Mövzu Mikroiqtisadiyyata giriş


Şakil 9.1. İnhisar üçün optimal buraxılış: MR=MC



Yüklə 1,15 Mb.
səhifə34/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   29   30   31   32   33   34   35   36   37
Mikroiqtisadiyyat- mühazirə

Şakil 9.1. İnhisar üçün optimal buraxılış: MR=MC

İnhisarçı üçün MC- onun son məsrəflər əyrisi, MR isə onun son gəlirinin əyrisidir. İnhisarçı buraxılışı bir vahid artdıqda, gəlirin artımı son gəlirə bərabər olur. Məsrəflərin artımı isə son məsrəflərə bərabərdir. Əgər son gəlir son məsrəflərdən yuxarı olarsa, onda ümumi gəlir ümumi məsrəfə nisbətən daha çox yüksəlir, deməli, mənfəət artır.

Lakin sonuncu məhsul vahidinin məsrəfləri gəlirin artımına nisbətən çox yüksəlirsə, onda buraxılışı ixtisar etmək lazımdır. Beləliklə, əgər firma ümumiyyətlə nə isə istehsal edirsə, o, son gəlirin son məsrəfə bərabər olduğu buraxılış həcmini istehsal etdikdə mənfəəti maksimallaşdırır.

İnhisar üçün mənfəəti maksimallaşdıran optimal müsbət buraxılış həcmində, son gəlir son məsrəflərə bərabər (MR=MC) olmalıdır.

Əgər inhisarçı nə isə istehsal etməyi qərara alırsa, o qiyməti elə qoyur ki, tələbin həcmi optimal müsbət buraxılış həcminə bərabər olsun. Optimal müsbət buraxılış həcmində son məsrəflər son gəlirə bərabər, son gəlirin isə qiymətdən aşağı olduğunu nəzərə alsaq, həmin qiymət son məsrəflərdən yüksək olacaqdır. Beləliklə, inhisarçı nə isə istehsal etməyə qərar verdikdə, qiyməti son məsrəflərdən yüksək səviyyəyə qaldıraraq, mənfəəti maksimallaşdırır.

Qısa və uzunmüddətli dövrdə optimal müsbət buraxılışın həcminin hesablanmasında yeganə fərq sonuncuda uzunmüddətli son məsrəflərdən istifadə edilməsidir. Mükəmməl rəqabətdə olduğu kimi, qısamüddətli dövrdə inhisarçı öz dəyişən məsrəflərini ödəyənədək istehsalı davam etdirir. Uzunmüddətli dövrdə isə o, bütün ümumi məsrəfləri, həm daimi, həmdə dəyişən məsrəfləri ödəməlidir.

İnhisarçılar qiyməti verilmiş hesab etmirlər. Onları "qiymət istehsalçıları" kimi xarakterizə etmək olar, çünki onlar bazar tələb əyrisini verilmiş kimi qəbul edir və özləri həm qiyməti, həm də buraxılış həcmini seçirlər. İnhisarçının qiyməti və buraxılış səviyyəsi arasında heç bir qarşılıqlı əlaqə olmadığına görə onun üçün təklif əyrisi mövcud deyildir.

Şəkil 9.1-dən görünür ki, Q* optimal müsbət buraxılış həcmində orta ümumi məsrəflər ATC* -in ölçüsünü təşkil edir. Firmanın məhsul vahidinə mənfəəti P* qiyməti ilə məsrəflərin və ya orta xüsusi məsrəflərin ATC* fərqinə bərabər olacaqdır. Bu halda mənfəətin ümumi kəmiyyəti ştrixlənmiş sahəyə bərabər olacaqdır: (P*-ATC*)xQ*.

Nəzərə alsaq ki, orta məsrəflər firmanın sahibkarının qoyduğu kapitalın alternativ dəyəri daxil olmaqla məhsul istehsalına bütün resursların alternativ dəyərini əks etdirir, onda ştrixlənmiş sahə iqtisadi mənfəətin ölçüsünü göstərir. Şəkildə göstərilən halda firma qiyməti son məsrəflərdən yuxarı qaldırmaq qabiliyyətinə malik olduğu üçün həmin mənfəəti inhisar mənfəəti adlandırmaq olar. İnhisar yalnız onun məhsuluna tələb əyrisi, onun orta məsrəflər əyrisindən yuxarıda yerləşdiyi halda inhisar mənfəəti əldə edə bilər.

İnhisar və rəqabətin müqayisəsi göstərir ki, inhisar hakimiyyəti resursların qeyri-səmərəli bölüşdürülməsinə səbəb olur. Nə üçün?

Qeyd edək ki, rəqabət şəraitində qiymət (Pc) və buraxılış (Qc) tələb və təklif əyrisinin kəsişməsi ilə əldə olunur. İnhisar şəraitində isə buraxılış (Qm) həcmi MR=MC olduğu səviyyədə seçilir, Pm qiymətinin kəmiyyəti isə həmin buraxılış həcmində tələb əyrisi ilə verilir. Bunu şəkil 9.2-dən daha aydın görmək olar.


0 Qm Qc

Şəkil 9.2. Rəqabət və inhisar şəraitində qiymət və buraxılış


Deməli, inhisar və rəqabətli sahə yeni tələbə və məsrəflərin formalaşmasının eyni şəraiti ilə qarşılaşdıqda (Şəkil 9.2), inhisar buraxılışı rəqabətə nisbətən az (Qmc), qiymət isə yuxarı (Pm>Pc) olur. Məhz inhisar əleyhinə yönəldilən əsas ittiham budur.

İnhisar mükəmməl rəqabətə nisbətən buraxılışı məhdudlaşdırır və qiyməti yüksəldir.

Baxmayaraq ki, istehlakçılar əlavə nemət vahidinə son məsrəflərdən yüksək kəmiyyət ödəməyə hazırdırlar, nə üçün inhisarçı buraxılışı artırmır (heç olmazsa Qc -dək). Çünki o, satış həcmini artırmaq üçün bütün alıcılara qiyməti aşağı salmalıdır. Əgər buraxılış həcmini Qm-dən bir vahid artırmaq xatirinə qiyməti aşağı salarsa, əlavə vahidin satışından gəlir onun istehsalının son məsrəfindən aşağı olacaqdır. Qm - dən yüksək həcmdə son gəlir son məsrəfdən aşağı olduğu üçün qiymətin aşağı salınması nəticəsində inhisarçının ümumi mənfəəti azalacaqdır.

İnhisarın mövcudluğunun səbəbləri hansılardır? Qeyd edək ki, inhisarın mövcud olmasının üç başlıca səbəbi vardır. Bunlardan əsasını miqyasdan qənaət təşkil edir. Məhz miqyasdan qənaət hesabına bir çox sahələr təbii inhisardırlar.

Əgər istənilən məhsul həcminin bir firmada istehsalı iki və ya çox firmalara nisbətən ucuz başa gəlirsə, onda sahənin təbii inhisar olduğu qeyd olunur.

Bu halı tədqiq etmək məqsədilə bütün buraxılış həcmlərində miqyasdan qənaət olan sahədə fəaliyyət göstərən inhisarın tələb və məsrəf əyrilərini nəzərdən keçirək (Şəkil 9.3.). Buraxılış həcmi nə qədər yüksək olarsa, orta məsrəf o qədər aşağıdır, deməli, bütün buraxılış həcmində son məsrəflər orta məsrəflərdən aşağıdır.

Şəkil 9.3-də AC orta məsrəfləri və MC son məsrəfləri kiçik olan müvafiq sahə göstərilmişdir. İnhisar qiyməti və buraxılış həcmi A nöqtəsinə uyğundur (MR=MC). A nöqtəsində inhisar ştrixlənmiş dördbucaqlı ölçüsündə, yəni (Pm-ACm)xQm mənfəəti əldə edəcəkdir. Həmin sahə rəqabətli olsa idi, müvazinət C nöqtəsində əldə edilə bilərdi. Lakin C müvazinətli rəqabət nöqtəsi ola bilməz, çünki qiymət orta məsrəflərin ölçüsündən aşağıdır.


Şəkil 9.3. Miqyasdan qənaət və təbii inhisar.

Əgər qiymət son məsrəflərə bərabər olsa idi (C nöqtəsindəki kimi) hər nemət vahidinin satışından CG məsafəsi qədər zərər əldə edilərdi. Bütün buraxılış həcmində miqyasdan qənaətə uyğun olaraq bu sahə rəqabət müvazinətli vəziyyətdə ola bilməz.

Ona görə də bu halda təbii inhisar mövcuddur, çünki o, məsrəfləri minimallaşdıran bazar strukturunu təmsil edir.

İnhisarın mövcudluğunun ikinci səbəbi ondan ibarətdir ki, vahid yeganə firma az tapılan və mühüm resurs, xammal və ya biliklərə nəzarəti həyata keçirə bilər (Məsələn, almaz inhisarçı firması “De Birsa”).

İnhisarın mövcudluğunun üçüncü səbəbi sahəyə firmaların axınının dövlət tərəfindən məhdudlaşdırılmasıdır. İnhisara müəyyən nemətin alınması və ya satışı üzrə xüsusi hüquq verilə bilər. Məhz ölkəmizdə elektrik enerjisi istehsalı və satışının dövlətin əlində olması belə inhisarlardandır. Göstərilən üç səbəb bir-biri ilə əlaqədar ola bilər.

Əgər miqyasdan qənaət mövcuddursa, hökumət kompaniyaya inhisar hüququ verə bilər. Bu halda rəqabət cəmiyyət baxımından israfçılıq olardı. Lakin hökumət eyni zamanda həmin kompaniyanın davranışmı tənzimləməyə səy göstərərək, buraxılışın məhdudlaşdırılması ilə əlaqədar sosial itkiləri azalda bilər.

Qeyd edək ki, bazar üzərində inhisar hakimiyyəti olan firmalar qiymət ayrı-seçkiliyi aparırlar. Əgər inhisar hökmranlığına malik olan firma, müxtəlif alıcılar kateqoriyalarına tələbin elastikliyi fərqləri əsasında müxtəlif qiymətlər təyin edirsə, o qiymət ayrı-seçkiliyi siyasəti həyata keçirir.

Əgər firma bazar üzərində hökmranlığa malikdirsə və qiymət ayrı-seçkiliyi siyasəti apara bilirsə, o, öz mənfəətini artırır və faydanın qeyri-elastik qrupdan elastik qrupun xeyrinə yenidən bölüşdürülməsini həyata keçirir.

Elastikli tələbli qrup daha aşağı qiy- mətlə çox məhsul əldə etmək imkanı, satıcı isə yüksəlmiş mənfəət əldə edir. Lakin kimsə onu ödəməlidir. Bu kimsə tələbi qiymətə həssas olmayan qrupdur və ondan mənfəət "sıxmaq" olar. Cəmiyyətin udması və ya uduzması qrupların ölçüsü və onların tələb əyrilərinin nisbətlərindən asılıdır.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə