Mövzu qender və Sİyasət problemiNİn sosial-siyasi FİKİr tariXİNDƏ Əks olunmasi



Yüklə 235,37 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü235,37 Kb.
#80170


 

 

Mövzu 2. 



QENDER VƏ SİYASƏT PROBLEMİNİN SOSİAL-SİYASİ FİKİR 

TARİXİNDƏ ƏKS OLUNMASI 

 

1. «Qender», 



«siyasət» və «siyasətdə qender bərabərliyi» anlayışlarına yanaşmaların 

və konsepsiyaların müxtəlifliyi 

2. Antik 

dövrdən XIX əsrə  qədər «Qender və siyasət» probleminin sosial-siyasi fikir 

tarixində əks olunması 

3. XIX-cu 

əsrdə kişi və qadınların sosial mövqeyinin bölünməsində  təsəvvürlərin 

inkişaf etməsi 

4. Azərbaycanın sosial-siyasi fikir tarixində siyasətin qender aspektləri 

5. Müasir 

dövrdə cəmiyyətin inkişafında qender siyasətinin həyata keçməsi 

 

1. «Qender», «siyasət» və «siyasətdə qender bərabərliyi» anlayışlarına 

yanaşaların və konsepsiyaların müxtəlifliyi 

«Qender» anlayışı müxtəlif təsnifat və yanaşmalara malikdir. Bu gün «qender» 

sosial münasibətlərin  ən vacib hədlərindən biri kimi başa düşülür və buraya üç qrup 

xarakteristika daxildir: bioloji cins, cins stereotipləri, həmçinin «qender display» – 

cəmiyyətdə qəbul edilmiş kişi və qadınların davranış normaları və onların təzahürünün 

bütün müxtəliliyinin qarşılıqlı əlaqələri. 

Qenderin ilk tərifi qadınların müasir cəmiyyətin feminist tənqidi ilə  əlaqədardır, 

yəni qadınların diskriminasiya vəziyyətinin tənqidi. Məlumdur ki, o ilk dəfə antropoloq 

Qeye Rubinin qadınların tayfalar arası  dəyişdirilməsi haqqında yazdığı «Qadınların 

dəyişdirilməsi: «cinsin siyasi iqtisadiyyatı» haqqında qeydlər» (1975) məqaləsində 

yaranır və orada qender «bioloji cinsin ictimai fəaliyyətini tənzim edən razılıqların 

kompleksi» kimi müəyyən olunur. 

Amerika sosioloqu Entoni Qiddens öz dərsliyində (1989) cins və qender arasında 

hədd çəkir. O yazır: «Əgər cins qadın və kişilər arasında fiziki fərqlərə aiddirsə, onda 

«qender» onların psixoloji, sosial və mədəni xüsusiyyətlərinə toxunur». 

Patriarxat cəmiyyətlərdə klassik ənənəvi cins nəzəriyyəsi çərçivəsində sosial 

fərqlər əvvəlcə seçilmirdi və qadın, bir qayda olaraq, ümumiyyətlə «siyasi heyvan» kimi 

hesab olunmurdu. Qender konsepsiyasında dönüş Simona de Bovuarın «İkinci cins» 

(1949) kitabı ilə bağlıdır, burada qadının özünü qiymətləndirilməsi və özünü 

dəyyərləndirilməsi əsaslandırılır. 

Qender – təbiət tərəfindən möhkəmlənmiş varlıq deyil, sosial reprezentasiyanın 

məcmusudur. Qender – cinsin mədəni iç üzüdür, bu hazırki cəmiyyətdə sosiomədəni 

təsəvvürlərin çərçivəsində olan qadın ya da kişi haqqında fikirlərdir. Hətta, cins də elə 

yalnız qenderdir, yəni sosiallaşma prosesində cinsin yaranmasıdır. Qender 

identifikasiyası  şəxsiyyətin sosiallaşma prosesində, yəni qender rollarının öyrənilməsi 

ailə, təhsil və siyasət kimi sosial institutların sosial-mədəni təsirindən baş verir. 

Ümumiyyətlə, cins və qender probleminə, XX əsrdə bir çox fəlsəfi problemlər 

üçün xarakterik olan, iki əsas yanaşmadan danışmaq olar: essensialist və konstruktivist. 

Fəlsəfiləşmənin birinci tipi obyektiv reallığın təbiəti haqqında, ruh və materiya, subyektiv 

və obyektiv, qadın və kişi və s. ilə bağlı suallar verir. Kantın fəlsəfəsinin dərinliklərdən 

meydana çıxmış ikinci tip, dünya haqqında sualları onun subyektiv təsəvvürlərə keçirir. 

«Siyasət» anlayışı müxtəlif vasitələrlə interpretasiya oluna bilər. Buna görə  də 

«Qender və siyasət» probleminə bir neçə cür yanaşma mövcuddur. 

Baxmayaraq ki, ilk baxışdan «siyasət» «fəlsəfə» kimi fəaliyyətin qenderli neytral 

sahəsi görünsə də, siyasət dövlət, hakimiyyət haqqında bütün ənənəvi elmi təsəvvürlər 

siyasətdə kişilərin iştirakı üsulların təsviri kimi hesab oluna bilər. Tarix və politologiya 

siyasətdəki görkəmli qadınların ağıl, iradə, müttəfiqlər qazanmaq bacarığı, xalq 

arasında məşhurlaşmaq kimi şəxsi keyfiyyətlərinə böyük diqqət yetirirsə də, onlar siyasi 




 

 

karyeralarında hər hansı bir «hadisənin» ya da «əmələ gəlməsin» xüsusi rol oynadığını 



qeyd edirlər. 

Siyasətin qender aspektinə digər bir yanaşma mövcuddur ki, bu da demokratiya 

və ümumi seçki hüququ ideyasının yayılması dövrünə aid edilir. O, kişilərdən fərqli 

olaraq qadın-seçicilərin siyasi davranış  təhlilinə, fərqli qadın siyasi psixologiyasına və 

qadınların müxtəlif siyasi institutlara münasibətinə əsaslanır. 

Siyasi elmə  fəal feminist hərəkatı hesabına daxil olan daha bir yanaşma 

mövcuddur. Bu yanaşma siyasi təşkilatlar, ideyalar və iştirakçıların təhlilin əsaslanması 

ənənəvi «kişi» siyasətinə qarşı durur və qadınların xüsusi maraqlarını qrup halında 

müdafiə edir. 

 

2. Antik dövrdən XIX-cu əsrə  qədər «Qender və siyasət» probleminin 



sosial-siyasi fikir tarixində əks olunması 

Qender tədqiqatları müasir humanitar elmlərin yeni bir istiqamətidir. Qender 

nəzəriyyəsi kateqoriya aparatı, qender təhlili, XX-ci əsrin son onilliklərində  fəal inkişaf 

etməyə başladı. Lakin qender tədqiqatlarının inkişafı üçün özül onların bir elm olaraq 

formalaşmasından qat-qat əvvəl mövcud idi. Qender problemi, o cümlədən «Qender və 

siyasət» problemi antik dövrlərdən bizim günə  qədərki alim-filosofların, antropoloqların 

və sosioloqların əsərlərində öz əksini tapmışdır. 

 Bu  problemin  əks olunduğu  ən qədim mənbə – miflərdir. Mifologiya cinslər 

arasındakı ciddi tabeçiliyi qeyd edir: kişi – mükəmməl insan, tarixin subyekti, kişi cinsinə 

aid olan varlıqdır; qadın – qadın cinsinə aid olan varlıq, ərinin arvadı, onun – nəslin, özü 

də varisliyin kişi xətti ilə keçdiyi patriarxal nəslin hökmranlıq obyektidir. Burada ideal 

prinsip – «qadın  ərindən qorxmalıdır» sayılır. Qorxur – tabe olur, onun öz üzərində 

hökmranlığına razılaşır. Kişinin qadın üzərində bu hökmranlığı patriorxal hakimiyyət kimi 

müəyyən olunur. Həmin prinsipə  əsasən, kişi və qadın bir bir ilə  əlaqəsi olmayan və 

ziddiyyət təşkil edən iki başlanğıcdır; birincisi – əsas, müsbət, fəal başlanğıc; ikincisi isə 

– törəmə, passiv başlanğıcdır. 

Təxminən 5-7 min il əvvəl, sosioloqların «ənənəvi» cəmiyyət kimi 

müəyyənləşdirdiyi ictimai təşkilat növünün meydana gəldiyi vaxtlar patriarxat – kişi və 

qadın arasında qanunlaşdırılmış münasibətlər sistemi idi. Bu sistem kişiyə hakimiyyətin 

subyekti kimi istisna hüquq verir, qadına isə yalnız obyekt kimi yanaşırdı. Lap 

əvvəlcədən kişi ailədə, siyasətdə bölünməz hakiiyyətə sahib olmağ, öz qəbiləsinin, 

nəslinin, ölkəsinin taleyini həll etmək, müxtəlif səviyyələrdə  qərar qəbul etmək, 

incəsənətdə, mədəniyyətdə üstünlüyə malik olmaq imkanını qazanmışdır.  

Ənənəvi cəmiyyətin ilkin mərhələlərində, xüsusən də quldarlıq  şəraitində, qadın 

«ərinin – arvadı üzərində xüsusi mülkiyyət hüququna malik olaraq, ondan özünün digər 

şəxsi  əşyaları kimi istifadə edən ailə başçısının qulu» idi. Qədim Romanın bəzi tarixi 

dövrlərində kişi arvadının həyat və ölüm məsələlərini də həll etmək hüququna malik idi. 

Ərinə  xəyanətdə  təqsirləndirilən qadını ölüncəyə kimi çubuqla və daşla döyə, sirkdə 

vəhşi heyvanlara yem kimi ata bilərdilər. Qədim hind Manu kodeksində elan olunmuşdu 

ki, «Uşaqlıqda qadın öz atasına, gənclikdə – ərinə, onun ölümündən sonra isə – öz 

oğullarına tabe olmalıdır». Platon Tanrıdan razılıq edirdi ki, onu qul yox, azad yaradıb, 

qadın yox, kişi edib; eyni zamanda o, qadının ölkənin siyasi həyatında iştirak imkanını 

inkar etməyən az sayda insanlardan biri idi. 

Bilavasitə qender və siyasət probleminin antik və orta əsr müəlliflərinin  əksərinin 

əsərlərində bir başa  əksini tapmaması onunla bağlıdır ki, qadın cəmiyyətin siyasi 

həyatında iştirak hüququna malik vətəndaş olaraq nəzərdən keçirilmirdi. Qadının 

cəmiyyətdəki vəziyyətinə dair bir çox filosofların mövqeyi ilə tanışlıq siyasi institutlarda 

qadının bərabər nümayəndəliyi probleminin qoyuluşu, qadınların siyasətdə  iştirakının 

fəallaşması  məsələsinin ağlasığmaz olmasına dəlalət edir. Məsələn, Pifaqor özünə 

əminliklə deyirdi: «Mövcud olan müsbət prinsip qayda-qanunu, işığı, kişini; mənfi prinsip 




 

 

isə qarışıqlığı, toranlığı  və qadını yaradıb». Aristotel isə öz növbəsində izah edirdi: 



«Qadın – müəyyən keyfiyyətlərin çatışmazlığı üzündən dişi sayılır... qadın xarakteri 

təbiətdən alçaldılmışdır... qadın yalnız materialdır... başqa, daha yaxşı, ilahi, kişi 

başlanğıcı isə hərəkət prinsipini təmin edir». 

Xristian dini qadının üstündən onun «əcinnə»liyə, qarışıqlığa, gecəyə, yaman 

ruhlara (miflərin  əksəryyətində qadın məhs belə  təsvir olunur) aid olmasına dair 

şüphələri qismən götürərək elan etdiki, insanın həyatı  və ölümü «yaman» qadın 

təbiyyətindən deyil, Yaradanın iradəsindən asılıdır.  İlkin xristian mətnlərində  cəmi bir 

neçə qadın obrazına (Məryəm Ana, Mariya Maqdalina, Marfa) rast gəlmək olur. 

Xristian dini mənəvi, işıqlı  və  əbədi qadınlıq mücəssiməsi olan Maryəm Ana 

obrazını göylərə qaldırır. Lakin Orta əsrlərdə xristian ideyalarının yayılması qadının 

cəmiyyətdəki və o cümlədən, ölkənin roluna baxılmasına elə bir təsir etmədi. Rəvayətə 

görə  Həvvanın Adamın qabırğasından yaradılması barədə mifin təsiri daha güclüdür. 

Həvvanın yaradılması haqda konsepsiya onu hərtərəfli, yaxud avtonom bir varlıq kimi 

nəzərdən keçirməyə imkan vermirdi. Belə ki, Orta əsrlərdə yaşamış Foma Akvinski adlı 

müəllif qadını «formalaşmamış kişi, törəmə varlıq» hesab edirdi. 

Humanizm, liberalizm və maariflənmə ideyalarının inkişafı cəmiyyətdə və siyasətdə 

kişi və qadının sosial rolu haqda təsəvvürlərin dəyişməsinə mühüm dərəcədə  təsir 

göstərməli idi. Amma nə alman, yaxud italyan humanistlərinin, nə də liberalizmin bir çox 

nümayəndələrinin  əsərlərində qadının kişi ilə  bərabərhüquqlu insan olaraq nəzərdən 

keçirilməsi imkanı  təsdiq edilmirdi. Məşhur «İkinci cins» əsərinin müəllifi, tanınmış 

fransız filosofu Simona de Bovuar qeyd edirdi ki, «kişi cinsinə aid fərd daha güclü 

fərdiləşdikçə, kişinin bu fərdiləşmə ehtiyacı artdıqça, o öz rəfiqəsinində  fərdilik və 

azadlıq hüququnu qəbul edəcəkdir». 

Müxtəlif sivilizasiyalar, mədəniyyətlər, texnika və texnologiyalar, səhiyyə  və  təhsil 

cəmiyyətin ehtiyacını  dəyişdirdi.  İndi o kobud gücdən, aqressivlikdən, təzyiqdən daha 

çox intellektə, intuisiyaya, mədəni vərdişlərin təkmilləşməsinə – azad şəxsiyyətə  və 

onun işgüzarlığına; bir az sonra isə  həm kişi, həm də qadının kütləvi işçi qüvvəsinə 

daha çox ehtiyac duymağa başladı. «Azadlıq, bərabərlik, qardaşlıq» üçlüyünə keçirilmiş 

demokratiya idealları həmin ehtiyacları qeydə alır və yeni davranış normaları diqtə edən 

yeni dəyərlər kimi nəzərə çatdırır. 

Artıq XII-XIV-cu əsirlərdə yeni müəmmalı qadın fiqurları, romanın cənubunda 

xristian elminə dair özünün xüsusi şərh hüququnun olmasını, özünün messanlığını elan 

edən kafir qadınlar meydana çıxır. Sonrada isə siyasi həyata və elmin inkişafına böyük 

diqqət yetirən ilk yazıçılar, aktrisalar ardınca – yüksək təbəqəyə aid xanımlar və 

məşuqələr yaranır. XVI-cı  əsrin  əvvəlində «Qadın cinsinin alicənablığı  və kişi cinsi 

üzərində üstünlüyünə dair Deklamasiya» əsərinin müəllifi Korneli Aqrippa oxucusunu 

inandırırdı ki, qadının təbii qabiliyyəti kişidən heç də az mükəmməl deyildir, onlar 

sadəcə olaraq – bir başqadır. XVII-ci əsrdə qadının cəmiyyətdəki vəziyyəti barədə 

nəzəri mübahisə genişlənir. Qadına ənənəvi yanaşmanı inkar edən və onun da kişi kimi 

mükəmməl insan sayılmaq hüququnu əsaslandıran ciddi əsərlər yaranmağa başlayır.  

Qadın hüquq bərabərliyinin tərəfdarı Pulen de lya Barr özünün «Hər iki cinsin 

bərabərliyi» essesində isbat edirdi ki, cinslərin bərabərsizliyi qadının kobud kişi gücünə 

tabe olmasının nəticəsidir, təbiətin yazdığı qanun yox. 

Maarifçilər  əsasən bu yanaşmaya tərəfdar idilər. Volter qadın taleyinin 

ədalətsizliyini ifşa edir; Didro qadının alçaldılmış  həyatını müəyyən mülki qanun və 

adətlərin nəticəsi sayır; Monteskye qadının ictiami həyatda iştirakını məcburi hesab edir; 

Helvetsi qadının vətəndaş maarifsizliyini onun tərbiyəsinin çatışmamazlığı, yaxud da 

belə  tərbiyənin heç olmaması ilə bağlayırdı. Qadının üzvi surətdə kişiyə  bərabər ola 

bilməyən ikinci dərəcəli bir varlıq olması barədə mifin absurdluğunu ifşa edən maarifçilər 

eyni zamanda onun vətəndaş varlığını – tarixin subyekti rolunda çıxış etmək, ölkənin 




 

 

siyasi həytında iştirak etmək bacarığını  qəbul etməkdən kənar idilər. Hətta «təbii 



hüquq» ideyasına əsaslanaraq bunu qəbul etmirdilər. 

Burada eqalitarizm məktəbinin başçısı, məşhur «azadlıq və hüquq müdafiəçisi» 

J.J.Russonun rolu xüsusi qeyd olunmalıdır. «Təbii hüquq» ideyasını qadına 

münasibətdə inkişaf etdirərək Russo onun tərkibinə cinsin «təbii vəzifəsi» haqqında mif 

əlavə etdi və bununla da kişi və qadın arasında əvvəlki seksual bölümün uzun müddət 

üçün möhkəmlənməsinə səbəb oldu.  

Amma inqilab ərəfəsi dövrü üçün bu az idi. Qadın onun ölkəsində ənənələrə qarşı 

çıxmaq və bütün dünyaya «Mən varam və cəmiyyətdə olan yerimə iddiaçıyam» deməyə 

hazır olan bir insan kimi formalaşmışdı. Xüsusi dekret gözləmədən qadın özünü azad və 

bərabər-hüquqlu hesab etməyə başlamışdı. Tarixçi və romanist D.Qodino yazırdı ki, 

Böyük fransız inqilabının  əvvəlində formal təsdiqin olmamasına baxmayaraq qadınlar 

cəmiyyətin həyatında az iştirak edirdilər: çox sayda qadın özü üçün işləyir və iqtisadi 

müstəqilliyə malik idi; aşağı təbəqədən olan qadınlar azad olaraq kütləvi tədbir keçirilən 

yerlərə gedir, yüksək təbəqəyə aid olanlar öz salonlarından saray həyatını idarə edir, 

tək paltar deyil, həmçinin ideya dəbini diqtə edirdilər. 

Bir çox sənədlər sübut edir ki, inqilabın ilk günlərindən fransız qadınları onlara 

siyasi hüquq verilməsini tələb edirdi. Baş Ştatların onların iştirakı olmadan çağırılmasına 

qarşı çıxan «Fransız qadınlarının protesti», «Fransız qadınlarının nalə və öyüdləri» belə 

yarandı. Həmin sənədlərdə fransız qadınları özlərini güclü cinsə qarşı qoymur, amma öz 

hüquqsuzluqlarına diqqət yetirirdilər. Onlar özlərini millətindən ayırmır və inqilabdan 

«azadlıq, bərabərlik, qardaşlıq» prinsiplərinin onların həyatını  dəyişdirəcəyini gözləyir, 

öz vətəndaşlıq mükəmməlliyinin qəbul edilməsini tələb edirdilər.  İnqilabın  əsas sənədi 

olan «İnsan və vətəndaşın hüquq Deklarasiyası»nda deyilirdi: «Bütün insanlar azad və 

bərabərhüquqlu doğulur...» Buradakı «les hommes”, «insanlar» (fransızca isə 

“l`homme” eyni zamanda həm «insan», həm də «kişi» deməkdir; amma «qadın» yox) iki 

cür məna daşıyırdı. Aydın idi ki, hamının qəbul etmiş olduğu «azad» və «bərabər» 

kateqoriyasına yalnız kişilər aid edilir, qadınların da oraya düşüb-düşməməsi naməlum 

olaraq qalırdı.  İnqilab qanunvericiləri qadınların «azad» və «bərabər» kateqoriyasına 

daxil ola bilmək hüququnu da qəbul edə bilmirdi. Və əvvəl səssiz, sonra isə açıq-aydın, 

hüquqi cəhətdən sənədləşdirilən imtina tamamilə yeni ictimai hadisənin, feminizmin 

(fransızca “femme” – «qadın») – qadının siyasi və mülki hüquqlarını müdafiə edən 

hərəkatın yaranmasına apardı. Onun yaradıcıları sırasında fransız Olimpiya de Qujun, 

ingilis Meri Uollstonkraftın, amerikalı Abiqayl Adamsın adlarını  çəkmək olar. Lakin 

şübhəsiz ki, feminizmin ilk sənədi Olimpiya de Qujun 1791-ci ildə çapdan çıxmış 

«Qadının və vətəndaşın hüquq Deklarasiyası» oldu. «Deklarasiya»nın həm başlığı, həm 

də məzmunu qadının mükəmməl insan sayılmaq hüququnu qəbul etmək istəməyən və 

buna  şübhə ilə yanaşanlara meydan oxuyurdu. De Quj burada qadının azadlıq, 

mülkiyyətə sahiblik, istilaya müqavimət kimi əsas mülki hüquqlarını, kişidən heç də 

azqabiliyyətli olmadığını elan edirdi. De Qujun «Deklarasiyası» cəmiyyətdə böyük 

narazılığa səbəb oldu, əsasən də onun sonradan zərbi-məsələ çevriliş bir cümləsi: 

«Əgər qadının eşafota qalxmaq hüququ varsa, onun tribunaya da qalxmaq hüququ 

var».  1793-cü ilin noyabrında Olimpiya de Quju yalançı çuğulçuluqla gilyotinə 

göndərdilər. Həmin ildə Konstitusiya hazırlanarkən «fəal» və «passiv» vətəndaşlara dair 

mövzu olduqca canlı müzakirə edildi. Lakin yeni Konstitusiya da qadını heç bir istisnasız 

siyasi hüquqlardan məhrum etdi. 

1793-cü ildə noyabrında Konvent bütün qadın klub və assosiasiyalarının 

bağlanması barədə qətnamə qəbul etdi. 1795-ci ilin yazında qadınların hər hansı siyasi 

iclasda iştirak etmək, ümumiyyətlə ictimai yerlərdə qrup şəklində toplaşmasını qadağan 

edən daha sərt dekret dərc olundu. 1804-cü ildə Napoleonun Vətəndaş kodeksi 

açıqlandı ki, burada qadının heç bir vətəndaş hüququ olmadığı  və  ərinin himayəsi 

altında olması elan edilirdi. 



 

 

 



3. XIX  əsrdə kişi və qadınların sosial mövqeyinin bölünməsində 

təsəvvürlərin inkişaf etməsi 

XIX  əsrin 30-cu illərindən başlayaraq Qərbi Avropa ölkələrində kapitalizmin güclü 

inkişafı onların  ənənəvi sistemini mühüm dərəcədə  dəyişdirdi.  İri sənaye yarandı, 

kəndlilərin də  məskən salmağa başladığı iri şəhərlər mərkəzləşdi, peşə  əməyi 

parçalandı  və s. Sənayenin tərəqqisi kiçik təsərrüfatların müflisliyinə,  ənənəvi ailə 

əlaqələrinin dağılmasına,  şəhərdəki səfalətin ona xas olan fahişəliklə, kəbindən kənar 

doğulmuş uşaqlarla, atılmışlarla, abortlarla və uşaq ölümü ilə birlikdə artmasına gətirib 

çıxarırdı. Kütləvi  şəkildə muzdlu qadın  əməyinin yaylması  ən aşağı  təbəqədən olan 

şəhər cəmiyyətində ailə böhranı ilə müşaiyət olunurdu. Bundan başqa, əmək bazarında 

qadın kişinin rəqibinə çevrilir və bununla da cinslər arasındakı sosial münasibətlərin 

gərginliyi artırdı. 

Mahiyyətçə XIX əsr qadınlar üçün ziddiyyətli qanunvericilik aktlarının çəkdiyi 

sərhəddəki, onun şəxsiyyət (subyekt), vətəndaş, cəmiyyətin mükəmməl üzvü olmaq 

hüququnun qəbul olunması ilə bunun rədd edilməsi arasındakı sosial eynilik axtarışıdır. 

Yazıçı, filosof, amma heç də feminist olmayan Jermena de Stal 1800-cü ildə yazırdı: 

«Qadının cəmiyyətdəki varlığı heç bir prinsiplə müəyyənləşdirilməyib: nə  təbii, nə  də 

sosial qaydalarla». 

Konservator L. de Bonald və J. de Mestradan liberal M.Mişleyə kimi –hər cür 

ideoloq, filosof və tarixçilər Kodeksin qadınların vəziyyətinə dair maddəsini dəstəkləyir 

və qadının vətəndaş kamilsizliyindən danışırdı. Onlar ənənələri yada salır, «cinsin təbii 

vəzifəsi», «qadının  əqli məhdudiyyəti» haqda təsəvvürə köklənmiş köhnə qaydalara 

əsas tuturdular. Onların gözündə qadın analıq vəzifəsi ilə yüklənmiş, tez-tez xəstələnən, 

incə,  əsəbi və isteriyaya meyilli; ictimai yerlərdə, iclasda, mitinqdə, kütlə arasında 

nəzarətdə saxlanması mümkün olmayan təhlükəli məxluqlardır. Yalnız bir neçə insan 

buna  şübhə ilə yanaşdı, məsələn,  Şarl Furye 1808-ci ildə özünün «Dörd hərəkatin 

nəzəriyyəsi» adlı  əsərində yazırdı: «Bütövlükdə  tərəqqi və tarixi mərhələlərin bir-birini 

əvəz etməsi qadının azadlıq yolu ilə irəliləməsi nəticəsində baş verir; sosial qaydaların 

tənəzzülü isə qadın azadlığının azalması deməkdir. Qadın azadlığının genişlənməsi hər 

hansı bir sosial tərəqqinin ümumi prinsipidir». Furye özünün Harmoniya adlandırdığı 

gələcəyin cəmiyyətini insana nifrət və  həqarətlə dolu mövcud Sivilizasiya qaydalarına 

qarşı qoyurdu. Onun layihəsində Harmoniya quruluşu hamının – kişi, qadın və uşaqların 

qarşılıqlı hörmət və bərabərliyi münasibətlərinə əsaslanırdı. 

Digər bir utopistin, şagirdlərinə müəmma dolu «Kişi və qadın – sosial fərd bax 

budur» kimi ibarə qoymuş Anri de Sen-Simonun ardıcılları ictimai inkişaf nəzəriyyəsi 

işləyərək onu «yeni xristianlıq» adlandırdılar. «Yeni xristianlığın» başlıca ideyası yeni 

pozitiv bilik əsasında yaxınlara sevqi - xristian moizəsinin yenidən canlandırılması idi. 

Bu moizə bütün bəşəriyyətin sülh şəraitində yenidən qurulmasını təmin etmək və kobud 

güc nüfuzunu, təcavüz və militarizmi bilik, incəsənət nüfuzu ilə  əvəz etmək məqsədi 

güdürdü.  

Əsas məsələdə – qadının azadlıq, emansipasiya ideyasında Sen-Simonun 

şagirdləri yekdil idilər. «Yeni» qadın onlar üçün bəşəriyyətin mənəvi sağlamlığının 

qarantı idi. Lakin bunun üçün vasitənin seçilməsində onlar arasında fikir ayrılığı mövcud 

idi. Elə bu məsələ  də Sen-Simon məktəbinin  əvvəl parçalanmasına, sonra isə 

dağılmasına səbəb oldu. 

Furye və Sen-Simonun təklif etdiyi ictimai həyatın harmoniyasına dair ideal 

layihələr bu nəhəng sosial hərəkəti hiss etmək, həmin prosesi təshih etmək cəhdi ilə 

diqtə olunmuşdu. Onların bu hadisəni qabaqcadan görməsi sanki qadın hərəkatının iki 

mərhələsinin – Böyük fransız inqilabının azadlıq ideyaları dalğasında qadının «mən 

varam» dediyi birinci, ilkin; və qadının «mən işləyirəm, demək, mən varam» dediyi XIX 

əsrin sənaye inqilabı ilə başlayan ikinci mərhələsinin kəsişməsinə düşmüşdü. Bu, XIX 




 

 

əsrdə yeni ideoloji və siyasi formalar, ideya və  şüarları  mənimsəyərək inkişaf edən 



feminizmin bünövrəsi rolunu oynadı. 

Məşhur utopiyaçılar qender münasibətlərinin mahiyyətinə dair ictimai təsəvvürlərdə 

dönüş üçün əsas yaratdılar. Onlar qadının «təbii vəzifəsi» haqda mühakimələri  şübhə 

altına almadan və həm də ona toxunmadan həmin çərçivədən çıxa bildilər. Artıq söhbət 

qadının «təbii» yox, daha çox sosial hüququndan, azadlıq, bərabərlik, qardaşlıq 

hüququndan gedirdi. Və bu nəzəri özül feminist ideya konstruksiyalarını möhkəmlətdi. 

Sosial-siyasi fikir tarixində qender aspektləri marksistlərin əsərlərində də öz əksini 

tapmışdır. Hər  şeydən  əvvəl onlar əvvəllər fəhlə  hərəkatında üstünlük təşkil edən 

antifeminist reaksiyanı aradan qaldıra bildilər. Bu reaksiyanın  ən tipik nümayəndəsi 

fransız xırdaburjua sosialisti P.J.Prudon idi. O, kəskin  şəkildə  bərabərlik ideyasını, 

qadının ictimai həyatda iştirak etmək hüququnu rədd edirdi. 1848-ci ildə o, ictimai 

mənəviyyat və ədalət adından tanınmış fransız feministi Yanna Deruanın parlamentə – 

Milli məclisə seçki üçün namizədliyinin irəli sürülməsinə qarşı  çıxdı. On il sonra isə, 

1858-ci ildə Prudon özünün «İnqilabda və Kilsədə  ədalət haqqında» çox cildli əsərini 

çap etdirdi ki, burada başqa  şeylərlə birlikdə özünün antifeminist görüşlərini də 

əsaslandırmağa çalışırdı. 

Marksistlər bütün bu ziddiyyətlər düyününü «qadın məsələsi» adlandırmış və ona 

öz cavabını vermişlər. K.Marksın xüsusi, qender problemlərinə  həsr olunmuş  əsərləri 

yoxdur. Lakin qadının ailə  və  cəmiyyətdə rolu və yerinə dair onun fikirləri çoxdur. 

Bununla bağlı olan əsər F.Engelsə  məxsusdur və o "Ailənin, xüsusi mülkiyyətin və 

dövlətin mənşəyi« adlanır. Marks da birgə  işlədikləri və Sen-Simonla Furyenin 

ənənələrini davam etdirən bu kitabın konsepsiyasına tərəfdar idi. Amma əvvəlkilərdən 

fərqli olaraq Marks və Engels kişi və qadın olmasından asılı olmayaraq fərdə deyil, 

kütlələrə xitab edirdilər – muzdlu əməyə  cəlb olunmuş qadın kütləsinə, eyni zamanda 

onların muzdlu zəhmətkeş olan ərlərinə. Onlar izah edirdi ki, cinsi «sirr» arxasında insan 

nəslinin artımı münasibətləri – müəyyən «istehsal münasibətləri» gizlənir. Bu həm təbii, 

həm də sosial münasibətlərdir.  Ənənəvi ailənin hər hansı forması sahiblik (tabeçilik) 

münasibətləri, hakimiyyət münasibətləri yaradır. Bu cinsin sosial münasibətləri – qender 

konsepsiyasının formalaşması yolunda atılan daha bir addım idi. 

Yalnız istiladan və istibdaddan azad olan cəmiyyətdə kişi və qadın arasında 

bərabərhüquqlu münasibətlər mümkündür. Marksistlərin qadının azadlığı konsepsiyası 

öz dövrü, onun hadisə  və normaları ilə eyni idi. Onun mərkəzində – qadın  əməyi 

mövzusu dururdu. Bu faktın təzyiqi ilə emansipasiya – şəxsilik mövzusu marksizmdə 

əsasən sosial-iqtisadi hadisələr prizmasından araşdırılırdı. Elə onun da təsiri altında 

başqa hadisə – ənənəvi, artıq dağılmaqda olan ailənin yerinə proletariat sinfi şəklində 

«yeni» tipli ailə qoymaq təklifi ortalığa çıxırdı. Bu konsepsiya, şübhəsiz, demokratik 

«azadlıq, bərabərlik, qardaşlıq» ideyasına  əsaslansa da, başlıca vurğu bərabərlik və 

qardaşlığa, sonra isə, onların həyata keçirilməsi vasitəsi ilə azadlığa vurulurdu. 

Marksist feministlərin və, hər  şeydən  əvvəl, qadın istismarının xüsusi mülkiyyətin 

yaranması ilə  əlaqələndirilməsi məsələsi sonradan tənqidə  məruz qaldı. Belə ki, XX 

əsrdə qadın bərabərliyi ideyasının inkişafına yekun vurarkən fransız sosioloqu Y.Moren 

qeyd edirdi ki, qadın istismarı problemini sinfi təhlil kateqoriyasının köməyi ilə nəzərdən 

keçirmək onu sadələşdirmək deməkdir. Bu problem siniflərin yaranmasından qabaq, 

bəlkə də tarixin yaranmasından əvvəlki dövrdə meydana gəlmişdir və sosiolojidən daha 

çox antropososioloji xarakter daşıyır. Buna baxmayaraq həmin konsepsiya müəyyən 

tarixi məqamın ehtiyacına, xüsusən də başqa feminist ideyalarla birlikdə cavab verirdi. 

Və problem ondan ibarət idi ki, özlərinin  əsas vəzifəsini dünyanı «izah etmək» yox, 

«dəyişdirmək» hesab edən marksistlər qadın azadlığı  məsələsinə yanaşmalarını  ən 

düzgün sayır və özlərini qadın bərabərliyinin bütün başqa tərəfdarlarından ayırırdılar.  

Uzun illər boyu Qərbdə, hətta fransız filosof-ekzistensialisti Simona de Bovuar kimi 

nüfuzlu feministləri, patriarxat norma, ənənə, hakim münasibətlərini aradan qaldırmaq 



 

 

üçün marksistlərin «qadın məsələsinin» həlli yolunu kifayət hesab edirdilər. Eyni 



zamanda özünün məşhur ikicildlik «İkinci cins» (1949)  əsərində Bovuar »qadın 

məsələsi»nin marksist həlli ilə birbaşa mübahisəyə girməyərək hesab edirdi ki, 

sosializmin qələbəsi qadını azad etməyə, cəmiyyətdə onun vəziyyətini dəyişdirməyə 

qabildir və bu azadlığın qarantı olan kollektiv mübarizə problemindən vurğunu qadının 

subyekt olaraq təşəkkül tapması probleminə keçirirdi. Simona de Bovuar qeyd edirdi ki, 

məhz kişi fəaliyyətinin insan varlığının həmin fəaliyyəti təbiətin qara qüvvələri üzərinə 

qaldıran, təbiəti və deməli qadını da ram edən dəyər kimi formalaşdırdığı üçün adi 

şüurda kişi – yaradan, quran, subyekt, sahib kimi, qadın isə onun hakimiyyət obyekti, 

təbiət qüvvələrinin bir hissəsi kimi təsəvvür olunur. «Qadın doğulmurlar, qadın olurlar» 

tezisi də  həmin bu mənfi rəyə qarşı istiqamətlənmişdi. Simona de Bovuar bu yolla 

qadında da kişidə olan imkan, iradə azadlığı, inkişaf qabiliyyətinin olması ilə bağlı bütün 

şək-şübhələri aradan götürməyə cəhd edirdi.  

«İkinci cins» əsəri hələ  də dünyanın yarandığı gündən bu günə  qədər qadının 

vəziyyəti barədə yazılmış  ən mükəmməl tarixi-fəlsəfi tədqiqatdır. Burada ötən illərin 

qadın hərəkatının nailiyyət və səhvlərinə yekun vurulmuş, bu hərəkatın gələcək inkişafı 

üçün bünövrə hazırlanmışdır. Kitabın mərkəzi ideyasının  əsasında azad, öz şəxsi 

həyatını «bədəninin» mənimsənilməsindən başlayaraq «özününküləşdirməyə» qabil 

olan «avtonom» qadın  şəxsiyyəti haqda ideya durur. Hər  şeydən  əvvəl feminizmin 

mühüm bir sosial qüvvə olmasına  şübhə edən Bovuarın özünü qatı feminist hesab 

etməməsinə baxmayaraq, bu kitab Simona de Bovuara müasir feminizmin banisi və ən 

görkəmli nəzəriyyəçisi kimi şərəf gətirmiş oldu.  

Hər halda Simona de Bovuarın  əsəri feminizmin nəzəriyyə  və praktikasının 

yayılmasına həlledici təsir göstərdi. Tanınmış fransız psixoloqu və feministi Elizabet 

Badinter bu proses barəsində yazırdı: «Simona de Bovuar milyonlarla qadını minillik 

patriarxat əsarətindən azad etdi... Qadınların bir neçə nəsli onun «mənim kimi edin; heç 

nədən qorxmayın; dünyanı  fəth edin – o sizindir» müraciətinə cavab verdi. Öz sirli 

çubuğu ilə Simona de Bovuar əməyin seksual bölümünün təbiiliyi haqda ehkamı puç 

etdi. Və  hər növdən olan konservatorlar ona qarşı  çıxdı. Amma ötəni qaytarmaq 

mümkün olmadı. Heç kim bizi ailənin yeganə yerimiz, ev təsərrüfatı və analığın isə şəkk 

olunmayan, mütləq talemiz olduğuna inandıra bilməz. Biz – bugünkü feministlər, onun 

mənəvi övladlarıyıq. O bizə azadlığın yolunu açmışdır».  

 

4. Azərbaycanın sosial-siyasi fikir tarixində siyasətin qender aspektləri  

Azərbaycanda sosial-siyasi fikir tarixinin, huquqi sənədlərin, filosof və 

təfəkkürlərin qələmindən çıxmış əsərlərin tədqiqi göstərir ki, bilavasitə qender problemi, 

qender münasibətləri və xüsusən də qender və siyasət problemi burada öz əksini 

tapmamışdır. Müxtəlif mənbə  və  əsərləri araşdırarkən kişi və qadının cəmiyyətdə  və 

ailədə rolu barədə yalnız təsadüfi xatırlamalara, ailə-nikah münasibətləri ilə bağlı 

fikirlərə rast gəlirik.  Əsasən qadına münasibətdə ehtiram və hörmətə riayət etməyin 

vacibliyi göstərilsə  də,  əksər hallarda kişinin  ən müxtəlif səviyyələrdə  (şəxsi, dövlət, 

ictimai) rəhbər rolu barədə fikir üstünlük təşkil edir ki, bu da ailəvi dəyərlərin 

qorunmasını  nəzərdə tutur. Belə ki, «Kitabi-Dədə Qorqud»-da kişi obrazı ailə başçısı 

kimi təsvir olunur, lakin bununla belə o müstəbid deyildir, əksinə – arvadına dərin 

hörmət bəsləyir və həmişə onun məsləhətini qəbul etməyə hazırdır. Həmçinin dastanda 

qadınlar ölkənin ictimai-siyasi həyatında, məsələn, düşmənə qarşı döyüşlərdə  iştirak 

edir.  

Bir çox mənbələr, xüsusən də  qədim və orta əsrlərə aid olanlar kişinin 



cəmiyyətdə və ailədəki rəhbər rolunu qeyd edərək onun hüquqlarından başqa həm də 

xüsusi vəzifələrini qeyd edir (məsələn, Mxitar Qoşanın «Qanunamə»si, 1184-cü il). 

Qədim mənbə olan atəşpərəstliyin kitabı «Avesta»da möhkəm ailənin yaranması 

vacibliyi, kişinin həyat yoldaşına və  uşaqlarına qayğı göstərməsi vacib vəzifə kimi 




 

 

qoyulur, cəmiyyətdə qadının tutduğu yer yüksək qiymətləndirilir, lakin onun rolu və 



vəzifələri  şəxsi çevrə ilə  məhdudlaşır. Avestada pak insan («aşavan») deyiləndə kişi 

(«belə insanın evində çörək, süd, arvadı  və  uşaqları olmalıdır»),  ədalətli hökmdar 

deyiləndə – düzgün, güclü, ali dini rəhbər, ideoloq, müdrik monarx, hərbi sərkərdə (o 

vaxtın reallığını  nəzər alsaq, bu hökmdar, əlbəttə ki, yalnız kişi ola bilərdi) nəzərdə 

tutulurdu. Kişi – ailənin yaradıcısı, onun başçısıdır, lakin qadın da ailə xoşbəxtliyi üçün 

məsuliyyət daşıyır – o, əri üçün yaxşı arvad olmalı, pak fikrə, nəcib davranışa, yüksək 

mənəvi məziyyətlərə, daxili qüvvəyə  və  hətta gözəl niqtqə malik olmalıdır.  Ədalətli 

ödəniş deyəndə «Avesta»da yalnız «ədalətli kişilər» yada salınırdı. 

VIII əsrdə Azərbaycanın ərəblər tərəfindən işğalı ictimai və sosial-siyasi həyatın bir 

çox sahələrinə mühüm dərəcədə təsir göstərdi. İslam hələ VII əsrdə qadına tam maliyyə 

azadlığı  və öz mülkiyyətindən kişinin nəzarətindən asılı olmayaraq istifadə etmək 

hüququ vermişdi. Peyğəmbər deyirdi ki, kişi və qadın eyni dərəcədə  təhsil almaq 

imkanına malik olmalıdır. Qurana əsasən «qadın bəşəriyyətə  həyat verən müqəddəs 

dövlət»dir; kişinin qadın qarşısında yerinə yetirməli olduğu öhdəlikləri var və  əgər kişi 

qadının maddi tələbatını yerinə yetirə bilmirsə, bunu onun qohumları etməlidir. Quranda 

kişinin üzərinə qayda və sabitliyi təmin etmək vəzifəsi qoyulur; o, evin və ailənin 

başçısıdır. Quran qadına qarşı zorakılığa, onunla kobud münasibətə qarşı çıxır. İslama 

görə, qadın da kişi kimi alış-satış hüququna, əmlakını icarəyə vermək,  şahidlik etmək, 

və  hətta seçkilərdə  iştirak etmək, vuruşmaq hüququna malikdir. İslam dini qadının 

cəmiyyətdəki mövqeyini kökündən dəyişmək, ona hüquqlar vermək, qadının 

islamdanqabaqkı ərəb qəbilələri üçün xas olan qeyri-bərabər və alçaldılmış  vəziyyətini 

aradan qaldırmağı  nəzərdə tutur, lakin praktikada islamın cinslərin sosial vəziyyətinə 

dair müddəalarının əksəriyyəti reallaşmamış qalır, çox zaman isə səhv şərh olunurdu. 

Azərbaycanda  ərəb istilası  və burada islam dininin yayılması kişi və qadın 

arasındakı mövcud sosial rolların bölüşdürülməsi praktikasına köklü dəyişiklik gətirmədi 

və qadının hüquqi və siyasi vəziyyətinin yaxşılaşmasına səbəb olmadı ki, bu da mədəni, 

tarixi, sosial-iqtisadi xarakter daşıyan bir çox səbəblərdən irəli gəlirdi. Elə buna görə də 

dahi Nizami Gəncəvinin yaratdığı  əsərlərdə qadın barəsində deyilmiş sözlər olduqca 

liberal və mütərəqqi səslənirdi. Onun poemalarında qadın müstəqil, işgüzar, azaddır, 

cəmiyyətdə aparıcı qüvvə ola bilir, mənəviyyat və namusun qoruyucusudur, «mənən 

pak varlıqdır», ona mərdlik, düzgünlük, hazırcavablıq, iti ağıl kimi əlamətlər xasdır, və o 

– ailənin yaradıcısıdır. 

Nizaminin əksi olaraq digər Azərbaycan alimi Nəsirəddin Tusi (1201-1274) qadına 

münasibətdə mühafizəkar mövqe tuturdu. O, qadını çadra altında saxlanmalı qul ilə 

müqayisə edirdi. Belə fikir qadının cəmiyyətdə  vəziyyəti və roluna olan baxışları  əks 

etdirirdi və  həmin münasibət hələ bir neçə  əsr  ərzində ictimai-siyasi həyatda üstünlük 

təşkil etmişdi. 

Problemə keyfiyyətcə yeni baxış yalnız XIX əsrdə maarifçilərin, filosof və 

yazıçıların – Q.Mahmudbəyovun, S.Qəniyevin, Zərdabinin, F.Köçərlinin, 

C.Məmmədquluzadənin və, xüsusən də, M.F.Axundovun əsərlərində öz əksini tapdı. 

Axundov kişi və qadınların bərabərlik ideyasını olduqca fəal müdafiə edirdi. O, «nədən 

hüquq bərabərliyi prinsipi istisna olaraq kişilərə aiddir? Hansı əsasla şəriət qadını əbədi 

istismara məhkum edir, ömürboyu onları  bədbəxt edir, həyatın rifahından məhrum 

edir?» deyirdi.  

XX  əsr və Azərbaycanın başına gələn sosial və siyasi kəşməkeşlər, birinci 

onilliklərin tarixi hadisələri cinslərin bərabərliyi probleminə  və  hər  şeydən  əvvəl kişi və 

qadının cəmiyyətin siyasi həyatında iştirakı probleminə olan baxışları keyfiyyətcə 

yeniləşdirdi. Azərbaycan qadını  səs vermək, seçilmək hüququ qazandı, onun tədricən 

siyasi fəaliyyətə, hakimiyyətə cəlb olunması üçün yeni imkanlar yarandı. 

 

5. Müasir dövrdə cəmiyyətin inkişafında qender siyasətinin həyata keçməsi 




 

 

Yeni sosial qaydaya keçid bu şərtlə mümkündür ki, qender ölçüsü təhsil və 



tərbiyədən ictimai şüura doğru irəliləsin. Qender ölçüsunun strateji məqsədi cinslər 

arasında bir-birini anlama mədəniyyətinin dəyişdirilməsi iyerarxialı yanaşmanın tərəfdaş 

yanaşması ilə  əvəzlənməsi, dövlətin və  cəmiyyətin ideologiyasına sülhseverlik, 

yaradıcılıq kimi «qadın» dəyyərlərinin daxilidir. 

Demokratik islahatlar kursunu götürərək, cəmiyyət bizə irsən qalan patriarxal 

ideya, prinsiplər, qanunverici normaları tənqidi dərk etməyə cəhd edir. Bununla əlaqədar 

qanunların, normativ aktların, müxtəlif beynalxalq sənədlərin qəbulu, konfrans və 

seminarların təşkili və keçirlməsi dünya ictimayyəti tərəfindən həyata keçirilməsi üçün 

üsüldur. 

Qadınların vəziyyətinə dair keçirilmiş 4 ümumdünya konfransları BMT tərəfindən 

son 25 ildə qender bərabərliyi probleminin qoyulması, siyasətdə  hər iki cinsin 

nümayəndələrin iştirakı dünya ictimayyətinin diqqət mərkəzində idi. Qender bərabərliyi 

uğrunda mübarizə BMT-nin 1945-ci ildə  əsasının qoyulması zamanı başlanğıc 

vəziyyətində idi. Birinci üç illik dövr ərzində BMT-nin qadın probleminin həllinə dair iş ilk 

növbədə qadınların yuridik və  vətəndaş hüquqlarının müəyyənləşməsinə və qadınların 

dünya üzrə vəziyyəti haqqında məlumatlarının toplanmasına istiqamətlənmişdi. 

Qenderbərabərliyi uğrunda mübarizənin ikinci mərhələsi BMT-nin təşəbbüsü ilə 

qadınların vəziyyətini yaxşılaşdırmağa doğru strateqiya və planlarının hazırlanmasına 

doğru dünya konfransların çağırılması oldu. İlk ümümdünya konfransı  1975-ci ildə 

Meksikada çağırılmışdır. Konfrans iştirakçıları  gələn  10 il üçün Fəaliyyət planı  qəbul 

etmişdilər. 

İkinci ümümdünya konfransı – 1980-ci ildə Kopenqaqen şəhərində çağırılmışdı. Bir 

il bundan qabaq isə BMT tərəfindən,  1979-cu ildə, «Qadınlara qarşı  hər bir ayrı-

seçkililiyin ləğvi» Konvensiya qəbul olunmuşdu. Konfransda isə  Fəaliyyət Proqramı 

qəbul olunmuş və qadınların yuridik hüquqları və onların düzgün istifadə edilməsindən 

müxtəlif faktlar qeyd olunub. 

Qender bərabərliyi uğrunda hərəkat üçüncü ümumdünya konfransında dünya 

tərəfindən dəstəkləndi (Nayrobi, 1985). 

Pekində 1995-ci ildə keçirilən dördüncü konfrans qender bərabərliyi uğrunda yeni 

bir mərhələ oldu. Konfrans iştirakçıları Deklarasiya (Bəyənnamə) və  Fəaliyyət 

Platformasını qəbul edərək qadınların XXI əsrdə inkişafa doğru yoluna təkan verdi.  

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI 



 

1. Azərbaycanda qender tədqiqatları. – B., 2002 

2. Sosial və humanitar fənlərə qender nəzəriyyəsinin inteqrasiyası (Konfransın 

materialları). 2001 

3. Naxçıvanlı A. Qadın liderliyi haqda bəzi mülahizələr // Qenderşünaslıq, 2000, №4 

4.  Абубикирова Н.И. Что такое «гендер»? // Общественные науки, 1996 

5.  Антология гендерной теории. – М., - Минск, 2000  

6.  Гидденс Э. Социология// Эдиториал УРСС, 1999 

7.  Кампания  за  достижение  равенства  между  мужчинами  и  женщинами  и 

улучшение положения женщин. – М., 2001 

8.  Ковалева  Т.И.,  Иванчук  Н.В.  Женщины:  ресурсы  политического  поведения // 

Социологические исследования, 1995, № 7 

9.  Кочкина  Е.  Парадоксы  всемирной  истории // WE/ МЫ.  Диалог  женщин. 

Спецвыпуск 2000 

10. Мэнсбридиж  Дж.  Женщины,  правление  и  общее  благо // США:  экономика, 

политика, идеология, 1992, № 3 

11. Пугачев В.П.. Соловьев А.И. Введение в политологию. 4-е изд., перераб.и доп. 

– М., 2002 




 

 

12. Рзаев  А.  История  политических  и  правовых  учений  в  Азербайджане.  От 



истоков до ХХ века. – Б., 2000 

13. Симона де Бовуар. Второй пол. - М., 2001 

14. Уоллстонкрафт  М.  В  защиту  прав  женщин // Феминизм:  проза,  мемуары, 

письма. – М., 1992 

15. Чикалина И. Феминистская перспектива в политической теории и на практике // 

Посиделки, 1999, № 10 

16. Jennifer Hornsby. The Oxford Companion of philosophy. – N.-Y., 1995 

17. Karen Offen Reclaiming the European Enlightement for Feminism. CEU, 2000 

18. Rubin Gayle. The traffic in women: Notes on the “political economy” of sex / In 

Toward an Antropology of women/ - N.-Y., 1975 

19. 

http://demo.interpro.ru/content/win/books/gender/7.htm



 

20. 


http://www.owl.ru/win/events/edc1996/c-aivaz.htm

 

21. 



http://www.owl.ru

 

Document Outline

  • ISTIFAD? OLUNMUS ?D?BIYYATIN SIYAHISI


Yüklə 235,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə