Mövzu: Təhlükəsizlik: internet fırıldaqçılığı. Standart



Yüklə 20,97 Kb.
tarix22.05.2022
ölçüsü20,97 Kb.
#87683
növüDərs



Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin V kurs Rİ-504 tələbəsi Zeynallı Leylanın 83 nömrəli məktəb liseyinin 5ç sinifində “Təhlükəsizlik:internet fırıldaqçılığı” mövzusunda keçiriləcək sınaq dərsinin icmalı.

5-ci sinif üçün icmal


Mövzu: Təhlükəsizlik:internet fırıldaqçılığı.
Standart: 3.3.2. İnternet haqqında ilkin bilikləri izah edir.
Məqsəd:

  1. şəbəkədə ünsiyyət üsullarını ümumiləşdirmək;

  2. fırıldaqçı mesajları müəyyənləşdirməyi və onlara reaksiya verməyi öyrənmək.



İnteqrasiya: İ-3.3.2
İş formaları: Cütlərlə iş,
İş üsulları: beyin həmləsi, müzakirə
Resurslar: proyektor, kompüter sinfi, İnternet bağlantısı
Motivasiya-problemin qoyulması: İnternet şəbəkələrində neçə ünsiyyət qurmaq olar? İnternetdə ünsiyyətin müsbət və mənfi tərəfləri?
Tədqiqat sualı: Tanımadığımız birindən gələn mesaja nə reaksiya verməliyik? Təhlükəsizliyi necə təmin etməliyik?
Tədqiqatın aparılması:
Tədqiqatı aparmaq üçün sinifdəki şagirdləri cütlərə bölürük. Şagirdlər cüt şəklində platformada işləyirlər. Şagirdlərə 10 dəq vaxt verilir.
Uşaqlar qiymətləndirmə meyarları ilə tanış edilir.
Məlumat mübadiləsi:
Bu mərhələdə şagirdlərin cavabları dinlənilir və onların kompeterdə işi yoxlanılır. Şagirdlər platformada olan tapşırıqlara verdikləri cavabları bölüşürlər. Platformada nümunələr verilmişdir. Məsələn Əliyə tanımadığı nömrədən mesaj gəlir və atasının harada olduğunu soruşur. O nə etməlidir? Bu kimi suallara şagirdlərin cavabları səslənir.
Məlumat müzakirəsi:
Şagirdlər verdiyi cavabları əsaslandırır və o cavablar ətrafında müzakirələr aparılır. Əliyə gələn mesaj tanımadığı birindəndir. Deməli Əli o mesaja cavab verməməli və ya valideyninə göstərməlidir. Bu kimi hallarda tanımadığımız kimlərsə bizim yaxınımız imiş kimi özünü göstərə bilər. Etməli olduğumuz şey cavab verməməkdir.
Nəticə və ümumiləşdirmə: Bu mərhələdə sualların dəqiq cavabları müəyyənləşib qalib qrup bəlli olur.
Yaradıcı tətbiqetmə: Gülnara tanımadığı birindən mesaj gəlir və anasının yaxın dostu olduğunu və anasının şəxsiyyət vəsiqəsinin şəklinin ona lazım olduğunu deyir. Gülnar nə etməlidir?
Qiymətləndirmə:
Müəllim dərs zamanı cütləri qiymətləndirir.Cədvəli doldurur.

Meyarlar

Tapşırığın düzgün yerinə yetirilməsi və tamamlanması

Əməkdaşlıq

Dinləmə

Yüklə 20,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə