Mövzu Sağlamlıq imkanları məhdud uşaqlar Plan: Sağlamlıq imkanları məhdud olan uşaqlar


Sağlamlıq  imkanları  məhdud  olan  uşaqlar  və  dizontogenez



Yüklə 461,41 Kb.
Pdf görüntüsü
səhifə2/38
tarix13.02.2022
ölçüsü461,41 Kb.
#83725
1   2   3   4   5   6   7   8   9   ...   38
Xüsusi-müəssisələrə-uşaqların-seçilməsinin-psixo-patoloji-müayinə-üsulları-конвертирован-1

2.Sağlamlıq  imkanları  məhdud  olan  uşaqlar  və  dizontogenez

-

Dizontegenezin  psixoloji  parametirləri:  Viqotski  normal  və  anomal  ontogenezin 



öyrənilməsində  bioloji  və  sosial-psixoloji  inkişaf  yolunu  əsas  hesab  edir. 

V.V.Lebidinskli bu nəzəriyyəyə əsaslanaraq dizontogenezi xarakterizə edən 4 əsas 

patopsixoloji parametr müəyyən etmişdir:    

 

 



 

 

 



 

I  parametr:  bu  parametr  pozulmanın  funksional  lokallaşması  ilə  bağlıdır. 

Müşahidə  edilən  qüsur  ya  fərqli  xarakter  daşıyıb  qavrayış,  davranış  və  nitq 

funksiyalarının  zədəsinin  nəticəsidir,  yada  ki,  ümumi  olub,  beyinin  qabıq    və 

qabıqaltı strukturlarının tənzimləyici funksiyalarının pozulması nəticəsi kimi qeyd 

edilir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



II parametr: pozulma və ya zədənin  vaxtı ilə əlaqədardır. L.S.Viqostki qeyd 

edir ki, zədə nə qədər tez yaş dövründə alınarsa, inkişafdan qalma bir o qədər dərin 

olur.  Yəni,  sinir  sistemlərinin  aldığı  zədə  vaxtından  asılı  çolaraq  anomal  psixi 

inkişaf  dəyişik  xarakter  daşıyır.  Psixi  funksiyalar  zərərli  təsirə  məruz  qaldıqda 

tənəzzülə  uğrayır  ki,    bu  da  senzitiv  dövrdə  olur.  Eyni    zamanda  bu  vaxt  yalnız 

sensitiv    dövrdə  olan  funksiyalar  deyil,  həm  də  möhkəmlənmiş  funksiyalar 

tənəzzül edir.    

 

 



 

 

 



 

 

 



 

 

 



İlkin  və  ikincili  dərəcəli    qüsurların  qarşılıqlı  təsirini  əks  etdirir.  Qüsurun  

sistemli qurulması ideyasına əsasən L.S.Viqostki  anomal psixi inkişafda  2 qrup 

simptom ayırır:    

 

 



 

 

 



 

 

 



 

 

1. Xəstəliyin bioloji xarakterindən irəli gələn pozulmalar  



 

 

 



2. I qrup simptomların nəticəsində anomal sosial-inkişaf prosesində yaranan 

simptomlar.  Zədə  zamanı  sensitiv  inkişaf  mərhələsində  olan  funksiyalar  ikinci 




dərəcəli inkişafdan qalmaya məruz qalır.    

 

 



 

 

 



 

IV  parametr  isə  funksiyaların  qarşılıqlı  pozulması  ilə  əlaqədardır.  Normal 

dizontogenezdə funksiyaların 3 tipini ayırırlar:    

 

 



 

 

 



1. Funksiyaların müvəqqəti sərbəstliyi; 

 

 



 

 

 



 

2. Assosiativ əlaqələr;    

 

 

 



 

 

 



 

3. Ierarxik əlaqələr.  

 

 

 



 

 

 



 

 

 



Funksiyaların  müvəqqəti  sərbəstliyi  ontogenezin  erkən  mərhələləri  üçün 

xarakterikdir. L.S.Viqotski qeyd edir ki, 2 yaşa qədər uşaqlarda təfəkkür və nitqin 

inkişafı  ayrı-ayrılıqda    sərbəst  gedir.  Həmçinin  o  qeyd  edir  ki,  erkən  formalaşan 

nitqin fonetik və məna kəsb edən tərəfləri sərbəst inkişaf edir.   

 

 

 



Assosiativ  əlaqə  də  erkən  ontogenezdə  müşahidə  edilir.  Bu  zaman  bir-

birindən fərqlənən, müxtəlif modallı hissiyat təəssüratları zaman-məkan yaxınlığı 

parametrinə əsasən birləşib əlaqədə olurlar.   

 

 



 

 

 



 

İerarxik tipdə olan psixi funskiyalar get-gedə mürəkkəbləşən əşyavi fəaliyyət 

və  ünsiyyət  zamanı  formalaşır.  Ierarxik  tip  qarşılıqlı  təsir  zamanı  müəyyən 

plastiklik  müşahidə  olunur.  Bu  tip  qarşılıqlı  təsirlər  uyğun  olaraq,  müxtəlif 

funksiyaların  formalaşmasında  müxtəlif  vaxt  və  məkan  parametrlərinə  əsasən  bir 

inkişafın digərini qabaqlama prinsipinə əsasən həyata keçirilir.  

 

 

 



Anomaliyalı  uşaqların  emosional  sferalarına  nəzər  salarkən,  onların    çox 

aqressiv,  tez  qıcıqlanan,  sərbəstliyi  daha  üstün  tutan    davranışa  malik  olduğunu 

görmək olar.  

 

 



 

 

 



 

 

 



 

 

 



Xüsusilə nevrozlu uşaqlarda emosional sferada kəskin dəyişmələr müşahidə 

olunur.  Əhval-ruhiyyənnin  tez-tez    müsbət,  yada  mənfi  tərəfə  yönəlməsi, 

emosiyaların oyanıqlığı  üstünlük təşkil edir. Anomaliyalı uşaqlar bu cür inkişafa 

gətirib  çıxaran  səbələrə  görə  müxtəlif  tip  emosional  pozuntular  formasında  olan 

davranış nümayiş etdirirlər. 

 

 



 

 

 



 

 

 



Əlilliyin    və  sağlamlıq  imkanlarının  məhdudluğunun  müəyyən  olunması 

meyarlarına dair Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası 

Nazirlər kabinetinin əliliyin meyarları aşağıdakı təsbit edilmişdir: 

 

 



Birinci  dərəcə  əlillik:  xəstəlik,  travma  və  ya  anadangəlmə  qüsurlar 

nəticəsində  orqanizmin  həyat  fəaliyyətinin  (təhsilalma,  ünsiyyət,  sosial 

uyğunlaşma,  öz  davranışına  nəzarətetmə,  hərəkətetmə,  özünə  xidmətetmə,  əmək 

fəaliyyəti)  elə  kəskin  məhdudlaşması  hallarında  təyin  edilir  ki,  həmin  xəstənin 

kənar  şəxsin  yardım  və  ya  qulluğuna  daimi  ehtiyacı  olsun.  Qüsurların  və  ya 

funksiya  pozuntularının  xüsusi  vasitələrlə  kompensasiya  olunduğu  hallarda  əlil 

şəxs  xüsusi  əmək  şəraiti  yardılmış  istehsalatda,  yaxud  evdə  müxtəlif  növ  işlərlə 

işləyə bilər.   

 

 

 



 

 

 



 

 

 



 

 

İkinci dərəcə əlillik: xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində 



orqanizmin  həyat  fəaliyyətinin  (təhsilalma,  ünsiyyət,  uyğunlaşma,  öz  davranışına 


nəzarətetmə,  hərəkətetmə,  özünə  xidmətetmə,  əmək  fəaliyyəti)  elə  kəskin 

məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir 

ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.    

 

Üçüncü  dərəcəli  əlillik:  xəstəlik,  travma  və  ya  anadangəlmə  qüsurlar 



nəticəsində  orqanizmin  həyat  fəaliyyətinin  (ünsiyyət,  sosial  uyğunlaşma,  hərəkət, 

əmək  fəaliyyəti)  məhdudlaşması  hallarında  təyin  edilir.  Əmək  fəaliyyətinin 

məhdudlaşması  məfhumunda  görüləcək  işin  həcmi  ilə  bərabər,  ixtisasın  enməsi, 

anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur.  

 

N.M.Belkova  qeyd  edir  ki,  “Əlil”  anlayışına  münasibətdə  müasir  dövrdə 



formalaşmış aşağıdakı  yanaşmaları fərqləndirmək lazımdır:   

 

 



 

1.) Tibbi yanaşma;  

 

 

 



 

 

 



 

 

 



2.)  Əmək  yanaşması-insanın  iş  əldə  etmək  və  əmək  fəaliyyətini  həyata 

keçirmək imkanı;   

 

 

 



 

 

 



 

 

 



 

3.)  Sosial  yanaşma-  məhdudlaşmış  həyat  fəaliyyətinə  cəmiyyət  tərəfindən 

dəstək verilməsi.    

 

 



 

 

 



 

 

 



 

 

Sağlam  yenidoğulmuş  uşaq-doğulduqdan  sonra  hər  hansı  bir  tibbi 



müdaxiləyə ehtiyacı olmayan və yaxşı həyat qabiliyyətini saxlayan uşaqdır.  Amma 

uşaq doğulan gündən etibarən onun müşahidə prosesi başlanılır. Bu doğulandan ilk  

1 il müddətində hər ay müddətində, 2-ci ildə 3 aydan bir,  6 yaşına kimi isə hər ildə 

2 dəfə olmaqla rutin müayinələr aparılmalıdır. 

 

 

 



 

Sağlamlıq  imkanı  məhdud  18  yaşınadək  uşaq  –  orqanizmin  ümumi 

inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər 

nəticəsində  həyat  fəaliyyəti  məhdudlaşan,  sosial  yardıma  və  müdafiəyə  ehtiyacı 

olan  uşaqdır.  Şəxsin  həyat  fəaliyyətinin  məhdudlaşması  əlilin  və  sağlamlıq 

imkanları  məhdud  uşağın  özünəxidmət,  hərəkət,  səmtlənmək,  ünsiyyət,  öz 

davranışına  nəzarət,  habelə  təhsil  almaq,  əmək  fəaliyyəti  ilə  məşğul  olmaq 

qabiliyyətini və ya imkanlarını tamamilə, yaxud qismən itirilməsində təzahür edir.

 

Diaqnozun  vaxtında  müəyyənləşdirilməməsi  aşağıda  göstərilənlərlə 



nəticələnə bilər:    

 

 



 

 

 



 

 

 



 

 

-Müalicənin gecikdirilməsi;  



 

 

 



 

 

 



 

 

-Abilitasiya və reabilitasiya tədbirlərinin ləngidilməsi;    



 

 

 



-Fərdin həyat fəaliyyətinin məhdudlaşması.  

 

 



 

 

 



  

 

 



 

 



                      

Mövzu 2.Uşaq psixopatologiyası 

Plan: 


Yüklə 461,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə