Mövzu Mikroiqtisadiyyata giriş


Resursların səmərəli bölüşdürülməsi



Yüklə 1,15 Mb.
səhifə29/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   25   26   27   28   29   30   31   32   ...   37
Mikroiqtisadiyyat- mühazirə

8.1. Resursların səmərəli bölüşdürülməsi.

8.2. Qiymətlər sistemi və səmərəlilik

8.3. İstehlakçılar və istehsalçıların artıqlığı

8.4. Bütövlükdə iqtisadiyyat miqyasında rəqabət və Paretoya görə səmərəlilik


8.1 Resursların səmərəli bölüşäürülməsi

Adam Smit və digər iqtisadçılar göstərirlər ki, mükəmməl rəqabət bütövlükdə iqtisadiyyat üçün çox əlverişlidir, çünki o, resursların səmərəli bölüşdürülməsinə səbəb olur. Mükəmməl rəqabətin resursları səmərəli bölüşdürməsinin ən dəqiq mahiyyəti italyan iqtisadçısı Vilfredo Pareto tərəfindən verilmişdir. Paretoya görə resurslar optimal bölüşdürüldüyü halda, heç kim digərinin vəziyyətini pisləşdirmədən öz vəziyyətini yaxşılaşdıra bilməz.

Deməli, bu halda resursların artıq xərclənməsi mövcud deyildir. Əgər, cəmiyyət "nə, necə və kimin üçün" istehsal etmək qərarını qəbul edibsə, kiminsə vəziyyətini pisləşdirmədən, heç olmazsa bir iştirakçının vəziyyətini yaxşılaşdırmaq mümkündürsə, resursların istifadəsində israfçılığa yol verilmişdir.

Paretoya görə optimallıq konkret situasiyada israfçılığın olub-olmamasını göstərən meyarlar təklif edir. Lakin bu meyarlar resursların necə bölüşdürülməsini göstərmir, çünki o, üç iqtisadi məsələdən, yalnız ikisinə nə istehsal etmək və necə istehsal etməyə aiddir. O, çox çətin olan üçüncü sualı - kimin üçün istehsal etməyi kənarda qoyur. Paretoya görə hətta qeyri-bərabərlik şəraitində də resurslar səmərəli bölüşdürülə bilər. Paretoya görə optimallıq anlayışını aydınlaşdırmaq məqsədi ilə nail olunan faydalılıq sərhədini şərti misalda nəzərdən keçirək



Xı faydalığı


Səmərəli situasiya
X2 faydalığı

Şəkil 8.1. Faydalılıq sərhədi

Şəkil 8.1-də X1 və X2 istehlakçılarının nail ola biləcəkləri faydalılıq səviyyələri göstərilmişdir. AvəB nöqtələrində cəmiyyətin bütün nemətləri müvafiq olaraq X2 və X1 - istehlakçılarına verilmişdir. A nöqtəsində B nöqtəsinə hərəkət etdikcə, nemətlər X2 və X istehlakçılar arasında bölüşdürülür. Deməli, bu halda X2 istehlakçısının vəziyyəti pisləşir, X1 istehlakçısının isə vəziyyəti yaxşılaşır. Nail olunan faydalılıq əyrisi mənfi meyllidir. Bu o deməkdir ki, əgər heç bir resurs israf edilmirsə, bir tərəfin vəziyyətinin yaxşılaşması hökmən digər tərəf üçün resursun azalmasını, yəni onun vəziyyətinin pisləşməsini nəzərdə tutur.

Nail olunan faydalılıq sərhədində bütün nöqtələr səmərəli, sərhəd daxilində isə qeyri-səmərəlidir.

8.2. Qiymətlər sistemi və səmərəlilik

Mükəmməl rəqabətli bazarların resursları necə səmərəli bölüşdürülməsini aydınlaşdırmaq məqsədilə ilk növbədə, mükəmməl rəqabətli müvazinətlik vəziyyətində əlavə məhsul vahidinin istehlakının dəyərliliyini onun istehsalının son məsrəflərinə bərabərliyini nəzərdən keçirək. Mükəmməl rəqabətli bazarın təklif əyrisini sahənin son məsrəflər əyrisi əks etdirir. Deməli, hər bir buraxılış həcmində təklif əyrisi sahənin və bütövlükdə iqtisadiyyatın əlavə məhsul vahidinin buraxılışı ilə bağlı olan məsrəfləri əks etdirir. Eyni zamanda son məsrəflər əyrisini sahədə əlavə məhsul vahidinin istehsalı üçün istifadə olunan resursların alternativ dəyərini əks etdirən əyri kimi də qiymətləndirmək olar.

Digər tərəfdən, tələb əyrisi məhsulun istehlakçı üçün son dəyərliliyini müəyyən edir. Tələb əyrisi buraxılışın hər bir həcmində istehlakçının əlavə nemət vahidinə nə qədər ödəmək istədiyini göstərir.

Bazar müvazinətliyinə tələb və təklif əyrilərinin kəsişdiyi nöqtədə nail olunduğuna görə:

Mükəmməl rəqabətli bazarlarda müvazinətlik qiyməti əlavə nemət vahidinin istehlakçılar üçün dəyərliliyinə, istehsalçılar üçün isə onun istehsal məsrəflərinə bərabərdir.

Deməli, mükəmməl rəqabətli bazarların müvazinətlik nöqtəsində aşağıdakı bərabərlik yerinə yetirilir:


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə