Mövzu Mikroiqtisadiyyata giriş


Müxtəlif iqtisadi sistemlərdə əlaqələndirmə



Yüklə 1,15 Mb.
səhifə5/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   2   3   4   5   6   7   8   9   ...   37
Mikroiqtisadiyyat- mühazirə

1.3. Müxtəlif iqtisadi sistemlərdə əlaqələndirmə problemləri.

Dövr etmə modeli.
Nemətlərin yerləşdirilməsi probleminin təhlili iqtisadi subyektlərin qarşılıqlı əlaqəsinə gətirib çıxarır. Hər bir iqtisadi subyekt öz fayda və məsrəflərini qiymətləndirib və seçim etdikdən sonra cəmiyyət ayrı-ayrı subyektlərin iqtisadi fəaliyyətinin əlaqələndirilməsi ilə üzləşir. Ona aşağıdakılar daxildir:

- istehsalçıların qərarlarını bir-birilə əlaqələndirmək;

- istehlakçıların qərarlarını əlaqələndirmək;

- bütövlükdə istehsal və istehlak qərarlarını əlaqələndirmək.

Əlaqələndirmənin zəruriliyi çoxlu səbəblərlə, o cümlədən iqtisadi subyektlərin müəyyən iqtisadi fəaliyyət növünə ixtisaslaşması ilə bağlıdır.

Nemətlərin yerləşdirilməsi probleminin həllindən və iqtisadi fəaliyyətin əlaqələndirilməsindən asılı olaraq iqtisadi sistemlər fərqləndirilir. Aydındır ki, həmin iqtisadi sistemin xüsusiyyətlərini xarakterizə edən nemətlərin yerləşdirilməsi və iqtisadi fəaliyyətin əlaqələndirilməsi fərqləri iqtisadi davranışı tənzimləyən institutlar və institusional strukturların fərqləri ilə müəyyən olunur.

İnzibati sistemdə iqtisadi davranışın qaydaları və parametrləri və nemətləri müvafiq yerləşdirilməsi idarəedici alt sistemin, ilk növbədə dövlətin təsiri ilə təyin olunur. İqtisadi subyektin davranışının idarəedici təsirə uyğunluğu ilk növbədə qeyri-iqtisadi vasitələr, yəni ideologiya ilə yanaşı məcbur etmə aparatı tərəfindən həyata keçirilir. İqtisadi fəaliyyətin belə əlaqələndirilməsi iqtisadi davranış normasının dəyişdirilməsi hesabına əhəmiyyətli inkişaf, eləcədə resursların idarəedici alt sistemin nəzarəti ilə təmərküzləşdirilməsini təmin edir. Onun mənfi tərəfi xarici komandalara tabe olanların iqtisadi fəallığına daxili stimulların olmaması və onlar tərəfindən iqtisadi subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasıdır. Ona görə də bu sistemdə yüksək sürətli inkişaf tənəzüll və azalma ilə yerini dəyişir.

Bazar sistemində iqtisadi davranış normaları satıcılar və alıcıların qarşılıqlı əlaqələri əsasında formalaşır. O, bir tərəfdən, əməkdaşlıq və rəqabətin gedişində iqtisadi fəaliyyətin parametr və qaydalarının dəyişdirilməsi yolu ilə iqtisadi inkişafın mümkünlüyünü, digər tərəfdən isə xüsusi mülkiyyətdən istifadə etməklə iqtisadi subyektlərin fərdi maraqlarının təmin edilməsi mümkünlüyünü özündə birləşdirir. Bu halda bütün iqtisadi subyektlər fəaliyyət azadlıqlarını məhdudlaşdıraraq, onların müstəqilliyi və iqtisadi aktivliyinin əhəmiyyətli artmasını təmin edən ümumi qaydalara tabe olmalıdırlar. Bu halda fərdi azad fəaliyyətlər genişləndikcə, iqtisadi fəaliyyətin ümumi nizamlanması əhəmiyyətli yüksəlir. Ona görə də düzgün olmayan iqtisadi qərarların nəticəsi çox ağır ola bilər. İqtisadi subyektlərin fəaliyyətlərinin əlaqələndirilməsi və nemətlərin yerləşdirilməsi rolunu bazar mexanizmi və ilk növbədə qiymətləri sistemi yerinə yetirir.

Bazar şəraitində əlaqələndirmə problemi dövr etmə modeli, tələb və təklif modelinin köməyi ilə təhlil olunur.


Resurslar bazarı

İstehlak nemətləri


İstehlak nemətləri bazarı




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə