Mövzu. Qender və ƏDƏBİyyat



Yüklə 185,05 Kb.
səhifə3/6
tarix25.06.2018
ölçüsü185,05 Kb.
#51412
növüYazı
1   2   3   4   5   6

getmir,  şəriət qanunlarına uyub onun ikinci arvadı olmaq istəmir, bununla da azadfikirliliyi, nümayiş 

etdirir, cəmiyyətin tələblərinə tabe olur. Bununla da yazıçı o dövrün dünyagörüşünün konsepsiyalarını 

ifadə edir.  

Məlumdur ki, ən radikal fransız maarifçilərindən biri olan Russo yüksək səviyyədə ardıcıl 

demokrat idi. Onun sosial zülmə qarşı  çıxışı, sosial bərabərlik prinsiplərinin humanizmi, şəxsiyyət 

azadlığının müdafiə etməsi ona ümumdünya şöhrəti gətirdi, «russoçuluq» anlayışı yarandı. Elmi 

traktatlar isə yanaşı bədii əsərlərində («Yeni Eloiza», «Emil və ya tərbiyə haqqında», «İctimai müqavilə») 

öz fikirlərini bəyan edirdi. Əxlaqı  təsdiqləyən Russo hesab edirdi ki, əxlaq özündə  fərdi, ailəvi və 

vətəndaş məziyyətlərini cəmləyib. Amma əxlaq hissiyyata, fərdilik - cəmiyyətə qarşı qoyulur. Xeyirxahlıq 

- insanın öz hissləri və ehtirasları üzərində qələbəsidir. Buna görə də Russonun qəhrəmanları spartalılar 

kimi sərtdirlər.  

Russonun  əxlaqi-estetik idealı öz təcəssümünü sentimental nəşrin klassik nümunəsi olan «Yeni 

Eloira»da tapdı. Onun analizi qender problematikası planında da maraqlıdır. Russonun qəhrəmanı 

aristokrat Yuliya Detant öz müəllimi Sen-Preni sevir. Silki xürafat onlara evlənməyə  mane  olur  və 

Yuliyanın atası bu qeyri-bərabər nigaha razılıq vermir. Sen-Pre ilə qaçmağa imkan olsa da, Yuliya ata 

evini tərk etməkdən qəti imtina edir. Ənənələrin onun üzərindəki hökmranlığı  qızın məhəbbətindən 

güclü çıxır. Sərt Sparta əxlaqı Yuliyanın əsas keyfiyyəti və Russonun kredosudur. Amma məhəbbət güclü 

çıxır. Dörd ildən sonra Sen-Preni görən Yuliya başa düşür ki, ona qarşı  məhəbbəti ölməyib. Romanın 

sonu Russonun müəllif mövqeyini çox gözəl qeyd edir. Yuliya xəstələnir və ləkələnməmiş adla vəfat edir. 

Buna baxmayaraq, yazıçının Yuliyanı  bədbəxt edən ictimai şəraiti tənqidi və sevgi hissinin 

poetikləşdirilməsi göz qabağındadır. Beləliklə,  ədəbi mətnlərdə qender stereotipləri adını almış qender 

rolları anlayışları təsbit edilirdi. Əlbəttə ədəbi mətn real gerçəkliyin adekvat əksi deyil. Lakin o, müxtəlif 

mədəni sosiumda gedən bu cür proseslər haqqında mühakimə yürütmək üçün material verir.  

Maarifçilik dövründə J.J.Russo öz əsərlərində o dövrün dünyagörüşünün postulatlarını ifadə 

edirdi. O cəmiyyətin yenidən qurulması ideyalarını inkişaf etdirərək həmişə onun ierarxik olduğunu, hər 

bir elementin müəyyən yer tutduğu ictimai müqaviləyə  əsaslandığını qeyd edirdi. «Emil, və ya tərbiyə 

haqqında» taktatında (1762) Russo qadının kişiyə tabe vəziyyətini qeyd edərək bildirirdi ki, qadın kişidən 

asılı olduğunu unutmamalı, onun hörmətini qazanmalı, onun iradəsinə tabe olaraq bununla, son nəticə 

olaraq, cəmiyyətin rifahını qorumalıdır. 

Feminist tənqid belə mühafizəkar nəzər-nöqtəsini diskriminasion hesab edir.  

Belə patriarxat tabu sistemi sözsüz ki, qadının təkcə azad seçimə deyil, eləcə də yaradıcı və ictimai 

sferaya yolunu bağlayırdı. Rus ədəbiyyatı  həyat rollarının belə bölüşdürülməsinin doğru olduğunu 

şübhə altına aldı.  

XVIII əsr Rusiya bədii nəşri tamam açıqlığı ilə göstərdi ki, qəhrəmanların ona məxsus məişəti, eləcə 

də emosional davranışı qender tədqiqatlarının obyekti ola bilər.  

Onlarda təkcə təsvir olunan qəhrəmanların portret xarateristikaları əks olunmayıb. Jins, yaş, şəxsi 

və  fərdi xüsusiyyətlər kimi xarakteristikalarla sıx bağlı olan hər fərdin psixofizik xüsusiyyətlərindən 

xəbər verən emosiyaların eksperssiyasının qender steretotipləri də bu sıraya daxildir. Cəmiyyətdə çoxdan 

qadın və kişi arasındakı fərqlərə aid sosial rituallar, qiymətlər, ənənəvi rol bölgüsü var.  

XVIII  əsrin 80-ci illərində Rusiyada sentimentalizm ədəbi cərəyanı yaranır ki, onun axarında 

klassik  əsərlərə  əks olaraq hisslərin və emosiyaların azad olmasını göstərən  əsərlər yarandı. Həssaslıq 

sentimental kitabların dəyərini müəyyən edən  əsas faktordur. İnsanların hiss və emosiyalarına təsir 

etmək, təsvir olunan qəhrəmana qarşı  şəfqət və açıma hiss yaratmaq üçün sentimentalist yazıçılar sadə 

insanın həyatını  təsvir edirdilər. Jinslərin qeyri-bərabərliyi burada əsas ideya olur, qadın kişiyə tabe və 

müti bir vəziyyətdə  təsvir olunur. Belə tip qadına klassik nümunə Karamzinin «Bədbəxt Liza» 

povestindəki Lizadır.  

İ.S.Bajenova XVIII əsrin sonu - XIX əsrin  əvvəllərində yaradılmış  bədii  ədəbiyyatı  təhlil edərək, 

qadınların emosional vəziyyətlərinin aşağıdakı tiplərini müəyyən etmişdir: həya-ustancaqlıq, qorxu-

dəhşət, qəm-kədər, məhəbbət-sevinc. Müəllif qeyd edir ki, «verilmiş dövrün bədii nəşrində  təəccüb 

emosiyaların, ekspressiyaların adı belə yoxdur, bu təkcə rus deyil, alman əəbiyyatına da aiddir». Bu 

əsərlərin müəllifləri qəhrəmanların hər birinin qender stereotipini milli spesifika ilə birlikdə  nəzərə 

alaraq, onların həyəcanlarını  dərindən açırlar (H.Karamzinin «Yazıq Liza» povestindən sitat slayd 

üzərindədir). 



XIX  əsrin  əvvəlində yazıçı-qadın E.A.Gan «İdeal» povestində yazırdı: «adama elə  gəlir ki, Allah 

dünyanı ancaq kişilər üçün yaradıb; arvadlıq və qadının bütün sirrləri onlara aiddir, əgər qadının ailə 

xoşbəxtliyinə olan ümidləri baş tutmasa, ona nə  qalacaq?  Onun  məhdud bəsit tərbiyəsi ona mühüm 

işlərlə məşğul olmağa imkan vermir və o qəbirə qədər yazıq, rəngsiz bəyat sürməlidir».

4

 Povest 1937-ci 



ildə nəşr olundu, bu o deməkdir ki, qadınların hüquqsuz vəziyyəti rus cəmiyyətini narahat edir, həmin 

dövrdə bu mövzu bədii ədəbiyyat və publisistikada qoyulurdu. 

Bu mövzu öz inkişafını daha sonra yazılmış  əsərlərdə  də tapdı. Məsələn, N.Q.Çernışevskinin 

məşhur «Nə etməli?» (1862) romanında «iş  və azadlıq» arzusunda olanlara bunları  əldə etmək yolu 

göstərirdi.  İstehsal artel və kommunaların yaradılması yeni qadınlar üçün həyat dərsliyi oldu. Ədəbi 

əsərdə sosial proqramın olub-olmaması rus oxucuları üçün əsərin  ədəbi-bədii məziyyətlərindən daha 

vacib arqument idi. Məlumdur ki, H.Çernışevskinin məlum romanı kommuna və artellərin təşkili üçün 

praktik məsləhətlərlə deyil, həm də şəxsi və ailə kolliziyalarının həlli üçün tövsiyələrlə doludur.  

Qender təhlili üçün maraqlı olan momentlərdən biri - tənqidin qadın qəhrəmanlara münasibətidir. 

Yeni qəhrəmanlar sorağında olan H.Dobrolyubov hələ XIX əsrdə ancaq Katerina Kabanova (A.Ostrovski 

«Tufan») obrazında «qaranlıq səltənətin» qanunlarına qarşı etiraz edən  şəxsiyyətin  əlamətinin görür, 

Turgenevin Yelenasında («Ərəfə») isə ictimai dəyşikliklərə hazır bir şəxsiyyət görür. Əsərin kişi 

qəhrəmanlarını isə, müəllifin mücərrəd baxışlarının ifadəsi hesab edərək, onların bədii gerçəklikdən uzaq 

olduğunu göstərir. D.Pisarev onunla qətiyyən razılaşmayaraq yazır ki, Dobrolyubov «qaranlıq 

səltənətində işıq şüası» adlandırdığı Ostrovskinin qəhrəmanını idealizə edir.  

Bu mövzu – rus tənqidinin «qadın mövzusuna» münasibəti – qender aspektində xüsusi tədqiqat

diqqətli yanaşma tələb edir. Belə analiz rus ədəbiyatçının «qızıl» və «gümüş» dövrünün əsərlərini 

yenidən «oxumağa», imkan verər, belə ki, bu əsərlər bizi maraqlandıran problem ətrafında böyük və 

maraqlı material verir. XIX əsrin 70-ci illərindən başlayaraq rus ədəbiyyatında bu mövzuya böyük maraq 

müşahidə olunur. Bu maraq öz əksini dövri mətbuatda: qadınlar tərəfindən qadınlar üçün nəşr olunan 

jurnallarda, qadın emasipasiyası problemlərinə yer verən nəşrlərdə tapırdı və bununla da ictimaiyyətin 

müzakirəsinə verilirdi. 

XIX  əsrin 60-cı illərində Rusiyada «qadın» mövzusu periodik nəşrlərdə, kitab, monoqrafiya, 

məqalələrdə öz əksini tapdı. Q.A.Tişkinin «XIX srin 50-60-cı illərində Rusiyada «qadın məsələsi» kitabı, 

İ.V.Ziryanova Q.A. Vişnevskaya və başqalarının elmi əsərləri bu qəbildəndir.  

Beləliklə,  ədəbiyyat və publisistika qadına qarşı «ümumi işdə dost» kimi bərabər münasibətin 

formalaşmasına və yetişməsinə imkan verdi. Heç də  həmin illərin mətbu orqanlarının hamısı «qadın 

mövzusünü fəal müzakirə etmirdi, bəziləri bu məsələyə qətiyyən toxunmayaraq ailə-məişət problemləri 

ilə  məhdudlaşırdılar. Amma məhz bu dövrdə  (1870-1880) qadınların ali təhsilə qarşı praktiki hərəkatı 

başlanır. Məsələn,  1872-ci ildə Moskvada Rusiyanın tarixində ilk dəfə qadınlar üçün ümumuniversitet 

xarakterli ali təhsil müəssisəsi – professor V.İ.Geryenin Ali qadın kursları açıldı. 70-ci illərində xüsusi 

universitet xarakterli ali qadın kursları Peterburq, Kazan, Kiyev, Odessada açıldı.  1878-ci ildə 

Peterburqda açılmış Bestucev qadın kursları təhsil aləmində böyük presticə malik idi. Söz yox ki, bütün 

bunlar müəyyən dərəcədə qender problematikasına marağı artıq XIX əsrdən stimulaşdırırdı. 

O dövrün yazıçıları çox vaxt qadın xarakter və psixologiyasında tarixin suallarına cavab 

axtarırdılar, belə ki, onlar xarakter və psixologiyanı sosial mühitin məişət  ənənələrinin, zamanın və 

məişətin  şəraiti ilə  sıx bağlı olduğunu hesab edirdilər. Məsələn, «Msen uyezdinin ledi Maqbeti» (1865) 

povestində N.S.Leskov sarsıdıcı  bədii qüvvə ilə «qaranlıq səltənətin» təsiri altında xalq kütlələlərinə 

məxsus əxlaqi mövqeyini kasta əxlaqı ilə mübarizədə itirən qadının dramını verir. Katerina İzmaylovanın 

faciəli məhəbbəti və cinayəti sübut edir ki, şəxsiyyətin alınıb-satılmasını  təsdiq edən, hissləri ailə 

mərasiminin qanunları ilə əvəz edən silki quruluş daxili mübarizə ilə doludur və bu onu daxildən məhv 

edir.  


Qaynar ehtirasını xalqdan irsən almış sadə el qızı tacir evində dustağa çevrilir. Bu evdə «nə bir 

canlı, nə bir insan səsi var», burda olan yeganə şey samovardan yatağa olan qısa yoldur. Darıxmaqdan və 

qüvvə çoxluğundan üzüntü keçirən meşşan qadına uyezd arvadbazının nəzəri dəyən kimi o dəyişməyə 

başlayır. Katerinanın ehtiraslarını  məharətlə idarə edən məşuq onun hisslərinin çoşğunluğunu 

məhəbbətə düşmən olan cinayətkar menkartil məntiqə tabe edir. tacir arvadı ilə  məhəbbətdən aşiqin 

gözlədiyi şey – sürətli karyera idi.  

                                                 

4

 Ганн Е. Идеал. Русская романтическая повесть.- М.: 1992, с. 16 




Yüklə 185,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə