb etmir, praktikada fərdi və bazar tələb əyriləri aşağı keyfiyyətli nemətlər üçündə azalan xarakterlidir.

Qeyd etməliyik ki, qiymətin dəyişməsinin səmərəsinin təhlilinin mühüm məqsədi iqtisadi siyasət tədbirlərinin istehlakçının rifahına təsiri nəticələrinin qiymətləndirilməsində kəmiyyət ölçülərinin dəqiq təyinidir. Belə ölçü istehlakçı artıqlığıdır. Onun dəyişməsi hökumətin vergi, gömrük tarifləri və ya ticarət qadağalarının tətbiqi ilə qiymətlərin dəyişməsi vasitəsi ilə istehlakçıların rifahına təsiri nəticələrini qiymətləndirməyə imkan verir.

İstehlakçı artıqlığı istehlakçının müəyyən miqdarda əmtəəyə ödəmək istədiyi maksimal məbləğlə faktiki ödədiyi məbləğ arasındakı fərqdir.


Qiymət

P1

P2

P

0


Bu konsepsiya bilavasitə istehlak tələb əyrisi ilə bağlılığı, onu praktiki olaraq faydalı edir. Bunu daha aydın başa düşmək üçün istehlakçı artıqlığı qrafikini nəzərdən keçirək (şəkil 4.8.)



1 2 3 Tələbin həcmi

Şəkil 4.8. İstehlakçı artıqlığı

İstehlakçının D tələb əyrisi hər bir istehlak səviyyəsində onun ödəməyə hazır olduğu maksimal qiyməti əks etdirir. Məsələn, o birinci əmtəə vahidi üçün P^ qiymətini ödəməyə hazırdır. Bazar qiyməti isə P - dir. Deməli, birinci əmtəə vahidində istehlakçı artıqlığı (P – P1) olacaqdır, ikincidə isə (P - P2) və i.a. Ştrixlənmiş sahə dörd əmtəə vahidindən istehlakçı artıqlığının ümumi ölçüsünü göstərir.

Tələb əyrisi hər bir əmtəəyə istehlakçının ödəmək istədiyi maksimal qiyməti göstərir. Birinci əmtəənin qiyməti p-dən yüksək olsa, istehlakçı ona tələb verməyəcək. Qiymət p-ə düşdükdə o bir əmtəə alır. İkincisini isə yalnız P2 qiymətində almaq istəyir.

Deməli, əmtəələrin sayı artdıqca, onların istehlakçı üçün faydalılığı azalır. Deməli, qiymətin artması nəticəsində istehlakçı artıqlığının azalması qiymətin artmasının qarşısını almaq üçün istehlakçının ödəməyə hazır olduğu maksimal məbləğə bərabərdir; qiymətin azalması nəticəsində istehlakçı artıqlığının artması istehlakçının qiymətlərin aşağı düşməsinə təsir etməyə ödəməyə hazır olduğu maksimal məbləğə bərabərdir. Qiymətin aşağı düşməsi ilə şərtlənən istehlakçı artıqlığının ölçüsünün dəyişməsi qiymət dəyişməsi nəticəsində istehlakçının fayda və ya itkilərinin göstəricisini təşkil edir.

Əsas anlayışlar

Bazar tələb əyrisi



Fərdi tələb əyrisi

İstehlak toplusu

Büdcə məhdudiyyəti

Ümumi faydalılıq

Son faydalılıq

Azalan son faydalılıq

Nisbi qiymətlər

Gəlir effekti

Əvəzetmə effekti

İstehlakçı artıqlığı

Engel əyrisi

Özünü yoxlama sualları

Fərdi və bazar əyrilərinin xüsusiyyətləri.

Büdcə məhdudiyyəti və onu ödəyən faydalılığın maksimallaşdırılması nədən asılıdır.

Təfavütsüzlük əyrilərinin xüsusiyyətləri.

Ümumi və son faydalılıq, onların hesablanması.

Gəlir və əvəzetmə effektləri, onlara təsir edən amillər.

İstehlakçı artıqlığı.

Mövzu 5. Sahibkarlıq fəaliyyətinin təşkili və istehsalçıların davranışı




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə