Mövzu№ Qədim Şərq fəlsəfəsi Ağalar Qəribov I. Qədim Hind fəlsəfəsi


) Qeyri-ortodoksal fəlsəfi sistemlər



Yüklə 40,33 Kb.
səhifə11/24
tarix10.05.2022
ölçüsü40,33 Kb.
#86429
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
2. Qədim Şərq fəlsəfəsi

3) Qeyri-ortodoksal fəlsəfi sistemlər.

a) Çarvak-lokoyata. Hind fəlsəfəsində “çarvak” sözü materialist anlamı verir. Xatırladaq ki, materializm materiyanı yeganə gerçəklik hesab edən fəlsəfi doktrinadır. Materializm ağıl və şüuru materiyanın məhsulu kimi şərh edir. Bununla belə “çarvak” sözünə heç də materiyanın hərfi tərcüməsi kimi baxmaq olmaz. Bəzi versiyalara görə “çarvak” sözü materialist baxışları ilə məşhur olan müdrikin adından götürülüb. Başqa bir versiyaya görə isə “çarvaklar” adı “ye, iç, şənlən” şüarı ilə çıxış edən materialistlərə verilib. Belə ki, “çarv” – yemək, çeynəmək mənasını da verir. Və yaxud, materialistlərin sözləri xoşagəlimliyi, tez başa düşülənliyi ilə (“çaru” – xoşagələn, tez başa düşülən, “vak” – söz) seçildiyi üçün onlar “çarvaklar” adlandırılıb. Materializmi işarələmək üçün lokayata sözündən də istifadə edildiyi üçün( lokayatamata -adi insanın baxışları) bu təlim həm də çarvak-lokayata adlandırılır. Çarvak-lokoyata təliminin kim tərəfindən yaradıldığı dəqiq bəlli deyil. Bununla belə bir çox hind fəlsəfə tarixçiləri bu təlimin Brihaspati tərəfindən yaradıldığını iddia edirlər.

Çarvak-lokayata təlimi əsasən üç hissədən ibarətdir: qnoseologiya - idrak nəzəriyyəsi; ontologiya - varlıq haqqında təlim; etika - əxlaq nəzəriyyəsi.

Çarvak-lokayata sisteminə görə idrakın səhih mənbəyi qavrayışdır. Qavrayışa aid olmayan digər idrak mənbələri, məsələn nəticə, digər şəxslərin şəhadəti dəqiq deyil və yanlış nəticələr verir. Ona görə də birbaşa qavrayışla dərk etdiklərimizdən başqa heç nəyə inanmaq olmaz.

Qavrayış bizə yalnız maddi dünyanı aşkarlayır. Maddi dünya isə materiyanın dörd ünsüründən: hava, od, su və torpaqdan ibarətdir. Bu ünsürlərin hər birinin mövcudluğuna biz qavrayış vasitəsilə əmin oluruq. Dörd ünsürün müxtəlif kombinasiyaları təkcə cansız maddi obyektləri yox, ölümündən sonra yenə həmin ünsürlərə çevrilən bitki və canlıları da əmələ gətirir.

Çarvak-lokayata təliminə görə, qeyri-maddi insan canı (ruhu) haqqında danışmağın heç bir əsası yoxdur. İnsan bütövlükdə materiyadan ibarətdir.

Düzdür insan şüura malikdir, lakin şüur materiyadan təşkil olunmuş canlı bədənin keyfiyyətidir. Şüursuz ünsürlərdən təşkil olunan predmetin (bədənin) şüursuz olacağını iddia etmək də düz deyil. Ayrı-ayrı ünsürlərin heç birində olmayan keyfiyyətin, bu ünsürlərin birləşməsindən yaranan predmetə xas olmasına çoxlu misallar göstərmək olar. Məsələn, qara bibər kolu, qoz və əhəng birlikdə çeynənilərsə alınan kütlə, əvvəlki elementlərin heç birində olmayan qırmızı rəng olacaq. Buradan belə nəticə çıxarılır ki, maddi ünsürlərin xüsusi qaydada kombinasiyası şüura malik canlı bədəni yaradır. Aydındır ki, şüur bədəndən kənarda mövcud ola bilməz. İnsan ölərkən ondan heç nə qalmır, yəni insan canı əbədi deyil.

Çarvak-lokayata fəlsəfəsinin əxlaq təlimi axirət dünyasının inkarına əsaslanır. Dini ayinlərin icrası ilə axirətdə əbədi xoşbəxtlik tapacağına inamı isə onlar kahinlərin uydurması hesab etmişlər. Ona görə də zəkalı insanın həyatının əsas məqsədi, gerçəkliyinə heç bir şübhə olmayan bu real dünyada daha çox həzzə nail olmaqdır.


Yüklə 40,33 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə