Mövzu. Qender və ƏDƏBİyyat



Yüklə 185,05 Kb.
səhifə2/6
tarix25.06.2018
ölçüsü185,05 Kb.
#51412
növüYazı
1   2   3   4   5   6

inkişafının  ən müxtəlif mərhələlərində qender yanaşmasını qeyd etməyə imkan verər. Bu ədəbiyyatın 

məzmunu və ifadə formalarının xüsusiyyət qanunauyğunluqlarını dərk etmək üçün lazımdır. Axı bədii 

ədəbiyyat bütün dövr və mərhələlərdə insan həyatını və onun sosiumda reprezentasiyasını əks etdirirdi. 

Bu planda qender baxışı məlum ədəbi fakt və hadisələri yeni nəzərlə dərk etməyə imkan verir.  

Məlumdur ki, antik ədəbiyyat antik təsviri incəsənətlə birlikdə  əsrlərə meydan oxuyur. Homer 

poemaları, yunan dramları, görkəmli Roma şairlərinin  əsərləri kimi antik ədəbiyyat nümünələri təkcə 

uzaq, əbədi yox olmuş keçmişin tarixi sənədləri deyil, estetik qiyməti olan bədii əsərlər kimi qavranılır. 

Onların müəllifləri təkcə öz qəhrəmanlarının portret və xarakteriskalarını deyil, həm də öz dövrlərinin ən 

mühüm, vacib məsələlərini də əks etdirirlər. 

Bizi maraqlandıran problem nəzərindən Sofokl və Evripid kimi görkəmli qədim yunan şairlərinin 

yaradıcılığı müəyyən maraq doğurur, belə ki, onların əsərlərində artıq qender problemini tapmaq olur.  

Qədim yunan tragediya ustası Sofoklun yaradıcılığının dünya ədəbiyyatı üçün əhəmiyyəti hər 

şeydən  əvvəl onun yaratdığı obrazlardadır. Maraqlıdır ki, Sofokl qadın obrazlarına böyük diqqət verir, 

qəhrəman obrazlarla yanaşı, mülayim əzabkeş Deyaniranı (Traxinyalılar) və Tekmessanı («Ayaks») canlı 

rəğbətlə ilə təsvir edir.  

Qadınların patriarxal ailədəki əsarətli vəziyyəti də şairin diqqətini çəkirdi. Onun tragediyalarında 

qadın taleyindən şikayət var («Traxinyalılar», «Tesey»). 

Digər qədim yunan tragik şairi Evripidin yaradıcılığının dünya ədəbiyyatı üçün əhəmiyyəti qadın 

obrazlarına üstünlük verilməsidir. Buna hətta onun əsərlərinin adları  şahidlik edir: «Troya qadınları», 

Elektra», «Andromeda», «Yelena», «Finikiya qadınları», «Vakx qadınları», «İfigeniya Avliddə», 

«Medeya», «Fedra». 

Evripidin sevimli mövzusu hiss və ehtirasların dinamikasıdır. O antik ədəbiyyatda ilk dəfə olaraq 

psixoloji problemləri, xüsusilə qadın psixologiyası problemlərini aydın şəkildə qşarşısına qoyur.  

Qeyd etmək lazımdır ki, Evripid ailə mövzusuna da böyük diqqət yetirir. Evripid ailədə  və 

cəmiyyətdə qadının yeri məsələsinə müxtəlif tragediyalarda təkrar-təkrar qayıdır və surətlərin dili ilə 

müxtəlif fikirlər söyləyir. Qadın nöqsanlarına qarşı ənənəvi çıxışlarla yanaşı, yunan ədəbiyyatı üçün yeni 

olan kişinin bütün həyat sevinclərini və çətinliklərini bölüşdürməyə hazır olan dostu kimi qadın obrazına 

da rast gəlmək olar.  

Onun tragediyalarında, yunan nigah sistemində qadına münasibət qadınlar tərəfindən xüsusi 

kəskinliklə  tənqid olunur, belə ki, yunan ailəsində qadın, demək olar ki, dustaq kimi yaşayırdı. Onun 

əsas işi uşaq doğmaq hesab olunurdu və o qulluqcudan başqa heç nə deyildi. Evripidin bir çox 

əsərlərində qadınlar öz qapalı və tabe vəziyyətlərindən şikayətçidirlər.  

Evripidin ən güclü faciələrindən biri «Medeya»dır. «Medeya»da belə bir fikir yürüdülür ki, nigah 

valideynlərin razılığı ilə gələcək ər ilə tanışlıq olmadan kəsilir və qadının təngə gəldiyi ərini tərk etməsi 

mümkün deyil. Faciədə ailə, nigah, atalıq haqqında çoxlu mühakimələr (fikirlər) var. Bu barədə  əsərin 

iştirakçıları: xor, qoca dayə, baş qəhrəman Medeya danışırlar. Medeya müəllif tərəfindən nigah və ailəyə 

yeni münasibətin daşıyıcısı kimi göstərilib. Belə ki, əri Yasonun xəyanətindən xəbər tutan Medeya Korinf 

qadınlarının xoru qarşısında qadının ailədə ağır vəziyyəti, qadından sədaqət tələb edən, kişilərə isə bunu 

şamil etməyən qeyri-bərabər əxlaq haqqında çıxış edir. Medeya nəinki öz qadın taleyindən şikayət edir

aləm də mədəniyyət və təhsilə olan hüquqlarından danışır. Bu motivlər Evridin bir sıra başqa əsərlərində 

də səslənir («Müdrik Melanippa» faciəsi). 

Gördüyümüz kimi, ən əvvəl öz məzmun dolğunluğu və həyati təsvirləri ilə seçilən bu mərhələdə 

qender aspektini özündə  gəzdirən problem qoyulur, konfliktlər təsvir olunurdu. Bunlar antiklik 

hüdudlarından çox-çox uzağa çıxırdı.  

Bir çox xalqların folklorunda qadın mövzusu var. Məsələn, Azərbaycan folklorunda ana və arvadı 

aqlışlayan çoxlu atalar sözü və məsəllər var. Qender aspekti mahnı folklorunda da gözə dəyir, burada da 

xalqın şüurunda olan qadın obrazının spesifikliyi üzə çıxır. Rus folklorunun bir çox növü öz mənşəyini 

ibtidai cəmiyyətdən götürür. Təqqiqatçılar mərasim poeziyasının və onu müşayiət edən obrazların 

analizi zamanı matriarxat cizgilərini (toy obrazları, toy poeziyası), sonra isə onu əvəz edən pariarxat 

cizgilərini tapırlar. Bütün bunlar qender tematikası ilə sıx bağlıdır.  

VII-XI əsrlərə aid olan «Kitabi Dədə Qorqud» dastanı azərbaycanın ən dəyərli ədəbi abidələrindən 

biridir. Burada orta əsrlər dövrü, oğüzların hərtərəfli həyatı, məişəti, adət və ənənələri, ev quruluşu əks 

olunub. «Kitabi-Dədə Qorqud»da həmçinin kişinin hər işdə yaxın köməkçisi və dostu olan qadın, onun 



sevgisi və  sədaqəti tərənnüm olunub. Belə ki, Domrulun arvadı özünü ona qurban verməyə hazırdır. 

Burada ana məhəbbətinin gücü də göstərilib. Dağ çiçəyinin  şirəsinə qarışdırılmış ana südü atası  Dərsə 

xan tərəfindən qəzəb anında ölümcül yaralanmış  gənci xilas edir. Digər qəhrəman Qazan xan pərəstiş 

etdiyi qoca anasının xətrinə bütün dünyanın nemətlərini qurban verməyə hazırdır. Anaya sədaqətdə 

oğlu Uruz da ondan geri qalmır.  

Başqa milli ədəbiyyatlar kimi rus ədəbiyyatı da qadın məsələsinin qoyuluşu və  həllində özəl 

ənənəyə malikdir. Tədqiqatçılar qeyd edirlər ki, rus klassik ədəbiyyatında comərdlik və  zəriflik  əsas 

mövzularındandır. XVI əsr qədim rus ədəbiyyatı abidəsi olan «Domostroydan» başlayaraq, qədim rus 

dövlətində cinsi rol münasibətlərinin xarakteri obyektiv işıqlandırılır ki, bu da o dövrün siyasi və ictimai 

problemlərinin həllində qadın hüquqlarının məhdudluğunu göstərir.  

Orta əsr Azərbaycanın tarixində qadınların ictimai həyatda rolu danılmazdır (Möminə xatun, Sara 

xatun, Məhinbanu və  s.).  Amma  qədim Rus dövlətində qadınlar ölkənin həyatında, dövlətçiliyin 

möhkəmləndirilməsində o qədər də mühüm rol oynamırdılar. Qədim rus ədəbiyyatına aid erkən 

abidələdən ancaq səlnamədə («Povestğ vremennıx let») erkən orta əsr rus dövlətinin tarixində böyük rol 

oynamış qadın obrazı verilib. Bu səlnamənin traktovkasında (1ozulmasında) gözəlliyi, iradə qüvvəsi, 

qətiyyəti, hazırcavablığı  olan  müdrik  qadın knyaginya Olqadır.  Əri  İqorun öldürdüklərinə görə 

düşmnələrindən ağır hesab istəyən igid döyüşçüdür. S.Əhmədova yazırdı ki, «Olqa rus knyaz nəsli 

arasında xristianlığı  qəbul etdi və  səlnaməçinin dediyi kimi Çarqrada döndüklərindən sonra rus 

torpağının mənəvi «rəisi» oldu». Qədim rus ədəbiyyatının qender münasibətlərinin  əks planında təhlil 

edən tədqiqatçı tamamilə  düzgün  olaraq  qeyd  edir  ki,  «qədim rus ədəbiyyatı orta əsr rus cəmiyyətinin 

milli tarixi varlığı, tələbatı, arzu və ideallarının bədii ifadəsi olmuşdur. Bütün bunlar insanların 

hərəkətlərini, cinsi rol münasibətlərinin xarakterini müəyyən edir.

Orta  əsr Azərbaycan  şairlərinin yaradıcılığında qadın obrazlarının verilməsində müxtəlif 



yanaşmalar müşahidə olunur. Əgər saray şairləri qadını  məkrli, yalançı, dəyişkən,  şəhvətpərəst təsvir 

edirdilərsə,  şəhər  ədəbiyyatında qadını kişinin bütün hiss və  həyəcanlarını bölüşdürən köməkçi, 

sədaqətli rəfiqə, sevgilisi kimi təqdim olunurdu.  

Orta əsr Azərbaycan poeziyasının əsas canrları qəsidə, qəzəl və rubai hesab olunur. Amma qəsidə 

əsasən  şahları, sultanları, sərkərdələri vəsf edirdisə, qəzəl və rübailər lirik xarakter daşıyır və  əsasən 

məhəbbət, sosial-fəlsəfi mövzularda yazılırdı ki, bu da onlarda qender problematikasını izləməyə imkan 

verir.  

Qender mövzusu XII əsr  şairəsi Məshəti Gəncəvinin lirikasında çox ayın görünür, şairə öz 

şerlərində Azərbaycan qadının dərdlərini və  gəmini ifadə edir. Onun rübailərində  şairənin gerçəkliyə 

real münasibəti, azad təfəkkürə, qadını  əsarətə salan zəncirləri qırmağa can atması  cəhdləri ifadə 

olunub.

3

  



XII  əsrin I yarısında yaşayan görkəmli lirik şairi Xaqani Şirvani gözəl məhəbbət qəzəllərinin 

müəllifidir. O qadın sıxışdıran insan ehtimalını  qəbul etməyərək, qadın obrazına humanist münasibət 

bəsləyir.  

«Leyli və  Məcnun» poemasında Məhəmməd Füzuli Leylinin dili ilə qadını  əmtəə hesab edən 

cəmiyyəti ittiham edir. Məhz qadının cəmiyyətin qanunları, adətləri ilə müəyyən edilən asılı  vəziyyəti 

onu bədbəxt edir. Tədqiqatçıların bir çoxunun fikrincə, Leyli müəllifə yaxındır və onun ideyalarının 

carçısıdır. «Xəmsənin» 5 poemasından üçü məhəbbət mövzusuna həsr olunub. Şirin obrazı («Fərhad və 

Şirin») Leyli obrazının sələfidir. Nizami bu obrazda axıra qədər öz məhəbbətinə sadiq qalan, böyük 

imtahanlara, o cümlədən Xosrovun xəyanətinə dözən öz qadın idealını yaratmışdır. Qadının qüvvəsi 

onun kişini dəyişdirə bilməsidir. Bu ideya poemanın sücetində reallaşır – Şirinin nəcib məhəbbəti 

Xosrovu dəyişməyə məcbur etdi. «Yeddi gözəl» poemasında 7 millətdən olan müxtəlif qadın tiplərini bir 

araya gətirməklə qadın obrazı  məsələsinin maraqlı  həllini tapmışdır. Bu qender tematikasını milli 

aspektdə həll etmək üçün əlverişli materialdır.  

Azərbaycan  ədəbiyyatı dastanlarından biri olan «Şəhriyar»da (XIII sr) da qender mövzusu hiss 

olunur. Bu sadə qız Pərizad obrazında reallaşır. Pərizad Şəhzriyara olan hisslərinə baxmayaraq, güzəştə 

                                                 

2

  Ахмедова  С.  Отражение  гендерных  отношений  в  древнерусской  литературе.  Материалы  научно-практической 



конференции «Развитие гендерного образования в конмятне современных социально-политических преобразований». 

– Б., 2004, с.219 

3

 Антология азербайджанской поэзии. - М., 1939, с.12 




Yüklə 185,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə