Mövzu Mikroiqtisadiyyata giriş



Yüklə 1,15 Mb.
səhifə35/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   29   30   31   32   33   34   35   36   37
Mikroiqtisadiyyat- mühazirə

9.3. Oliqopoliya bazarları
Oliqopoliyanın fərqləndirici əlaməti firmanın sayının az olmasıdır. Oliqopoliya - elə sahədir ki, orada satışın böyük hissəsi bir neçə firmalar tərəfindən həyata keçirilir, onlar hər biri öz fəaliyyətləri ilə bazar qiymətinə təsir etməyə qadirdirlər.

Müasir sənayedə (xüsusi ilə avtomobil istehsalı) oliqopoliya ən çox yayılmış sahə strukturudur. Hər bir oliqopoliyaçı az sayda rəqiblərlə qarşılaşdığı üçün onun fəaliyyətləri, onların hər birinə əhəmiyyətli təsir göstərir. Oliqopoliya firmalarının qarşılıqlı asılılığı probleminin mahiyyəti ondan ibarətdir ki, qərar qəbul etdikdə, hər bir iştirakçı rəqiblərin mümkün ola biləcək reaksiyalarını nəzərə almalıdır. Mənfəəti maksimallaşdırarkən o, özünün rəqiblərlə qarşılıqlı əlaqələrini nəzərdə tutmalıdır. Bu qarşılıqlı fəaliyyət oliqopoliya şəraitində mənfəətin maksimallaşdırılması problemini çox çətinləşdirir və nəticə etibarı ilə oliqopoliya davranışının proqnozlaşdırılmasında mürəkkəblik yaradır.

Qeyd etmək lazımdır ki, oliqopoliyanın davranışı həmişə bir-birinə əks istiqamətdə olan iki qüvvə ilə təyin olunur. Birinci qüvvə, firmaların sövdələşmə və birgə fəaliyyətlər vasitəsilə sahənin ümumi mənfəətinin maksimallaşdırılmasında maraqlı olmalarıdır.

Sövdələşmə - sahədəki firmalar arasında qiymətlər və buraxılış həcminin fiksə edilməsi və ya digər üsullarla rəqabəti məhdudlaşdırmaq məqsədilə aparılan aşkar və ya gizli həyata keçirilən razılaşmalardır.

Aşkar sövdələşmə sahədəki firmalar arasında faktiki müqaviləni nəzərdə tutursa, gizli sövdələşmə sözsüz bir-birini qarşılıqlı başa düşməyə əsaslanır. Oliqopolçular müəyyən işi bir-birindən almaq istədikdə rəqabətə qatılırlar. Sövdələşmə ilə rəqabətin bütün formaları aradan qaldırılmır. Məsələn, sövdələşmədə iştirak edən firmalar qiymət haqqında razılığa gələ bilsələr, onlar reklam xərclərini və ya yeni məmulatların təqdimatmı məhdudlaşdırmaya bilərlər.

Oliqopoliyaçının davranışına təsir edən ikinci qüvvə ondan ibarətdir ki, hətta nəticə etibarı ilə sahənin ümumi mənfəətinin azaldığı halda, hər bir satıcı öz mənfəətinin maksimallaşdırılmasma eqoistcəsinə maraqlıdır. Sövdələşən oliqopolyaçı özlərini inhisarçı kimi apararaq, son məsrəflərin kəmiyyətindən yüksək inhisar qiyməti qoyurlar. Lakin bu halda hər bir firma qiyməti bir qədər aşağı salmaqla öz mənfəətini artırmaq imkanına malik olurlar və rəqiblərdən biznesin çox hissəsini ala bilərlər. Əgər bütün firmalar bir-biri ilə rəqabət apararaq, qiymətləri aşağı salırlarsa, onda bazar qiyməti aşağı düşər və bütün satıcıların vəziyyəti sövdələşməyə nisbətən pisləşər, alıcılar və bütövlükdə cəmiyyət isə qazanar.

Beləliklə, sahənin mənfəətinin ümumi ölçüsünün maksimallaşdırılması məqsədilə birgə fəaliyyətlərin mümkünlüyü oliqopolyaçıları sövdələşməyə sövq edir. Əgər onlar buna nail olurlarsa, sahə inhisara çevrilir. Firmaların rəqabət davranışları sövdələşmədən imtina etməyə və ya müqavilə razılaşmalarının ləğvinə səbəb olur. Əgər bütün firmalar özlərini müstəqil aparırsa, yəni bir-birilə sövdələşmirlərsə, onlar daha kiçik mənfəət alacaqlar, bazar qiyməti isə rəqabətli səviyyəyədək aşağı düşəcəkdir.

Oliqopoliyanın həllinin mərkəzi problemi hansı hallarda sövdələşmənin mövcudluğunu əvvəlcədən müəyyən etməkdir. Onu müəyyən edən bir neçə amil fərqləndirilir:



  • Mövcud hüquq sistemi aşkar razılaşma ilə qiymətin artırılması və istehsalın həcminin məhdudlaşdırılmasına nə qədər çox əlverişli şərait yaradırsa, sövdələşmə ehtimalı yüksək olacaqdır.

  • Razılaşmada iştirak edən firmaların sayı nə qədər az olsa, sövdələşmənin olması ehtimalı o qədər yüksək olacaqdır.

  • Firmalar birgə fəaliyyət haqqında asanlıqla razılaşdıqda və onlar müəyyən vaxtdan vaxta aparıldıqda, sövdələşmənin ehtimalı yüksəkdir. Məsələn, məsrəflərin müxtəlifliyi firmaların belə razılaşmalarını çətinləşdirir.

  • Razılaşmalarda qüsurlar asanlıqla müəyyən edildikdə, müqavilə razılaşmalarının uzadılması ehtimalı yüksəkdir.

  • Sövdələşmə qiymətin və mənfəətin artmasını sürətləndirir və sahəyə yeni firmalar cəlb edir.

Qeyd etmək lazımdır ki, praktikada oliqopoliyaçıların davranışı çox cəhətliliyi ilə fərqlənir. Aşkar sövdələşmənin mühüm forması karteldir. Kartel müstəqil firmalar tərəfindən yaradılmış təşkilat olub, inhisar üstünlüklərinə malikdir. Kartel öz üzvlərinin fəaliyyətini əlaqələndirir, istehsalı məhdudlaşdıraraq, qiymətləri yüksəldir və deməli, inhisara yaxın mənfəət əldə edir.

Kartellərin müvəffəqiyyəti iki növ amillərin təsirinə məruz qalır. Birincisi ondan ibarətdir ki, kartel qiyməti yuxarıdırsa, onun üzvü olan hər bir firmanın son gəliri onun son məsrəflərindən yüksək olur. Hər bir firma öz məhsulunun qiymətini azaltmaqla satış həcmini və mənfəətini artırmaq üçün kartel razılaşmasının pozulmasına qüvvətli iqtisadi stimula malikdir. Müvəffəqiyyətli kartel razılaşmaları pozan üzvləri aşkar etmək və cəzalandırmaq üçün səmərəli mexanizmə malik olmalıdır. Kartelin mənfəəti, iştirakçı-firmalar qeyri-qiymət rəqabətinə (məsələn, xidmətin keyfiyyəti artırıldıqda) cəlb edildikdə təhlükə altında ola bilər, çünki o, məsrəflərin artmasına və mənfəətin azalmasına səbəb olur. Kartelin mənfəətinə ikinci təhlükə mənbəyi, onun müvəffəqiyyəti nəticəsində sahəyə digər firmaların daxil olma stimulunun yaranması ilə bağlıdır. Uzunmüddətli dövrdə kartelin müvəffəqiyyəti onun sahəyə yeni rəqabətçilərin daxil olmasının qarşısını almaq qabiliyyətindən asılıdır.

Müasir dövrdə ən çox tanınmış və müvəffəqiyyətli kartel neft ixrac edən ölkələrin təşkilatıdır (OPEK). ABŞ-da kartel qanundan kənar təşkilat sayılır, son illərdə Avropada da belə tendensiyalar müşahidə olunur. Yaponiyada kartellər geniş yayılmışdır.

Son illərdə oliqopoliyada gizli əməkdaşlıq mövcud olan müxtəlif sövdələşmə formaları inkişaf edir. Buna qiymətin yaranması sahəsində liderlik misal ola bilər.



Oliqopoliyada qiymətin yaradılması sahəsində bir yeganə firmaya (qiymət üzrə lider) digərlərinin gizli razılığı əsasında sahə qiymətlərinin qoyuluşunda aparıcı rol verilir. Digər firmalar öz qiymətlərini liderin qiymətləri dəyişməsinədək sabit saxlayırlar.

Lider qiymətlərin nə vaxt dəyişməli olduğunu müəyyən edir. Əgər hesablama düz olursa, digər firmalarda onun ardınca gedir və nəticə etibarı ilə lider sahə qiymətini aşkar sövdələşməyə getmədən dəyişdirir. Əgər digər firmalar qiymətin dəyişməsinə qadağa qoyurlarsa, onda lider qiymətin artmasından imtina edir. Adətən lider ən böyük firma olur, lakin onun bildirişlərinə digər firmalar tərəfindən tez-tez məhəl qoymurlarsa, yeni lider meydana gəlir. Müharibədən sonrakı illərdə polad tökmə və avtomobil sənayesində qiymət sahəsində liderlər müşahidə olunmuşdur. Əksər hallarda qiymət lideri olan sahələrdə uzun müddət qiymətlər dəyişməz qalma tendensiyasına malik olmuşdur.

Bəs nə üçün məsrəflərin və tələbin formalaşma şəraiti dəyişdikdə digər firmalar öz qiymətlərini dəyişmir? Onun izahı oliqopoliyanm tələb əyrisinin sınıq olması ilə izah olunur. Qiymətə görə lider olmayan firma tamamilə əsaslandırılmış fərz edə bilər ki, o qiyməti aşağı salarsa, onun rəqibləri də həmin yolla gedəcəklər, lakin o qiyməti artırarsa, heç kimi onunla şərik olmayacaqdır. Bu fərziyyənin nəticələri şəkil 9.4.-də verilmişdir.

Burada PO-mövcud qiymətdir. Əgər lider olmayan firma qiyməti bu səviyyədən yüksək artırarsa, o, satış həcmini tez itirər, çünki onun rəqibləri qiyməti P0-da saxlayacaqlar. Deməli, mövcud qiymətdən yüksək kəmiyyətdə firmanın məhsuluna tələb əyrisi çox elastikdir. Digər tərəfdən, firma qiyməti aşağı salarsa, o, çoxda müvəffəqiyyət qazanmayacaq, çünki rəqiblər də öz qiymətlərini aşağı salmaq yolu ilə gedəcəklər.

Şəkil 9.4.-də həmdə firmanın MC son məsrəflər və MR son gəlir əyrisi verilmişdir.

Şakil 9.4. Sınıq oliqopolik tələb əyrisi


Tələb əyrisi P0 qiymətində sındığına görə, MR əyrisi müvafiq Q0 buraxılış həcmində kəsilir. Q0 buraxılış həcmindən aşağıda son gəlir qiymətin kəmiyyətinə yaxındır, ondan yüksək həcmdə isə MR qiymətdən çox aşağı olur. MC əyrisi MR əyrisinin kəsiyindən keçir. p qiymətində son gəlir son məsrəflərdən yüksək olacaq və firma qiyməti aşağı salmaqla istehsal həcmini artıra bilər. P0-dan aşağı qiymətdə isə son gəlir son məsrəflərdən aşağıdır və deməli, firma qiyməti artırmalı və istehsal həcmini ixtisar etməlidir. P0 qiymətində sınma mövcud olduqda, MC əyrisi məsrəflərin az dəyişməsində MR əyrisinin kəsiyindən keçir və P0 optimal qiymət olur. Beləliklə, oliqopoliyada qiymət liderinin arxası ilə gələn firma, bir qayda olaraq, liderin qiymətin dəyişməsini elan edənədək, qiyməti cari səviyyədə saxlayaraq, öz mənfəətini maksimallaşdırır.

Bəs sövdələşmə olmadıqda oliqopoliyaçılar özlərini necə aparırlar? Qeyd edək ki, sövdələşmə müəyyən vaxtda səmərəli olsa da, firmalardan biri və ya bir neçəsi qaydaları pozduqda, o ləğv oluna bilər. Firmalar sövdələşə bilmədikdə, oliqopoliya üçün ən əhəmiyyətli problem strategiyanın seçilməsidir. Hər bir firma qarşılaşa biləcəyi tələbi və rəqiblərin onun fəaliyyətlərinə mümkün olan reaksiyanı proqnozlaşdırır. Sonra isə hər bir firma, rəqiblərini reaksiyası proqnozlarına əsaslanaraq, mənfəətini maksimallaşdıraraq fəaliyyət göstərir. Eyni zamanda həmin üsulla o, öz rəqiblərinin fəaliyyətlərinə reaksiya verir. Ayrı-ayrı oliqopoliyaçılar arasında belə qarşılıqlı əlaqələrin necə başa çatması haqqında ümumi proqnozlar mövcud deyildir. Bu halda praktik olaraq qiymət rəqabət və inhisar səviyyələri arasında istənilən kəmiyyətlə malik ola bilər və o, vaxtdan asılı olaraq dəyişəcəkdir. Əlbəttə qiymətlərin rəqabətli səviyyəsindən artımının ölçüsü oliqopoliyaçmm öz rəqibinin davranışmı bilməsindən və yeni satıcıların sahəyə daxil olma imkanlarından asılı olacaqdır.

Oliqopoliya bazarına yeni satıcıların daxil olma imkanları olduqda nə baş verəcəyi ilə tanış olaq. Bu halda təhlilə iki yeni xarakterik əlamətlər əlavə olunur.


  1. Əvvəl qeyd etdiyimiz kimi, əgər bazara daxil olma maneələri mövcud deyildirsə, onda uzunmüddətli dövrdə qiyməti rəqabətli səviyyədən yuxarıda saxlamaq üsulu mövcud deyildir. Yüksək mənfəət sahəyə yeni firmalar cəlb edəcək və onların hesabına ümumi buraxılış həcminin artması qiymətin rəqabətli səviyəyədək aşağı düşməsinə səbəb olacaqdır. Maneələr olmadıqda sövdələşmə uzunmüddətli dövrdə mənfəətin artmasını təmin edə bilməyəcəkdir.

  2. Daxil olma imkanları sahədə sarsılmaz vəziyyəti olan oliqopoliyaçılarm davranışına təsir edə bilər. Onlar yeni firmaların daxil olmasına mane olan və ya bazardan çıxarılmasına imkan verən fəaliyyətlər yerinə yetirə bilərlər.

Yeni firmaların bazara daxil olmasının qarşısını almaq üçün sövdələşən satıcılar buraxılış həcmini inhisar səviyyəsindən yüksək qoya bilərlər. Praktikada bura daxil olmanın qarşısını almaq üçün ən kiçik qiymətlərin tətbiqi üsulundan istifadə olunur. Buna qiymətləri saxlamaq deyilir.

Alternativ yanaşmalardan biri də bazarda titanik firmaların öz müəssisələrində artıq güclərin saxlanılmasıdır. Onun vasitəsilə daxil olma baş verdikdə buraxılışın kəskin artırılması təhlükəsi yaradılır. Bu isə “yırtıcı” qiymət qoyma yoluna daxil olma təhlükəsidir.

Qiyməti kəskin aşağı salmaqla, digər firmaları sahədən sıxışdırıb çıxarmaq üçün firmalar “yırtıcı” qiymətqoyma yolunu seçirlər.

Bu halda onlar qiyməti kəskin aşağı salaraq, özləri mənfəəti itirirlər, lakin rəqiblərin daha çox itirməsinə ümid edirlər. Yırtıcı siyasətin mənfəət gətirməsi üçün bazara daxil olma çox çətin olmalıdır. Deməli, yırtıcı qiymətqoyma siyasəti yeni firmaları bazardan kənarlaşdırmağa yönəldilmişdir, belə siyasət az yayılmış.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə