musiqi terapiyası Madsen tərəfindən musiqi terapiyanın insanların davranışlarına
təsir etdiyi müəyyənləşdirmişdir. Bu terapiyanın əsas məqsədi musiqi vasitəsilə
insanın davranışlarına nəzarət etməsi, bu hərəkətlərini analiz etməsi və musiqi
vasitəsilə daha yaxşı həll yolu tapmasıdır. Musiqi terapiyasında əsas vasitə
müxtəlif musiqi alətləridir. 1970-ci ildə musiqiçi və psixoterapevt H.Bonny
tərəfindən inkişaf etdirilmiş musiqi terapiyasında, əsasən klassik musiqinin istifadə
edilmişdir və bu terapiya üsulunda basdırılmış fikirlərin ortaya çıxarılmasına nail
olmuşdur. Terapiya şəxsin uzanılı vəziyyətdə gözləri bağlı hər hansı bir rəsmi
təsəvvür edərək, öz fikirlərini və problemlərini izah etməsi ilə başlayır. Əsasən
qərb ölkələrində geniş yayılan bu metod, 25-30 dəqiqə davam edir. Bu zaman
psixoterapevt şəxsə suallar verməklə ya həlledici məqamlara gəlir yada bütün
proses haqqında daha geniş məlumat toplayır. Şəxsi narahat edən fikirlərin,
hisslərin ortaya çıxarmaq olur. Sonra seans gedişatında verilmiş texnikalarla bunu
aradan qaldırmağa kömək olurlar.
Dostları ilə paylaş: