Mövzu№ Qədim Şərq fəlsəfəsi Ağalar Qəribov I. Qədim Hind fəlsəfəsi



Yüklə 40,33 Kb.
səhifə17/24
tarix10.05.2022
ölçüsü40,33 Kb.
#86429
1   ...   13   14   15   16   17   18   19   20   ...   24
2. Qədim Şərq fəlsəfəsi

2. Konfusiçilik. Qədim Çin fəlsəfəsinin ən qədim məktəblərindən biri olub, ilk növbədə insanı sosial həyatın iştirakçısı kimi tədqiq edir. Konfusiçiliyin banisi Konfusi (təq. m.ö. 551-479) olub. Təlimini şifahi yaysa da, baxışları şagirdləri tərəfindən qələmə alınmış “Lun Yuy” (“Söhbətlər və mühakimələr”) traktatında əksini tapıb.

Əksər filosoflar kimi, Konfusini də şərin mənbəyi düşündürmüşdür. Lakin əgər buddizmdə ayrıca insanın iztirabları və bu iztirabları aradan qaldırılma vasitələri haqqında söhbət açılırsa, konfusilikdə isə cəmiyyətin məruz qaldığı soial şər və bədbəxtliklərə diqqət yönəldilir. Çünki, əgər cəmiyyət içərisindədirsə, deməli onun hər bir nümayəndəsi əziyyət çəkir. Və əksinə, cəmiyyət inkişaf və çiçəklənmədədirsə, onda hər bir insan da rifah içərisində yaşayır.

Konfusiçiliyin cavab axtardığı suallar belədir: Sosial bədbəxtliklərin səbəbi nədir? Hökmdarlar nə üçün xalqı incidir, bəs xalqlar nə üçün öz hökmdarlarına qarşı çıxırlar? Nə üçün valideynlər bəzən öz uşaqlarının qayğısına qalmır, uşaqlar isə valideynlərinə hörmət etmirlər? Nəsillər arasındakı münaqişələr nədən törəyir? Nə üçün dünyada qəddarlıq, yalan və düşmənçilik geniş yayılır? Və ən əsası: bu müsibətlərdən necə qurtulmalı və insanların birgəyaşayışını hansı yollarla harmonik və xoşbəxt etməli?

Konfusi hesab edir ki, dünyada şərin müstəqil səbəbi yoxdur. Dünya özlüyündə şər deyil və ola bilməz. Çünki, o mütləq xeyir, ali, şəxssiz, panteist başlanğıc – Səma (Tyan) tərəfindən yaradılıb və daim onun nəzarətindədir. Səma fəzilətlərlə doldurulmuş nizamı (Li) bərqərar edir. Şər isə bu nizamın pozulmasından törəyir. Bu pozuntunu isə, Səmavi nizamı düzgün anlamayan insanlar pozur.

Şərin törəməməsi üçün, insan həyatının nizamlı və harmonik olması üçün Səmavi iradə və onun bərqərar etdiyi xeyir nizam dərk olunmalıdır. Biz bu nizamı görməli, sona qədər dərk etməli, sonra isə ona əməl etməliyik. Xoşbəxtliyi kənarda axtarmaq lazım deyil, o həmişə ətrafımızdadır. Ondan yalnız istifadə etmək lazımdır. Bizdən isə yalnız Səmanın təyin etdiyi xoş nizama riayət etmək, ona uyğun yaşamaq, onun prinsip və qaydalarına əməl etmək, onları heç zaman pozmamaq tələb olunur. O zaman insan xoşbəxt olur. Səmanın təyin etdiyi qaydalar isə bunlardır: alicənablıq (kuan), böyüklərə hörmət (di), övlad ehtiramı (syao), dosta vəfalılıq (İ), hökmdara sədaqət (çjun) və s. Əgər hər kəs öz bildiyi kimi yaşasa, o da xoşbəxt olar, cəmiyyət sabit həyat sürər.


Yüklə 40,33 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə