Mövzu qenderdə ƏMƏk hüquqlarinin müdafiƏSİ



Yüklə 144,17 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü144,17 Kb.
#67166


Mövzu 8.

  QENDERDƏ  ƏMƏK  HÜQUQLARININ  MÜDAFİƏSİ 

 

1.  Əmək hüququ anlayışı. 

2.  Əmək hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin inkişaf tarixi. 

3.  Əmək hüquqlarının qorunması. 

 

1. Əmək hüququ insana anadangəlmə  məxsus olan insan hüquqlarının 

ayrılmaz hissəsidir.  Əmək insanın özünü yaratmışdır. Layiqli yaşamaq və öz 

ehtiyaclarını ödəmək, arzu və istəklərini həyata keçirmək, ailə yaratmaq, uşaq böyüdüb 

tərbiyə etmək, cəmiyyətə xeyirli olmaq, təbiətlə həmahəng yaşamaq üçün insan gərək 

əməklə məşğul olsun. 

Bütün tarix boyu bəşəriyyət heç bir fərqindən asılı olmayaraq insanların 

bərabər əmək hüququ uğrunda mübarizə aparıb. 

Konstitusiya ilə yanaşı, insanın  əmək fəaliyyəti hüququ (Azərbaycan 

Respublikası Konstitusiyasında bu hüquq 35-ci Maddədə  təsbit olunub) əmək 

qanunvericiliyin normaları ilə tənzimlənir. 

Əmək qanunvericiliyi normaları ilə  əməyin tətbiq olunduğu sahədə  işçinin 

işəgötürəndə olan əmək münasibətləri tənzimlənir ki, bu zaman işçilərin  əmək 

prosesində  iştirakı onların bu və ya digər təşkilatda (işəgötürəndə) birgə  fəaliyyəti 

sayılır, yəni  əməyin tənzimlənməsi obyekti kimi canlı  əmək, onun şərtləri və ödəniş 

haqqı çıxış edir. 

İqtisadiyyatın bazar təşkilinə keçid – bazar münasibətlərinin  əmək sahəsinə 

yayılmasına, fəhlə  əməyi bazarının (əmək bazarının) yaranmasına, muzdlu əməyin 

tanınmasına və muzdlu işçilərlə yanaşı eyni zamanda bu və ya digər cəmiyyətlərin, 

birliklərin, və s. təşkilatların iştirakçıları olan başqa işçilərin meydana çıxmasına səbəb 

oldu.  Əmək hüququ normaları ilə mülkiyyət və  təşkilati – hüquqi formasından asılı 

olmayaraq istənilən müəssisə, təsisat və  təşkilatda  əmək müqaviləsi (kontraktı) 

əsasında çalışan bütün işçilərin, o cümlədən səhmdarların, orta təsərrüfat və 

cəmiyyətlərin üzvü olan digər müqavilə iştirakçılarının əmək münasibətləri tənzimlənir. 

Əmək münasibətləri müxtəlif gücə və təsir dairəsinə malik olan normativ aktlarla 

nizamlanır. Azərbaycanda  əmək hüququnu təsbit edən  əsas hüquqi akt 12 noyabr 

1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasıdır. Konstitusiya 

ölkənin hər bir vətəndaşına əmək hüququna, fəaliyyət növü və ixtisa seçimi hüququna 

təminatı verir. Məcburi  əmək qadağan olunur. Hər kəsə  təhlükəsizlik və gigiyena 

tələblərinə cavab verən iş  şəraiti,  əməyin heç bir ayrı-seçkilik olmadan ödənməsi, 

işsizlikdən müdafiə təminatı verilir. Fərdi və kollektiv mübahisələrin qanun çərçivəsində 

həllinə, haqlı tətillərə icazə verilir. 

Əmək münasibətlərinin tənzimlənməsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 

qəbul etdiyi konvensiyaların, beynəlxalq pakt və xartiyalarda əksini tapmış  və insanın 

əmək hüquqlarının  müdafiəsinə yönəlmiş digər standartların müdafiəsinə yönəlmitşdilər 

standartların böyük əhəmiyyəti vardır. Bu sahədə Azərbaycanda Konstitusiya ilə yanaşı 

Azərbaycan Respublikası Prezidentinin fərmanları, Nazirlər Kabinetinin qərar və 

sərəncamları,  Əhalinin  Əmək və Sosial Müdafiəsi Nazirliyinin normativ aktları mühüm 

rol oynayır. 

Əmək münasibətlərini tənzimlənən hüquqi aktlar cərgəsində kollektiv müqavilə 

xüsusilə  fərqlənir. Hüquqi akt qüvvəsi daşıyan bu növ müqavilə  işəgötürənlə  işçi 

arasında, yəni mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, firma, filial və 

nümayəndəliklərə daxil olan bütün işçi kollektivinin birgə iclasında (konfransında) 

bağlanan əmək müqaviləsidir. 

Əmək münasibətləri hüquqi cəhətdən əmək qanunvericiliyi ilə, real həyatda isə 

iştirakçıları işçi və işəgötürən olan əmək – hüquq münasibətləri ilə tənzimlənir. 

 



2. Hazırki dövrdə qadının iqtisadiyyatda rolu mühüm əhəmiyyət kəsb edir. 

Demək olar ki, dünyanın bütün regionlarında fəhlə qüvvəsinin ümumi sayında qadınların 

payı artır. Könüllü yaxud iqtisadi zərurətdən irəli gələrək, qadınlar daha çox tam məşğul 

olan zəhmətkeşlər cərgəsinə keçir, bütün əmək qabiliyyətli yaş  həddi boyunca iqtisadi 

aktivliyini qoruyub saxlayırlar. 

Qeyd olunmalıdır ki, bütün dünya əhalisinin 45%-ni əmək bacarıqlı yaş həddinə 

(15-64 yaş) daxil olanlar təşkil edir. Azərbaycanda bu göstərici orta dünya göstəricisinə 

yaxındır.  Əgər 1991-ci ildə istehsalatda 42,8% təşkil edirdisə, bu rəqəm 2000-ci ildə 

49% olmuşdur. Qadınların daha çox məşğul olduqları sahələr səhiyyə, idman və sosial 

sahələr (70%), təhsil və  mədəniyyət (68%), bank və  sığorta (46%), elm (45%), rabitə 

(43%), sənaye (42%) sahələridir. 

Yuxarıda göstərildiyi kimi, müəyyən səbəblər üzündən qadınlar cəmiyyətin 

iqtisadi cəhətdən aktiv üzvləri olmağa çalışırlar. Onu da inkar etmək olmaz ki, bu 

məqsədə çatmaqda və onların ailə və əmək sahələrində vəzifələrini daha səmərəli icra 

etmələrində əmək qanunvericiliyi böyük rol oynayır. 

Bununla  əlaqədar  əmək qanunvericiliyinin qender aspekti ilə bağlılıqda son bir 

əsrdə necə inkişaf etdiyini nəzərdən keçirək. 

Qeyd edək ki, ilk konstitusiyalarda hər hansı bir cinsin üstünlükləri təsbit 

edilmirdi,  əmək qanunvericiliyi də cinsləri fərqləndirmirdi.  Məsələn, XKS-in «Səkkiz 

saatlıq iş günü haqqında» qərarı (1917) 17 yaşına qədər olan kişilərin və qadınların 

gecə  işinə  cəlb olunmasını qadağan edirdi. 1918-ci ildə  qəbul olunmuş «Sovet 

müəssisələrində  fəhlə  və qulluqçuların  əmək haqqı barədə» Dekreti cinsindən asılı 

olmayaraq yaşlı  fəhləyə vahid minimal əmək haqqı  təyin edirdi. Bununla belə  bəzi 

sahələrdə, məsələn, doğumla əlaqədar, qadınların müdafiəsi nəzərə alınırdı. Bunu XKS 

1917-ci ildə «Məzuniyyətlər haqqında» qəbul etdiyi qərardan görmək olar. Bu qərar 

əsasən hamiləlik və doğuşla bağlı qadın 16 həftəlik ödənişli məzuniyyət hüququ verilirdi. 

1920-ci illərin  əmək məcəlləsi qadın  əməyini tənzimləmək məqsədilə artıq 

normalar sistemi nəzərdə tuturdu. Bunlara aid idi: 

-  əmək mükəlləfiyyətinə  cəlb olunmuş 45 yaşlı kişilərə 40 yaşını ötmüş 

qadınlara, hamiləlik dövrü və doğuşdan sonra 8 həftə müddəti üçün 

qadınlara, südəmər uşağı olan qadınlara güzəştlər; 

- qadın əməyinin xüsusilə ağır və zərərli sahələrə cəlb olunmasına qadağan; 

- hamilə qadınların (5-ci aydan başlamış onlar doğuşqabağı  və doğuşdan 

sonra 56 gün işdən azad olunurdular) onların icazəsi olmadan ezamiyyətə 

göndərməyə qadağan; 

-  əvvəlki  əmək haqqını saxlamaqla həmilə qadınları daha yüngül işə 

keçirilməsinə dair güzəştlər; 

-  uşaq əmizdirən qadınlara əlavə fasilələrin verilməsi güzəşti. 

 

Nəzərdə tutulurdu ki, ev köləliyindən xilas olmuş kişilər və qadınlar eyni 



hüquqlara sahib olmalıdırlar. Bərabərliyə nail olmaq üçün XƏK (Xalq Əmək 

Komissarlığı), ÜMHİŞ  və ÜXİŞ  qərarı  ştatların ixtisarı zamanı qadınların işdən azad 

olunmasına kvota müəyyən etmiş, hamilə qadınlar və 1 yaşa qədər uşağı olan 

qadınların sayı 2,5 milyon nəfər idisə, 1931-ci ildə bu rəqəm 3,1 milyon təşkil edirdi. Kişi 

işində çalışan qadınların da sayı artmışdı. 

Lakin 1932-ci ildə qadın əməyini bir çox sahələrdə qadaqan edən Peşə Siyahısı 

qüvvəyə mindi. Bu andan başlamış qender inkişafında dissimilyasiya indeksi artmağa 

(hər 10 ildə 2-3 bənd) başladı. 

1936-cı ilin SSRİ Konstitusiyası qadınlara kişilərlə bərabər hüquqlar təsbit etdi, o 

cümlədən  əmək, istirahət və digər həyat sahələrində. Bu normalar 1977-ci ilin 

Konstitusiyasında da qüvvəsini saxladı. 



1978-ci ildə qadınların peşə hazırlığını artırmağa yönəlmiş qərarlar qəbul olundu. 

1981-ci ildə 12 yaşınadək 2 və çoxuşağı olan qadınlara 3-günlük əlavə məzuniyyət, 1-

yaşa çatmamış  uşağa qulluq üçün qismən ödənilən məzuniyyət təyin edildi. 1989-cu 

ildə bu norma 1,5 yaşlı uşağı olan qadınlara aid edildi. 

1970-80-ci illərdə qadının  əmək sahəsində  məşğulluğuna dair qanunvericilik 

aktlarının qəbul olunması beynəlxalq qanunvericilik normalarının Azərbaycan 

qanunvericiliyinə şamil edilməsinin birbaşa nəticəsi idi. 

Azərbaycan Respublikası 1992-ci ildən Beynəlxalq  Əmək Təşkilatının üzvü 

olmaqla, özündə qadın əməyi və məşğulluğu sahəsində hüquqi normaları əks etdirən bir 

sıra BƏT Konvensiyalarına qoşulmuşdur. «Bərabər  əməyə görə kişilərin və qadınların 

bərabər mükafatlandırılması haqqında», «Əmək və məşğulluq sahəsində ayrı-seçkiliyin 

ləğvi haqqında», «Qaldırıcı  işlərdə  və  hər hansı  şaxta işində qadın  əməyinin qadağan 

olunması haqqında» Konvensiyalar bu qəbildəndir. 

 

3.  Əmək həyatının bütün sahələrində kişilərlə  bərabər hüquqlara malik olan 



qadınlar, eyni zamanda Konstitusiyanın və  Əmək qanunvericiliyinin onlara verdiyi 

hüquqlardan tam həcmdə istifadə etmələri üçün xüsusi tədbirlər ehtiyac duyurlar. 

Bu növ tədbirlər Azərbaycan Respublikasının  Əmək Qanunları  Məcəlləsində 

əksini tapmışdır. Belə ki, qanun (ƏQK, m. 173) qadına kişi ilə  bərabər  əmək hüququ 

verməklə belə istisna verir ki, hamiləliklə  və ya uşağa qulluqla bağlı qadının işə 

qəbulundan imtina edilməsi qadağan olunur. Bu norma onunla əlaqədar yeridilmişdir ki, 

bəzi işəgötürülənlər həmin vəziyyətdə olan qadınları  işə götürməkdən (güzəştləri 

verməmək üçün) imtina edirlər. Qanunun elə  həmin maddəsi 3 yaşa qədər uşağa 

baxmaq üçün məzuniyyət hüququndan istifadə edən qadınların işdən azad edilməsini 

də (müəssisə  ləğv olunduğu hal istisna olmaqla) qadağan edir. Bu hallarda qadın işə 

düzəldilməlidir. 

Qanuna görə  (ƏQK, m. 176-177) hamilə  və 8 yaşına çatmamış  uşaqları olan 

qadınların gecə, işdən sonra, bayram və bazar günlərində  işə  cəlb edilməsi, 

məzuniyyətə göndərilməsi yolverilməzdir. Eyni yaşlı  uşağı olan və ailə üzvlərindən biri 

ya uşağı əlil olan qadınlara onlara qulluq etmək üçün müəssisə yarımçıq iş günü ya iş 

həftəsi müəyyən etməlidir (ƏQK, m. 54). 

ƏQK-nin 181-ci maddəsi qadınlara hamiləliyə və uşağa qulluğa görə məzuniyyət 

verilməsini müəyyən edir. Bu maddələ hamililiyə  və  uşağa qulluğa görə  məzuniyyət 

verilməsini müəyyən edir. Bu maddə ilə hamiləliyə  və  uşağa qulluğa görə 56 təqvim 

günü doğuşdan qabaq və 56 təqvim günü doğuşdan sonra məzuniyyət verilməlidir, 

qeyri-normal doğuşlarda və ya 2 və daha artıq uşaq doğduqda qadına doğuşdan sonra 

70 təqvim günü müddətində  məzuniyyət verilir. Bundan sonra qadın istədiyindən asılı 

olaraq işə çıxmaq, yaxud uşağın 3 yaşı tamam olanadək yenə də eyni qismən ödənilən 

və dövləit sığortası ilə müavinətlə təmin olunan məzuniyyət götürə bilər. 

Dövlət uşağı olan aztəminatlı ailələrə, tək analara, atası aliment ödənişdən 

gizlənən uşaqların analarına sosial yardımı da öz üzərinə götürür. 

Hazırda valideyni olmayan uşaqların evladlığa götürülməsi institutu geniş 

yayılmışdır. Evladlığa uşaq götürmüş ananın sosial təminatını, həyata keçirmək üçün 

Azərbaycan Respublikasının qanunvericiliyi bu qadınlara doğan qadın statusu və 

bundan irəli gələn yuxarıdakı güzəştləri təyin edir. 

Hamilə qadınlara növbəti məzuniyyət onların xahişi ilə hamiləlik və doğuş 

müddəti ilə uyğunlaşdırılır ki, bununla qadın istirahət üçün daha çox vaxt əldə edə bilsin. 

İşləyən hamilə qadınlara bütün hamiləlik dövründə  hər 3 saatdan bir 30 dəqiqəlik 

ödənişli tənəffüs verilir, süni qidalanmada bu müddət 1 ilə kimi uzadılır. İşləyən və 2 və 

daha artıq uşağı olan qadınlara uşaqlar 12 yaşa çatanadək hər il 3 günlük ödənişli əlavə 

məzuniyyət , bundan sonra qadının arzusu ilə daha 2 həftəlik ödənişsiz məzuniyyət 




verilir. Bununla qanunverici qadınlara öz uşaqlarını bağa, kəndə və ya digər sağlamlıq 

yerlərinə aparmaq üçün şərait yaradır. 

Qadın maraqları keşiyində  təkcə qanunvericilik deyil, həm də  həmkarlar 

təşkilatları,  əhalinin  Əmək və Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Xalq 

Məhkəmələri, respublika qadın hərəkatı kimi orqanlar dururlar. 

Respublikada xüsusi mülkiyyət inkişaf etdikcə daha çox qadınlar sahibkarlıq 

fəaliyyətinə  cəlb olunacaqdır. Bu sahədə qanunvericilik bazası müvafiq siyasət 

çərçivəsində inkişaf edəcək, daha da təkmilləşdiriləcəkdir. 

Əmək qanunvericiliyinin (o cümlədən qadınlar haqqında) icrasına dövlət 

nəzarətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanə ilə 

Əhalinin  Əmək və Sosial Müdafiəsi nazirliyinin tərkibində Dövlət  Əmək  İnspeksiyası 

yaradılmışdır. 

Respublika  əmək və sosial qanunvericiliyinin müvafiq Avropa qanunvericiliyinin 

tələblərinə uyğunlaşdırmaq məqsədilə Azərbaycan Respublikası, 24 yanvar 2001-ci ildə 

Avropa  Şurasına qəbul edildiyi zaman öhdəsinə götürdüyü kimi, 2004-cü ildən gec 

olmayaraq Avropa Sosial Xartiyasına qoşulacaq, əimək münasibətlərində kişi və qadın 

bərabərliyinin tam təmin olunmasında daha bir addım atacaqdır. 

 

Ədəbiyyat 

 

1. Конституция Азербайджанской Республики. – Б., 1995  



2. Трудовой кодекс Азербайджанской Республики. – Б., 1999  

3. Нормотворческая деятельность МОТ в эпоху глобализации. Доклад 

генерального директора; Международное Бюро Труда, Женева, 1992 

4. Мамедова Т. «Гендерные аспекты повышения эффективности трудового 

законодательства», Материалы научно-практической конференции 

«Теоретико-Методологические аспекты проблем гендерного обучения в 

системе высшего образования». – Б., 2002  

Расулбекова Н. «Защита трудовых прав женщин», Гендер: гадын вя щцгуг. – Б., 



1998-жи ил. 

Document Outline

  • Movzu 8.  QENDERD?  ?M?K  HUQUQLARININ  MUDAFI?SI
  • ?d?biyyat

Yüklə 144,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə