Mövzu Mikroiqtisadiyyata giriş


İnhisar bazarları və onun xüsusiyyətləri



Yüklə 1,15 Mb.
səhifə33/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   29   30   31   32   33   34   35   36   37
Mikroiqtisadiyyat- mühazirə

9.2. İnhisar bazarları və onun xüsusiyyətləri
İnhisar bazarlarının öyrənilməsində ilk növbədə mənfəəti maksimallaşdırmaq üçün buraxılışın necə seçilməsi ilə tanış olaq.

İnhisarçı bazar qiymətini özü təyin etdiyi üçün o, mükəmməl rəqabətçi deyil və qiyməti dəyişməz qəbul edə bilməz. Bunun əvəzinə o, bütövlükdə azalan bazar tələb əyrisini dəyişməz hesab edir. Ona görə də inhisar mənfəətinin maksimallaşdırılması təhlili həmin əyri boyunca gəlirin ölçüsünün dəyişməsinin nəzərdən keçirilməsi ilə aparılmalıdır. Mənfəəti maksimallaşdıran buraxılış həcmini hesablamaq məqsədi ilə MC son məsrəflə MR son gəlir müqayisə edilməlidir.

Son gəlir əlavə nemət vahidinin satışı nəticəsində ümumi gəlirin ölçüsünün dəyişməsidir.

Mükəmməl rəqabətli firmadan (orada həmişə MR=P) fərqli olaraq, azalan tələb əyrisi ilə qarşılaşan inhisarçı və ya istənilən digər qeyri-mükəmməl rəqabətçi üçün son gəlir qiymətin kəmiyyətindən aşağıdır (MR




İnhisarçı öz mənfəətini maksimallaşdırmaq məqsədi ilə mükəmməl rəqabətli firmada olduğu kimi iki addımlı prosedurdan istifadə edir.

Birinci addımda hər iki tip firmalarda mənfəəti maksimmallaşdıran müsbət optimal buraxılışın ölçüsü hesablanır. Əgər bu hesablamalarda mükəmməl rəqabətçi bazar qiymətini istifadə edirsə, inhisarçı son gəliri nəzərə alır. İkinci addımda hər iki tip firmalar, həmin optimal buraxılışı istehsal etmək və ya istehsalı dayandırmaq və heç nə istehsal etməmək məsələlərini həll edirlər. İnhisarçının ikinci addımında fəaliyyətləri mükəmməl rəqabətçinin müvafiq fəaliyyətləri ilə daha çox oxşardır.




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə