Mövzu Mikroiqtisadiyyata giriş


Şəkil 1.2. İstehsal imkanlarının sərhədləri



Yüklə 1,15 Mb.
səhifə4/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   2   3   4   5   6   7   8   9   ...   37
Mikroiqtisadiyyat- mühazirə

Şəkil 1.2. İstehsal imkanlarının sərhədləri.

İstehsal imkanları əyrisinin hər bir səviyyəsi "A" və "B" nemətlərinin maksimal istehsal həcmini əks etdirir. Bu nemətlərdən birinin istehsalının artırılması, o birinin azaldılmasına səbəb olacaqdır. Ona görə də əyri aşağı istiqamətli olub, mənfi meyl bucağına malikdir. "A" nemətindən daha çox istehsal etdikdə onun hər bir əlavə miqdarının alternativ məsrəfləri "B" nemətinin əlavə istehsal edilməmiş miqdarını təşkil edəcəkdir. Məsələn, (A2-A1) əlavə buraxılış miqdarının alternativ məsrəfləri (B2-B1) miqdarına bərabərdir. Ardıcıl olaraq həmin nemətin daha böyük buraxılışına keçdikdə, alternativ məsrəflərin artması müşahidə olunur. Alternativ məsrəflərin artmasının səbəbi istifadə olunan resursların xüsusiyyətidir. Bütün resursları ağrısız olaraq bir məhsul növü istehsalından çıxarılaraq digərinə verilməsi mümkün deyildir. Səmərəli fəaliyyət göstərən iqtisadi subyekt əvvəlcə digər istehsal növünə daha yararlı olan resurslardan istifadə edir, sonra isə həmin istehsalın genişləndirilməsi məqsədilə məhdudluq şəraitində daha az yararlı resurslara keçirlər. Beləliklə, alternativ istehsal növündə spesifik iqtisadi resurslardan yalnız qismən istifadə oluna bilər. Nəticə etibarı ilə resursların məhdudluğu və spesifikliyi şəraitində istənilən alternativ məhsulların buraxılışının artırılması məsrəfləri yüksəldəcəkdir.

İstehsal imkanları əyrisində iki sərhəddi bir-birindən fərqləndirmək lazımdır. Əyrinin daxilindəki nöqtələrdə iqtisadiyyatda resurslar artıq, səmərəsiz xərclənir. İstehsal imkanları əyrisi xaricindəki nöqtələrdə mövcud resurslar və texnologiyada nail oluna bilməyən hallardır.

Beləliklə, istehsal imkanları əyrisi daxilində resurslar qeyri-səmərəli bölüşdürülür. Əgər iqtisadiyyatda mövcud resurslarda hər hansı əmtəə istehsalının artırılması digər əmtəənin istehsalının ixtisar etmirsə, resursların bölüşdürülməsi qeyri-səmərəli sayılır.

Resursların səmərəli istifadəsi o deməkdir ki, cəmiyyət üçün bir nemətin miqdarının artırılması o birinin miqdarını azaltmadan mümkün deyildir. Deməli, istehsal imkanları əyrisi üzərindəki bütün nöqtələr səmərəlidirlər.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə