Mövzu Mikroiqtisadiyyata giriş



Yüklə 1,15 Mb.
səhifə30/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   26   27   28   29   30   31   32   33   ...   37
Mikroiqtisadiyyat- mühazirə

İstehlakçı üçün son dəyərlilik = qiymət = istehsalın son məsrəfləri (8.1.)

Bu şərti izah etmək üçün 8.2 şəklinə müraciət edək



Şəkil 8.2. Rəqabətli sahənin təklif və tələbi

Şəkildən aydın olur ki, Q0 mükəmməl rəqabətli müvazinətlikdən aşağı buraxılış həcmində istehlakçı əlavə məhsul vahidinə son məsrəf ölçüsündən daha yüksək ödəməyə hazırdır. Məsələn, Q1 buraxılış həcmində istehlakçı əlavə nemət vahidinə 4 manat ödəməyə hazırdır. Bu halda əlavə məhsul vahidinin istehsalçılar üçün son məsrəfləri 2 manat təşkil edir.

Beləliklə, digər sahələrdə əmək və sair istehsal resurslardan istifadənin ixtisar olunması və onların bu konkret bazara məhsul buraxılışını artırmaq üçün yenidən bölüşdürülməsi ilə istehlakçılara fayda vermək olar.

Bazar iqtisadiyyatında bu avtomatik baş verir. Neçə ki, əlavə məhsul buraxılışına istehlakçılar son məsrəflərdən yüksək qiymət (P > MC) ödəməyə hazırdılar, firmalar onun buraxılışını genişləndirir, mənfəəti maksimallaşdırır, istehlakçılar isə artmış məhsul həcmini alaraq, faydalılıqlarmı maksimallaşdırırlar. Hər iki tərəf, buraxılış mükəmməl rəqabətli müvazinətli səviyyədən aşağıdan olan bütün hallarda əlavə istehsaldan qazanır.

Digər tərəfdən, buraxılış həmin səviyyədən yüksək olduqda, onun ixtisarı nəticəsində əldə edilmiş məsrəflərə qənaət, istehlakçılar üçün itkilərin ölçüsünü üstələyəcəkdir. Deməli, səmərəliliyi təmin etmək üçün buraxılışın azaldılması tələb olunur: bu sahədə xərclənən resursların həcmi ixtisar olunmalıdır, çünki onların alternativ istifadə istiqamətləri istehlakçılar üçün daha qiymətlidir. Yalnız E nöqtəsində istehlakçılar üçün son faydalılıq əlavə vahidin istehsalının son məsrəflərinə dəqiq bərabərdir. Ona görə də, istər istehlakçı, istərsə də istehsalçı üçün yaxşı olan istehsal və satış üsulları mövcud deyil, çünki heç bir alıcı istehsalın son məsrəflərini ödəmək istəmir.

Rəqabətli bazar iqtisadiyyatında qiymətlər resursları onlardan optimal istifadə sferasına yönəldir. İstehsalçı rəqabət şəraitində əlavə məhsul vahidinin istehsalına qərarlarmı qiyməti rəhbər tutaraq qəbul edir. Qiymət eləcədə istehlakçının həmin məhsulu alması qərarının verilməsinin əsasmı təşkil edir. Bir qayda olaraq, istənilən məhsulu aldıqda istehlakçını son məsrəf maraqlandırmır. Onu maraqlandıran onun vəziyyətinin yaxşılaşmasıdır.

Eyni ilə məhsulun bazar qiyməti istehlakçılar üçün son faydalılığa bərabərdir. Əgər istehsalçı çox məhsul istehsal etmək qərarına gəlirsə, onda həmin məhsulun istehlakçı üçün son faydalılığı heç olmazsa, onun istehsalının son məsrəflərinə bərabər olmalıdır, çünki əks halda resurslar, səmərəsiz sərf olunacaqdır. Əgər istehsalçı və istehlakçı yaxşı informasiyaya malikdirlərsə, onda məhsul buraxılır və satılır, hər iki tərəf qazanır.

Deməli, bazar qiyməti istehsalçı və istehlakçı arasında vasitəçi kimi, istehlakçı üçün məhsulun dəyərliliyi və onun istehsalının son məsrəflərinin bərabərliyini şərtləndirir. Eləcə də qiymətlər, bazar sisteminin tələbin və məsrəflərin formalaşma şəraitinin dəyişməsinə reaksiyasını idarə edir. Bunu daha aydın təsəvvür etmək üçün şəkil 8.3. müraciət edək.


Buraxılışın həcmi


Şəkil 8.3. Rəqabətli sahənin məhsuluna tələbin sürüşməsi

Fərz edək ki, məhsulun tələb əyrisi D vəziyyətindən D1 vəziyyətinə yerini dəyişir. Eləcə də nəzərə alaq ki, vaxt dövrü çox kiçik olduğu üçün firmalar müvafiq olaraq öz buraxılış həcmini dəyişə bilmirlər və Q0 başlanğıc müvazinət həcmi istehsal edirlər. Bu halda istehlakçı əlavə məhsulu P2 qiyməti ilə, yəni son məsrəflərdən yüksək qiymətləndirir. Əgər daha çox məhsul istehsal olunursa, cəmiyyət qazana bilər, çünki istehlakçı P0 qiymətində başa gələn məhsulu son məsrəflərdən yüksək olan P2 qiymətində almağa hazırdır.

Əgər buraxılış Q0-da qalarsa, qiymət P2-dək artacaqdır. Qiymət son məsrəflərdən yüksək olduğu üçün firmalar məhsul istehsal etməklə mənfəəti artıra bilər. Onlar öz buraxılışlarmı müvazinətlik E nöqtəsində olanadək artıracaqlar. Həmin yeni müvazinətlikdə bütövlükdə cəmiyyət baxımından buraxılış həcmi optimaldır.

Deməli, bu prosesin gedişində istehlakçı və istehsalçılar diqqətlərini tamamı ilə qiymətə yönəltmişdir. İstehlakçılara istehsalın metodları və ya məsrəfləri haqqında heç nə bilmək lazım gəlmir, istehsalçılar isə əlavə məhsul vahidini istehlakçıların neçəyə almaları ilə maraqlanmır. Deməli, bazarın iştirakçıları üçün bütün lazımi informasiyaları qiymətlər verirlər.

8.3. İstehlakçılar və istehsalçıların artıqlığı

İstehlakçı və istehsalçı artıqlığı anlayışları rəqabətli müvazinətliliyin səmərəli olmasını başqa pozisiyadan görməyə imkan verir.

Bu anlayışlar eləcədə inhisar və digər kənarlaşmalar ilə bağlı nəticələri təhlil etməyə şərait yaradır.

“İstehlak davranışı və bazar tələbi” mövzusunda istehlakçı artıqlığını aşağıdakı kimi təyin etmişdik.

İstehlakçı artıqlığı - istehlakçının müəyyən miqdarda əmtəəyə ödəmək istədiyi maksimal məbləğlə faktiki ödədiyi məbləğ arasındakı fərqdir.

Bunu şəkil 8.4-dən daha aydın görmək olar.



Şəkil 8.4. İstehlakçı artıqlığı

Şəkil 8.4.-də konkret dövrdə istehlak olunan nemətin hər vahidinin son faydalılığını əks etdirən tipik D azalan tələb əyrisi göstərilmişdir. İstehlakçılar birinci əmtəəyə P2 qiyməti ödəməyə hazırdılar, lakin yalnız P0 ödəyirlər. Deməli, birinci əmtəədən istehlakçıların artıqlığı (P2-P0) olub, ştrixlənmiş A sahəsi kimi verilmişdir. İkinci əmtəəyə onlar P1 qiymətini ödəməyə hazırdırlar, lakin P0 ödəyirlər, beləliklə ikinci vahiddə istehlakçıların artıqlığı B sahəsi və i.a. Deməli, istehlakçıların artıqlığı tələb əyrisi və P0 bazar qiymətinə müvafiq olan üfüqi xətt arasındakı ştrixlənmiş sahə ilə ölçülür.

İstehlakçıların artıqlığı ilə bərabər təklif tərəfindən də artıqlıq mövcuddur. Firmalar hər bir satılan əmtəə vahidindən onların son məsrəflərdən yüksək olan qiymətlərdə istehsalçılar artıqlığı əldə edirlər.

Şəkil 8.5.-də istehsalçıların artıqlığının necə hesablanması göstərilmişdir.


1 2 3 4 Q0

P0



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə