Mövzu Sağlamlıq imkanları məhdud uşaqlar Plan: Sağlamlıq imkanları məhdud olan uşaqlar


 Uşaq psixopatologiyası haqqında tarixi yanaşmalar



Yüklə 461,41 Kb.
Pdf görüntüsü
səhifə5/38
tarix13.02.2022
ölçüsü461,41 Kb.
#83725
1   2   3   4   5   6   7   8   9   ...   38
Xüsusi-müəssisələrə-uşaqların-seçilməsinin-psixo-patoloji-müayinə-üsulları-конвертирован-1

 

3. Uşaq psixopatologiyası haqqında tarixi yanaşmalar

:   


 

 

Uşaq  psixopatologiya  sahəsi  inkişaf  istiqaməti  qısa  şəkildə  araşdırılmış  bir 



istiqamətdir.  Ümumi  olaraq,  uşaq  psixopatologiyasının  ortaya  çıxması  tarix  boyu 

filosofların  və  başqa  elm  adamlarının  uşaqlar  üzərində  apardığı  eksperimentlər 

nəticəsində  ortaya  çıxmışdır.  Tibbi,  sosial,  təhsil,  din  də  daxil  olmaqla  deviant 

davranışa  meyilli  uşaqların  davranışlarının  təhlili  istiqamətində  bir  sıra  fikirlər 

ortaya  çıxdı.  Qədim  Yunan  və  Roma  adətlərində  xəstə  uşaqların  davranışı 



haqqında  inanırdılar  ki,    təbii  olmayan  disbalans  uşaqların  fiziki  yaxud  psixi 

əlilliyi,  qabiliyyətsizliyi,  iqtisadi  çətinliklərə  və  sosial  cəhətdən  xəcalətə  gətirib 

çıxarır.  Belə  olduğu  halda  bu  uşaqlar  ya  lağa  qoyulur,  ya  tərk  edilir  yaxud  da 

öldürülürdü.    Bu  cür  neqativ  münasibət,  orta  əsrlərə  qədər  davam  etmişdir  (500-

1300-cü illər). Hətta Amerikada əvvəllər, bucür hallar daha dəhşətli şəkildə qeydə 

alınmışdır. Burada yetkin şəxslərin qəddar rəftarına məruz qalmış bucür uşaqların 

3/2-si  5  yaşında  ölmüşdülər.  Hətta1654-cü  ildə  Amerikada  atalara  “üsyankar, 

itaətsiz” uşaqlarını öldürə bilmək üçün ərizə verilirdi. 1800-cü illərdə Massacuestə 

əqli  geri  uşaqları  zirzəmilərdə  və  qəfəslərdə  saxlayırdılar.  Tarixi  qeydlər  göstərir 

ki,  18-ci  əsrdən  əvvəl  uşaqların  davranışlarındakı  normal  olmayan  hərəkətləri  pis 

davranış  olaraq  qəbul  etmişlər. Hətta uşaqlarda olan qəribə davranışları  olanların 

şeytan olaraq adlandırılmasına, onlarda pis ruhların mövcud olduğunu deyilməsinə 

gətirib  çıxarmışdı.  John  Calvin  və  Martin  Luther  əqli  geri  uşaqları  (inkişafında 

gerili olanları da həmçinin) şeytan olaraq adlandırırdılar. Orta əsrlər dövrü də daxil 

olmaqla  uşaqların  mövcud  hərəkətlərini  deviant  davranış  kimi  təqdim  edirdilər. 

Amma  bucür  davranışların  daha  düzgün  şəkildə  öyrənilməsi  son  dövrlər  və  yeni 

dövrlərin psixoloji ədəbiyyatlarında olmuşdur.  

 

 



 

 

 



Beləliklə  XX  əsrin  əvvələrinə  qədər,  uşaqlarda  problemli  davranışlarla 

əlaqəli (onun yaranma səbəbləri, genezisi) etibarlı bir mənbə məlumatlar yox idi, 

narahat uşaqların davranışlarının səbəblərini müəyyən edən işlərin dayandırılması 

haqqında,  həmçinin  bu  problemlərlə  üzləşən  mütəxəssislərin  mövcudluğu 

haqqında.   

 

 



 

 

 



 

 

 



 

 

Rubinşteyn  (1948)  (Journal  of  İnsanity)  45  cildində  bu  uşaqlarda  heç  bir 



dəlilik əlamətinin olmadığını qeyd etmişdir. 1900-cü il Amerika ədəbiyyatlarında 

uşaq  psixiatriyası  üzrə  heç  bir  elmi  kəşflər  yox  idi  və  bugün  yazılan  heç  bir 

araşdırma  onlara  əsaslanmır.  20-ci  əsrdə  bu  sahədə  görülən  ən  önəmli  iş qüsurlu 

uşaqların  müalicəsi,  təlimləri  və  onların  qayğısına  yönəlmişdi.  Uşaqların  pis 

vəziyyətinə olan diqqətin artması, zehni (əqli) və davranış pozuntusu olan uşaqlara 

diqqətin artması 2 əsas səbəb ilə əlaqəli idi. Birincisi, tibb, fiziologiya, nevrologiya 

kimi  elmlərin  nailiyyətlərinə  əsasən  daha  humanist  şəkildə  edilən  müalicə 

prosesləri idi. İkinci istiqamət isə, əsasən filosoflar tərəfindən (John Lokk, Johan 

Pestalozzi) uşaqların mənəvi olaraq dəstək almaları mövqeyində idi. Bucür fikirlər 

daha  da  müxtəlif  sahələrdə  inkişaf  etdi:  sağlamlığın  vacib  inkişafı,  təhsil 

sistemində  mənəvi  dəstək, bu  uşaqların təhsil  almasının vacibliyi  kimi  sahələrdə. 

Bucür  fikirlə  uşaq  psixopatoloji  xəstəliklərinin  yaranmasında  əsasən  bioloji  və 

sosial faktoların rol oynadığını bildirdi. 1989-cu ildə DSM III-də Yager, Camino 

və  başqaları  tərəfindən  4-16  yaş  (psixiatrik  dəyərləmdirmədə)  önəmli  bir  fərq 

olmadığını qeyd etmişlər. Klinik şəkildə aparılmayan tədqiqatlar nəticəsində belə 

hesab  edilmişdir  ki,  uşaqlarda  yaşla  əlaqəli  bəzi  simptomlar  azalır.  Amma  tibbi 




araşdırmalar  bunun  tam  əksini  isbat  etdi.  Aparılan  bəzi  çalışmalar  uşağın  yaşı, 

xəstəliyin  klinik  gedişatı,  özünü  göstərən  problemin  sayı  ilə  əlaqəli  olduğunu 

göstərirdi. 1991-ci ildə  göstərildi ki, yalnız müalicəyə yönəldilən uşaqlarda xarici 

problemlərin daxili problemlərə görə azadlığını yaşla əlaqəlidir. Offort, Boyle və 

Rasina uşaqların yaşı, cinsiyyəti və problemləri arasında əlaqə olduğunu müəyyən 

etdi. Yaşla əlaqəli aparılan bucür tədqiqatlar birsıra suallar ortaya çıxartdı.   

 

Psixopatologiya  aid  məlumatlar  Z.Freyd  tərəfindən  daha  geniş 



araşdırılmışdır,  amma  bu  sahədə  oğlanlar  barəsində  qizlara  nisbətən  daha  çox 

tədqiqatlar  aparılmışdır.  Uşaq-valideyn  stressi  psixopatologiyanın  etiologiyasında 

bir  hipotezdir.  Başqa  tədqiqatçılar  inananırdılar  ki,  uşaqların  temperament  tipləri 

onlarda  psixopatologiyanın  yaranmasında  əsas  və  ən  geniş  faktordur.  Yüksək 

həssaslıqlı  bucür  uşaqlar  özlərini  idarəetmədə  aşağı  tənzimə  və  yüksək 

emosionallıq  və  nevrotik  əlamətlərə  malikdirlər.    Valideyn  boşanması  uşaqlara 

yüksək  dərəcədə  depresiyaya  və  başqa  psixopatoloji  əlamətlərə  gətirib  çıxarır. 

Buraya  həmçinin  tək  valideynin  uşaqlarına  pis  rəftarı  və  uzun  müddət  davam 

etməsidə  aiddir.  Burada  bu  faktor  aparıcı  rol  oynamış,  amma  bu  faktor  travma, 

temperament və başqa digər neqativ hadisələr kimi (ölüm, fiziki və cinsi istismar 

və  s.),  genetik,  sosial,  qidalanma  və  başqa  diigər  hallar  ilə  başlıca  əlaqəlidir. 

Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, uşaqlarla edilən pis rəftar 

da həmçinin ən mühüm risk faktoru kimi onlarda qorxu hissini artırır, onlara daim 

kiminsə təhdid edəcəyi kimi gəlir, kiminsə emosional vəziyyətinin anlamasına və 

hisslərini 

büruzə 


verməsinə 

maneə 


yaradır. 

“Temperamentin 

uşaq 

psixopatologiyasında  rolu”  haqqında  tapılan  məlumatlara  görə  Vassey  və  Dadds 



təklif  etdilər  ki,  psixopatoloji  xəstəliklər  4  əsas  səbəblərə  görə  inkişaf  prosesi 

zamanı yarana bilər: 

 

 

 



 

 

 



 

 

 



1. Bioloji faktor: genetik, hormonlar, neyrotransmitterler; 

 

 



 

2.Psixoloji faktorlar: özünə-hörmət, koqnitiv problemlər; 

 

 

 



3.Sosial faktorlar: ailə tərbiyəsi, öyrənilmiş neqativ eksperimentlər, stress; 

 

4.Uşaqların temperament tipləri.  



 

 

 



 

 

 



 

Psixoloji  qiymətləndirmə  üçün  ailənin  tibbi  keçmişi,  uşağın  gündəlik 

müşahidəsi,  müəyyən  testlərdən  (nevroloji)  keçirilməsi  lazımdır.  Bütün  bunlar 

uşaqlarla  keçirilən  terapiyalar  zamanı,  onların  həyat  stilinin  dəyişməsində,  sosial 

əlaqələrinin inkişaf etdirilməsindidə vacib rola malikdir.  

 

 



 

 

Ümumi  olaraq,  uşaq  psixopatoloji  xəstəliklərinə  malik  uşaqlarda  özünü 



göstərən əlamətlər aşağıdakı kimi qeyd edə bilərik: 

 

 



 

 

 



Uşaqlarda özünü göstərən diqqət-hiperaktivlik pozuntusu; 

 

 



 

Yuxu problemi; 

 

 

 



 

 

 



 

 

 



 

Yüksək həssaslıq;   

 

 

 



 

 

 



 

 

 



Kobud (üsyankar) davranışlar;   

 

 



 

 

 



 


 

Antisosial davranlışlar;   

 

 

 



 

 

 



 

 

Depressiv davranışlar;   



 

 

 



 

 

 



 

 

Yüksək dərəcədə təşviş-həyəcan



 

 

 



 

 

 



 

Aqressivlik;  

 

 

 



 

 

 



 

 

 



 

Gecə nöbətləri; 

 

 

 



 

 

 



 

 

 



Tipik inkişaf üçün özünü göstərən davranışlar nümayiş etdirməzlər.   

 

Bu uşaqlarda özünü göstərn aqressiv davranışlar 5 yaşdan əvvəl başlayır. Bu 



cür  hallar  onların  həmyaşıdları  ilə,  valideynləri  və  digər  yetkin  insanlarla 

münasibətlərinə neqativ təsir edir.    

 

 

 



 

 

 



 

Uşaqlar  birsıra  psixopatoloji  xəstəliklərdən  əziyyət  çəkirlər.  Bunlara 

göstərmək  olar.  Uşaq  psixopatologiyası  ilə  bağlı  aparılan  tədqiqatlarda    ən  çox 

öyrənmə problemləri, aqressivlik, diqqət əskikliyi-hiperaktivlik və emosional sfera 

ilə əlaqəlidir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Mövzu 3 Uşaq psixopatoloji xəstəlikləri. Şizofreniya 


Yüklə 461,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə