Mövzu. Qender və ƏDƏBİyyat



Yüklə 185,05 Kb.
səhifə5/6
tarix25.06.2018
ölçüsü185,05 Kb.
#51412
növüYazı
1   2   3   4   5   6

Azərbaycan nasirləri tərəfindən yaradılmış qadın obrazları qalereyasında geniş yayılmış 

fədakarlıq, düzgünlük, sadəlik, zəkalıq kimi müsbət  əxlaqi keyfiyyətlərə malik olan savadsız evdar 

qadındır. Bu Zeynəb,  İssət,  Şərəf (C.Məmmədquluzadə, «Danabaş  kəndlinin  əhvalatları») Yasəmən 

(S.S.Axundov «Qaraca qız») və başqalarıdır. 

Məşhur Azərbaycan dramaturqu J.Jabbarlının yaradıcılığında qadın mövzusuna həsr olunmuş bir 

sıra  əsərlər var. Diqqətəlayiqdir ki, müəllif  əsərlərində göstərdiyi zəmanə problemlərinin başına 

qadınların vəziyyəti problemini qoyurdu və əsərlərinə baş qəhrəman olan qadınların adını verirdi. Onun 

inqilabdan  əvvəl yazdığı erkən pyeslərində «Vəfalı  Səriyyə» (1915), «Solğun çiçəklər» (1917) müəllif 

sosial bərabərsizliyə qadın hüquqsuzluğuna geriliyə qarşı çıxır. Sovet dövründə yaradılmış «Qız qalası» 

(1923-1924) poemasının  əsasında qadınının faciəli taleyindən bəhs edən  əfsanə durur. Məşhur «Sevil» 

(1928) pyesində isə C.Cabbarlı inqilabdan sonra qadının azad olunması, yeni məişət və ailə problemlərini 

açır. Baş qəhrəman Sevil obrazı azadlıq simvolu oldu.  

Özünün «Almas» (1931) pyesində müəllif 20-ci illərdə Azərbaycan kəndində baş verən 

dəyişikliklər fonunda gənc bir müəllimin həyatını təsvir etmiş  və onun obrazını mərkəzdə qoymuşdur. 

Sosialist incəsənətin problemlərindən bəhs edən «Dönüş» (1932) pyesində  də  gənc aktrisa Gülsabah 

obrazı da nəzərdə durur. Qeyd etmək lazımdır ki, müəllif onun obrazına – yeni teatrın çiçəklənməsi 

uğrunda, köhnəlik və ətalətlə mübarizə edən yeni qadın obrazına xüsusi diqqət verir. Gülsabah yazıçının 

özünün yeni həyatın quruculuğunda teatr və incəsənətin rolu haqqında fikirlərinin, ideyalarının 

özünəməxsus ruporudur. 

Qeyd etmək lazımdır ki, o dövrün tənqidi dramaturqun əsərlərini təhlil edərkən, həmişə «qadın 

mövzusu», «qadın obrazları» terminləri işlədib və onlarda qender aspekti görməyib. Amma məhz bu, 

onun bir sıra əsərlərinin əsasını təşkil edir. C.Cabbarlı tərəfindən ustalıqla yaradılmış qadın obrazlarının 

xarakterləri Azərbaycan  ədəbiyyatında  ən vacib mövzulardan olan – qadın və qadınların cəmiyyətdə 

vəziyyəti mövzusunu daha da inkişaf etməsinə yardım göstərdi.  

Beləliklə, Azərbaycan realist nəşrində qadın obrazlarının zənginliyi onu sübut edir ki, Azərbaycan 

yazıçıları qadın problemlərini işıqlandırmaqla qender mövzusunun açılmasında böyük bədii 

ümumiləşdirmələrə nail olublar. Bu da onlara başqa milli ədəbiyyatlarla müqayisədə öyrənmək üçün 

zəngin material verən qender tədqiqatının obyekti kimi baxmağa imkan verir. 

Qender mövzusunun inkişafına bu dövrün Amerika ədəbiyyatı da böyük pay vermişdir. 

Məlumdur ki, ABŞ  ədəbiyyatının ilkin dövrünü puritan («puritan literature») dövrü adlandırırlar. Bu 

dövrün ədəbiyyatında ifadə olunan puritanizm hələ bir çox illər ədəbi inkişafa öz təsirini göstərdi. Buna 

baxmayaraq, XIX əsrin sonu – XX əsrin əvvəllərində yaradılan Amerika bədii ədəbiyyatında puritanizmə 

qarşı etiraz edən  əsərlər də yaradılırdı. Bunun təzahürlərindən biri də  ədəbiyyatda qender aspektinin 

olması idi.  

Bu mövzunun tədqiqi bizi mütləq məşhur Amerika yazıçısı T.Drayzerin yaradıcılığının təhlilinə 

aparır, çünki orada qadın obrazları  əsas yer tutur. Qeyd etmək lazımdır ki, onun ilk qəhrəmanları 

qadınlardır. Bu Kerri və Jennidir.  

T.Drayzerin ilk romanı «Kerri bacı» həyatı  təsvir edən bir əsər kimi nəzərdə tutulmuşdu. Yeni 

başlayan yazıçı öz şəxsi xoşbəxtlikləri və rifahları  uğrunda mübarizə aparan sadə Amerika 

vətəndaşlarının gündəlik həyatlarını bütün xırdalıqlarına qədər gördüyü kimi təsvir etmək istəyirdi. 

Amerika üçün o zaman varlı olmaq xoşbəxtlik və xoşbəxt həyatın sinonimi idi. Əsər çap olunanda, tənqid 

uzun müddət romanı qəbul etmədi, o dövrün populyar jurnalları əsərə heç bir reaksiya vermədilər. Onu 

elə bil görmür, susaraq yan keçirdilər. Ancaq bir neçə əyalət qəzet və jurnalında gənc yazıçının Zolya və 

Balzakla müqayisə edən coşğun rəylər çıxdı. Beləliklə, o, dövrün tənqidi başa düşmədi ki, T.Drayzer 

«Kerri bacı» romanında fəhlə ailəsindən olan kasıb, sadə  qızın həyatını geniş sosial fonda verməklə 

Amerika  ədəbiyyatında yeni səhifə açdı. Q.B.Fuller, S.T.Kreyn, H.Qariend, F.Norris kimi yazıçılarla 

yanaşı Drayzer «nəfis ənənə» adlanan ədəbiyyata qarşı üsyan edərək geniş sosial mənzərə yaratdı.  

Romanın  əsas qəhrəmanı Karolina və ya ailədə çağırıldığı kimi Kerri bacı  iş tapıb mövqe tutmaq 

üçün Çikaqoya gəlir. Ayaqqabı fabrikində işə düzələn Kerri tezliklə varlı ticarət agenti Drenin məşuqəsi 

olur, daha sonra öz həyatını  dəbdəbəli barın varlı müdiri Herstvudla bağlayır. Bu əlaqə Herstuvudu 

mənəvi və maddi iflasa gətirib çıxarır. O, evli olduğu üçün Kerri ilə evlənə bilmir, buna görə də dövlət 

pullarını  oğurlayaraq Kerri ilə qaçır. Lakin, yavaş-yavaş varlıdan dilənçiyə çevrilir və yurdsuzlar üçün 

gecə yataqxanalarında qalır, Kerriyə isə kasıb Herstvud lazım deyil. Bu vaxt Kerri artıq məşhur aktrisaya 



çevrilir. Məhz bu sücet «əxlaq qoruycularının» qəzəbinə  səbəb olurdu. Onlar Drayzerin Kerrisini 

yazıçının sələfləri olan Q.Ceyms və N.Hotornun əxlaqi cəhətdən təmiz, zərif qəhrəman qadınları ilə 

müqayisə edirdilər. Həm də T.Drayzer öz romanını öz günahlarından qətiyyən peşman olmamış 

günahkar qəhrəmanın həyatda müvəffəqiyyətlə irəliləməsinin təsviri ilə bitirir.  

Kerri obrazının gerçək olduğundan  şübhələnməyən tənqidin narazılığı onda idi ki, yazıçı Kerrini 

Amerika həyat tərzinin nəyin bahasına olursa-olsun, həyatda müvəffəqiyyətə nail olmaq istəyən tipik bir 

nümayəndəsi kimi təqdim etmişdi. O öz məqsədinə nail olur, şöhrət və  zənginlik  əldə edir, amma 

xoşbəxt olmur. T.Drayzerin digər hekayələrində olan qadın xarakterləri – aktrisa Ernestina, yazıçı Oviliya 

Brand,  İda – də bu şəkildə  həll olunub. Bu Amerika ədəbiyyatında hökmranlıq edən «xoşbəxt son» 

ənənəsinə qarşı cəsur bir çağırış, həm də qadının psixlogiyasını, həyat maraqlarını və arzularını, kişilərlə 

mnüasibətlərini təhlil edərək, qender problematikasını  fərqli  şəkildə  həll etmək deməkdir. O qender 

fərqlərini aradan qaldırmaq istəmir, amma öz yaşamları  uğrunda praqmatizmini göstərir. T.Drayzerin 

müxtəlif əsərlərində öz əksini tapmış «qadın» anlayışının və onun cəmiyyətdə rolunun çox geniş bir neçə 

qender diskursunun olduğunu sübut edir.  

Drayzeri hər  şeydən  əvvəl qadın və kişilərin onların spesifik qarşılıqlı asılılıq vəziyyətində 

cəmiyyətdəki qender rollarının dəqiq təsviri və öyənilməsi maraqlandırır. Yazıçının qadına, onun 

cəmiyyətdə rolu və  vəziyyətinə  həsr olunmuş digər məşhur «Jenni Herdhard» (1911) romanında bu 

istiqamətdədir. Yazıçının yaratdığı qadın obrazlarından  ən sevimlisi Jenni obrazı oxucuları öz 

xeyirxahlığı, nəcibliyi, təmənnasızlığı ilə məftun edir.  

T.Drayzerin «Qadınlar qalereyası» (1929) kitabı da qadın mövzusuna həsr olunmuşdur. Kitaba 

qadın taleyindən bəhs edən 15 novella daxil olmuşdur. Müəllif «Ernita», «Ernestina» kimi novellarlarda 

öz xoşbəxtliyi, həyatda öz yeri uğrunda mübarizə edən parlaq qadın obrazları yaradır. Təsadüfi deyil ki, 

tənqid yekdilliklə novellaların çoxunu qəbul etmədi. T.Drayzerin yaradıcılığının sosial istiqaməti hər bir 

xəbərsiz oxucuya aydın idi, amma tənqidçilər  əvvəlki kimi sübut etməyə çalışırdılar ki, yazıçının  əsas 

zərbəsi puritanlığa qarşı yönəldilib. Tənqidçilər  əsərlərin psixoloji zənginliyini, qadın qəlbinin, qadın 

qəhrəmanı  hər hansı bir hərəkəti etməyə  təhrik edən faktorların və qadın davranışının təsvirinin 

əhəmiyyətini görməyərək, yazıçının yaradıcılığının istiqamətinin bir neçə fərdi həyat hadisəsinin təsviri 

olduğunu göstərməyə çalışırdılar.  

Norveç yazıçısı H.İbsen 1879-cu ildə Avropa dramaturgiyasında bütöv bir dövr olan realist sosial-

psixoloji dram «Gəlincik evi» pyesini yazaraq, öz yaradıcılığında qadın və onun cəmiyyətdəki yeri 

mövzusunu geniş  əks etdirir. Bu ili yeni Avropa dramının doğulduğu il hesab etmək olar. Bu dram 

psixoloji və sosialdır, böyük xarakterlər və böyük ideyalar dramıdır;  əsasını zamanın  əsas problemləri 

haqqında mübahisə  təşkil edən dramdır, analitik dramdır ki, əsas maraqlı olan bizim gözümüzün 

önündə baş verənlər deyil, qəhrəmanların keçmişdə  və, ondan asılı olaraq, indi baş verənlərə 

münasibətidir. İbsenin analitik dramı adi drama görə epiloqdur. Hadisələr çox-çox əvvəl baş verib. Bizim 

qarşımızda duranlar onların nəticələri və  nəticələrin təhlilidir. Dramı real həyatın  əksi kimi verməyə 

çalışan  İbsen, həqiqətdə olmayan kənar replikaları  rədd edərək, mətnaltı (sətiraltı) verir, çünki bizim 

fikirlərimiz və hisslərimiz bəzən tamamilə əhəmiyyətsiz sözlərin arxasında gizlənir. 

«Gəlincik evi» dramında əsas ideya cəmiyyətin və qadına qarşı münasibətində etdiyi yolverilməz 

ədalətsizlikdir. Qadınların hüquqlarının boğulması sosial bərabərsizlik probleminə çevrilir. Hadisələr 

işləri çox yaxşı gedən vəkil Helmerin ailəsində baş verir. Helmer ağıllı və vicdanlıdır. Öz arvadını sevir. 

Onun arvadı gözəl və xeyirxahdır. O həmişə  nə isə zümzümə edir, balda tarantellanu elə oynayır ki, 

hamı yekdilliklə onu ən cazibədar qadın hesba edir. Uşaqları onun üçün böyük sevincdir. Nora onlarla 

oynayanda özü də  uşağa dönür. Əri onu «torağay», «dələcik» deyə  əzizləyir. Hamı onu himayəyə 

ehtiyacı olan uşaq sayır. O özü də belə hesab edir ki, cavan və cazibəli olduğu qədər belə olmalıdır. 

Hadisələrin inkişafı ilə müəllif, Noranın qəlbinin gizli həyatına daxil olur və bizi də oraya aparır. Məlum 

olur ki, əylənən və  əyləndirən Nora istəyir ki, onu təkcə qadın gözəlliyinə görə deyil, qəlbinə görə  də 

qiymətləndirsinlər.  

Sücetdən məlum olur ki, toydan bir il sonra Helmer xəstələnir, həkimlər ona xaricə müalicəyə 

getməyi məsləhət görür. Pulu olmayan Helmer borc almağı ağılsızlıq və həqarət sayır. Ərinin tərsliyinə 

baxmayaraq, Nora onun həyatını xilas etmək istəyir.  

Norveçin qanunlarına görə, qadın öz veksellərə imza ata bilməzdi. Ya əri, ya da atası ona zamin 

olmalıydı. Nora ərinin borc almağa münasibətini bilirdi. Güvəniləcək adam ancaq atası idi. O qızına 



Yüklə 185,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə