Mövzu: Mülki hüququn anlayışı və predmentiMÜLKİ HÜquq anlayişI



Yüklə 20,27 Kb.
tarix25.08.2018
ölçüsü20,27 Kb.
#64174

Ad;Səməd


Soyad:Abbasov

Qrup:


Kurs:

Fakültə:Biznesin idarə edilməsi


Mövzu: Mülki hüququn anlayışı və predmentiMÜLKİ HÜQUQ ANLAYIŞI.


“Mülki hüquq” hüquq sisteminin ən mühüm sahələrindən biridir. Mülki- hüquqi tədqiqat mülki hüquq elminin inkişafının əvvəlki vaxtda işlənib-hazırlanmış və əsaslandırılmış elmi müddəalarının öyrənilməsinə əsaslanır, müəlliflərin əldə etdiyi təcrübənin ən yaxşılarını ümumiləşdi- rir. Zəngin elmi irsi dərindən yaradıcı şəkildə dərk etmək də müasir mül- ki hüquq elminin vəzifələrindən biridir.

Mülki hüquq elmi ictimai münasibətlərin mülki-hüquqi tənzim- lənməsi, onun fəaliyyəti və inkişaf qanunauyğunluqları, onun effektivli- yinə nail olunması üsulları; mülki hüququn daha da təkmilləşdirilməsi üçün lazım olan yeni biliklərin əldə edilməsi vasitələri haqqında müəy- yən şəkildə sistemləşdirilmiş biliklərin məcmusudur.

Mülki hüquq haqqında sadalanan elmi müddəalar mülki hüquq kursunda öyrənilən materialın əsasını təşkil edir. Ona görə də təkcə qa- nunvericilik konstruksiyaları və konkret qaydalar aydınlaşdırılmır, eyni zamanda, onların hüquqi və sosial-iqtisadi təbiəti izah edilir, təcrübi sə- mərəliliyi qiymətləndirilir, mülki hüququn imkanlarını aydınlaşdırmağa və praktik fəaliyyətdə onlardan istifadə etməyə kömək edən nəzəri kon- sepsiya və postulatlar qarşılaşdırılır və təhlil edilir. Məhz mülki hüquq haqqında elmi biliklər və onları tətbiq etmək bacarığı bu fundamental hüquq fənninin öyrənilməsi gedişində ilk növbədə mənimsənilməlidir.

Mülki hüquq münasibətlərinin obyektləri: Əmlak və ya qeyri-əm- lak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.

Mülki hüquq münasibətlərinin subyektləri aşağıdakılardır:


  1. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul ol- mayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibət- lərinin subyektləri ola bilərlər.

  2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünü idarə orqanları- nın digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nə- zərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir.

  3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələ- rini vicdanla həyata keçirməyə borcludurlar.


2. MÜLKİ HÜQUQUN PREDMETİ.


Ümumi hüquq nəzəriyyəsindən məlumdur ki, hüququn sahələrə və institutlara ayrılması üçün iki başlıca meyar vardır: hüquqi nizama- salmanın predmeti və metodu. Məhz bu iki meyar hüquq sisteminin sa- hələrə bölünməsi üçün əsasdır. “ Hüquq sahəsinin predmeti ” dedikdə, onun nizamladığı ictimai münasibətlərin dairəsi başa düşülür. “ Hüquqi tənzimetmənin metodu ” dedikdə, həmin hüquq sahəsinin tənzim etdiyi ictimai münasibətlərə təsir üsulları başa düşülür. Məhz hüquqi tənzim- etmə predmetinə və metoduna görə hüquq sahələri bir – birindən fərq- ləndirilir.

Hər bir hüquq sahəsi isə yalnız özünəməxsus müəyyən qrup ic- timai münasibətləri tənzimləyir. Məsələn, mülki hüquq “ əmlak və şəxsi qeyri - əmlak münasibətlərini ”, ailə hüququ “ nikah münasibətlərini, ailə üzvləri arasındakı münasibətləri və digər münasibətləri ” , əmək hüququ isə “ əmək münasibətlərini və əməklə əlaqədar digər münasibətləri ” nizama salır. Bu hüquq sahələrinin biri də mülki pro- sessual hüquqdur. Mülki prosessual hüquq – mülki işlər üzrə ədalət mü- hakiməsi həyata keçirilən zaman məhkəmə ilə prosesin digər iştirakçıları arasında yaranan, prosessual hərəkətləri və mülki prosessual hüquq mü- nasibətlərini nizamlayan hüquq normalarının sistemidir. Mülki proses- sual hüquq hüququn müstəqil sahəsi olduğundan, müstəqil predmetə və hüquqi nizama salma metoduna malikdir.

Mülki prosessual hüququn nizamasalma predmeti – mülki pro- sesdir. Mülki prosesə məhkəmə ilə mülki işin digər subyektləri arasında prosessual və hüquqi münasibətlər kimi baxılması o deməkdir ki, mülki

prosessual hüququn predmeti yalnız məhkəmə icraatı ilə məhdud- laşdırılıb.

Mülki hüququn predmeti dedikdə, onun nəyi nizama salması başa düşülür. Başqa sözlə desək, mülki hüququn predmetini müəyyən növ ictimai münasibətlər təşkil edir. Mülki hüququn nizama saldığı ictimai münasibətlərə mülki hüququn predmeti deyilir.

Mülki hüququn predmetini təşkil edən ictimai münasibətləri iki qrupa bölmək olar:



    1. əmlak münasibətləri;

    2. şəxsi qeyri-əmlak münasibətləri;

Mülki hüquqla tənzim edilən münasibətlərin əsas hissəsini əmlak münasibətləri təşkil edir. Bu münasibətlər bir qayda olaraq əmlakla, maddi nemətlərlə əlaqədar yaranır və maddi dəyərə malik olmaqla ya- naşı, əmtəə-pul formasında olur. Eyni zamanda tələb hüququ da buraya aid edilir. Əmlak münasibətləri həmişə ya əmlakın müəyyən şəxsdə olması, ya da əmlakın bir şəxsdən başqasına keçməsi ilə əlaqədar əmələ gəlir və mövcud olur.

Əmlak münasibətləri çoxsaylı və müxtəlifdir. Bu münasibətlər ara- sında iki əsas qrupu fərqləndirmək lazımdır: əşya xarakterli münasibətlər və öhdəlik xarakterli münasibətlər.

Əşya münasibətləri bu və ya digər subyektin müəyyən əmlaka – tə- bii obyektlərə, istehsal vasitələrinə və əmək nəticələrinə malik olması ilə əlaqədar olan münasibətlərdir. Əşya münasibətləri sistemində əsas yeri mülkiyyət münasibətləri tutur. Mülkiyyət münasibətləri mənimsəmə xa- rakteri daşıyır, sahiblik, istifadə, sərəncam səlahiyyətləri ilə bağlı olur.

Bu münasibətləri mənimsəmə subyektlərindən asılı olaraq şəxsi, dövlət, bələdiyyə münasibətlərinə bölmək olar. Bu zaman onların hamısı özlə- rinin fəaliyyəti və müdafiəsi şəraiti mövqeyindən qanunla bərabərhü- quqlu sayılır. Əşya münasibətlərinə həmçinin məhdud əşya hüquqları da aid edilir. Məhdud əşya hüquqları mülkiyyətçi olmayan şəxslərin kon- kret əşyaya sahiblik, istifadə, bəzən də sərəncamvermə hüququ ilə bağlı yaranır. Məhdud əşya hüquqları mülkiyyət hüququna gürə məhduddur.

Mülki hüquqla tənzim edilən əmlak münasibətlərinin başqa bir qrupunu öhdəlik münasibətləri təşkil edir. Bu münasibətlər əmlakın bir şəxsdən digər şəxsə keçməsi ilə bağlıdır. Əgər əşya münasibətləri maddi nemətlərin mənsubiyyəti münasibətlərinin elə bil statikasını müəyyən edirsə, öhdəlik münasibətləri iqtisadi münasibətlərin həyata keçirilmə formaları olaraq onların dinamikasını göstərir. Bu baxımdan da ədəbiy- yatda dinamik və statik münasibətlər terminindən istifadə edilir. Öhdəlik münasibətləri müxtəlif əsaslardan yaranır. Onların ən böyük qrupu əmla- kın başqa şəxsin mülkiyyətinə, istifadəsinə, sahibliyinə, sərəncamına ve- rilməsi ilə, bir şəxsin digəri üçün müəyyən işləri yerinə yetirməsi ilə əla- qədar təşkilatlar (hüquqi şəxslər) və ayrı-ayrı vətəndaşlar tərəfindən bağ- lanılan müxtəlif müqavilələr əsasında meydana çıxır.

Əmlakın bir şəxsdən başqasına keçməsi ilə əlaqədar münasibətlərin xüsusi qrupunu vərəsəlik münasibətləri təşkil edir. Onların əsas xüsusiy- yəti odur ki, əmlak yalnız şəxsin ölümündən sonra ölmüş şəxsin iradə- sini ifadə edən vəsiyyət əsasında, ya da bilavasitə qanun əsasında onun vərəsələrinə keçir.

Hüquq ədəbiyyatında son zamanlar korporasiyaların xüsusi əm- lakının idarəçiliyi üzrə münasibətləri də əmlak xarakterli münasibətlərin

bir növünə aid edirlər. Belə hesab edilir ki, həmin münasibətlər təsər- rüfat şirkətləri və cəmiyyətlərinin, istehsal kooperativlərinin idarəçili- yində yaranır və iştirakçıların üzvlüyünə əsaslanır.

Əmlak münasibətləri ilə yanaşı şəxsi qeyri-əmlak münasibətləri də mülki-hüquqi tənzimetmənin predmetidir. Bu münasibətlər bir sıra əla- mətlərlə xarakterizə edilir. Birincisi, əmlak münasibətləri ilə əlaqəsindən asılı olmayaraq iqtisadi məzmundan məhrumdur. İkincisi, bu münasibət- lərin obyekti qeyri-maddi nemətlərdir – ad, şərəf, ləyaqət, şəxsi həyat, ixtiraya müəlliflik və s. Şəxsi qeyri-əmlak hüquqlarının daşıyıcısı təkcə fiziki şəxslər yox, həm də hüquqi şəxslərdir. Hüquqi şəxsin qeyri-əmlak nemətlərinə onun adı, işgüzar nüfuzu, istehsal markası və s. aiddir.

Ümumiyyətlə, ədəbiyyatda bu münasibətlər iki yerə bölünür:



  1. əmlakla əlaqədar olan şəxsi qeyri-əmlak münasibətləri;

  2. əmlakla əlaqədar olmayan şəxsi qeyri-əmlak münasibətləri; Əmlakla əlaqədar olan münasibətlərə əqli yaradıcılığın yaranması, onlar- dan istifadə ilə əlaqədar, habelə əmtəələrin və onların istehsalçılarının fərdiləşdirilməsi ilə əlaqədar münasibətləri aid edə bilərik. Qeyd etmək lazımdır ki, bu münasibətlər indiki kimi geniş olmasa da, hələ 1966-cı il Mülki Məcəlləsində tənzim olunurdu. İndi isə bu münasibətlər Mülki Məcəllə ilə yanaşı, bir sıra qanunlarla da – 4 iyun 1996-cı il "Müəlliflik və əlaqəli hüquqlar haqqında", 25 iyul 1997-ci il "Patent haqqında" qa- nunlarla da tənzim edilir.

Əmlakla əlaqədar olmayan şəxsi qeyri-əmlak münasibətlərinin ob-yektini əmlak dəyəri olmayan şəxsi qeyri-maddi nemətlər təşkil edir. Mülki Məcəllə fiziki şəxslərin şərəf və ləyaqətini, işgüzar nüfuzunu, ya-şayış yeri seçmək

hüququnu bu sıraya aid etmişdir. Bu hüquqlar bir sıra əlamətlərə malikdir. Bu hüquqlar iqtisadi məzmundan məhrum olub, subyektin hər hansı əmlak mənafeyi ilə bağlı deyildir. Eyni zamanda həmin hüquqlar şəxsi qeyri-maddi nemətlər barəsində yaranır. Həmin nemətlər isə şəxsin üzündən ayrılmaz olub, özgəninkiləşdirilmir. Buna görə də onları satmaq, bağışlamaq, dəyişmək, vəsiyyət etmək olmaz. Bir sıra sivilist alimlər bu hüquqları bəzi meyarlar əsasında qruplaşdırmışlar. Məsələn, şəxsiyyətin fərdiləşməsinə yönələn hüquqlar – ad hüququ, şə-rəf, ləyaqət hüququ, şəxsiyyətin fiziki mövcudluğunu və əmin-amanlı-ğını təmin etməyə yönələn hüquqlar – yaşamaq, azadlıq və s. şəxsiyyətin mənəvi sosial əmin-amanlığını təmin etməyə yönələn hüquqlar – şəxsi həyat sirrini saxlamaq hüququ və



  1. Qeyd edək ki, bu siyahı tam deyil və müxtəlif meyarlar

əsasında genişləndirilə bilər.

Mülki-hüquq münasibətlərin əsas kütləsinin əmlak münasibətləri təşkil etdiyinə görə, mülki-hüquqi məsuliyyət də əmlak xarakteri daşı-malıdır. Mülki hüquqi məsuliyyətin əsas xüsusiyyətlərini əmtəə-pul mü- nasibətləri sahəsində fəaliyyət göstərən ekvivalentlik prinsipinə müvafiq olan onun əmlak və kompensasiya xarakteri təşkil edir.

Əmlak mülki-hüquqi məsuliyyət tədbirləri təşkilatların və vətən-daşların şəxsi qeyri-əmlak hüquqlarının

pozulması zamanı tətbiq edilə bilər. Hətta mənəvi ziyanın əvəzinin ödənilməsi əmlak formasında ola bilər.

Beləliklə, qeyd olunanları nəzərə alaraq, mülki hüquqa belə bir an-layış verə bilərik: “Mülki hüquq hüquq sisteminin ən mühüm sahə-lərindən biri olmaqla, əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tən-zimləyən normaların məcmusudur.” Eyni zamanda mülki hüquq mülki dövriyyənin azadlığını təmin etməklə, sərbəst bazar iqtisadiyyatının in-kişafına şərait yaradır.

Yuxarıda deyilənlərdən aydın olur ki, əmlak münasibətlərinin və şəxsi qeyri-əmlak münasibətlərinin mülki hüququn predmeti olması üçünbir neçə şərtlər və əsaslar olmalıdır:



    1. bu münasibətlər iştirakçıların bərabərliyinə, iradə azadlığına əsaslanmalıdır;

    2. bu münasibətlərdə iştirak edən tərəflər əmlak cəhətdən müstəqil olmalıdır, yəni onlar hüquq bərabərliyinə malik olmaqla biri digərindən asılı olmamalıdırlar;

Yuxarıdakı əlamətlərə cavab verməyən əmlak və şəxsi qeyri-əmlak münasibətləri mülki hüququn predmetini təşkil edə bilməz. Bu o demək-dir ki, bütün əmlak münasibətləri mülki hüquqla nizama salınmır.

Hakimiyyət və tabeçilik prinsipi əsasında yaranan, tərəfləri hüquqi cəhətdən bərabər olmayan əmlak münasibətləri mülki hüququn predme-tinə aid deyildir. Bu

cür əmlak münasibətləri inzibati, maliyyə, vergi və digər hüquq sahələrinin predmetini təşkil edir.

Beləliklə, tərəflərin hüquq bərabərliyinə malik olan və hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmayan əmlak və şəxsi qeyri-əmlak mü-nasibətləri mülki hüququn predmetini təşkil edir. Məsələn, borclu-kre-ditor, sifarişçi- podratçı bərabər hüquqlara malikdir.

“ Sistem ” sözü yunan sözü olub birləşmə, hissələrdən düzəlmə deməkdir. Hüquqa tətbiq olunduqda sistem anlayışı hüququn daxili vəh- dətdə olan ayrı – ayrı hissələrinin vahid bir tam halında birləşməsini ifa- də edir. Mülki prosessual hüququn sistemi mülki prosessual hüquq mü- nasibətlərinin xarakteri ilə şərtlənən daxili strukturdur ki, bu da mülki prosessual hüquq normalarının vəhdətində və uyğunluğunda, eyni za- manda onların müəyyən sahə və institutlara ayrılmasında özünü əks etdirir.

Mülki prosessual hüququn sistemini iki hissəyə bölmək olar:



-ümumi hissə;

-xüsusi hissə.

Mülki prosessual hüququn ümumi hissəsi özündə elə normaları əks etdirir ki, bu normaların mülki prosessual hüququn xüsusi hissəsinin bütün və ya bir çox institutları üçün hüquqi əhəmiyyəti vardır.



Mülki prosessual hüququn xüsusi hissəsində nəzərdə tutulmuş nor- malar prosesin müvafiq mərhələsini və mülki mühakimə icraatının növ- lərinə dair münasibətləri tənzimləyir.
Yüklə 20,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə