Mövzu Sağlamlıq imkanları məhdud uşaqlar Plan: Sağlamlıq imkanları məhdud olan uşaqlar



Yüklə 461,41 Kb.
Pdf görüntüsü
səhifə7/38
tarix13.02.2022
ölçüsü461,41 Kb.
#83725
1   2   3   4   5   6   7   8   9   10   ...   38
Xüsusi-müəssisələrə-uşaqların-seçilməsinin-psixo-patoloji-müayinə-üsulları-конвертирован-1

Plan: 

1.

 

Obsessiv-kompulsiv pozuntular 

2.

 

 Obsessiv-kompulsiv pozuntuların müalicə üsulları 

3.

 



Fobiyalar

  

Obsessiv-kompulsiv  pozuntu  sarışan  fikirlərin  (obsessiya)  və  ya  sarışan 



hərəkətlərin  (kompulsiya),  daha  çox  isə  onların  hər  ikisinin  mövcudluğu  ilə 

xarakterizə  olunan,  kəskin  stress  pozuntusuna  və  dezadaptasiyaya  gətirib  çıxaran 

psixi pozuntudur.  Obsessiyalar aşağıdakı fikirlər kimi özünü göstərir: 

 

 



-  Ətrafdakı  mikroblardan  belə  güclü  narahatçılıq,  xəstələnmək  və  ölmək 

fikirləri; 

 

 

 



 

 

 



 

 

 



 

 

 



- Pis birşeylərin olacağı və yaxud səhv hərəkət edəcəyi barəsində fikirlər; 

 

-Daim hər şeyi düzgün yerinə yetirdiyini bilmək;   



 

 

 



 

-Başqalarını narahat etmək barəsində istəksiz fikirlər

 

 

 



 

-Cinsi məzmunlu istəksiz fikirlər. 

 

 

 



 

 

 



 

Obsessiya-güclü  təşviş  yaradan,  daim  təkrarlanan  arzuolunmaz  fikirlər, 

meyillər və obrazlardır. Onlar ya birdən-birə, ya da hər hansı bir vəziyyət və hadisə 

ilə  əlaqədar  olaraq  yarana  bilər.  Obsessiyaların  daha  çox  rast  gəlinən  növü 

infeksion  xəstəliklərə  yoluxma  və  infeksiya  yayma  qorxusu,  ətrafına  təsadüfi,  ya 

da düşünülmüş zərər yetirmə qorxusu, kobud səhv etmə qorxusu, mənəvi və dini 

qadağaları pozma qorxusu, pedofil və homoseksual davranış törətmə qorxusu olur.

 

Kompulsiya-pasiyent  “qeyri-adi,  fövqəltəbii”  şəkildə  onu  qorxudan 



hadisənin, sarışan fikirlərlərin qarşısını almaq və ya həyəcanı, gərginliyi azaltmaq 

üçün  etməyə  ehtiyac  hiss  etdiyi  fiziki  və  ya  psixi  hərəkətlərdir  (rituallar). 

Kompulsiyalar aşağıdakı kimi özünü göstərir: 

 

 



 

 

 



 

- Aşırı həddə yoxlama;   

 

 

 



 

 

 



 

 

- Aşırı həddə təmizlik;   



 

 

 



 

 

 



 

 

- Düz bildikləri həddə qədər hərəkətləri təkrarlamaq



 

 

 



 

- Tez-tez nəyisə etiraf etmə və üzr istəmə və s.  

 

 

 



 

Müalicəsi üsulları:  

 

 

 



 

 

 



 

 

Obsessiv-kompulsiv  pozuntunun  müəyyən  edilməsi  üçün  Yale-Brown 



şkalasından istifadə olunur. Aşağıdakı kimi sıralaması vardır:   

 

 



 

İlk olaraq obsessiyaların reytinq cədvəli verilir, burada 0 ilə 4 bal arasında 

qiymətləndirilir.  Gün  ərzində  obsessiyaların  əhatə  etdiyi  vaxt,  obsessiyalar 

nəticəsində  gündəlik  fəaliyyətin  pozulması,  obsessiyalar  nəticəsində  destress, 

obsessiyalara qarşı müqavimət göstərmək  bacarığı,  onları  idarə  etmək qabiliyyəti 

ölçülür. 

 

 

 



 

 

 



 

 

 



 

 



 

Kompulsiyaların  reytinq  cədvəlində isə,  gün  ərzində  kompulsiyaların  əhatə 

etdiyi  vaxt,  kompulsiyalar  nəticəsində  gündəlik  fəaliyyətin  pozulması, 

kompulsiyalar nəticəsində destress, onları idarə etmək qabiliyyəti müəyyən edilir.

 

Yüngül  dərəcəli  obsessiv-kompulsiv  pozuntuda  koqnitiv-bihevioral  və 



dərman  terapiyası  effektivli  nəticə  verir.  Koqnitiv  texnikalar  səhv  fikirlər, 

obsessiya  və  kompulsiya  ilə  əlaqədar  irrasional  (məntiqlə  uyğun  olmayan) 

baxışların aradan qaldırılmasına yönəldilir. Belə irrasional baxışlara aiddir:   

 

- Hədə, risk və ya zərərin gücləndirilməsi;    



 

 

 



 

 

-Fikirlərə normadan artıq əhəmiyyət verilməsi;  



 

 

 



 

 

-Daimi yoxlamanın vacibliyi;    



 

 

 



 

 

 



 

-Qeyri-müəyyənlik qorxusu;    

 

 

 



 

 

 



 

-Perfeksionizm;    

 

 

 



 

 

 



 

 

 



-Həddindən artıq məsuliyyət, günah və eyib hissi;   

 

 



 

 

-Həddindən artıq mənəvi tələbat. 



 

 

 



 

 

 



 

Koqnitiv-bihevioral  terapiya  fərdi  şəkildə  keçirilən  terapiyadır.  Davranış 

kimi  məruz  qalma  və  müqavimət  göstərmə  texnikaları  öyrədilir.  Bu  həm 

mütəxəssis köməyi ilə və həm də  evə verilən tapşırıqlarla yerinə yetirilir. Amma 

burada  mütəxəssis  ilə  edilmə  daha  çox  mühümdür.  İlk  olaraq  xəstəlik  haqqında 

məlumat  vermə,  edilən  terapiya  haqqında  məlumat  vermə,  planın  müəyyən 

edilməsidir.  

 

 



 

 

 



 

 

 



 


Yüklə 461,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə