Mövzu Sağlamlıq imkanları məhdud uşaqlar Plan: Sağlamlıq imkanları məhdud olan uşaqlar



Yüklə 461,41 Kb.
Pdf görüntüsü
səhifə1/38
tarix13.02.2022
ölçüsü461,41 Kb.
#83725
  1   2   3   4   5   6   7   8   9   ...   38
Xüsusi-müəssisələrə-uşaqların-seçilməsinin-psixo-patoloji-müayinə-üsulları-конвертирован-1



Mövzu 1. Sağlamlıq imkanları məhdud uşaqlar  

Plan: 

1.Sağlamlıq imkanları məhdud olan uşaqlar 

 

 

 

 

 

2.Sağlamlıq imkanları məhdud olan uşaqlar və dizontogenez  

 

 

 

           Əsas ədəbiyyat: 

          Anomal inkişafın psixologiyası 

 

1. Sağlamlıq imkanları məhdud olan uşaqlar -Müasir praktik psixologiyanın 

vacib  məsələlərindən  biri  anomal  uşaq  davranışının  diaqnostikası  və 

korrekyasiyası,  həmçinin    çətin  uşaqların  qeyri-tibbi  köməkdir.  Əlililiyi  olan 

uşaqların  tədqiq  zamanı  psixoloqun  qarşısında  duran  məqsədlərdən  biri  də  əsas 

psixi pozuntuların təsnifatıdır.   

 

 

 



 

  

 



 

Məlum  olduğu  kimi,  beyinə  istənilən  uzunmüddətli  patoloji  təsir  psixi 

inkişafın  pozulmasına  gətirib  çıxarır.  Onun  təzahürü  etiologiyası,  lokalizasiyası, 

zədənin yayılması, zədənin təsir müddəti, həmçinin uşağın olduğu sosial şəraitdən 

asılı olaraq, müxtəlif olacaqdır. Bu faktorlar psixi dizontogenezin əsas modallığını 

müəyyənləşdirir.  Bu  onunla  şərtlənir  ki,  ilkin  görmə,  eşitmə,  motorika,  intellekt  

emosional tələbat sferası nə dərəcədə zərər çəkir.   

 

 



 

 

 



Defektologiya  dizontogeneziyaya  yaxın  olaraq  “anomal  inkişaf”  termini 

qəbul  etmişdir.  Ümumiyyətlə  dizontegenez–ontogenezin  müxtəlif  formalı 

pozuntusu  olub,  həm  bətndaxili,  həm  də  erkən  yaşlı  dövrlərdə  beyinin  morfoloji 

strukturlarında hələ  tam  formalaşmaması vaxtı  təsadüf  olunan eyintisidir.  Beynin 

irsən  keçən  və  ya  qazanılmış  müşahidə  olunan  idrak  fəaliyyətinin  pozulmasında  

özünü  büruzə  verən  gerilik  uşaqlarda  olan  “əqli  gerilik”  dir.  Uşaq  beyni  daim 

inkişaf  edir  və  bu  inkişaf    zamanı  istənilən  patoloji  təsir  onun  sonrakı  psixi 

inkişafına  təsir  göstərmiş  olur.  Onun  təzahür  formaları  və  səviyyəsi    bəzi 

faktorlardan  asılı  olaraq  dəyişir.  Həmin  faktorlar  əsasən  dizontogenezdə  eşitmə, 

görmə,    motorika,  intellekt  və  emosional-iradi  sferanın  ilkin  dərəcəli  zədəsini 

yaratmış  olur.  Yəni,  dizontogenez  nəticəsində  anomal psixi  inkişaf  təzahür  etmiş 

olur.    

 

 

 



 

 

 



 

 

 



 

 

 



Məlum olduğu kimi müxtəlif xəstəliklərin simptomları neqativ və produktiv 

növlərə  ayrılır.  Psixiatriyada  neqativ  növlərə  psixi  fəaliyyətin  aşağı  düşməsi  aid 

edilir: intellektual və emosional aktivliyin azalması, təfəkkür, yaddaş proseslərinin 

zəifləməsi və s.  Produktiv simptomlar isə psixi proseslərin patoloji irritasiyası ilə 

əlaqəlidir.  Produktiv  pozulmaya  müxtəlif  nevrotik  hallar,  qıcolma  vəziyyəti, 

qorxular,  hallüsinasiyalar,  sayrışan  ideyalar  və  s.  aid  edilir.  Xəstəlik  simptomları 




və  dizontogenez  halları  arasında  “yaş”  simptomları  deyilən  anlayış  vardır  ki, 

normal  yaş    inkişafının  patoloji  halı  kimi  qeydə  alınır.  V.V.Kovalyev  uşaq  və 

yeniyetmələrdə  fərqli  zərərlərə  qarşı  sinir-psixi  reaksiayaların  yaş  səviyyəsini 

differasniya edir: Somato-vegetativ (0-3 yaş); Psixomotor (4-10 yaş); Afektiv ( 7-

12 yaş); Emosional-ideator (12-16 yaş).  

 

 



 

 

 



Somato-vegetativ  səviyyə  üçün  yüksək  ümumi  və  vegetativ    yuxu,    qida 

pozulmaları xarakterikdir.   

 

 

 



 

 

 



 

 

 



Psixomotor  səviyyə    fərqli  genezlərin  hiperdinamik  pozulmalarını  əks 

etdirir: psixomotor oyanıqlıq,  kəkələmə, tiklər və s.  

 

 

 



 

 

Affektiv  səviyyə    üçün  qorxu  sindrom  və  simptomları,  yüksək  affektiv 



həyəcan xarakterikdir.    

 

 



 

 

 



 

 

 



 

Emosional-ideator  səviyyə pubertant  yaşda meydana çıxır.    

 

 

Əlilliyi  olan  uşaqlar  öz  qarşılarına  müstəqil  olaraq  məqsəd  qoya  bilmirlər. 



Qarşılarınada olan məqsədi tam olaraq dərk etmirlər, öz fəaliyyətlərini planlaşdıra, 

fəıaliyyəti  yerinə  yetirmək  üsullarını  seçə  bilmirləır.  Onların  fəaliyyyəti  az 

motivləşmiş olur.   

 

 



 

 

 



 

 

 



 

 


Yüklə 461,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə