Mövzu№ Qədim Şərq fəlsəfəsi Ağalar Qəribov I. Qədim Hind fəlsəfəsi


III.Qədim dövrdə Azərbaycan fəlsəfi dünyagörüşü



Yüklə 40,33 Kb.
səhifə2/24
tarix10.05.2022
ölçüsü40,33 Kb.
#86429
1   2   3   4   5   6   7   8   9   ...   24
2. Qədim Şərq fəlsəfəsi

III.Qədim dövrdə Azərbaycan fəlsəfi dünyagörüşü.

1) Zərdüçtilik; 2) manilik; 3) Məzdək və məzdəkizm.
I. Qədim Hind fəlsəfəsi.

1) Qədim Hind fəlsəfəsinin ümumi səciyyəsi. Vedalar.

Hind fəlsəfəsi öz başlanğıcını qədim hindlilərin müqəddəs saydıqları və yaranması təqribən m.ö.II minilliyin ortalarına təsadüf edən Vedalardan götürmüşdür. Sanskrit dilindən tərcümədə “bilik”, “təlim” mənasını verən Vedalar bütövlükdə hind mədəniyyətinin nüvəsini təşkil edir.

Vedaların ən qədim hissəsi dörd topluda (samhitlər) əksini tapmışdır: 1) Riqveda – Tanrıların şəninə himnlər; 2) Yacurvedaqurban vermə ayin və himnləri; 3) Samaveda – dini nəğmələr; 4) Atharvaveda – lənətlər. Sonralar samhitlərin təfsiri və şərhi nəticəsində Vedalara aid edilən çoxsaylı ədəbi nümunələr yaranmışdır. Onlara: Brahmanlar – ilahiyyat traktatları; Aranyaklar (“meşə kitabları”) – zahidlər üçün nəzərdə tutulurdu; Upanişadlar – dini və fəlsəfi mətnlər aiddir.

Vedalarda əksini tapmış və hind fəlsəfəsinin inkişafına təkan vermiş əsas ideyalar bunlardır: məkanlı-zamanlı dünyanın nəhəngliyi; ümumi vəhdət və onun əsasında dayanan əbədi mahiyyət (brahman) haqqında təlim; kainatın əxlaqi nizama malik olmasına inam (rita); Tanrılara, insanlara, səma cisimlərinə və bütün mövcudluğa aid olan ədalət qanuni (karma); təkrarlanan doğuluşun dövranı kimi başa düşülən sansara anlayışı; fərdin azadlığı, dünyadan asılılığını dəf etməsi kimi başa düşülən mokşa; insan həyatının son məqsədinin mütləq mənəvi başlanğıcla qovuşması kimi başa düşülməsi və buna aparan praktik yolların tapılması.

Vedalara olan münasibətinə görə hind fəlsəfi sistemləri iki böyük qrupa ayrılır. Vedaların avtoritetini etiraf edən təlimlər: ortodoksal fəlsəfi sistemlər – astika; Vedaların avtoritetinietiraf etməyən qeyri-ortodoksal fəlsəfi təlimlər – nastika. Ortodoksal fəlsəfi sistemlər: nyaya, vayşeşika, sankhya, yoqa, mimansa, vedanta. Qeyri-ortodoksal fəlsəfi sistemlər: çarvak-lokoyata, caynizm, Buddizm. Bu təlimlərin hər birini ayrıca nəzərdən keçirəcəyik.


Yüklə 40,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə