Mövzu Mikroiqtisadiyyata giriş


Qeyri - mükəmməl rəqabətli bazarların xüsusiyyətləri



Yüklə 1,15 Mb.
səhifə32/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   29   30   31   32   33   34   35   36   37
Mikroiqtisadiyyat- mühazirə

9.1. Qeyri - mükəmməl rəqabətli bazarların xüsusiyyətləri

9.2. İnhisar bazarları və onun xüsusiyyətləri

9.3. Oliqopoliya bazarları

9.4. İnhisar rəqabətli bazarlar

9.1. Qeyri - mükəmməl rəqabətli bazarların xüsusiyyətləri

Qeyri-mükəmməl rəqabətli bazarlarda fərdi satıcılar qiymətə təsir göstərə bilirlər. Ona görə də mənfəəti maksimallaşdırmaq istədikdə, onlar əlbəttə bu xüsusiyyəti nəzərə alırlar. Deməli, qeyri-mükəmməl rəqabətli şəraitdə mənfəəti maksimallaşdırmaq üçün rəqabətli buraxılış həcminin seçilməsində P=MC qaydası yaramır.

Mükəmməl və qeyri-mükəmməl rəqabətli bazarların xüsusiyyətləri cədvəl 9.1-də verilmişdir.

Cədvəl 9.1

Bazarların əsas əlamətləri



Struktur xarakteristikası

Mükəmməl rəqabətli

Qeyri mükəmməl rəqabətli

inhisar rəqabətli

oliqopoliya

inhisar

Satıcıların sayı

Çox

Çox

Az

Bir

Daxil olma maneələri

Yoxdur

Yoxdur

Adətən mövcuddur

Var (daxil olma yoxdur)

Məhsulun diffeensiasiyası

Yoxdur

Var

Mümkündür

Yoxdur (bir

məhsul)


Misal

Kənd təsərrüfatı

Restoranlar

Avtomobillər

Almaz

Mükəmməl rəqabətli bazarlarda çoxlu satıcılar və alıcılar mövcuddur. Lakin onlar bazar qiymətinə öz fəaliyyətləri ilə təsir göstərmək üçün çox kiçikdirlər. Öz növbəsində alıcılar qiymət alanlardır və onların davranışı bazar tələb əyrisi ilə təsvir olunur. Deməli, mükəmməl rəqabətli bazarlarda istehsalçı və alıcılar qiyməti verilmiş, onlardan asılı olmayan hesab edirlər.

Qeyri-mükəmməl rəqabətin ən son forması inhisardır. İnhisar bazarında yeganə satıcı mövcuddur və digərlərin daxil olması mümkün deyildir. Məsələn, 80-cı illərin əvvəllərində “De Birsa mədənlər birliyi” kompaniyası qeyri-kommunist dünyasında almazın tədarükünün bütün mənbələrinə nəzarət edirdi.

Real həyatda inhisar həmişə bazar üzərində hökmranlığın ölçüsüdür. İnhisarçı hər hansı əmtəə və ya xidmət növünün yeganə tədarükçüsü olduğuna görə o, öz məhsuluna aldığı qiymət bazar tələb əyrisi ilə təyin olunur. Almaza tələbin bazar əyrisi aşağı düşən xarakterli olduğu üçün “De Birsa” bilir ki, nə qədər çox almaz istehsal etsə, onun hər bir ədədinə aldığı qiymət bir o qədər az olacaqdır. Deməli, satılan almazların miqdarını ixtisar etməklə, o bazar qiymətini artıra bilər. Ona görə də “De Birsa” inhisar hakimiyyətinə malikdir.

Əgər satıcı öz məhsulunun qiymətini, onun buraxılış həcmini məhdudlaşdırmaq yolu ilə artıra bilərsə, o, inhisar hökmranlığına malikdir.

Qeyd etmək lazımdır ki, müəyyən inhisar hakimiyyətinə malik olmaq üçün inhisarçı olmaq lazım deyildir. Hətta kiçik mağaza qiymət üzərində nəzarəti həyata keçirə bilər. Lakin onunla “De Birsa” almaz inhisarçıları arasında fərq bazar üzərində hakimiyyətin ölçüsü ilə müəyyən olunur. “De Birsa” öz məhsulunun qiyməti üzərində daha böyük nəzarətə malikdir.

Cədvəl 9.1-dən görünür ki, mükəmməl rəqabət və inhisar arasında digər əhəmiyyətli fərqləndirici cəhət bazara yeni satıcıları daxil olmasında maneələrin mövcudluğudur. Bunun nəticəsində inhisarçı əhəmiyyətli mənfəət axınına malik olur.

İnhisar rəqabətli bazara həm inhisarın, həm də mükəmməl rəqabətin əlamətləri xasdır. Burada hər bir firma rəqib firmalarda buraxılan əmtəələrdən fərqlənən əmtəə satdığı üçün sahənin bütün firmaları istehsal etdikləri əmtəələrin qiymətini dəyişmək imkanına malikdirlər. Lakin burada çoxlu digər satıcılar bir-biri- nə yaxın, ancaq tamamilə qarşılıqlı əvəz edilə bilməyən məhsullar təklif etdiklərinə görə rəqabət mövcuddur. Mahiyyət etibarı ilə inhisar rəqabəti mükəmməl rəqabətlə məhsulların differensiasiyasının cəmindən ibarətdir. Deməli, diferensiasiya olunmuş əmtəələr istehsal edilir.

Bazar diferensiasiya olunmuş məhsulla xarakterizə olunduğu halda, alıcılar rəqabət aparan satıcıların məhsullarını yaxın, lakin tamamilə əvəz edilə bilən hesab etmirlər.

Məhsulların diferensiasiyası hər bir inhisar rəqabətçisinə bazar üzərində müəyyən hakim mövqe verir, çünki hər bir rəqabətçi qiyməti az qaldırmaqla özünün ənənəvi alıcılarının hamısını itirmir. Mükəmməl rəqabətə uyğun olaraq inhisar rəqabəti şəraitində də bazara yeni firmaların girişinə maneələr yoxdur. Yeni restoran, benzindoldurma məntəqəsi və ya aptek açmağa heç bir çətinlik mövcud deyildir. Daxil olma maneələri olmadığına görə uzunmüddətli dövrlərdə inhisar rəqabətli sahələrdə firmalar əhəmiyyətli mənfəət almırlar.

Oliqopoliya bazarında bir neçə satıcı mövcud olur. Bu bazarda məhsul buraxılışının əksər hissəsini bir neçə iri firma həyata keçirir, onlar öz fəaliyyətləri ilə bütün bazara təsir edə bilərlər. Avtomobil istehsalı, poladtökmə sənayeləri oliqopoliayaya misal ola bilər. Ayrı-ayrı oliqopoliyaçılar özləri inhisardakı kimi qiymətə təsir edə bilərlər, lakin qiymət mükəmməl rəqabətdəki kimi bütün satıcıların fəaliyyəti nəticəsində təyin olunur. Ona görə də bu xüsusiy- yət digər bazarlarla müqayisədə oliqopoliyalarm qərar qəbul etmələrini çətinləşdirir. Hər bir oliqopoliya firması qiymət haqqında qərar qəbul etdikdə nəinki istehlakçıların, eləcə də sahədə digər firmaların reaksiyasını nəzərə almalıdır, çünki onların cavab reaksiyası firmanın mənfəətinə təsir göstərəcəkdir. Məsələn, "Ceneral Motors" firması qiyməti artırmaq niyyətindədirsə, o, qabaqcadan Fordun, Krayslerin və digər rəqiblərin cavab reaksiyasını bilməlidir ki, özünün yekun satış həcminin dəyişməsini hesablaya bilsin.

Oliqopoliya bazarında differensasiya olunmuş və təxminən uyğun məhsullar ola bilər. Əgər məhsulun differensasiya olunması mümkündürsə, firmalar onların dizaynı və reklamına narahat olmalıdırlar. Deməli, bu dəyişənlərin nəticələrini, eləcədə qiymətlərin dəyişməsinin nəticələrini hesablamaq üçün oliqopolçu firma rəqiblərin reaksiyasını qabaqcadan görməlidir.

Bir qayda olaraq, oliqopoliya bazarına daxil olmaya müəyyən maneələr mövcuddur, lakin onlar çox sərt deyildir. Giriş maneələri nə qədərə zəif olarsa, sahə daha çox yeni firmalar cəlb edəcək və nəticə etibarı ilə uzunmüddətli dövrdə firmaların mənfəəti az olacaqdır.

Cədvəl 9.1-də təsvir olunmuş bütün bazarlarda çoxlu alıcılar mövcuddur. Lakin onların hər biri bütövlükdə bazara nisbətən kiçikdirlər, ona görə də onlar öz qərarlarında qiyməti verilmiş qəbul edirlər. Əksər real mövcud olan, xüsusilə alıcı kimi çıxış edən istehlakçılar bu şərti ödəyirlər. Lakin bir neçə müstəsna hallar da mövcuddur. Bazarlarda satıcıların tərəfini əks etdirən inhisar və oliqopoliya anlayışlarının, istehlakçılar tərəfində olan monopsoniya və oliqopsoniya anlayışları mövcuddur. Məsələn, ABŞ hökuməti tez-tez mürəkkəb və baha təyyarə gəmisi və nüvə silah növlərinin satışı bazarlarında monopsonçu kimi çıxış edir. Oliqopsoniya bazarlarında isə satışın çox hissəsi bir neçə iri alıcıya məxsusdur.





Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə