Mövzu. Qender və ƏDƏBİyyat



Yüklə 185,05 Kb.
səhifə6/6
tarix25.06.2018
ölçüsü185,05 Kb.
#51412
növüYazı
1   2   3   4   5   6

kömək edə bilərdi. Lakin Nora can verən atasına deyə bilməzdi ki, onun əri də ölüm ayağındadır. Nora 

vekselə atasının yerinə imza atır və unutqanlıqla tarixi atasının artıq öldüyü gündən sonraya yazır. Nora 

əri ilə xaricə gedir, əri tamamilə sağalır, Nora isə heç kəsə demədən  ən xırda  şeylərdə  qənaət edir. Bir 

dəfə bəxti gətirən Nora iş tapır. Özü pul qazanan «dələcik» Nora özünü insan, özü dediyi kimi «demək 

olar ki, kişi» hiss edirdi. Bütün bunlar hekayənin əvvəlidir. «Kukla evində» məhz bu sirr tədricən açılaraq 

dramatik gərginlik yaradır, hadisələrin çərçivələrini genişləndirir və bu sirrə olan münasibətə görə 

qəhrəmanların xarakterlərini işıqlandırmağa imkan verir.  

Bu pyesdə İbsen həyatın tərs üzünü göstərir. Şəxsiyyətlərin daxili konfliktləri üzərində qurulmuş 

dramın qəhrəmanları hadisə  və ideyalara sonuna qədər öz münasibətlərini bildirməlidirlər. Doğru-

düzgün Helmerin fikir və hissləri daha yaxşı  gələcəyə  hərəkət etməyə mane olan qanuniləşdirilmiş 

əxlaqın özüdür. İbsenin müasirləri deyirdilər ki, yeni dram Noranın Helmerə dediyi bu sözlərdən sonra 

başlayır. «Mənim səninlə danışmağa sözüm var».  

İbsenin dramında «dələcik» və «torağay»ın zərif pərdəsi altında gizlənən və insanların görmək 

istəmədikləri mükəmməl bir insan var. Atasının evində o gəlincik-qız idi, ərinin evində də gəlincik-arvad 

olaraq gəlinciklərlə – uşaqlarla oynayırdı. Atası ilə yaşayarkən, onun baxışlarına tabe olur, ərə gedəndən 

sonra ərinin zövqünə uyğulaşmağa başladı.  

Onun öz şəxsi fikir və maraqlarının olduğundan heç kim heç vaxt şübhələnməmişdi. Nora deyirdi: 

«Məni yedirib-içirir, geyindirirdilər, mənim işim isə əyləndirmək və güldürmək idi. Sən və atam mənim 

qarşımda günahkarsınız ki, məndən heç nə çıxmadı». Əgər cəmiyyət qadının müqəddəs vəzifəsini ancaq 

arvad və ana olmaqda görürdüsə, Nora artıq buna inanmır: «Mən düşünürəm ki, hər şeydən əvvəl mən 

insanam və ya heç olmazsa insan olmağa çalışmalıyam». O, özünün və ətrafındakı dünyanın necəliyini 

öyrənmək üçün evdən gedir.  

Balaca qadın onu insanlıq ləyaqətindən məhrum etmiş  cəmiyyətə qarşı üsyan qaldırır. O kukla 

evində kukla olmaq istəmir. Pyesin adı simvolikdir – o qeyri-ciddi münasibətlərin mahiyyətini açır,  ən 

vacib olan, insan şəxsiyyətinin, onun daxili ləyaqətiniin unudulduğundan xəbər verir. İbsen ideyasını 

sübut etmək üçün çox xoşbəxt ailəni, bir-birini sevən  ər-arvadı seçir. İbsen hətta burada da ictimai 

sisteminə yaratdığı uçurumu görür. 

Həmin illərdə qadın ailədən getməsi biyabırçı sayılırdı. Pyes elə cür mübahisəyə  səbəb oldu ki, 

bəzən qonaq otaqlarında belə bir lövhə asırdılar: «Xahiş olunur ki, «Gəlincik evi» haqqında danışmayın».  

Teatrlar pyesi İbsenin verdiyi sonluqla qoymaq istəmircdilər və belə bir sonluq verirdilər – Nora 

uşaqlarını görür, iradəsini itirərək, evdə qalır.  İbsen belə  təhrifdən hiddətlənir, belə ki, onun dediyinə 

görə, pyes məhz son səhnənin xətrinə yazılmışdır.  İbsenin pyesində  səhnədə başlanan diskussiya 

tamaşaçı zalında keçirdi. İbsen ona nail oldu ki, tamaşaçı onun əsərinin  şərik müəllifi oldu, onu 

qəhrəmanları isə adi şəraitdə tamaşaçıları həyəcanlandıran eyni şeyləri həll edirdilər.  

Özünün başqa  əsəri olan «Kabus» (1881) pyesində  İbsen bu mövzunu davam edir. Əsərin 

qəhrəmanı Alvinq, Noradan fərqli olaraq, hamının doğru-düzgün adam saydığı düzgün bir kişiyə, 

mənfəətini nəzərə alaraq, ərə gedir. Bir illik birgə  həyatdan sonra fru Alvinq evdən qaçmaq qərarına 

gəlir, lakin onu geri qaytararaq, inandırırlar ki, qadın kişini mühakimə edə bilməz və ona dəstək 

olmalıdır. Dramaturqun dediyinə görə, cəmiyyətin qanunları kilsə tərəfindən müqəddəsləşdirilmiş Jorca 

itaət, qadının sədaqət və həyatını məhv edir, eyni şey onun oğlu rəssam Osvaldın talant və sağlamlığını 

məhv edir.  

Bu gün ədəbiyyatda, qender təqiqatlarından danışarkən, feminist ədəbi tənqiddən danışmamaq 

olmaz. Bu ilk dəfə ABŞ-da XX əsrin ikinci yarısında yaranmışdır. Feminist tənqidinin  əsas məqsədi – 

müəlliflik, qadın mütaliəsi, qadın yazıçısı kimi anlayışların nəzərindən klassik ədəbi mətnləri yenidən 

qiymətləndirməkdir.  

Feminist  ədəbi tənqidin inkişafı onunla nəticələndi ki, klassik ədəbiyyatın kişi və qadın 

müəlliflərinin böyuk miqdarda əsəri feminist analizinə məruz qaldı və klassik ədəbiyyatın  ənənələrinin 

çoxlu yeni yozumları təklif olundu.  

Elizabet Qross feminist ədəbi tənqidi aşağıdakı hissələrə bölür: müəllifin cinsini vurğulayan qadın 

ədəbiyyatı; ədəbi mətnlərin qavranılmasını vurğulayan qadın mütaliəsi, mətnin stilini vurğulayan qadın 

yazıçı E.Qross mətn növlərini üç yerə bölür: qadın, femin və feminist. Birincisi, qadının müəllifliyini, 

ikincisi qadın stilinə, üçüncüçü isə dominat patriarxal ədəbi kanonları metod, məqsəd və  məsələlərə 

şüurlu surətdə meydan oxumaqdır.  



1985-ci ildə Eleyn Şoyolterin redaksiyası altında «Yeni feminist tənqid» kitabı  işıq üzü gördü. 

Kitabda Annet Kolad, Sandra Gibbnot, Süzan Qubar və başqa məşhur müəlliflərin feminist ədəbiyyat 

üzrə klassik işləri toplanmışdı. 

Belə hesab edirik ki, İ.Jerebkinanın «Feminist ədəbi tənqid»  əsərindən parçaların təhlili anlayışla 

tanış olmağa, qender ədəbiyyatşünaslığının inkişafında femninist tənqidinin rolunu dərk etmək üçün 

bizə kömək edəcək. (mətn verilir) 

İndi artıq qender tədqiqatları sahəsində  ənənələrdən danışmaq olar. Son zamanlarda postsovet 

məkanında, o cümlədən Azərbaycanda bu istiqamətdə iş başlanmışdır. Bu hələ sosial-iqtisadi, siyasi və 

mədəni həyat sahəsində milli reallıqları özündə əks etdirən milli ədəbiyyatın adekvat qavranması üçün 

qender mövqelərinin axtarışı və işlənilməsidir.  

Beləliklə,  ədəbiyyatşünaslıqda qender problematikası bu gün böyük maraq doğurur. Mütəmadi 

olaraq  əsərlər nəşr olunur, müxtəlif konfranslar və başqa elmi forumlar keçirilir, dövrü nəşrlər çap 

olunur. Bu problematika Dövlət təhsil standartına daxil edilmişdir.  Ədəbiyyatda qadın mövzusu 

ədəbiyyatşünaslıq və tənqidin obyektinə çevrilir, onun üzərində aparılan işlər göstərdi ki, o təkcə ədəbi 

inkişafın tədqiqi üçün deyil, bütövlükdə  cəmiyyət üçün də aktualdır. Qərbdə bu problematikanın 

ənənəvi aramsız inkişafı mövcud olduğu halda, bizim postsovet məknanıda bu yeni bir hadisədir. Buna 

baxmayaraq, yuxarıda keçirilən ekskurs belə bir fikri təsdiqləyir ki, rus və Azərbaycan  ədəbiyyatının 

«qadın məsələsi»nin qoyuluşu və həllində qərbdən fərqli ənənələri vardır. Lakin bizim ədəbiyyatşünaslıq 

və  tənqid üçün bu hələ marginal qeydlər səviyyəsindədir. Bunun aradan götürülməsi yaxın gələcəyin 

işidir. Buna, son illərdə həm Rusiya, həm də Azərbaycanda bir sıra işlədə öz əksini tapmış ədəbiyyatın 

qender akspektində öyrənilməsi prosesinin güclənməsi bir sübutdur.  

 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR 

 

• 

Ədəbiyyatda qender. 



• 

Bədii əsərdə qender aspektinin yazıçının ideya-estetik baxışları ilə qarşılıqlı əlaqəsi. 

• 

Bədii ədəbiyyatda qadın obrazları: xronoloji baxımdan ənənə və yenilik. 



• 

Azərbaycan ədəbiyyatında qadın obrazları. 

 

İş üsulları - slaydlardan, bədii vasitələrdən və videomateriallardan istifadə etməklə söhbət. «Qadın və 

onun Azərbaycan ədəbiyyatında əksi» tələbə tərəfindən mövzunun təqdim edilməsi 

 

 

 



SLAYD MƏTNLƏRİ 

 

Slayd  №  1. «Liza təəcübləndi, ürəklənib cavan oğlana baxdı  və daha da qızararaq, gözlərini yerə 

dikərək, ona dedi ki, manatı götürməyəcək» («Bədbəxt Liza», səh.25). 

Slayd № 2. 1870-ci ildə Tolstoy Sofya Andreyevnaya söyləmişdi ki, onun xəyalına «ərli, amma özünü 

itirmiş qadın tipi» gəlib. O öz vəzifəsini qadının həyatının böyük faciəsinin izah etməkdə görürdü. Sofya 

Andreyevna xatırlayırdı: «O deyirdi ki, onun məqsədi bu qadını günahkar yox, yazıq etməkdir və bu tip 

mənim fikrimə  gələn kimi, əvvəlcə fikrimə  gəlmiş bütün surətlər və kişi tipləri öz yerlərini tapdılar». 

(S.A.Tolstoya. Gündəliklər. 2 cilddə. M. «Xudojestvennaə literatura. M., 1978, s.497).  

 

L.N.Tolstoyun «Anna Karenina» romanından parça 

 

Kolyaska tərpənərək xırda daş döşənmiş yolla gurultu sala-sala yola düşən kimi Anna öz-özünə 

dedi: «Budur bax, yenə  də o. Yenə  mən hər  şeyi başa düşürəm» və  təəssüratlar yenə  də bir-birini əvəz 

etməyə başladı. 

«Hə, mən sonuncu dəfə  nə haqqında belə yaxşı fikirləşmişəm? – deyə o yada salmağa çalışdı, - 

Tyutkin, joiffeur? Deyəsən yox. Hə, Yaşvinin dediyi haqqında, yaşamaq uğrunda mübarizə  və nifrət 

insanları birləşdirən eyni şeydir. Yox, siz nahaq gedirsiniz – deyə o yəqin ki, şəhər kənarına  əylənmək 

üçün dörd at qoşulmuq kolyaskada gedən kompaniyaya fikirdə müraciət etdi. – Heç özünüzlə 




apardığınız it də sizə kömək etməyəcək. Adam özündən qaça bilmir. Pyotrun boylandığı tərəfə baxarkən 

o, ölümcül sərxoş, başını bədənində saxlaya bilməyən fabrik işçisini hara isə aparan qorodovoyu gördü. 

«Bax bu yəqin özündən qaçmağı bacarıb, - deyə o fikirləşdi. – Biz qraf Vronski ilə bu məmnuniyyəti tapa 

bilmədik, hərçənd ondan çox şey gözləyirdik». Və Anna ilk dəfə olaraq ziyasında hər  şeyi gördüyü 

parlaq işığa gördüyü əvvəllər haqqında fikirləşməkdən qaçdığı Vronski ilə münasibətlərinə yönəltdi. «O 

məndə  nə axtarırdı? Məhəbbətdən daha çox öz şöhrətpərəstliyinin məmnunluğunu». Anna onların 

əlaqəsinin ilk vaxtlarında onun dediyi sözləri, üzünün itaətkar ov tulasını xatırladan ifadəsini yada 

salırdı. Və  hər  şey indi bunu təsdiqləyirdi: «Bəli, onda şöhrətpərəst qələbəsinin təntənəsi var idi. Ola 

bilsin ki, məhəbbət də var idi, amma qələbənin fəxri daha çox idi. O mənimlə lovğalanırdı. İndi bu keçib. 

Fəxr etməyə bir şey yoxdur. O fəxr etmir, utanır. O məndən ala biləcəyi hər  şeyi aldı  və indi mən ona 

lazım deyiləm. Mən ona ağırlıq edirəm və mənə qarşı münasibətdə şərəfsiz olmaq istəmir. O dünən söz 

açdı, - o öz gəmilərini yandırmaq üçün boşanmaq və evlənmək istəyir. O məni sevir – amma necə? The 

zest is done!…- Anna manej atında gedən qırmızı yanaq prikazçikə baxaraq fikirləşdi: «Bu hamını 

təəccübləndirmək istəyir və özündən çox razıdır. – Bəli, artıq ona lazım zövq məndə yoxdur. Mən ondan 

ayrılsam, qəlbinin dərinliyində şad olacaq».  

Bu güman deyildi, - o həyatın mənası və insanların münasibətləri onun üçün indi açan həmin parlaq 

işıqda bunu aydın görürdü.  

«Mənim məhəbbətim get-gedə ehtiraslanır və xudbinləşir, onunki isə get-gedə sönür və buna görə də 

biz ayrılıqır, - o fikirləşməkdə davam edirdi – və buna kömək etmək olmaz. Mənim hər şeyim ondadır və 

mən tələb edirəm ki, o get-gedə daha çox mənə məxsus olsun. O isə məndən daha çox-çox uzaqlaşmaq 

istəyir. Biz əlaqəmizə qədər məhz bir-birimizə doğru gedirdik, sonra isə dayanmadan ayrı-ayrı tərəflərə 

gedirik. Və bunu dəyişdirmək olmaz. O mənə deyir ki, mənasız qısqancam mən də özümə deyirdim ki, 

mənasız dərəcədə qısqancam; amma bu doğru deyil. Mən qısqanc deyiləm, mən narazıyam. Ancaq. – O 

ağlına gələn fikirdən həyəcanlanaraq ağzını açdı  və kolyaskada yerini dəyişdi. – Əgər mən onun 

nəvazişlərini ehtirasla sevən məşuqədən başqa bir şey olsaydım; amma mən başqa heç nə olmaq 

istəmirəm. Və  mən bu həvəsimlə onda ikrah doğururam, o isə  məndə  qəzəb və bu başqa cür də ola 

bilməz. Məgər mən bilmirəm ki, o heç vaxt məni aldatmaz, onun Sorokinada gözü yoxdur, o Kitiyə 

vurulmayıb və o heç vaxt mənə  xəyanət etməz? Bütün bunları  mən bilirəm, lakin bundan halım heç 

yüngülləşmir. Əgər o, məni sevmədən, mənə qarşı mehriban, şəfqətli olmağı özünə borc bilirsə, belə şey 

ola bilməz, çünki bu qəzəbdən min dəfə pisdir! Bu cəhənnəmdir! Elə budur ki, var. O artıq çoxdan məni 

sevmir. Məhəbbət qurtaran yerdə, nifrət başlayır. Bu küçələri mən heç tanımıram. Dağlar görünür, evlər, 

hey evlər… və bu evlərdə hey insanlar, insanlar… Onlar nə  qədərdir, sayı-hesabı yoxdur və hamı bir-

birinə nifrət edir. Qoy mən xoşbəxt olmaq üçün istədiyim şeyi fikirləşim. Hə? Mən boşanıram, Aleksey 

Aleksandroviç mənə Seryojanı verir və mən Vronskiyə ərə gedirəm». Aleksey Aleksandroviçi yada salan 

kimi qeyri-adi canlanaraq onun sakit, cansız, sönük gözlərini, mavi damarları  çıxmış  ağ  əllərini, 

intonasiyalarını və barmaqlarının şaqqıltısını canlı olaraq qarşısnıda təsvir etdi və onların arasında olan 

hissləri və onların məhəbbət adlandırdığını yada salaraq ikrahdan diksindi. «Yoxsa mən boşanıram və 

Vronskinin arvadı oluram. Kiti bəyəm mənə bu gün baxdığı kimi baxmayacaq? Yox. Seryoja mənim iki 

ərim haqqında soruşmağı  və düşünməyi bitirəcək? Bəs mənimlə Vronski arasında hansı yeni hissi 

fikirləşib tapmalıyam. Ola bilər ki, xoşbəxtlik olmasın, amma işgəncə də yox. Yox və yox! – o tərəddüd 

etmədən öz-özünə bu cavabı verdi – Ola bilməz! Biz həyatla ayaqlaşırıq və mən onu bədbəxt edirəm, nə 

onu, nə də məni düşünmək olmaz. Bütün cəhdlər olunub, vint boşalıb. Bəli, uşaqlı dilənçi. O, düşünür ki, 

yazıqdır. Məgər biz hamımız ona görə dünyaya gəlmişik ki, bir-birimizə nifrət edək və buna görə 

özümüzü və başqalarını incidək? Gimnazistlər gedirlər, gülürlər. Seryoja? – o xatırladı. – Mən də elə 

bilirdim onu sevirəm və öz sevgimdən riqqətə  gəlirdim. Amma onsuz yaşayırdım, onu başqa sevgiyə 

dəyişdim və  həmin məhəbbət məni qane edənə  qədər bu dəyişmədən  şikayətçi olmadım. O həmin 

məhəbbət adlandırdığı  şeyi ikrahla yada salırdı. Və indi onun özünün və bütün insanların həyatını 

görməyə kömək edən işıq onu sevindirirdi.  

«Elə mən də, Pyotr da, arabaçı Fyodr da, o tacir də, bu elanların çağırdığı Volqa boyunda da yaşayan 

bütün insanlar və  hər yerdə, və  həmişə» - deyə düşündü. Niceqorod stansiyasının alçaq binasına 

yaxınlaşdılar və onların qabağına artelçilər qaçaraq gəldilər. Pyotr – Obiralovkaya qədər əmr edərsiniz? – 

deyə görüşdü. Amma hara və nə üçün getdiyini tamam unutmuşdu və çox böyük çətinliklə başa düşdü. 




– Bəli, - Anna deyə cavab verərək ona içində pul olan kisəni uzatdı  və  əlinə kiçik qırmızı torbanı 

götürərək kolyaskadan çıxdı. 

İzdiham arasından birinci sinif zalına doğru gedərkən, o yavaş-yavaş öz vəziyyətinin bütün 

təfərrüfatı ilə, həmçinin aralarında seçim etmək üçün tərəddüd etdiyi qərarları yala saldı  və yenidən 

ümid, gah da ümidsizlik onun yorğun, titrək qəlbinin köhnə yaralarını didməyə başladı. O ulduzabənzər 

divanda oturaraq qatarı gözləyir və ikrah hissi ilə girib-çıxanlara baxa-baxa (onların hamısı ona iyrənc 

idi) stansiyaya necə gedəcəyi, ona necə məktub yazacağı və onun necə cavab verəcəyi haqqında, gah da 

indi öz anasına (Ananın  əzablarını başa duşmədən) düşdüyü vəziyyətdən  şikayət etməsi və otağa necə 

girəcəyi və ona nə deyəcəyi haqqında düşünürdü. O düşünürdü ki, həyat hələ necə də gözəl ola bilər və 

o necə əzabla sevir və nifrət edir və onun qəlbi necə dəhşətlə döyünür. 



«Anna Karenina» Lev Tolstoy 

Sobr soç. v 12-ti t. T.8-M. 1987, s.359-362. 

 

MƏTNİN TƏHLİLİ ÜÇÜN SUALLAR 

 



Mətndə cümlə quruluşu necədir, onlar bir-biri ilə necə əlaqələndiriliblər? 



Mətndə istifadə olunmuş fellər  əsasən hadisələri təsvir edir və emosiya və  həyəcanları göstərir. 

Taktiki olaraq mətndə nə deyilir? 

Siz bu mətndən və onda qender reprezentasiyasından nə gözləyirsiniz? Siz konmətn və canrdan nə 



gözləyirsiniz? Bu mətn sizin fikrinizcə nə qədər stereotipikdir?  

 

 

 

 

 

 

FEMİNİST ƏDƏBİ TƏNQİD 

 

İrina Jerebkina 

 

Giriş: feminist ədəbi tənqid anlayışı  

Feminist ədəbi tənqid 30 il əvvəl yaranaraq, Qərbi Avropa və ABŞ-da geniş yayılmışdır. Bu gün elə 

bir samballı Amerika universiteti yoxdur ki, orada qadın feminist ədəbiyyatı, eləcə də ədəbi yaradıcılığın 

qender aspektləri üzrə kurslar olmasın. 

Feminist ədəbi tənqidinin əsas məqsədi - klassik ölçülü ədəbi mətnləri 

1) qadın müəllifliyi; 2) qadın qiraəti və eləcə  də 3) qadın yazı stili nəzərindən yenidən 

dəyərləndirməkdir. Bütövlükdə feminist ədəbi tənqid fəlsəfi-nəzəri cəhətdən müxtəlif cür istiqamətlənə 

bilər, lakin bir şeyi onun bütün növləri üçün ümumi ola bilər – dünyada qadın varlığının xüsusi 

üsulunun və ona uyğun qadın reprezentativ strategiyaların olduğunu qəbul etməkdir.  

Feminist  əbədi təqidin  əsas tələbi olan ədəbiyyata və yazı praktikasına  ənənəvi baxışların 

feministcəsinə yenidən baxılması  və qadın  ədəbiyyatının sosial tarixinin yaradılmasının zərurəti 

haqqında tezis bundan irəli gəlir.  

Elizabet Qrossun ardınca feminist tənqidi aşağıdakı tərkib hissələrə bölmək olar: 

1. qadın ədəbiyyatı – aksent müəllifin cinsi üzərinə qoyulur; 

2. qadın qiraəti – aksent oxucunun qavrayışına qoyulur; 

3. qadın dəst-xətti – aksent mətnin stilinə qoyulur; 

4. qadın avtobioqrafiyası – aksent mətnin məzmunu üzərinə qoyulur. 

5. Bunula 

əlaqədar Qross mətnləri üç əsas növə bölür: 

6. «qadın mətnləri» – qadın müəlliflər tərəfindən yazılmış. 

7. «feminist 

mətnlər» – mədəni şəkildə «qadın» stili kimi tanınmış stildə yazılmışlar. 

8. «feminist 

mətnlər» - dominant –patriarxal ədəbi qanunların məqsəd və  məsələlərinə, metodlarına 

bilərəkdən meydan oxuyan metodlar.  




«Qadın  ədəbiyyatı» nəzəriyyəsi üzrə metodoloji işlərdən  ən məşhurları bunlardır: Meri Ellmank 

(Qadınları düşünməli.  1968); Ellen Moers (Ədəbi qadın,  1976); Sandra Hilbert və Syuzan Qubar 

(Çardaqda dəli: qadın yazısı  və XIX əsrdə  təsəvvür olunan ədəbi məzmun?  1979); Reyçel Dyu Plessi 

(Məktub və yoxdur onun sonu); XX əsr qadın ədəbiyyatının narrativ strategiyaları, 1985; Elekn İqoyolter 

(Onların  şəxsi  ədəbiyyatı: Brontedən Lessinqə  qədər britan qadın yazıçıları.  1977); Eleyn Şoyolterin 

redaktəsi altında məcmuələr: Yeni feminist tənqid. Qadınlar,  ədəbiyyat və  nəzəriyyə haqqında esse 

(1985). Bu müasir qadınlar: 20-ci illərin avtobioqrafik esseləri (1978) Dekadansın qızları. Qadın yazıçılar 

əsərlərin hüdudunda (1978). «Qadın qiraəti» və «qadın yazısı» üzrə metodoloji işlərə aiddir: Toril Moy 

(Seksual mətn siyasəti: feminist ədəbi nəzəriyyə,  1985). Meri Yakobus (Oxuyan qadın. Feminist tənqid 

haqqında esse 1986) və onun redaktəsi altında «Qadın yazıçı  və qadınlar haqqında yazı»,  1979.  Şoşana 

Felman (Qadın nə istəyir? Qiraət və seksual fərqlər 1993). Alis İarden (Gynesis: qadın konfiqurasiyası və 

müasirlik,  1985). Nensi Millerin redaktəsi atında (Qenderin poetikası,  1986). Eləcə  də fransız 

nəzəriyyəçiləri Yuliya Kristeva, lyusi İriqare və Elen Siksunun işləri. Avtobioqrafizm ölçülərinə gəldikdə 

isə, bu həm «qadın  ədəbiyyatı», həm də «qadın və oxucu» və «qadın yazıçısı» konsepsiyaları üçün 

bərabər dərəcədə səciyyəvidir.  

 

ƏDƏBİYYAT 

 

Антология азербайджанской поэзии. - М., 1939. 



Ахмедова  С.  Отражение  гендерных  отношений  в  древнерусской  литературе.  Материалы  научно-

практической  конференции  «Развитие  гендерного  образования  в  конмятне  современных  социально-

политических преобразований». – Б., 2004, с.219 

Бадалов Р. Женские образы в «Китаби Деде Коркут»: вчера и завтра / Гендер: гадын проблеминин йени 

мярщяляси. - Б., 1998  



Баженова Н.С. Обозначение экспрессии эмоций женщин (на материале художественной прозы XVIII-XX 

веков). /Гендер: язык, культура, коммуникация. Доклады 2-й международной конференции.- М., 2001. 



Ганн Е. Идеал. Русская романтическая повесть.- М.,1992. 

Гёте И.В. Статьи и мысли об искусстве. - М., Л., 1936. 

Гречушникова Т.В. Немецкоязычная женская проза конца ХХ века – нивелирование гендерной идентичности 

/ Гендер: язык, культура, коммуникация. Доклады 2-й международной конференции.- М., 2001 



Жеребкина И. «Прочти моё желание…» Постмодернизм, психоанализ, феминизм – М., 2002 

Иванченко Г.В. Гендерная атрибуция поэтических тексов: реконструкция или проекция / Гендер: язык, 

культура, коммуникация. Доклады 2-й международной конференции.- М., 2001 



Рюткенен М. Гендер и литература: проблема «женского письма и «женского чтения» // Филологические 

науки. 2000, №3 



Мовсумова Л.Д. Проблемы женщины в духовной культуре Азербайджана. – Б., 1996 

Мовсумова Л.Д. Философский анализ женских образов в Коране. – Б., 1996 

Шаберт И. Гендер как категория новой истории литературы.- Пол. Гендер. Культура.-М.,1999

 

Yüklə 185,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə