Mövzu№ Qədim Şərq fəlsəfəsi Ağalar Qəribov I. Qədim Hind fəlsəfəsi


ç) Yoqa. Yoqa fəlsəfi təlimi müdrik Patancali



Yüklə 40,33 Kb.
səhifə8/24
tarix10.05.2022
ölçüsü40,33 Kb.
#86429
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
2. Qədim Şərq fəlsəfəsi

ç) Yoqa. Yoqa fəlsəfi təlimi müdrik Patancali tərəfindən yaradılıb. Yoqa sözü hərfən birləşmə, toparlanma anlamını verir. Bu təlimin xüsusi maraq doğuran cəhəti yoqa praktikasıdır. Bu praktikanın məqsədi viveka-cnyananın - daha doğrusu azadolmanın vacib şərti olacaq idrakın məhdudlaşdırılma vasitəsinin əldə edilməsidir. Bu təlimə görə yoqa ağılın bütün funksiyalarının dayandırılmasını birləşdirir. Ağılın funksiyalarının isə beş pilləsi mövcuddur.

Birinci pillə ağılın diqqətsiz halıdır (kişpta) : bu zaman ağıl bir obyektdən digərinə doğru “sürüşür”.

İkinci pillə ağılın kütləşmə halıdır (mudha), məsələn yuxuda olduğu kimi.

Üçüncü pillə ağılın nisbi sakitləşmə halıdır (vikşipta). Bu halların heç birində yoqa mümkün deyil.

Dördüncü və beşinci pillələr ekaqraniruddha adlanır . Ekaqra ağılın düşüncə predmeti olan hansısa obyekt üzərində toparlanması halı, niruddha isə hər bir təfəkkür fəaliyyətinin tam kəsilməsidir.

Yoqa halı da iki növdədir. Birinci halda yoqa ağılın düşüncə obyektində tam toparlanması və mövcud obyektin aydın dərkinə gətirən vəziyyətdə təzahür edir. İkinci halda bütün əqli modifikasiyaların tam kəsilməsi idrakın tam yoxluğu kimi müşahidə edilir.

Yoqa praktikasında səkkiz mərhələ mövcuddur: cilovlama, etika mədəniyyəti, vəziyyət, nəfəsə nəzarət, hisslərin uzaqlaşdırılması, diqqət, canlı seyr, toparlanma.

Cilovlama - kiminsə həyatına zərər vurmaqdan, yalandan, oğurluqdan, zinakarlıqdan və tamahkarlıqdan imtinadır.


Yüklə 40,33 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə